Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2793/2020 22.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rızalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1750/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1750/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rəşad Qoşqarlı) iddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/129404/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən bankın xeyrinə 122,18 manat məbləğində əsas borcun, 18,10 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun, 83,71 manat cərimə borcunun, 21,28 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin, ümumilikdə 245,27 manat məbləğində pulun, 20 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/129404/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 25 faiz ödənilməsi şərti ilə 531 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 122,18 manat məbləğində əsas borcu, 18,10 manat faiz borcu, 83,71 manat cərimə borcu, 21,28 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə 245,27 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən lazımınca icra edilməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsinin mövcud olmadığı əsası ilə iddia tələbini rədd etmişdir. Ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən məhkəməyə cavabdehin kredit müqaviləsi üzrə borcu haqqında ətraflı maliyyə arayışı və bütün ödənişlərin qeyd olunduğu hesabdan çıxarışlar təqdim olunmuşdur. Həmin sənədlərdən göründüyü kimi, kredit müqaviləsi üzrə müvafiq ödənişlər edilmişdir. Göründüyü kimi, ödənişlərin mövcudluğu kreditin verilməsini, kredit üzrə borcun olmasını sübut edir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə kredit müqaviləsi bağlamamış, qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankından kredit götürməmişdir. İddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2015ci il tarixli, 1xx/xx/129404/15 saylı kredit müqaviləsi üzrə x xxxxxx 2020-ci il tarixinə 122 manat 18 qəpik əsas borcu, 18 manat 10 qəpik müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 83 manat 71 qəpik məbləğində cərimə borcu, 21 manat 28 qəpik məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə 245 manat 27 qəpik borcu vardır. İş materiallarında olan ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İddia ərizəsindən, iş materiallarından görünür ki, iddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı iddia tələblərini cəmiyyətlə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 1xx/xx/129404/15 saylı kredit müqaviləsi bağlanması və cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.3-cü maddəsinə görə yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsi ilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 1xx/xx/129404/15 saylı kredit müqaviləsi bağlanmamış, Cavabdeh 24 ay müddətinə illik 25 faiz ödənilməsi şərti ilə 531 manat məbləğində kredit verilməmişdir. Belə olan halda, Cavabdeh ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan kredit müqaviləsi üzrə borc haqqında maliyyə arayışı və hesabdan çıxarış iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankı iddiasında xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 24 ay müddətinə illik 25 faiz ödənilməsi şərti ilə 531 manat məbləğində kredit verildiyini qeyd etsə də, həmin kredit müqaviləsini və 531 manat məbləğində kredit verilməsini təsdiq edən hər hansı sənədi (kassa məxaric orderi və s.) iddia ərizəsinə əlavə etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçı təşkilatın apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1750/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2793/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2793/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver