Məhkəmə qərarları › İş №2(105)-2784/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2784/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2784/2020 21.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı «xxxxxxxxxx» MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-160/2018 saylı qətnaməsindən iddiaçı «xxxxxxxxxx» MMC, cavabdehlər Cavabdeh5 Balahəsən oğlu, Cavabdeh4 və Cavabdeh3 Zülfüqar qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-160/2018 saylı qətnaməsi ilə (hakim İ.Mahmudov) iddiaçı «xxxxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Zülfüqar qızı, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 Balahəsən oğlu, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı pul və maddi ziyat tələbinə dair iddiası qismən təmin edilib, cavabdehlər Cavabdeh1 1329,65 manat, Cavabdeh3 1887,10 manat, Cavabdeh4 872,71 manat, Cavabdeh6 2020,95 manat, Cavabdeh5 Balahəsən oğlundan 3307 manat, Cavabdeh7 11607,89 manat, Cavabdeh8 4600,31 manat və Cavabdeh9 1131,13 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin Cavabdeh2 ilə bağlı hissədə və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 Balahəsən oğlu, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 müştərək qaydada 10000 manat maddi ziyana görə təzminatın tutulması ilə bağlı hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən iddiaçı «xxxxxxxxxx» MMC, cavabdehlər Cavabdeh5 Balahəsən oğlu, Cavabdeh4 və Cavabdeh3 Zülfüqar qızı apelyasiya şikayətləri vermişdirlər. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)- 184/2020 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən, cavabdehlər Cavabdeh5 Balahəsən oğlu, Cavabdeh4 və Cavabdeh3 Zülfüqar qızının apelyasiya şikayətləri təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-160/2018 saylı qətnaməsi qismən – “iddia tələbinin Cavabdeh2 ilə bağlı hissədə təmin edilməməsi” hissəsində, cavabdehlər Cavabdeh3 1887,10 manat, Cavabdeh4 872,71 manat, Cavabdeh5 Balahəsən oğlundan 3307 manat və 30 manat dövlət rüsumunun Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Balahəsən oğlundan müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi hissələrində ləğv edilmiş və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi Cavabdeh2 aid hissədə qismən təmin edilib, ondan 3400 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi, Cavabdeh5 Balahəsən oğluna, Cavabdeh4 və Cavabdeh3 Zülfüqar qızına aid hissələrdə iddia tələbinin təmin olunmaması və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri-ümumilikdə 357 (üç yüz əlli yeddi) manatın 115 (bir yüz on beş) manatı iddiaçıdan, 242 (iki yüz qırx iki) manatı Cavabdeh2 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-4230/2020 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-184/2020 saylı qətnaməsi qismən – Cavabdeh2 iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı “xxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxxxxxxxx” MMC xx.xx.2013-cü il tarixdən şirniyyat istehsalları ilə məşğul olan bir fabrikdir. Cavabdehlər isə həmin şirkətin satış təmsilçiləri vəzifəsində fəaliyyət göstərmişlər. Cavabdeh1 xx.xx.2015-ci il tarixdən etibarən şirkətin satış təmsilçisi olaraq işə götürülmüşdür. xx.xx.2016-cı il tarixində şirkətdən 1429,65 manat məbləğində məhsul götürmüş və həmin məhsulların pulundan 100 manatını təhvil vermiş, 1329,65 manat məbləğini isə təhvil verməmişdir. Cavabdeh2 xx xxxxxx 2016-cı il tarixindən etibarən şirkətin satış təmsilçisi olaraq işə götürülmüşdür. xx xxxx 2016-cı il tarixə qədər şirkətdən 64076,77 manatlıq məhsul götürmüş və həmin məhsulların pulundan 58602,63 manatını təhvil versə də, 5474,14 manatını isə verməmişdir. Cavabdeh3 xx xxxxxx 2015-ci il tarixindən etibarən şirkətin satış təmsilçisi olaraq işə götürülmüşdür. xx xxxxxx 2016-cı il tarixə qədər şirkətdən 133752,82 manatlıq məhsul götürmüş və həmin məhsulların pulundan 131865,72 manatını təhvil versə də,1887,10 manatını isə verməmişdir. Cavabdeh4 xx xxxxxx 2015-ci il tarixindən etibarən şirkətin satış təmsilçisi olaraq işə götürülmüşdür.xx xxxx 2016-cı il tarixə qədər şirkətdən 53363,41 manatlıq məhsul götürmüş və həmin məhsulların pulundan 52491,34 manatını təhvil versə də, 872,07 manatını isə verməmişdir. Cavabdeh6 xx xxxxxx 2015-ci il tarixindən etibarən şirkətin satış təmsilçisi olaraq işə götürülmüşdür. xx xxxxxx 2016-cı il tarixə qədər şirkətdən 5409,02 manatlıq məhsul götürmüş və həmin məhsulların pulundan 3388,25 manatını təhvil versə də, 2020,95 manatını isə verməmişdir. Cavabdeh5 Balahəsən oğlu xx xxx 2015-ci il tarixindən etibarən şirkətin satış təmsilçisi olaraq işə götürülmüşdür. xx xxxx 2016-cı il tarixə qədər şirkətdən 7408 manatlıq məhsul götürmüş və həmin məhsulların pulundan 4101 manatını təhvil versə də, 3307 manatını isə verməmişdir. Cavabdeh7 xx xxxxxxxx 2015-ci il tarixindən etibarən şirkətin satış təmsilçisi olaraq işə götürülmüşdür. xx xxxxxx 2015-ci il tarixədə qədər şirkətdən 22503,73 manatlıq məhsul götürmüş və həmin məhsulların pulundan 10895,83 manatını təhvil versə də, 11607,89 manatını isə verməmişdir. Cavabdeh8 xx xxxxx 2016-cı il tarixindən etibarən şirkətin satış təmsilçisi olaraq işə götürülmüşdür. xx xxxx 2016-cı il tarixə qədər şirkətdən 41757,46 manatlıq məhsul götürmüş və həmin məhsulların pulundan 37157,15 manatını təhvil versə də, 4600,31 manatını isə verməmişdir. Cavabdeh9 xx xxxxx 2016-cı il tarixindən etibarən şirkətin satış təmsilçisi olaraq işə götürülmüşdür. xx xxxx 2016-cı il tarixə qədər şirkətdən 29721,24 manatlıq məhsul götürmüş və həmin məhsulların pulundan 28590,01 mantını təhvil versə də, 1131,13 manatını isə verməmişdir. Ona görə də, cavabdehlər Cavabdeh1 1329,65 manat, Cavabdeh2 5474,14 manat, Cavabdeh3 1887,10 manat, Cavabdeh4 872,71 manat, Cavabdeh6 2020,95 manat, Cavabdeh5 Balahəsən oğlundan 3307 manat, Cavabdeh7 11607,89 manat, Cavabdeh8 4600,31 manat və Cavabdeh9 1131,13 manat pulun, müştərək qaydada olmaqla 10000 manat maddi ziyana görə təzminatın, 30 manat dövlət rüsumunun alınaraq “xxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasının xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı «xxxxxxxxxx» MMC və cavabdehlər Cavabdeh5 Balahəsən oğlu, Cavabdeh4 və Cavabdeh3 Zülfüqar qızı tərəfindən ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2018-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı «xxxxxxxxxx» MMC apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, Cavabdeh2 xx xxxxxx 2016-cı il tarixindən etibarən şirkətin satış təmsilçisi olaraq işə götürülmüşdür. xx xxxx 2016-cı il tarixə qədər şirkətdən 64076,77 manatlıq məhsul götürmüş və həmin məhsulların pulundan 58602,63 manatını təhvil versə də, 5474,14 manatını verməmişdir. “xxxxxxxxxx” MMC-dən satmaq üçün qənnadı məhsulları götürən Cavabdeh2 qaimələrə imza edib mal götürməsinə baxmayaraq vurduğu maddi ziyanı ödəməkdən yayınmaq üçün məhkəmə gedişində bildirmişdir ki, ona qarşı irəli sürülmüş iddia tələbi qanunsuz və əsassızdır. O, iddiaçı şirkəti tanımır, həmin şirkətin işçisi olmamışdır. Müqavilədəki imza ona məxsus deyildir. Məhkəmə sübutları araşdırarkən Cavabdeh2 göstərdiklərinin həqiqətə uyğun olub-olmadığını müəyyən etmək məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Ekspert rəyindən görünür ki, tədqiqat üçün Cavabdeh2 sərbəst imza nümunələri ekspertə təqdim olunmamışdır. Məhkəmə buna aydınlıq gətirmədən iddianı tam təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı «xxxxxxxxxx» MMC-nin nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh3 Zülfüqar qızı, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 Balahəsən oğlu, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən adları qeyd olunan cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)- 184/2020 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən, cavabdehlər Cavabdeh5 Balahəsən oğlu, Cavabdeh4 və Cavabdeh3 Zülfüqar qızının apelyasiya şikayətləri təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-160/2018 saylı qətnaməsi qismən – “iddia tələbinin Cavabdeh2 ilə bağlı hissədə təmin edilməməsi” hissəsində, cavabdehlər Cavabdeh3 1887,10 manat, Cavabdeh4 872,71 manat, Cavabdeh5 Balahəsən oğlundan 3307 manat və 30 manat dövlət rüsumunun Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Balahəsən oğlundan müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi hissələrində ləğv edilmiş və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi Cavabdeh2 aid hissədə qismən təmin edilib, ondan 3400 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi, Cavabdeh5 Balahəsən oğluna, Cavabdeh4 və X1 aid hissələrdə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Cavabdeh2 qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-4230/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-184/2020 saylı qətnaməsi qismən – Cavabdeh2 iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilib, iş həmin hissədə yeni apelyasiya baxışına qaytarıldığı üçün məhkıəmə kollegiyası birinci instansia məhkəməsinin qətnməsini qeyd olunan hissədə araşdırır. İş materialları ilə müəyyən olur ki, “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 1329,65 manat, Cavabdeh2 5474,14 manat, Cavabdeh3 1887,10 manat, Cavabdeh4 872,71 manat, Cavabdeh6 2020,95 manat, Cavabdeh5 Balahəsən oğlundan 3307 manat, Cavabdeh7 11607,89 manat, Cavabdeh8 4600,31 manat və Cavabdeh9 1131,13 manat pulun, müştərək qaydada olmaqla 10000 manat maddi ziyana görə təzminatın və 30 manat dövlət rüsumunun alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 aid hissədə iddia tələbi onunla əsaslandırılmışdır ki, sonuncu xx xxxxxx 2016cı il tarixindən etibarən şirkətin satış təmsilçisi olaraq işə götürülmüşdür. xx xxxx 2016-cı il tarixə qədər şirkətdən 64076,77 manatlıq məhsul götürmüş və həmin məhsulların pulundan 58602,63 manatını təhvil versə də, 5474,14 manatını verməmişdir. İddiaçı tələbini təsdiq edən sübut qismində məhkəməyə alqı-satqı müqaviləsi, üzləşmə aktı, cari hesab hərəkət vərəqi və xəbərdarlıq məktubu təqdim etmişdir. Məhkəməyə təqdim edilmiş satıcı qismində iddiaçı ilə alıcı qismində cavabdeh arasında bağlandığı iddia olunan xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsində satıcı müqavilədə müəyyən olunmuş şərtlərlə istehsal olunan şirniyyat mallarını alıcıya təhvil verməyi, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilə məbləği 10000 manat təşkil etmişdir. İddiaçı, sübut qismində mhkəməyə, həmçinin xx.xx.2015-xx.xx.2017-ci il tarixədək dövrü əhatə edən cari hesab hərəkət vərəqi təqdim etmişdir. Həmin sənəddə cavabdehin xx.xx.2016-cı il tarixə 5474,16 manat borcunun olduğu qeyd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktubunda iddiaçı cavabdehin ondan aldığı 3400 manat malın dəyərini xx.xx.2016-cı il tarixədək ödəməyi tələb etmişdir. İddiaçı məhkəmə baxışı zamanı cavabdeh tərəfindən imzalandığı iddia olunan qarşılıqlı üzləşmə aktını məhkəməyə təqdim etmişdir. Aktda xx.xx.2016-cı il tarixinə cavabdehin iddiaçıya 9374,72 manat borcunun olduğu qeyd edilmişir. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı şirkəti tanımır, heç vaxt həmin şirkətin işçisi olmayıb. Birinci instansiya məhkəməsi alğı-satqı müqaviləsindəki imzanın cavabdehə aid olubolmamasının müəyyənləşdirilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş, lakin rəy vermək mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; d) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; e) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; f) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Həmin maddənin 2-ci hissəsinə əsasən ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 200-cü maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 149.1, 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. İddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələblər göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin MPM-nin 53-cü maddəsinə əsasən iddianın əsasını seçmək iddiaçının müstəsna hüququdur. İddiaçı birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını dəyişməyə haqlıdır. Eyni zamanda iddianın əsası və predmeti iddianın ən vacib iki ünsürünü təşkil etdiyindən onların dəyişdirilməsinə də iddia ərizəsinin verilməsinə dair prosessual qanunvericiliyin tələbi eyni qaydada tətbiq olunmalı, iddiaçı iddianın əsasını və ya predmetinin dəyişdirilməsi ilə bağlı məhkəməyə yazılı ərizə təqdim etməlidir. İddianın əsasını seçmək və onu dəyişdirmək hüququnun müstəsna olaraq iddiaçıya məxsus olması dispozitivlik prinsipindən irəli gəlir. Bu prinsip işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Dispozitivlik prinsipinə əsasən iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. İddiaçının öz iddiasının əsasını birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək yazılı ərizə verməklə dəyişməsi barədə qayda dispozitivlik prinsipi ilə yanaşı, həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Çünki iş üzrə cavabdeh öz müdafiəsini təşkil etmək, iddiaçının dəlillərinə əsaslandırılmış cavab vermək, habelə özünün əks sübutlarını təqdim etmək imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsasının nə olduğu barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır. Baxılan iş üzrə iddiaçı cavabdehdən pul tələb edir. İddia tələbinin əsası ondan ibarətdir ki, cavabdeh xx xxxxxx 2016-cı il tarixindən etibarən iddiaçının satış təmsilçisi olaraq işə götürülmüşdür. xx xxxx 2016-cı il tarixə qədər şirkətdən 64076,77 manatlıq məhsul götürmüş və həmin məhsulların pulundan 58602,63 manatını təhvil versə də, 5474,14 manat pul ödənilməmiş qalmışdır. Məhkəmə baxışının gedişində iddiaçı iddia tələbinin əsasının dəyişdirilməsi barədə məhkəməyə yazılı ərizə təqdim etməmişdir. Beləliklə iddiaçı iddia ərizəsinin əsası kimi cavabdehlə əmək hüquq münasibətlərinə daxil olduğuna və həmin münasibətlər çərçivəsində cavabdehin ona borclu qaldığına istinad etdiyi üçün birinci instansiya məhkəməsi iddiaçının əlavə etdiyi və işdə olan digər sübutlara məhz iddianın əsasına uyğun olaraq qiymət verməli və iş üzrə mübahisəni Əmək Məcəlləsinin işçinin maddi məsuliyyətini tənzimləyən müddəlarına uyğun həll etməli idi. Lakin işə baxmış birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157.2, 329.2. 385.1, 442, 448.1, 567, 600.1, 600.4-cü maddələrini tətbiq etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, əgər iddiaçı iddianın əsasını dəyişməyibsə, lakin başqa əsasla iddianın təmin olunmasına hüquqi əsas verən sübutlar təqdim edibsə belə, məhkəmə həmin sübutların məzmunundan çıxış edərək fəqrli əsaslarla iddiaya münasibət bildirə bilməz. Çünki bu hal yuxarıda istinad olunan dispozitivlik və çəkişmə prinsipləri ilə bir arayı sığmamaqla, həm iddiaçını, həm də cavabdehi mühüm prosessual hüquqlardan məhrum etməklə nəticələnə bilər. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibıtlərinə əsaslanaraq hesab edir ki, iddiaçı «xxxxxxxxxx» MMC-nin Cavabdeh2 qarşı iddiası əsassız olub, tələb əmək münasibətləriə aid olmasına baxmayaraq iddia mülki hüquq normalarına əsaslanıb pul və maddi ziyan tələbi ilə bağlı məhkəməyə müraciət edildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402- 403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «xxxxxxxxxx» MMC-nin verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-160/2018 saylı qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı «xxxxxxxxxx» MMC-nin Cavabdeh2 qarşı 3400 (üç min dörd yüz) manat məbləğində pul tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar