Məhkəmə qərarları › İş №2(105)-2795/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2795/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2795/2020 13.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh babası X4iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3470/2020 saylı qərardadından Cavabdeh babası X4 şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3470/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Azər İsmayılov) iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh babası X4 Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-3470/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmış, Cavabdeh babası X6 qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-3470/2020 saylı qətnaməsi iləiddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 618 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh babası X2 Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-3470/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3470/2020 saylı qərardadı ilə Cavabdeh babası X4 Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-3470/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh babası X6 qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, qərardad bütövlükdə qanunsuzdur. Məhkəmə xx.xx.2020-ci il tarixində çıxarılmış qətnamədən xx.xx.2020-ci ildə yazmış olduğu apellyasiya şikayətini icraata qəbul etməli, işin hallarını ölkə qanunlarının tələbləri baxımından qiymətləndirməlidir. Belə ki, məhkəmə qərardadın çıxarılması üçün iki əsas göstərmişdir. Bunlardan biri dövlət rüsumunun ödənilməməsidir. Məhkəmə tərəfindən onun əvvəllər digər problemlərlə əlaqədar qaldırdığı iddialarla bağlı qanuni qərarlar qəbul edilməmiş, iddiaları geri qaytarılmışdır. Məhkəmə həqiqi hərbi xidmətdə olan gəncdən qanunsuz olaraq “xxxxxxxxxxxxxxx” MMC-nin nəfinə 648 manat və üstəlik rüsum da tutmuşdur. Həqiqi hərbi xidmətdə olanın rüsumunu kimin ödəyəcəyi məlum deyildir. xx.xx.2020-ci il tarixdə məhkəməyə elektron qaydada təqdim etmiş olduğu ərizədə cavabdehin DSX-da həqiqi hərbi xidmətdə olduğu və ölkədə pandemiya ilə bağlı tətbiq olunan karantinlə əlaqədar telefon rabitəsinin belə yaradılmasının qeyri-mümkün olduğunu göstərmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh babası X6 şikayətdə qeyd edilənlərə uyğun izahat verdi. İddiaçı “xxxxxxxxxxxxxxx” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onunnümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasya şikayətini geri qaytararkən cavabdeh tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu ödənilməməsinə, apellyasiya şikayətinin cavabdeh tərəfindən deyil, cavabdehin babası X6 tərəfindən imzalanmasına, lakin X1 təsdiq edən etibarnamənin apellyasiya şikayətinə əlavə edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir Apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti Cavabdeh tərəfindən deyil, cavabdehin babası X6 tərəfindən imzalanmış, X1 təsdiq edən etibarnamə apellyasiya şikayətinə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.1-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci insansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 108.1.4-cü maddəsinə görə apellyasiya şikayətləri verildikdə, dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” qanunun 8.1.1 və 8.1.2-ci maddələrinin mənasına görə məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 500 manatdan çox olduqda 30 manat, iddia qiyməti 500 manatdan çox olmadıqda 20 manat dövlət rüsumu tutulur. Həmin qanunun 8.4.1-ci maddəsində göstərilir ki, apellyasiya və kassasiya şikayətlərinə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu tutulur. Cavabdehin babası X2 Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-3470/2020 saylı qətnaməsindən apellyasiya şikayəti versə də apellyasiya şikayətinə birinci instansiya məhkəməsinə müraciət edilərkən müəyyən edilmiş məbləğin 50 faizi miqdarında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin babası X4 şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133, 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh babası X4 şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3470/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar