Məhkəmə qərarları › İş №2(105)-277/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-277/2025

15.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-277/2025 15.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, QSC "Bank Standard" Kommersiya Bankının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağ evinə istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-496/2022 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası Cavabdeh mülkiyyətçisi olduğu Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinə onun istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-496/2022 saylı qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia təmin edilmiş, İddiaçı Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinə istifadə hüququnun tanınması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-496/2022 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-496/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh şəxsi mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivindəki 0,1612 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 293,24 kv.m olan 7 otaqdan ibarət bağ evində onun istifadə hüququnun tanınmasına tələbinə dair qətnamə çıxarılması üçün Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-496/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinə istifadə hüququ tanınmışdır. İddiaçı Əliyev X3 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-496/2022 saylı qətnaməsi əsasında Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinə istifadə hüququ tanındıqdan sonra iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasını tələb etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1969/2024 nömrəli qərarı ilə iddiaçılar Nümayəndə və İddiaçı iddia tələbi təmin edilmiş, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivindəki 0,1612 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 293,24 kv m olan 7 otaqdan ibarət bağ evi üzərində iddiaçılar Nümayəndə və İddiaçı istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1969/2024 nömrəli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası işin halları baxımından iş üzrə qəbul ediləcək yekun qərarın nəticəsində ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmənətlərin Sığortalanması Fondunun qanunla qorunan maraqlarına toxunduğu üçün üçüncü şəxs qismində işə cəlb olunması barədə xx.xx.2024cü il tarixli, 2-1(105)-921/2024 saylı qərardad çıxarmışdır. Yalnız bu zaman Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(012)-496/2022 nömrəli qətnaməsindən məlumatı olmuşdur. Ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankı ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli, 2(012)-496/2022 saylı qətnaməni rəsmi olaraq xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Abşeron Rayon Məhkəməsi qərar qəbul edərkən maddi hüquq normalarını pozmuş, işi obyektiv araşdırmamış, üçüncü şəxsin (LPO QSC “Bank Standard” KB) maraqlarına zidd olan hallara nəzər yetirməmiş və əsassız qərar qəbul etmişdir. Belə ki, Cavabdeh şəxsi mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində olan 0,1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 239,24 kv.m. ümumi, 219,62 kv.m. yaşayış, 73,62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evi QSC “Bank Standard” KB ilə "xxxx" MMC arasında 16 mart 2016-cı il tarixdə bağlanmış 1xx/xx/3502/14 saylı kredit müqaviləsinin təminatı olaraq bank qarşısında xx.xx.2016-cı il tarixli, 1xx/xx/3502/14 saylı ipoteka müqaviləsi əsasında yüklü edilmiş və xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınaraq, RX ******* seriyalı Dövlət reyestrindən Çıxarış verilmişdir. Qeyd edilən halları nəzərə alaraq hesab edirlər ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-496/2022 nömrəli qərarı bankın birbaşa maraqlarına toxunmuşdur. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququ anlayışı qeyd edilmişdir. Həmin maddənin 269.4-cü bəndində “İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır” anlayışına əsaslanaraq qeyd edirlər ki, Cavabdeh şəxsi mülkiyyətində olan daşınmaz əmlak üzrə hüquqlar ipoteka müqaviləsi əsasında məhdudlaşdırılmışdır. Lakin Abşeron Rayon Məhkəməsi işə baxarkən iddiaçının tələbini təmin edərək Cavabdeh şəxsi mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən ipoteka müqaviləsi ilə yüklü olan bağ evində onun istifadə hüququnu tanıtmaqla maddi hüquq normasını pozmuş, düzgün qərar tətbiq etməmişdir. Mülki Məcəllənin 16-cı maddəsində mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması qeyd edilmişdir. Həmin maddənin 16.1-ci bəndində fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qanunun bu maddəsinə istinad edərək bildirirlər ki, Cavabdeh şəxsi mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində mülkiyyətində olan 0,1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 239,24 kv.m. ümumi, 219,62 kv.m. yaşayış, 73,62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evi QSC “Bank Standard” KB ilə "xxxx" MMC arasında 16 mart 2016-cı il tarixdə bağlanmış 1xx/xx/3502/14 saylı kredit müqaviləsinin təminatı olaraq bank qarşısında xx.xx.2016-cı il tarixli, 1xx/xx/3502/14 saylı ipoteka müqaviləsi əsasında yüklü edilmiş və xx.xx.2016-cı il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınaraq, ******* saylı yüklü edilməsinə dair Dövlət reyestrindən Çıxarış alınmışdır. Ləğv prosesində olan QSC “Bank Standard” KB ilə "xxxx" MMC arasında bağlanan müqavilə üzrə borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-6/2023 saylı qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsində 2(103)- 2458/2024 saylı mülki iş üzrə məhkəmə prosesi davam edir. Cavabdehin vəsatəti əsasında məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq icraat dayandırılmışdır. Buradan aydın olur ki, iddiaçı sözügedən əmlakın bank qarşısında ipoteka ilə yüklü olmasını barədə məlumatı bilərəkdən məhkəmədən gizlətmişdir. Beləliklə, iddiaçı öz hüquqlarından sui-istifadə etməklə LPO QSC “Bank Standard” KB-də yüklü edilmiş əmlakdan istifadə hüququ əldə edərək bankın hüquqlarına və mənafeyinə toxunmaq niyyətində olmuşdur. Həmçinin də ləğv prosesində olan QSC “Bank Standard” KB-nin "xxxx" MMC-yə qarşı iddia tələbi üzrə keçirilən məhkəmə proseslərinin keçirilməsinə qəsdən maneçilik yaradır. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Qeyd edir ki, işə sədrlik edən hakim proses iştirakçılarının təqdim etdiyi sübutları hərtərəfli araşdırmalı, lazım gəldikdə müvafiq orqanlara sorğu verməli, əldə edilmiş faktlara, sübutlara və qanunun müddəalarına əsaslanaraq qərar qəbul etməlidir. Beləliklə, məhkəmə qərar qəbul edərkən işin hallarını hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 51.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Qanunun bu maddəsinə istinad edərək bildirirlər ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin nəzərdə keçirərkən tələbin üçüncü şəxsin maraqlarına toxunduğunu açıq şəkildə görmüş olsa da LPO QSC “Bank Standard” KB-ni məhkəmədə iştirak etməyə cəlb etməmişdir. Beləliklə də bankın hüquqları pozulmuşdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddiaçı tərəfin izahatlar və sübutları barədə məlumatları qətnamədə qeyd etmişdir. Məhkəmə işin obyektiv araşdırılması üçün işdə iştirak edən şəxslərin və maraqlarına toxunan şəxslərin məhkəmədə iştirakını təmin etməli və iş üçün əhəmiyyət kəsb edən sübutları işdə iştirak edən şəxslərdən tələb etməli və toplanmış sübutlar əsasında qətnamə qəbul etməlidir. Lakin məhkəmə işi obyektiv araşdırmadan, maraqlarına toxunulmuş şəxsin ləğv prosesində olan QSC “Bank Standard” KB olduğunu bilərəkdən onun məhkəmədə iştirakını təmin etməmişdir. Belə ki, sözügedən əmlakın LPO QSC “Bank Standard” KB tərəfindən ipoteka ilə yüklü olduğu barədə qətnamədə qeyd etsə də və bununla bağlı kifayət qədər məhkəmənin məlumatı olmasına baxmayaraq, bankın maraqlarına toxunduğunu aşkar surətdə görmüş, lakin bankı maraqlı şəxs qismində məhkəməyə cəlb etməmişdir. Beləliklə, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qanunun bu kimi hallarını nəzərə almamış, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmiş, iş üçün əhəmiyyətli olan sübutların əldə olunmasında heç bir hərəkət göstərməmişdir. Beləliklə də cavabdehlərin və maraqlarına toxunan şəxsin ləğv prosesində olan QSC “Bank Standard” KB-nin hüquqları pozulmuşdur. Məhkəmə qərar qəbul edərkən işi obyektiv araşdırmamış, nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış və beləliklə də üçüncü şəxsin (LPO QSC “Bank Standard” KB) maraqlarına zidd olan hallara nəzər yetirməmiş və əsassız qərar qəbul etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-6/2023 saylı qətnaməsi ilə bankın iddiası qismən təmin edilərək cavabdehlərdən, ümumilikdə, 3073506,39 ABŞ dolları məbləğində pulun tutulması və tutmanın ipoteka predmetləri olan əmlaklara yönəlməsi qət edilmişdir. Həmin qətnamə üzrə sözügedən Cavabdeh şəxsi mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində olan 0,1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 239,24 kv.m. ümumi, 219,62 kv.m. yaşayış, 73,62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evində tutma yönəlməsi açıq hərracda satılması və əmlak satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri qeyd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-6/2023 saylı qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsi işin hallarını dərindən araşdırmamış, bu səbəbdən də yuxarıda qeyd edilən hallarından xəbərdar olmamışdır. Bank maraqlı şəxs qismində məhkəməyə cəlb edilməmişdir. Nəticədə iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, göstərilənlərə əsasən o, apellyasiya şikayətinin təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-496/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-496/2022 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-496/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs ləğv prosesində olan QSC «Bank Standard» KB-nin nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə uyğun hesab edilməsi, apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin şikayət verən şəhsin hüquq və vəzifələrinə toxunub-toxunmamasının məsələsinin tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında QSC "Bank Standard" Kommersiya Bankının nümayəndəsi X4 bildirdi ki, mübahisəli əmlak bankda 2014-cü ildən ipoteka ilə yüklü edilmişdir. İpoteka haqqında qanuna əsasən əmlak yüklü edilirsə həmin əmlak üzərinə bütün hüquqlar məhdudlaşdırılır. İddiaçı məhkəmədə iddia qaldıraraq əmlaka istifadə hüququnun tanınmasını xahiş etmişdir. Bu zaman sözügedən əmlak ipoetkada yüklü olunduğu üçün üçüncü şəxs qismində işdə iştirak etməli idilər. Lakin məhkəmədə iştirak etməmişlər. Bu günki gündə qətnamə əsasında əmlakdan hüquq əldə edib. Həmin əmlakı gələcəkdə hərraca çıxarılacağı təqdirdə onlara çətinliklər yaranacaq. Əmlak girov götürüləndə evdə yaşayan şəxslər olmayıb. Girovda olan əmlaklara qeydiyyata düşəndə bankdan razılıq əldə edilir. Əmlak satılarkən qeydiyyatda olan şəxslərin mənzildən çıxarılmasında çətinliklər yaranır. Bu səbəbdən qətnamə bankın maraqlarına toxunur. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə bildirdi ki, evdə oğlu və özü yaşayır. 2013-cü ildə ərindən boşanıb. Bağ evinə istifadə hüququnun yaranması bankın hər hansı marağına toxunmur. Buna görə də apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını araşdırırb hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-496/2022 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun K.Maraevin şikayəti üzrə 29 iyul 2016-cı il tarixli qərarında işdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun 3 səciyyəvi əlamətini - onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; - iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; - öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olmasını - müəyyən etmişdir. Qeyd olunan normaların tələbindən də görünür ki, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamələrdən-qərardadlardan işdə iştirak etməyə cəlb edilməyən şəxslər də apelyasiya şikayəti verməklə məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Lakin bu hüquq prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri aşmamalı, mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Bu baxımdan işdə iştirak etməyə cəlb edilməyən şəxslərin apelyasiya şikayəti məhkəmə qərarının onların hüquqlarına və qanuni maraqlarına toxunması, hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması hallarında mümkün hesab edilməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qətnamədən şikayət vermiş bankın qətnamənin onun hansı maraqlarına toxunmasını müəyyənləşdirilməmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankı apellyasiya şikayətində çıxarılmış qətnamənin onun qanuni maraqlarını pozduğunu qeyd etsə də qanuni maraqlarının pozuntusunun maddi və prosessual hüquq normaları aspektindən nədən ibarət olmasını konkret olaraq göstərə bilməmiş, yalnız mübahisə predmeti olan daşınmaz əmlakın onun xeyrinə ipoteka ilə yüklü edildiyini və əmlak ipoteka ilə yüklü edildikdən sonra şəxsin həmin əmlakdan istifadə hüququnun yarandığını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka ilə yüklü edilmiş əmlak üzərində sonradan hər hansı bir şəxsin istifadə hüququnun tanınması ipoteka saxlayanın ipotekanın realizəsi ilə bağlı hər hansı bir hüquq və vəzifələrinə təsir etməməkdədir. Hətta, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 274.1-ci maddəsinin tələbinə əsasən ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi halı belə ipoteka hüququnu dəyişdirmir. Bundan başqa “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunvericiliyin tələbindən göründüyü kimi yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulduğu təqdirdə ipoteka qoyanla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin müvafiq razılıqlarının olub-olmamasından asılı olmayaraq, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda onlar tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmçinin, ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış, həmin mənzildən hər hansı bir əsasla istifadə edən şəxslər də belə öhdəlik götürmüş sayılırlar. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qəbul edilmiş qətnamə Ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankının hüquq və vəzifələrinə toxunmadığından apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmiş hesab olunmaqla, apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar da yaratmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 30.1-ci maddəsində ipoteka qoyan tərəfindən ipoteka predmetinin yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxslərin istifadəsinə (istifadə, icarə və sair) verə bilməsinə dair sərəncam hüququ nəzərdə tutulmuşdur. Lakin, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən maddə nəzərədə tutulan istifadəyə dair sərəncam ipoteka ilə yüklü edilmiş əmlakın ailə hüquq münasibətlərindən irəli istifadəsinə dair münasibətləri deyil, ipoteka qoyanla digər şəxslər arasında mülki hüquqi müqavilələr əsasında ipoteka predmetindən istifadəyə dair olan razılaşmaları nəzərdə tutmaqdadır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-496/2022 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayəti MPM-nin 357-ci maddəsinin tələblərinə uyğun olmadığından, bununla da işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 366cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-496/2022 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-496/2022 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinin tələbinə riayət edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar