Məhkəmə qərarları › İş №2(105)-279/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-279/2023

24.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-279/2023 24.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(060)-25/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasında 2016-cı ildən 2016-cı ilə qədər inflyasiya faizi nəzərə alınaraq pensiyaçılara ödənilən əlavələrin və vurulan 6270 manat maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək Azərbaycan Respublikasında 2016-cı ildən hal-hazıra qədər inflyasiya faizi nəzərə alınaraq pensiyaçılara ödənilən əlavələrin və vurulan maddi zərərin yenidən hesablanaraq hesablanmış məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 31 yanvar 1974-cü ildən xx.xx.2016-cı il tarixinə qədər Cavabdeh ASC-də (əvvəlki adı Azərbaycan Boru Prokat zavodu) işləmişdir, ümumi iş stajı 42 ildən artıqdır. 2006-cı ildən zərərli istehsal sahəsində işlədiyinə görə əmək pensiyası alır və eyni zamanda Cavabdeh ASC-də işləməyi davam etmişdir. 01 aprel 2016-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. İşdən azad edildiyinə görə pensiyanın yenidən hesablanması xahişi ilə AR ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinə müraciət etmişdir. Oradan ona bildirmişlər ki, işlədiyi Cavabdeh ASC onun şəxsi hesabı olan SSN**********252 saylı hesaba əmək haqqından tutulmuş 4829.19 manat pulu (məcburi dövlət sosial sığorta haqqını) İri Sığortaedənlərlə İş İdarəsinin hesabına köçürməmişdir. Bu səbəbdən də pensiyanın yenidən hesablanması aparılmamışdır. 2006-cı ilin yanvar ayından 2016-cı ilin aprel ayına qədər onun əmək haqqından sosial sığorta haqqı tutulsa da tutulmuş vəsait aidiyyatı üzrə köçürülməmişdir. Qeyd edilən səbəbdən də ona hər ay 40-45 manat az pensiya ödənilmişdir. Məsələ ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(060)-8759/2019 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Cavabdeh ASC tərəfindən onun SSN **********252 saylı şəxsi hesabına işlənməsi məqsədilə əmək haqqından tutulmuş 4829,19 manat məcburi dövlət sosial sığorta haqqının AR ƏƏSMN yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsinin hesabına köçürülməsi qət edilmişdir. Beləliklə hesab edir ki, cavabdehin günahı üzündən o, 2006-cı ilin yanvar ayından hal-hazıra qədər hər ay 40-45 manat az pensiya alır. Nəticədə 14 il ərzində az cavabdehin günahı üzündən ona 6720 manat (14 il x 12 ay 168 x 40 manat = 6270 manat) az pensiya ödənilmişdir. Hesab edir ki, Azərbaycan Respublikasında 2006-cı ildən xx.xx.2020-ci ilə qədər inflyasiya nəzərə alınmaqla cavabdeh tərəfindən ona vurulan maddi zərərin əvəzi ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(060)-25/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilmiş, ekspertiza tədqiqatlarının dəyəri 245 (iki yüz qırx beş) manatın İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinə, 425.1, 739.1,739.2-ci maddələrinə, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları»na istinad edərək iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(060)-25/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Şikayətin dəlilləri: Məhkəmə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyanla bağlı tələblərinin, habelə məhkəmə araşdırmaları zamanı həmin tələblərə dair əlavə olaraq bildirdiyi dəlillərinin hüquqi əsaslarını diqqətə almamış və ümumiyyətlə, Cavabdeh ASCnin 2006-cı ildən 2016-cı ilin aprel ayınadək işlədiyi müddət ərzində əmək haqqından tutulmuş 4829,19 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı pulunu yalnız 2020-ci ilin aprel ayında fərdi hesabına köçürməsi nəticəsində ona hansı şəkildə ziyan vurulmasının hüquqi əsaslarını aydınlaşdırmamışdır. Belə ki, məhkəmə bu halları aydınlaşdırmaqla sözügedən iddia tələblərinin irəli sürülməsinin hüquqi əsaslarının dəqiqləşdirə və bu tələblərinin işdə olan sübutlarla təqdiq edildiyini müəyyən edərək iddia tələbi üzrə fərqli nəticəyə gələ bilərdi. Hesab edir ki, məhkəmə iddia tələbinə baxarkən sözügedən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, sadaladığı qanun maddəsində qanunvericinin əks olunmuş mövqeyinə görə əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Məhkəmə ona edilmiş əmək pensiyası məbləğinin 2016-cı ildən artmalı olduğu halda, cavabdehin 2006cı ildən 2016-cı ilin aprel ayınadək işlədiyi müddət ərzində əmək haqqından tutulmuş 4829,19 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı pulunu yalnız 2020-ci ilin aprel ayında fərdi hesabına köçürməsi nəticəsində, həm 2016-2020-ci lin aprel ayınadək müvafiq artımdan məhrum edilməyinə, eyni zamanda bu qanunsuzluq nəticəsində 2016-cı ildən başlayaraq pensiya kapitalının ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməsinin ona şamil edilməməsi səbəbindən maddi ziyana uğradılmağına göz yummuş, hüququnun pozulmasına qiymət verməmiş, müəyyən olunmuş hallara münasibətdə sadalanan maddi hüquq normasını tətbiq etməmişdir. Belə ki, cavabdeh tərəfindən hələ 2016-cı ilədək ödənməli olan əmək haqqından tutulmuş 4829,19 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı pulun 2020-ci ilin aprel ayında fərdi hesabına köçürüldükdən sonra onun pensiyası 50 manat 27 qəpik artmışdır. Habuki cavabdeh qeyd edilən məbləği qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtında fərdi hesabına köçürsəydi, pensiya məbləğinin 2017-ci ilin yanvar ayından bu məbləğdə artması təmin ediləcəkdi. Nəticədə o, 2017-ci il üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik 14% səviyyəsinə uyğun şəkildə 50,27 manatın 14%-i 6,23 manat olmaqla aylıq 50,27+6,23=56,50 manat, illik isə 56,50x 12ay=671,76 manat, 2018-ci il üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik 5,7% səviyyəsinə uyğun şəkildə 56,50 manatın 5,7%-i 3,22 manat olmaqla aylıq 56,50+3,22=59,72 manat, illik 59,72x12ay= 716,64 manat, 2019-ci il üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik 3% səviyyəsinə uyğun şəkildə 59,72 manatın 3%-i 1,79 manat olmaqla aylıq 59,72+1,79=61,51 manat, illik 61,51x12ay=738,12 manat, 2020-ci il üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik 16% səviyyəsinə uyğun şəkildə 2020-ci ilin aprel ayınadək 61,51 manatın 16%-i 10,21 manat olmaqla aylıq 61,51+10,21=71,72 manat, 3 aylıq 71,72x3=215,6 manat, 2020-ci ilin aprel ayından 9 ay üçün aylıq 71,72-50,27=21,45 manat, 9 aylıq 21,45x9ay=193,05 manat, illik 215,6+193,05=408,65 manat, 2021-ci il üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik 11,4% səviyyəsinə uyğun şəkildə 21,45 manatın 11,4%-i 2,44 manat olmaqla aylıq 21,45+2,44=23,89 manat, illik 23,89x12ay=286,68 manat, 2022-ci il üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik 3,4% səviyyəsinə uyğun şəkildə 23,89 manatın 3,4%-i 0,81 manat olmaqla aylıq 23,89+0,81=24,70 manat, illik 24,70x12ay=296,40 manat, 2017-2022-ci illər ərzində ümumilikdə 3098,31 manat pensiya pulundan məhrum edilməklə cavabdeh tərəfindən ziyana uğradılmışdır. Məhkəmə cavabdehin məcburi sosial sığorta haqqı üzrə borcunu vaxtında fərdi hesabına köçürməməsi nəticəsində onun pensiya hüququnun pozulduğunu, bu səbəbdən yuxarıda sadaladığı müvafiq illərə görə pensiya artımının ona şamil edilməyərək pensiya pulunun ona ödənilmədiyini və nəticədə cavabdehin təqsiri ucbatından ziyana uğradıldığına lazımi hüquqi qiymət verməli olduğu halda, nədənsə bunu etməmiş və sözügedən maddi hüquq normasının pozuntusuna yol vermişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi öz ərizəsinə əsasən işdən azad olunmuşdur. İş üzrə verilmiş ekspert rəyindən narazıdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(060)-25/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, birinci instansiya məhkəməsində iş üzrə iki dəfə ekspertiza keçirilib. Birinci instansiya məhkəməsinin qətnaməsi də ekspert rəyinin üzərində qurulub. Ekspert rəyində də göstərilir ki, iddiaçı hazırda pul vaxtında ödəndikdə alacağı məbləğdən artıq pensiya alır. Çünki 2017-ci ilə qədər ödənilən sosial sığorta məbləğinin 50 faizi sığortaedənin hesabına köçürülür. 2017-ci ildən sonra isə bu məbləğ 80 faizdir. Faktiki iddianın təmini iddiaçının ziyanınadır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(060)-25/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə üçüncü şəxs ARƏƏSMN DSMF Sumqayıt şəhər şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəlləsinin: 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu İri Sığortaedənlərlə İş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Cavabdeh ASC-də işlədiyi dövr ərzində əmək haqqına görə ödənilməli olan 4176 manat 49 qəpik vəsait Fondun hesabına köçürülməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı SSN: **********52 nömrəli şəxsi hesabına işlənməsi məqsədilə əmək haqqından tutulmuş 4829 (dörd min səkkiz yüz iyirmi doqquz) manat 19 (on doqquz) qəpik məcburi dövlət sosial sığorta haqqının Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi Bahadur Əliyevin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx.xx.2019-cu il tarixli, 2(060)8759/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, sığortaedən "xxxx" ASC (SUN:**********3) tərəfindən təqdim edilmiş 2006-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanlar haqqında məlumatlara (Forma B3) əsasən İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi şəxsi hesabında öz əksini tapmışdır. Eyni zamanda vətəndaş İddiaçı 3 dekabr 2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”na uyğun olaraq yaşa görə 53,35 manat əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2020-ci il tarixli Sərəncamına müvafiq olaraq xx.xx.2020-ci il tarixindən pensiya məbləği 255,76 manatdan 298,47 manata çatdırılmışdır, işdən azad olma ilə bağlı vətəndaşın müraciətinə əsasən pensiyası “Əmək pensiyaiarı haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən yenidən hesablanaraq 298,47 manatdan 345,60 manata çatdırılmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/1580 nömrəli rəyindən görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə 6270 manat pul vəsaitinin xx.xx.2021-ci il tarixə hesablanmış cari dəyərinin 8169,81 manat məbləğində olması müəyyən edilir. İş materiallarında olan ƏSMMN tabeliyində DSMF-nun Abşeron-Xızı regional filialının Pensiya təminatı şöbəsinin məktubundan görünür ki, vətəndaş İddiaçı xx.xx.2006cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşın fərdi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla hal-hazırda pensiyasının məbləği 398.09 manat təşkil edir. Vətəndaşın fərdi hesabında toplanan sığorta kapitalı xx.xx.2016-cı il tarixdə işdən çıxması nəzərə alnaraq, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 6365.99 manat (50% nəzərə alınmaqla) (xx.xx.2020-ci il tarixdə müəssisə tərəfindən ötən dövrlər üzrə ödəniş edildiyi nəzərə alınmaqla) ödənilən sığorta kapitalı nəzərə alınmaqla vətəndaşın pensiyasının məbləği aşağıdakı kimi hesablanır. xx.xx.2016-cı il tarixə 242.14 manat, xx.xx.2017-ci il tarixə 258.51 manat, xx.xx.2018-ci il tarixə 273.23 manat, xx.xx.2019-cu il tarixə 281.44 manat, xx.xx.2020-ci il tarixə 328.15 manat, xx.xx.2021-ci il tarixə 365.57 manat, xx.xx.2022-ci il tarixə 378.00 manat təşkil edəcəkdir. Vətəndaşın pensiyası “Əmək pensiyaları haqqında” Qanununa əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 3881.36 manat sığorta kapitalı (50%), xx.xx.2020-ci il tarixdə ödənilən 3930.29 manat sığorta kapitalı (80% olmaqla) nəzərə alınmaqla hesablanmışdır. xx.xx.2016-cı il tarixə 221.14 manat, xx.xx.2017-ci il tarixə 234.92 manat, xx.xx.2018-ci il tarixə 248.31 manat, xx.xx.2019-cu il tarixə 255.76 manat, xx.xx.2020-ci il tarixə 298.21 manat, 01,03.2020-ci il tarixə 336.83 manat, xx.xx.2020-ci il tarixə 345.60 manat, xx.xx.2021-ci il tarixə 384.99 manat, xx.xx.2022-ci il tarixə 398.09 manat təşkil edir. Qeyd olunan hesablamalar nəzərə alınmaqla vətəndaşın pensiyası məbləği xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək yenidən hesablanarsa, xx.xx.2020-ci il tarixə məbləğ 328.15 manat təşkil edəcəkdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1772 nömrəli rəyindən görünür ki, iş materiallarında olan sənədlərə və Əmək Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı pensiya məbləği xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək yenidən hesablanarsa, xx.xx.2020-ci i tarixə məbləğ 328,15 manat təşkil etdiyi müəyyən edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları»nın 6.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır: 6.1.1. sığortaedən məcburi dövlət sosial sığorta haqlarını «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, DSMF orqanı bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir; 6.1.2. hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, DSMF orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının DSMF orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir. Sərəncam DSMF orqanının rəhbəri və aidiyyəti sektor müdiri tərəfindən imzalanır. Sərəncamların DSMF orqanında uçotu xüsusi qaydada qaytanlanmış və möhürlə təsdiq edilmiş kitabda aparılır. Sərəncam 4 nüsxədən ibarət tərtib olunur; 6.2. DSMF orqanı ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə borclarının ödənilməsi üçün iddia qaldırmaq hüququna malikdir. Qanunvericiliyə müvafiq olaraq belə sığortaedənlərə (hüquqi şəxs olanlara) qarşı iddia qaldırmaq üçün onlara əvvəlcədən (sərəncam banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 60 gün sonra 30 gün müddət verilməklə) iddianın qaldırılacağı barədə xəbərdarlıq göndərilir. Məcburi dövlət sosial sığorta haqları üzrə borclar və tətbiq edilmiş maliyyə sanksiyaları bildirişdə göstərilən müddətdə ödənilmədikdə, borcun ödənilməsi barədə fiziki şəxs olan sığortaedənlərə xəbərdarlıq bildirişdə göstərilən müddət başa çatdıqdan sonra göndərilir. Xəbərdarlıq imzaetmə yolu ilə verilir və ya sifarişli poçtla göndərilir. Xəbərdarlıqda göstərilən müddətdə borc məbləği ödənilməzsə, DSMF orqanları sığortaedənin (hüquqi şəxs statusunda olanlar) hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasının dayandırılması və sığortaedənin (hüquqi şəxs statusunda olanlar və fiziki şəxslər) fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi üçün iddia ərizəsi ilə müvafiq məhkəmə orqanlarına müraciət edirlər. İddia ərizəsinə həmçinin xəbərdarlıq məktubu, məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlar, iddia ərizəsinin cavabdehə göndərilməsini sübut edən sənəd (poçt qəbzi) əlavə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. İş materiallarında olan ƏSMMN tabeliyində DSMF-nun Abşeron-Xızı regional filialının Pensiya təminatı şöbəsinin məktubundan görünür ki, vətəndaş İddiaçı xx.xx.2006cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.Vətəndaşın fərdi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla hal-hazırda pensiyasının məbləği 398.09 manat təşkil edir. Vətəndaşın fərdi hesabında toplanan sığorta kapitalı xx.xx.2016-cı il tarixdə işdən çıxması nəzərə alnaraq, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 6365.99 manat (50% nəzərə alınmaqla) (xx.xx.2020-ci il tarixdə müəssisə tərəfindən ötən dövrlər üzrə ödəniş edildiyi nəzərə alınmaqla) ödənilən sığorta kapitalı nəzərə alınmaqla vətəndaşın pensiyasının məbləği aşağıdakı kimi hesablanır. xx.xx.2016-cı il tarixə 242.14 manat, xx.xx.2017-ci il tarixə 258.51 manat, xx.xx.2018-ci il tarixə 273.23 manat, xx.xx.2019-cu il tarixə 281.44 manat, xx.xx.2020-ci il tarixə 328.15 manat, xx.xx.2021-ci il tarixə 365.57 manat, xx.xx.2022-ci il tarixə 378.00 manat təşkil edəcəkdir. Vətəndaşın pensiyası “Əmək pensiyaları haqqında” Qanununa əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 3881.36 manat sığorta kapitalı (50%), xx.xx.2020-ci il tarixdə ödənilən 3930.29 manat sığorta kapitalı (80% olmaqla) nəzərə alınmaqla hesablanmışdır. xx.xx.2016-cı il tarixə 221.14 manat, xx.xx.2017-ci il tarixə 234.92 manat, xx.xx.2018-ci il tarixə 248.31 manat, xx.xx.2019-cu il tarixə 255.76 manat, xx.xx.2020-ci il tarixə 298.21 manat, 01,03.2020-ci il tarixə 336.83 manat, xx.xx.2020-ci il tarixə 345.60 manat, xx.xx.2021-ci il tarixə 384.99 manat, xx.xx.2022-ci il tarixə 398.09 manat təşkil edir. Qeyd olunan hesablamalar nəzərə alınmaqla vətəndaşın pensiyasının məbləği xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək yenidən hesablanarsa, xx.xx.2020-ci il tarixə məbləğ 328.15 manat təşkil edəcəkdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “Azərbaycan Respublikasında 2016-cı ildən hal-hazıra qədər inflyasiya faizi nəzərə alınaraq pensiyaçılara ödənilən əlavələrin və vurulan maddi zərərin yenidən hesablanaraq hesablanmış məbləğin cavabdehdən tutularaq ona ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1. maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişlərindən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyərləri 245 (iki yüz qırx beş) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatlarının dəyəri 245 (iki yüz qırx beş) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qeyd edilənlərə əsasən iddianı təmin etməməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində qeyd olunan dəlillərə məhkəmə tərəfindən araşdırılaraq qiymət verilmişdir. Bundan başqa iddiaçı ekspetizanın rəyi ilə razı olmadığını bildirsə də ekspert rəyini təkzib edən hər hansı bir sübutu təqdim edə bilməmişdir. Həmçinin məhkəmə kollegiyası iddiaçının ekspert rəyi ilə razı olmaması barədə dəlilinə qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(060)-25/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar