Məhkəmə qərarları › İş №2(105)-2794/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2794/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2794/2020 23.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi X1 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1054/2020 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1054/2020 saylı qətnaməsi ilə Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.(hakim R.Qoşqarlı) Qətnamədən iddiaçı LPO QSC “Bank Standard” KB apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1054/2020 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan xx xxxxxx 2015-ci il taricxli, 1xx/xx/123237/15/1 saylı kredit müqaviləsi üzrə 307,80 manat məbləğində əsas borc, 54,66 manat məbləğində faiz borcu, 568,65 manat məbləğində cərimə borcu, 43,24 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 974,35 manat borcun və 30 manat dövlət rüsumunun tutulub iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2015-ci il tarixli, 1xx/xx/123237/15/1 saylı kredit müqaviləsinə əsasən Ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən Cavabdeh 15 ay müddətinə illik 28% ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin müddəalarına görə borcalan krediti qrafıkə əsasən ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh müqavilənin bu şərtini pozaraq kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, ona aid edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə müqavilələrin şərtlərini pozmuşdur. Nəticədə onun banka borcu yaranmışdır və bu borc ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı LPO QSC “Bank Standard” KB apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual normaların pozulması nəticəsində çıxarıldığından qətnamə ləğv edilməlidir. Məhkəmə iddianı rədd edərkən iddianın əsasını təşkil edən dəlillərə dair sübutun təqdim edilməməsinə istinad etmişdir. Halbuki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə müştərinin borcu barədə ətraflı maliyyə arayışı və hesabdan çıxarışlar təqdim edilmişdir. Bu sənədlərdən isə görünür ki, kredit müqaviləsi üzrə müvafiq ödənişlər edilmişdir. Bu ödənişlərin mğvcudluğu isə kreditin verilməsini, kredit müqaviləsi üzrə borcun olmasını təsdiq edir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutları qiymətləndirmədən yalnız kredit müqaviləsinin iş materiallarında mövcud olmamasına əsaslanaraq qətnamə qəbul etmişdir, halbuki məhkəmə tərəfindən bütün sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxılmalıdır. Göstərilənlərə əsasən, qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi X1 nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada xəbərdar edilmiş, lakin onun bildiriş məktubu işdə qeyd edilmiş poçt ünvanının tam olmaması səbəbindən geri qaytarılmış, bu səbəbdən də cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx xxxxxx 2015-ci il tarixli, 1xx/xx/123237/15/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas borcu 307,80 manat, faiz borcu 54,66manat, cərimə borcu 568,65 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış faiz borcu 43,24 manat, cəmi borcu 974,35 manat təşkil edir. Yenı işdə olan xx xxxxxx 2019-cu il tarixli bildirişin surətindən görünür ki, cavabdeh Banka gecikdirilmiş borcun olması, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1054/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ləğv prosesində olan QSC “Bank Standard” KB bankla Cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixli, 1xx/xx/123237/15/1 saylı kredit müqaviləsi bağlanmasına istinad edərək həmin müqavilə üzrə yaranmış cəmi 974,35 manat borcu tələb edir. Tələbini isə maliyyə arayışı və hesabdan çıxarış məlumatları ilə əsaslandırır. İşə baxılarkən iddiaçı tərəfə öhdəliyin yaranmasına əsas olmuş kredit müqaviləsinin təqdim edilməsi təklif edilsə də, iddiaçı bu müqaviləni nə həmin məhkəməyə, nə də məhkəmə kollegiyasına təqdim etməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır . Həmin Məcəllənin 390.1-ci maddəsinə görəv fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Yenə həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yenə də həmin Məcəllənin 387.3-cü maddəsinə görə öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Qeyd edildiyi kimi işə baxılarkən iddiaçı tərəfə öhdəliyin yaranmasına əsas olmuş kredit müqaviləsinin təqdim edilməsi təklif edilsə də, iddiaçı bu müqaviləni nə həmin məhkəməyə, nə də məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə, müqavilənin icra olunmasını, yəni hazıırki halda pulun alınmasını təsdiq edən kassa məxaric orderi omalıdır. Məhkəmə kollegiyası, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışı və hesab çıxarışı bu cür öhdəliyin yaranmasını təsdiq edə bilən mötəbər və legitim sübut hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X6 Məhkəməsi "X2rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən iddiasını təsdiq edə biləcək, əsaslı şübhələrdən kənar, tutarlı əsas gətirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və sadalanan hüquq normalarına əsasən iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrəSumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)- 1054/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar