Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2787/2020 27.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X8 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı-cavabdeh İddiaçı, onun vəkili və nümayəndəsi X1, Cavabdeh-iddiaçı Cavabdeh və onun vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh və Cavabdeh İddiaçı qarşı pulun qaytarılması barədə ilk və qarşılıqlı iddialarına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4674/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən tərəflərin verdikləri apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4674/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) hər iki iddia rədd edilmişdir. Qətnamədən tərəflər apelyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3984/2019 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, qətnamə qismən - İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, ilk iddia təmin edilmiş, Cavabdeh 53000 manat pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmiş, Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin 2(102)-2372/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğiundan 53.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh məhkəmədə qarşılıqlı iddia qaldıraraq, İddiaçı 13.600 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia bununla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə kommersiya işləri ilə əlaqədar artıq 20 ildən çoxdur ki tanış olmuşdur. Bir müddət əvvəl, cavabdeh ona özünə məxsus olan və maşın bazarında yerləşən obyektləri göstərmiş və bildirmişdir ki indiyə qədər şərik olaraq işlədiyi adamdan ayrılmış və ondan obyekti işlətmək üçün pul verməyi xahiş etmişdir. O, bildirmişdir ki, verəcəyi puldan əldə edəcəyi gəlirdən ona da verəcək və hissə-hissə cavabdehə verdiyi pulu da qaytaracaq. O, cavabdehin səmimiliyinə inanaraq 2017-ci ilin sentyabrına qədər cavabdehə hissə-hissə olmaqla 53.000 manat məbləğində pul vermişdir. Bu məbləğə cavabdehlə aralarında olan və verib sonradan geri aldığı pullar daxil deyildir. Cavabdeh hesabat vermək üçün çağırdığında, cavabdeh bir neçə nəfərin iştirakı ilə ona vermiş olduğu 53.000 manatı aldığını bildirsə də guya qaytardığını deməyə başlamışdır. Cavabdeh almış olduğu pulu geri qaytarmır və arxasında güclü adamı olduğunu, Daxili işlər Nazirliyində yüksək vəzifəli dostları olduğunu bildirməklə hədələyir. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmır və buna görə də iddia təmin olunmalıdır. Qarşılıqlı iddia bununla əsaslandırılmışdır ki, o, İddiaçı 2001-ci ildən sahibkar kimi tanımışdır. O, həmin vaxt xırda sahibkarlıqla məşğul olmuş, Sumqayıt şəhərində valyuta dəyişmə köşkündə işləmişdir. Onun köməyi ilə, sərmayəsi ilə valyuta dəyişmə məntəqəsi açmışdır. O, İddiaçı üçün müştəri bazasını da qurmuş və ona müştərilər vermişdir. Onun 2007-ci ildə kommersiya ilə bağlı problemi olmuş və bütün pullarını İddiaçı götürmüşdür. 2009-cu ildə ona yenidən pul yatrımı etmişdir. 2016-cı ilin fevral ayında işlərini dayandırmışdır. 40.000 ABŞ dolları İddiaçı qalmışdır. 2017-ci ilin iyun ayında işini yenidən başlamışdır. Dostlarından və ətrafdan cavabdeh İddiaçı pul saxlamaq şərti ilə pul götürməyə başlamışdır. Üstündən iki ay keçəndən sonra, İddiaçı ona demişdir ki, hesabat etsin, onun çox borcu var. Hesabat zamanı aydın olmuşdur ki, İddiaçı ona 18.000 manat borcu qalıb. Həmin gün, həmin borcdan 10.000 manatı vermiş, 8.000 manat borcu isə qalmışdır. Yenə pul saxlamaq şərti ilə işləməyə başlamışlar. xx xxxxxxx 2017-ci il tarixdə İddiaçı yenə demişdir ki, onun borcu var, ona pul vermir. Onlar yenidən hesabat aparmağa başlamışlar. Müxtəlif hesablamalar aparılmış və 2018-ci ilin fevral ayında İddiaçı ona 23.600 manat borcu olduğunu bildirmiş və həmin borcdan 10.000 manatı vermişdir, İddiaçı ona 13.600 manat borcu isə qalmışdır. Həmin vaxtdan bir ay keçəndən sonra, İddiaçı onu polisə vermişdir. İddiaçı ona 13.600 manat borcu olması yazılı sübutlar və şahid ifadələri ilə öz təsdiqini tapır. Buna görə də qarşılıqlı iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Hər iki apelyasiya şikayəti bununla əsaslandırılmışdır ki, məhkəmə mübahisəni düzgün həll etməmiş, maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarını nəzərə almamış, natamam araşdırma aparmışdır. Buna görə də İddiaçı qətnamənin ləğv edilməsini və ilk iddianın təmin edilməsini, Cavabdeh isə qətnamənin qismən ləğv edilərək qarşılqılı iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı ilk iddia üzrə İddiaçı, həmçinin onun vəkili və nümayəndəsi X2 öz apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, qarşı tərəfin isə şikayətinin rədd olunmasını xahiş etdilər. Fəxrədin İbadov əlavə etdi ki, Cavabdeh 2017-ci ilin iyul ayında borc olaraq 43 000 manata ekvivalent rus rublu vermişdir. Bundan sonra Cavabdeh pulunu diriltmək üçün ondan əlavə olaraq 10 000 manat borc almışdır. Pul verilərkən heç bir sənədləşmə aparmamışlar. Borc 15 günə qaytarılmalı idi. Lakin indi o, həmin pulları qaytarmaq istəmir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh və onun vəkili X9 isə Cavabdeh apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsnin, İddiaçı şikayətinin isə rədd edilməsni xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan cinayət içinin başlanmasının rədd edilməsi barədə Sumqayıt şəhər Pİ-nin İŞ-nin baş müstəntiqi İ.Ş.Məmmədovun qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qərardan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət əlamətləri olmadığından cinayət içinin başlanması rədd edilmişdir. Bu material üzrə hər iki tərəfin izahatı alınmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, habelə Ali Məhkəmənin mübahisə üzrə hüquqi mövqeyinə və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına, əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərin əmələ gəlməsi əsaslarını müəyyən edən 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan istifadə edilə bilər. Mülki Məcəllənin 740.2-ci maddəsinin (xx xxx 2016-cı ildə təsdiq edilmiş yeni redaksiyada) tələblərinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi tərəflər arasında tələb etdikləri borc pul münasibətləri 2017-ci ildə yaranmışdır. Tələb edilən borc məbləğləri isə üç min manatdan çoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, daha öncə istinad olunan hüquq normalarına əsasən hazırki halda pul öhdəlikləri üzrə mümkün olan sübutetmə vasitələri yalnız yazılı sübutlar ola bilər. Azərbaycan Respublikasının MPM-nin 89.1-ci maddəsinə görə yazılı sübutlar — iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. İş materiallarında həm İddiaçı, həm də Cavabdeh bir-birlərindən borc götürmələrini və ya borcun olmasını təsdiq edən yazılı sübut mövcud deyildir. Baxmayaraq ki, qanun bunu tələb edir. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid ifadələrinə gəldikdə isə, MPM-nin 81-ci maddəsinə əsasən, həmin ifadələr hazırkı iş üzrə mümkün olan sübutetmə vasitəsi hesab edilə bilməz. Belə ki, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı istinad etdiyi halları təsdiq etmək üçün şahid ifadələrinə istinad etmişlər. Təqdim edilmiş həmin şahidlər borc münasibətlərinin yaranmasında bilavasitə iştirakçı olmamışlar, onların ifadələri ümumi məlumatlar olmaqla, işin konkret hallarını bilvasitə özündə əks etdirmir. Digər tərəfdən, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, İddiaçı şikayəti üzrə materiala baxılarkən tərəflər hazırki iddialarına uyğun yazılı izahat verməklə, İddiaçı Cavabdeh hissə-hissə 53.000 manat məbləğində pul verdiyini və sonuncunun həmin məbləği qaytarmaqdan imtina etdiyini, Cavabdeh də İddiaçı ona 13.600 manat borclu olduğunu və onun həmin məbləği qaytarmadığını bildirmişdir Birinci instyansiya məhkəməsi bu hallara düzgün qiymət vermiş, hər iki tərəfin bir-birilərinə borcunun olmaması barədə düzgün nəticəyə gəlmişdir. İş materiallarında tərəflərin göstərdikləri məbləğdə bir-birinə borclu olmaları barədə heç bir mötəbər sübut yoxdur. Buna görə də məhkəmə kollegyiası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayətlər isə təmin olunmamalıdır. Həm badov Fəxrəddin İsa oğlu, həm də Cavabdeh bir-birlərinə borclu olmalarını MPM-in tələblərinə uyğun sübut edə bilməmişlər, halbuki bu şərtin mövcudluğunu sübut etmək AR MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçılar kimi onların vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X10 Məhkəməsi "X3rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, tərəflər öz dəlillərinin əsası kimi istinad etdiyi halları sübut edilə bilməmişdir və bununla bağlı hər hansı mötəbər, əsaslı şübhələrdən kənar sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Beləliklə də, qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4674/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Elman Əhmədov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2787/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2787/2020
27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver