Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2762/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(034)-47/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Zəngilan Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(034)-47/2021 saylı qətnaməsi ilə (hakim G.K.İmanova) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı girovlu istehlak krediti müqaviləsi üzrə borc və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh 18634,23 ABŞ dolları məbləğində əsas borc, 2550,74 ABŞ dolları məbləğində faiz borcu, 223,40 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 21408,37 ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı X8 ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməklə Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 62,1 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin satış qiymətinin 35.000 manat qiymətləndirilməklə satılması və satışından əldə ediləcək pul vəsaiti hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi və iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 60 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Zəngilan Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(034)-47/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC və Cavabdeh arasında bağlanmış 14.04.2015-ci il tarixli, 145495-CNS-16922 saylı «Girovlu istehlak kredit müqaviləsinə əsasən 04.06.2020-ci il tarixə borclu olduğu 18634,23 ABŞ dolları məbləğində əsas borc, 2550,74 ABŞ dolları məbləğində faiz borcu, 223,40 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 21408,37 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün, cəmi 60 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 30000 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş və cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 62,1 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılmasına və vəsaitdən qeyd edilən tutulmalı olan məbləğinin "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh qeyri-yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və qeyri-yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin əmlakdan məcburi qaydada çıxarımasına və əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC və Cavabdeh arasında bağlanmış 145495-CNS-16922 saylı, 14.04.2015-ci il tarixli «Girovlu istehlak krediti müqaviləsinə əsasən sonuncuya istehlak məqsədilə 60 ay müddətinə, illik 22 faiz hesablanmaqla, 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə X3 məxsus olan ünvan 1 ünvanında yerləşən 62.1 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ipoteka qoyulmuşdur. Həmin əmlakın ipoteka qoyulması barədə 145495-NEDVİJ-3607 saylı, 14.04.2015-ci il tarixli “Daşınmaz əmlakın ipoteka müqaviləsi” bağlanmış və qeyd edilən əmlak Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəlikləri 15 dekabr 2015-ci il tarixdən icra etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsi 15 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 14.04.2015-ci il tarixdə 145495-CNS-16922 saylı “Girovlu istehlak kredit müqaviləsi”nə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 20.000 ABŞ dolları məbləğində beş il müddətinə, 22 faiz ödəmək şərti ilə kredit götürmüşdür. Banka 15.04.2015-ci il tarixdə əvvəlcədən 2000 ABŞ dolları ödəniş etmiş, sonradan ona təqdim olunan ödəniş cədvəlinə əsasən hər ay 553 ABŞ dolları pul ödəməli idi. Yeddi ay müddətində hər ay ödəniş cədvəlinə uyğun olaraq 3900 ABŞ dolları ödəniş icra etmiş, bu isə ümumilikdə 5900 ABŞ dolları təşkil edir. Ölkədə baş vermiş məlum devalivasiya ona da öz təsirini göstərmiş və banka olan borcu ödəmək iqtidarında olmamışdır. Son ödənişi 30.11.2015-ci il tarixdə icra olunmuşdur. Müqavilənin şərtlərinə əsasən bank iki ay müddətində ödəniş olmadığı halda müqaviləyə xitam verilməsi üçün məhkəməyə müraciət etməli olduğu halda bunu bilərəkdən faizləri artırmaq məqsədi ilə altı ilə yaxın müddətdən sonra, 2021-ci il tarixdə həyata keçirmişdir. İki ay müddətinə onun banka olan faiz borcu ümumilikdə 330,24+337,54=667,78 ABŞ dolları təşkil etməli idi. Ancaq, bank iddia ərizəsində altı il müddətində 2550,74 ABŞ dolları məbləğində ona faiz pulu hesablayaraq tələb etmişdir və məhkəmədə öz növbəsində birtərəfli izahata uyğun həmin faizi təmin etmişdir. Onun İddiaçı ASC-yə olan borcu, 20.000- 5.900=14.100 ABŞ dolları əsas və 667,78 ABŞ dolları faiz borcu vardır. 2015-ci ilin aprel ayında 1 ABŞ dolların manat məzənnəsi üzrə dəyəri 1,05 manat təşkil etmişdir. Banka olan borcu hesabata görə ümumilikdə 14767,78 ABŞ dolları təşkil etdiyindən, həmin ilin manata olan məzənnəsinə görə 1 ABŞ = 1,05 AZN olduğundan, onu hazırda ümumilikdə borcu 15.506,17 AZN-dir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Q.H.Həsənov apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC və Cavabdeh arasında bağlanmış 145495- CNS-16922 saylı, 14.04.2015-ci il tarixli «Girovlu istehlak krediti müqaviləsinə əsasən sonuncuya istehlak məqsədilə 60 ay müddətinə, illik 22 faiz hesablanmaqla 20.000 ABŞ dolları məbləğində kredit verilmiş, borcalan X7 isə krediti qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanacaq faizləri borcverənə, yəni banka qaytarmağı öhdəsinə götürmüşdür. 14.04.2015-ci il tarixli, 145495-NEDVİJ-3607 “Daşınmaz əmlak ipoteka müqaviləsi” nə əsasən Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 62.1 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxanşından görünür ki, ünvan 1 ünvanında yerləşən 62.1 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh adına 129 nömrəli reyestr kitabının 12022 nömrəli vərəqində 30.10.2013-cü il tarixdə xüsusi mülkiyət kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətin Bakı Şəhər Ərazi İdarəsinin 06.05.2016-cı il tarixli, **********35 nömrəli məktubundan görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair tutmanının yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. X1 ərizəsindən görünür ki, o, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin banka ipotekaya qoyulmasına etiraz etməmişdir. Bank tərəfindən təqdim edilmiş son maliyyə arayışından görünür ki, X2 Banka 18634,23 ABŞ dolları məbləğində əsas borc, 2550,74 ABŞ dolları məbləğində faiz borcu, 223,40 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 21408,37 ABŞ dolları məbləğində borcu vardır. "xxxx" MMC-nin 16.03.2021-ci il tarixli, 07 saylı ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 16 mart 2021-ci il tarixə olan bazar qiyməti 35.000 manat, likvid dəyəri isə 30.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə 145495-CNS-16922 saylı, 14.04.2015-ci il tarixli «Girovlu istehlak krediti müqaviləsi üzrə 18634,23 ABŞ dolları məbləğində əsas borc, 2550,74 ABŞ dolları məbləğində faiz borcu, 223,40 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 21408,37 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, maliyyə arayışı və hesabdan çıxarışla öz təsdiqini tapır. Qeyd etmək lazımdır ki, qanunvericiliyə əsasən bank kreditləri faizlə verir, yəni əmanət münasibətlərində olduğu kimi kredit məbləği də faiz şəklində müvafiq artımla qaytarılmalıdır. Təbii ki, əmanətlər üzrə ödənilən faizlər kimi, kredit üzrə faizlər də adətən əsas borc məbləğinin valyutasında müəyyən edilir, çünki bank qanunvericiliyinə əsasən banklar valyuta risklərini tənzimləyərkən aktiv və öhdəliklər üzrə ödənilən faizləri açıq valyuta mövqelərinin hesablanmasına daxil edirlər. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinin hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edərək birinci instansiya məhkəməsi, cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, müqavilə üzrə ödənişləri qrafik üzrə aparmamaqla müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar apelyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən girov ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 296.1-ci maddəsinə görə isə girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən «Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir». Sadalanan maddələrə istinad edən birinci instansiya məhkəməsi ödənilmədən qalmış kredit borcunun ipoteka predmeti olan əmlaka yönəldilməsi nəticəsinə gəldikdə tələbi əsaslı hesab etmiş, Cavabdeh qeyri-yaşyış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və qeyriyaşayış sahəsindən çıxmadıqda həmin şəxsin qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması və həmin obyektin boşaldılmasını tələb etməkdə əsaslıdır. Həmçinin, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmeti olan mənzil 43 000 manat məbləğində qiymətləndirilmişdir. Lakin ekspert rəyindən görünür ki, mənzilin bazar qiyməti 35.000, likvid dəyəri isə 30.000 manat dəyərində qiymətləndirlmişdir. Odur ki, məhkəmə ipoteka predmetinin qiymətləndirilməsində ziddiyətlərin olmasını nəzərə alıb hesab etmişdir ki, ipoteka predmeti olan evin rəy verildiy ana orta bazar qiyməti 35.000 manat qiymətləndirilməlidir. Sadalanan hallara istinad edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə tələb edilən ödənilmədən qalmış borca münasibətdə tələbi qismən təmin etməklə qanuni və əsasılı qətnamə qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmişdir və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyıb, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(034)-47/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2762/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2762/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver