Məhkəmə qərarları › İş №2(105)-279/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-279/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-279/2022 14.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2(067)-12/2020 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2(067)-12/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlkin Xəlilov) iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 11R000007836 saylı kredit razılaşması üzrə 121923,11 ABŞ dolları məbləğində kredit borcu, 102476.35 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 224899.46 ABŞ dolları, 11R000007839 nömrəli kredit razılaşması üzrə əsas borc üzrə 80299.04 ABŞ dolları, faiz borcu 59996.8 ABŞ dolları, 500 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 140795.84 ABŞ dolları, hər iki kredit razılaşması üzrə cəmi 365.695.3 ABŞ dolları məbləğində pul, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin 63 manat xidmət haqqının tutularaq iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən evin ilkin satış qiymətinin 48000 manat, ünvan 2 ünvanında yerləşən evin ilkin satış qiymətinin 35000 manat, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti qiymətinin 661000 manat məbləğində müəyyən edilməklə, tələbin Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 68 saylı evin 42 saylı mənzilinə, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 68 saylı evin 43 saylı mənzilinə, Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 0.0145 ha torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və hərracdan satışdan əldə olunan vəsait hesabına “Access Bank” qapalı səhmdar cəmiyyətinə olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan borcun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 42 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 43 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra qeyriyaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmiş, iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyəti və Cavabdeh1 qətnamədən apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.03.2021-ci il tarixli, 2(105)-454/2021 saylı qətnaməsi ilə iddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 11 sentyabr 2020-ci il tarixli, 2(067)-12/2020 saylı qətnaməsi dəyişdirilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 11R000007836 saylı razılaşması üzrə 121923,11 ABŞ dolları məbləğində kredit borcu, 102476.35 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 224899.46 ABŞ dolları, 11R000007839 nömrəli kredit razılaşması üzrə əsas borc üzrə 80299.04 ABŞ dolları, faiz borcu 59996.8 ABŞ dolları, 500 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 140795.84 ABŞ dolları, hər iki kredit razılaşması üzrə cəmi 365.695.3 ABŞ dolları məbləğində pul, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin 63 manat xidmət haqqının tutularaq “Access Bank” qapalı səhmdar cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən evin ilkin satış qiymətinin 65000 manat, ünvan 2 ünvanında yerləşən evin ilkin satış qiymətinin 45000 manat, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 661000 manat məbləğində müəyyən edilməsi, tələbin Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 68 saylı evin 42 saylı mənzilinə, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 68 saylı evin 43 saylı mənzilinə, Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 0.0145 ha torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və hərracdan satışdan əldə olunan vəsait hesabına olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan borcun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 42 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 43 saylı mənzilinə tutmanın yönəldilməsi və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, iddianın qalan hissəsinın təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli, 2(105)-454/2021 saylı qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(105)-454/2021 saylı qətnaməsinin hüquqi məsələlər və nəticə hissəsində "xxxx" qiymətləndirmə Ekspert Mərkəzi MMC tərəfindən verilmiş 28 yanvar 2021-ci il tarixli ekspert rəyinə əsasən Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasının hazırki likvid qiyməti 661000 manat təşkil edir” cümləsi, “S-Əmlak» qiymətləndirmə Ekspert Mərkəzi MMC tərəfindən verilmiş 28 yanvar 2021-ci il tarixli ekspert rəyinə əsasən Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasının hazırki likvid qiyməti 270000 manat təşkil edir” cümləsi ilə əvəz edilməklə, qətnamədəki yanlışlığın düzəldilməsi qərara alınmışdır. Cavabdeh1 qız qətnamədən kassasiya şikayətli vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07.09.2021-ci il tarixli, 2(102)-4541/2021 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-454/2021 nömrəli, 29.03.2021-ci il tarixli qətnaməsi Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0,0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmiş, qətnamə kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “Access Bank” qapalı səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmiyyətin xeyrinə 11R000007836 saylı kredit razılaşması üzrə 121923,11 ABŞ dolları məbləğində kredit borcunun, 32858,26 ABŞ dolları məbləğində faiz borcunun və 97810,12 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 252591,49 ABŞ dolları borcun, 11R000007839 saylı kredit razılaşması üzrə 80749,04 ABŞ dolları məbləğində kredit borcunun, 19343,85 ABŞ dolları məbləğində faiz borcunun və 64785,12 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 164878,02 ABŞ dolları məbləğində borcun, hər iki kredit razılaşması üzrə cəmi 417469,51 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 63 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 68 saylı evin 42 saylı mənzilinə, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 68 saylı evin 43 saylı mənzilinə, Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 0.0145 ha torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına yönəldilməklə, həmin əmlakların açıq hərracdan satılması, cəmi 417469,51 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına cıəmiyyətə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan borcun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 42 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə “Access Bank” qapalı səhmdar cəmiyyətinə təhvil verilməsi, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 43 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə “Access Bank” qapalı səhmdar cəmiyyətinə təhvil verilməsi, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə “Access Bank” qapalı səhmdar cəmiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Access Bank” qapalı səhmdar cəmiyyəti iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə cəmiyyət arasında bağlanmış 30.10.2012ci il tarixli, 11L000001012 saylı kredit xətti müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmiyyətin xeyrinə 11R000007836 saylı kredit razılaşması üzrə 121923,11 ABŞ dolları məbləğində kredit borcunun, 102476.35 ABŞ dolları məbləğində faiz borcunun və 237379,84 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 461779,30 ABŞ dolları borcun, 11R000007839 saylı kredit razılaşması üzrə 80299,04 ABŞ dolları məbləğində kredit borcunun, 59996,8 ABŞ dolları məbləğində faiz borcunun və 158654,82 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 298950,66 ABŞ dolları məbləğində borcun, hər iki kredit razılaşması üzrə cəmi 760729,96 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 68 saylı evin 42 saylı mənzilinə, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 68 saylı evin 43 saylı mənzilinə, Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 0.0145 ha torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına yönəldilməklə, həmin əmlakların açıq hərracdan satılması və cəmi 760729,96 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına cəmiyyətə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan borcun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 42 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 68 saylı evin 43 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Cavabdeh1 məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsindəki 0.0145 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra qeyriyaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında “Access Bank” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X5 ərizə təqdim edərək iddiaçının iddia tələbindən imtina etdiyini bildirmiş, iddia tələbindən imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2(067)-12/2020 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin 4352 saylı, 08.04.2022ci il tarixli ərizəsindən görünür ki, cavabdeh tərəfindən banka olan borc ödənildiyinə görə iddia tələbindən imtina etmiş və iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası iddiadan imtinanın nəticələrini iddiaçının nümayəndəsinə izah etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də həmin imtina qəbul olunmalı, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2(067)-12/2020 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 195 manat tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, məhkəmə ekspertizalarının dəyəri olan 150 manat tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 hesabına, 280 manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN **********, Hesab N AZN: AZ15GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 hesabına, 600 manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin AZ37NABZ0135001**********1944, VÖEN: **********, “Kapital bank ASC Nərimanov filialı, kodu 200093, müxbir hesabı bank VÖEN:**********, S.VV.İ.F.T kod: AİİBAZ2X hesabına, 300 manat tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN **********, Hesab N AZN: AZ81GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT GUNAAZ22 hesabına, 1500 manat tutularaq “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin hesablaşma hesabı AZ 06AİİB********************, VÖEN:**********, “Kapital bank ASC Sumqayıt filialı, bank kodu 200253, müxbir hesabı AZ37NABZ0135001**********1944, bank VÖEN:**********, SWİFT AİİBAZ2X hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 365 və 370-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin iddiadan imtinası qəbul edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2(067)-12/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki işin icraatına xitam verilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 195 (bir yüz doxsan beş) manat tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, məhkəmə ekspertizalarının dəyəri olan 150 (bir yüz əlli) manat tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 hesabına, 280 (iki yüz səksən) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN **********, Hesab N AZN: AZ15GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 hesabına, 600 (altı yüz) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin AZ37NABZ0135001**********1944, VÖEN: **********, “Kapital bank ASC Nərimanov filialı, kodu 200093, müxbir hesabı bank VÖEN:**********, S.VV.İ.F.T kod: AİİBAZ2X hesabına, 300 (üç yüz) manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN **********, Hesab N AZN: AZ81GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT GUNAAZ22 hesabına, 1500 (min beş yüz) manat tutularaq “S- Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin hesablaşma hesabı AZ 06AİİB********************, VÖEN:**********, “Kapital bank ASC Sumqayıt filialı, bank kodu 200253, müxbir hesabı AZ37NABZ0135001**********1944, bank VÖEN:**********, SWİFT AİİBAZ2X hesabına köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar