Məhkəmə qərarları › İş №2(105)-2774/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2774/2020

13.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2774/2020 13.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh Şirkətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-645/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Şirkətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mağazasından əldə etdiyi qüsurlu soyuducuya görə ödədiyi 969 manat maddi zərərin və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)645/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Şirkətindən dəymiş maddi zərərə görə 969 (doqquz yüz altmış doqquz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir (hakim Habil Əhmədov). İddiaçı ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, iş üzrə qətnamə qəbul edildikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh şirkət deyil, xxxxxxxx QSC-nin mağazasıdır. Odur ki, qətnaməyə izah verilərməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-645/2019 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-645/2019 saylı qətnaməsinin izah edilməsi barədə İddiaçı ərizəsi təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-645/2019 saylı qətnamədə iddianın yönəldiyi tələb cavabdeh “Cavabdeh”xxxxxxxxxxxxxxxx“xxxxxxxx QSC-nin mağazası “Cavabdeh” kimi başa düşülməsi qərara alınmışdır. Həmin qərardaddan “xxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2020-ci il tarixdə şikayət vermiş, şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1610/2020 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-645/2019 saylı qərardadından “xxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-645/2019 saylı qərardadı ilə “xxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-645/2019 saylı qərardadından vermiş olduğu şikayət geri qaytarılmışdır. “xxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti yenidən Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-645/2019 saylı qərardadından şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-645/2019 saylı qərardadı ilə “xxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-645/2019 saylı qərardadın ləğv edilməsi, İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)645/2019 saylı qətnaməsinin izah edilməsi barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. Hazırda həmin qərardaddan narazı qalan İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi, iş üzrə onun ərizəsinin təmin edilməsi, 2(012)-645/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamədə cavabdehin “Cavabdeh”xxxxxxxxxxxxxxxx“xxxxxxxx” QSC-nin partnyor mağazası “Cavabdeh” kimi göstərilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-645/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətaməsi onun xeyrinə olmuş, ona satılmış keyfiyyətsiz məişət avadanlığı geri qaytarmış, ödədiyi məbləği tələb etmişdir. Sonradan məlum olmuşdur ki, “Cavabdeh” mağazası şirkət deyil, “xxxxxxxx” QSC-nin patnyor mağazasıdır. Belə olan təqdirdə qətnamənin məzmunu dəyişmir, çünki cavabdeh “xxxxxxxx” QSC-nin satış məntəqəsidir. Bu isə qətnamənin məzmununu dəyişdirmək demək deyildir. Odur ki, qərardadın ləğv edilməsi, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə müəyyən etmişdir ki,Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-645/2019 saylı qətnaməsinə izah verilərkən, qətnamənin məzmunundan kənara çıxılmış, cavabdeh “Cavabdeh”Şirkəti, işdə cavabbdeh qismində iştirak etməyən cavabdeh“xxxxxxxx” QSC-in mağazası “Cavabdeh kimi başa düşülməsi qərara alınmışdır ki, bu da AR MPM-in 230.1-ci madəsinin tələbinə ziddir. Hansı ki, başqa cavabdehin cəlb edilməsi və ya cavabdehin əsl cavabdehlə əvəz olunması zərurəti olduqda həmin məsələlər AR MPM-nin 51.3-cü və 54.1-ci maddələrinə əsasən iddia tələbinə baxılan zaman həll olunmalı idi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlanılması nəticəsinə gələrkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 230.1-ci madddəsində göstərilmişdir ki, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Göründüyü kimi, MPM-in yuxarıda qeyd olunan normasında dəqiq olaraq göstərilmişdir çıxarılmış qətnamənin məzmunu dəyişdirilmədən həmin qətnamənin izahına yol verilir. İş materiallarından görünür ki, iddia ərizəsi verilərkən cavabdeh qismində “Cavabdeh” şirkəti qoyulmuş və qətnamə qəbul edilərkən ziyanın “Cavabdeh” şirkətindən tutulması qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Hazırki halda cavabdeh “Cavabdeh”-ın dəyişdirilərək “xxxxxxxx” QSC kimi göstərilməsi qətnaməyə izah verilməsi deyil, cavabdehin əvəz edilməsidir. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən əsasla ərizənin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayətdə göstərilən dəlilləri əsassız hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-645/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-645/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar