Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-28/2020 11.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X7 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X10 və cavabdeh X12 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-291/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, X8, X12 və Cavabdeh4 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-291/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Şövkət Nəcəfova) iddiaçı “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin cavabdehlər Cavabdeh1, X9, X15 və Cavabdeh4 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilmiş, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, AZBA-009893 saylı kredit müqaviləsinin ləğv edilməsi, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, AZBA-009893 saylı kredit müqaviləsi üzrə yaranmış 50.111,92 ABŞ dolları əsas borcun, 19.251,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 69.363,53 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 və X11 müştərək qaydada tutularaq “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə verilməsi, Cavabdeh4 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsı 127,5 kv.m, yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə olan cəmi 69.363,53 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının məzənnəsi ilə) məbləğində kredit borcunun və 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 60000 manat məbləğində müəyyən edilməsi, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlərə qaytarılması və ya satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsinin Cavabdeh1, X4, X11 və Cavabdeh4 tutularaq “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə verilməsi, Cavabdeh1, X8, X12 və Cavabdeh4 Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m, yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən çıxarılmaları qət edilmiş, cavabdehlər Cavabdeh1, X13, X19 və Cavabdeh4 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxxxx 2017-ci il tarixdə iddiaçı “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış xx xxxxx 2014-cü il tarixli, AZBA-009803 saylı kredit müqaviləsinin ləğv edilməsi, 50.111,92 ABŞ dolları əsas borcun, 19.251,61 ABŞ dolları faiz borcu, cəmi 69.363,53 ABŞ dolları məbləğində borcun, tutma yönəldilməsi ilə bağlı 120 manat və 30 manat dövlət rüsumu xərclərinin birgə qaydada Cavabdeh4, Cavabdeh1 və X11 alınması, tutmanın Cavabdeh4 məxsus olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 0,10 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsı 127,5 kv.m, yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 60000 manat müəyyən edilməklə açıq hərracdan satılması, X8, Cavabdeh4, Cavabdeh1 və X12 həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cəmiyyətlə Cavabdeh1 arasında xx xxxxx 2014-cü il tarixdə illik maksimal 30 faiz dərəcəsi ilə 120 aydan artıq olmamaqla 129.600 ABŞ dolları məbləğində kredit verilməsi mümkünlüyünü nəzərdə tutan AZBA-009803 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilənin tərkib hissəsi olan AZBA-009803-001/01, AZBA-009803-001/02 və AZBA-009803-001/03 saylı razılaşmalarla Cavabdeh1 illik 19 faizlə, 84 ay müddətinə 55.000 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin 84 ay ərzində aylıq 1189 ABŞ dolları olmaqla qaytarılması müəyyən edilmişdir. Bu müqavilədən irəli gələn kredit öhdəliklərinin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 məxsus olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m, yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m. olan 3 otaqlı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan xx xxxxx 2014-cü il tarixli, AZBA-009803 saylı ipoteka müqaviləsi və xx xxxxx 2014-cü il tarixli, AZBA-009803 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Kreditin restrukturizasiya edilməsi ilə bağlı xx xxxx 2015-ci il tarixli sazişlə kreditin ödənilməmiş 51512,71 ABŞ dolları təşkil edən hissəsi illik 18 faizlə hesablanmaqla qaytarılması müddəti xx.xx.2024cü il tarixinədək uzadılmış və qalan 103 ay ərzində hər ay 971 ABŞ dolları olmaqla ödənilməsi müəyyən edilmişdir. Cavabdeh1 kredit üzrə qeyd olunan ödəniş qrafiki ilə kreditin və faizlərinin qaytarılmasına dair öhdəliyini dəfələrlə pozmuş, sonuncu ödənişi xx.xx.2015-ci il tarixdə, 300 ABŞ dolları məbləğində etmişdir. Hazırda cavabdehlərin xx.xx.2017-ci il tarixədək 50.111,92 ABŞ dolları əsas borcu, 19.251,61 ABŞ dolları faiz borcu olmaqla, cəmi 69.363,53 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, ipoteka müqaviləsində evin ilkin satış qiyməti 64000 ABŞ dolları məbləğində müəyyən edilsə də, məhkəmə 60000 manat müəyyən etmişdir. Ona görə də məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etmək üçün qiymətləndirilmə ilə bağlı ekspertiza təyin etməli idi. Məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin 477.0.1-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, qətnamədə qeyd edilir ki, əsas öhdəliklə bağlı yeni razılaşma müəyyən edilmiş və əsas öhdəliyin icrası müddəti uzadılmışdır. Lakin bu razılaşma tərtib edilərkən zaminlərin razılığı alınmamışdır. Müqavilə müddətinin uzadılması zamanı zaminlərin vəziyyəti ağırlaşmışdır. Belə ki, bank daha uzun müddət ərzində müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə faiz borcunu tələb edə bilər. Halbuki öhdəliyin icra müddəti uzadılmasa idi, bank müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə yalnız 84 ay müddətində faiz borcunu tələb edə bilərdi. Lakin müddətin uzadılması ilə bank 2014-cü ilin yanvar ayına qədər yaranmış faiz borcunu müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə tələb edəcəkdir. xx xxxxx 2014-cü il tarixli, 009803-001/01, 009803- 001/02 və 009803-001/03 saylı kredit razılaşmalarına görə Cavabdeh1 illik 18 faiz olmaqla 84 ay müddətinə kredit verilmişdir. Müddətin uzadılması zaminin vəziyyətini ağırlaşdıraraq bir il müddətinə illik 18 faizə yaxın artıq faiz məbləğinin hesablanmasına səbəb olur. Məhkəmə qətnamə qəbul edərkən həmçinin faiz borcunun hesablanmasını da bankın təqdim etdiyi maliyyə arayışına əsasən müəyyən etmişdir ki, bununla da razı deyildirlər. Ona görə də faiz borcunun hesablanması üçün mühasibatlıq ekspertizası təyin edilməlidir. Cavabdehlər apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh X19 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X18 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, X13 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, 50.111,92 ABŞ dolları əsas borc, 19.251,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 69.363,53 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 və X11 müştərək qaydada tutularaq “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə verilməsi və “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlərə qaytarılması və ya satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsinin Cavabdeh1, X5, X11 və Cavabdeh4 tutularaq “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə verilməsi və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə bağlanmış xx xxxxx 2014-cü il tarixli, AZBA-009803 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 30 faizdən artıq olmamaq şərti ilə 120 ay müddətinə maksimal məbləği 129.600 ABŞ dolları olan kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, AZBA-009803-001/01 saylı razılaşmanın surətindən görünür ki, Cavabdeh1 illik 19 faiz ödəmək şərti ilə 84 ay müddətinə 18000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, AZBA-009803-001/02 saylı razılaşmanın surətindən görünür ki, Cavabdeh1 illik 19 faiz ödəmək şərti ilə 84 ay müddətinə 18700 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, AZBA-009803-001/03 saylı razılaşmanın surətindən görünür ki, Cavabdeh1 illik 19 faiz ödəmək şərti ilə 84 ay müddətinə 18300 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan xx xxxxx 2014-cü il tarixli, AZBA-009803 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə bağlanmış Cavabdeh1 illik 30 faizdən artıq olmamaq şərti ilə 120 ay müddətinə 129.600 ABŞ dolları məbləğində kredit verilməsini nəzərdə tutan xx xxxxx 2014-cü il tarixli, AZBA-009803 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m, yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m. olan 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 64.800 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh4, X19 və Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, AZBA-009803 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, AZBA-009803 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin kimi Cavabdeh4 və X3 qarşısında məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli sazişinin surətindən görünür ki, Cavabdeh1 xx xxxxx 2014-cü il tarixdə illik 19 faizlə 84 ay müddətinə ümumilikdə verilmiş 55.000 ABŞ dollarına dair AZBA-009803-001/01, AZBA-009803-001/02 və AZBA-009803-001/03 saylı razılaşmalara dəyişiklik edilərək kreditlərin ödənilməmiş 51.512,71 ABŞ dollları təşkil edən hissəsinin qaytarılması müddəti illik 18 faizlə hesablanmaqla 36 ay uzadılmış, ümumilikdə 120 ay müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 127,5 kv.m, yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m. olan 3 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 adına xx xxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi xx xxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin ödənişlər barədə məlumatından görünür ki, Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixə əsas borcu 50.111,92 ABŞ dolları, faiz borcu 19.251,61 ABŞ dolları təşkil edir sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə 300 ABŞ dolları olmuşdur. İş materiallarında olan “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xx xxxxxxxx 2017-ci il tarixli bildirişinin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra etmədiyinə görə Cavabdeh4 tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdar edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 20238 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları, AZBA- 009803-001/01, AZBA-009803-001/02 və AZBA-009803-001/03 saylı razılaşmalar və xx xxxx 2015-ci il tarixli sazişin şərtləri əsas götürülməklə Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixə “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə olan borcu 69363,53 ABŞ dolları, məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 50111,92 ABŞ dolları, faiz borcu üzrə 19251,61 ABŞ dollarıdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsinin və üzərində yerləşən 127,5 kv.m, yaşayış sahəsi 74,3 kv.m, yardımçı sahəsi 74,3 kv.m, daş hasar 15,1 kv.m və darvazadan ibarət fərdi yaşayış evinin bazar dəyəri 240000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m yaşayış sahəsində ibarət fərdi yaşayış evinin likvid dəyəri 218000 manat təşkil edir. İş materiallarına əlavə olunmuş “Barat Consultancy” məhdud məsuliyyətli cəmiyyətinin rəyinə əlavədən görünür ki, Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 218000 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş üzrə araşdırılmış sübutlardan görünür ki, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə bağlanmış xx xxxxx 2014-cü il tarixli, AZBA-009803 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 30 faizdən artıq olmamaq şərti ilə 120 ay müddətinə maksimal məbləği 129.600 ABŞ dolları olan kredit verilməsi nəzərdə tutulmuşdur. “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə bağlanmış xx xxxxx 2014-cü il tarixli, AZBA-009803-001/01 saylı razılaşmaya əsasən Cavabdeh1 illik 19 faiz ödəmək şərti ilə 84 ay müddətinə 18000 ABŞ dolları, xx xxxxx 2014-cü il tarixli, AZBA-009803-001/02 saylı razılaşmaya əsasən illik 19 faiz ödəmək şərti ilə 84 ay müddətinə 18700 ABŞ dolları, xx xxxxx 2014-cü il tarixli, AZBA-009803-001/03 saylı razılaşmaya əsasən illik 19 faiz ödəmək şərti ilə 84 ay müddətinə 18300 ABŞ dolları kredit verilmişdir. xx xxxx 2015ci il tarixli sazişə əsasən Cavabdeh1 xx xxxxx 2014-cü il tarixdə illik 19 faizlə 84 ay müddətinə ümumilikdə verilmiş 55.000 ABŞ dollarına dair AZBA-009803-001/01, AZBA-009803-001/02 və AZBA- 009803-001/03 saylı razılaşmalara dəyişiklik edilərək kreditlərin ödənilməmiş 51.512,71 ABŞ dollları təşkil edən hissəsinin qaytarılması müddəti illik 18 faizlə hesablanmaqla 36 ay uzadılmış, ümumilikdə 120 ay müəyyən edilmişdir. “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh4, X19 və Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, AZBA-009803 saylı zaminlik müqaviləsinə əsasən “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, AZBA-009803 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin kimi Cavabdeh4 və X3 qarşısında məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İş materiallarında olan “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin ödənişlər barədə məlumatından və iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh1 2015-ci ilin oktyabrından sonra ödəniş etməmişdir. “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti hazırki iddia ilə 2017-ci ilin noyabr ayının 27-də məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh1 ona verilmiş krediti və faizini ödəniş qrafiki üzrə ödəməmiş, ödənişləri gecikdirmişdir. Qeyd edilən hal Cavabdeh1 tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxslərin izahatları, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, AZBA-009893 saylı kredit müqaviləsinin ləğv edilməsi, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, AZBA-009893 saylı kredit müqaviləsi üzrə yaranmış 50.111,92 ABŞ dolları əsas borcun, 19.251,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 69.363,53 ABŞ dollarının, ödənilmiş 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması,cavabdehlərin fərdi yaşayış evindən çıxarılmaları barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi ipoteka predmetinin satış qiyməti üzrə mübahisə olmadığını nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh1 məxsus fərdi yaşayış evinin ilkin satış qiyməti iş materiallarında olan xx xxxxx 2014-cü il tarixli, AZBA-009893 saylı ipoteka müqaviləsində tərəflərin əldə etdiyi razılaşmaya əsasən 60000 manat dəyərində müəyyən edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m, yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 deyil, Cavabdeh4dır. Bundan başqa, iş materiallarında olan xx xxxxx 2014-cü il tarixli, AZBA-009803 saylı ipoteka müqaviləsi ilə ipoteka predmeti olan Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m, yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin qiyməti 64800 ABŞ dolları müəyyən edilmişdir. Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m, yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin 60000 manat dəyərində müəyyən edilməsi barədə tərəflərin razılaşması barədə hər hansı sənəd iş materiallarında yoxdur. Bundan əlavə, iş materiallarında olan məhkəmə iclas protokollarından görünür ki, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər, cavabdehlərin məhkəmə iclasında iştirak etmədikləri halda, tərəflərin razılaşması da mümkün deyildir. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının qiymətləndirmə rəyi ilə müəyyən edilmişdir ki,Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m yaşayış sahəsində ibarət fərdi yaşayış evinin likvid dəyəri 218000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə qətnamə ləğv edilməli, Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m, yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 218000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyasıipoteka predmetinin açıq hərracda ilkin satış qiymətini 218000 manat müəyyən edərkən onu da nəzərə alır ki, Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli, AZBA-009803-001/03 saylı razılaşmaya əsasən Cavabdeh1 illik 19 faiz ödəmək şərti ilə 84 ay müddətinə verilmiş 18300 ABŞ dolları kredit ipoteka predmeti olan Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin təmiri məqsədi ilə verilmişdir. İddia ərizəsindən, iş materiallarından görünür ki, iddiaçı “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti iddia ərizəsində kredit borcunun Cavabdeh1 ilə bərabər birgə qaydada zaminlər X11 və Cavabdeh4 da tutulmasını tələb etmişlər. Birinci instansiya məhkəməsi qətnamədə 50.111,92 ABŞ dolları əsas borc, 19.251,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 69.363,53 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 və X11 müştərək qaydada tutularaq “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə verilməsi və “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlərə qaytarılması və ya satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsinin Cavabdeh1, X4, X11 və Cavabdeh4 tutularaq “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə verilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdə iştirak edən şəxsin verdiyi tələblərin yuxarıda qeyd edilən hissəsi üzrə qətnamə çıxarmamaqla, prosessual hüquq normasının tələbini pozmuş, bu isə iş üzrə həmin hissədə düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası onu da edir ki, X13 hazırki mübahisə üzrə zamin deyildir. “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlərə qaytarılması və borcun qalıq hissəsinin X4 da tutulması barədə birinci intansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, qətnamənin həmin hissələri ləğv edilməli, xx xxxxx 2014-cü il tarixli, AZBA-009893 saylı kredit müqaviləsi üzrə yaranmış 50.111,92 ABŞ dolları əsas borc, 19.251,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 69.363,53 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1, X11 və Cavabdeh4 müştərək qaydada tutularaq “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə verilməli, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh4 qaytarılmalı və ya satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsi Cavabdeh1, X11 və Cavabdeh4 müştərək qaydada tutularaq “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə verilməlidir. Cavabdehlər apellyasiya şikayətində razılaşma tərtib edilərkən zaminlərin razılığı alınmamasını və müqavilə müddətinin uzadılmasının zaminlərin vəziyyətinin ağırlaşmasını göstərmişlər. Məhkəmə kollegiyası cavabdehlərin bu dəlili ilə bağlı qeyd edir ki, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh4, X19 və Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, AZBA-009803 saylı zaminlik müqaviləsinə əsasən “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, AZBA-009803 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zaminlər Cavabdeh4 və X3 qarşısında məsuliyyəti öz üzərlərinə götürmüşlər. Bu kredit müqaviləsi üzrə Cavabdeh1 veriləcək kreditin maksimal məbləği 129.600 ABŞ dolları, illik faizi 30 faizdən artıq olmaması, verilmə müddəti isə 120 ay nəzərdə tutulmuşdur. “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə bağlanmış xx xxxxx 2014-cü il tarixli, AZBA-009803-001/01 saylı razılaşmaya əsasən Cavabdeh1 illik 19 faiz ödəmək şərti ilə 84 ay müddətinə 18000 ABŞ dolları, xx xxxxx 2014-cü il tarixli, AZBA-009803-001/02 saylı razılaşmaya əsasən illik 19 faiz ödəmək şərti ilə 84 ay müddətinə 18700 ABŞ dolları, xx xxxxx 2014-cü il tarixli, AZBA-009803-001/03 saylı razılaşmaya əsasən illik 19 faiz ödəmək şərti ilə 84 ay müddətinə 18300 ABŞ dolları kredit verilmişdir. xx xxxx 2015-ci il tarixli sazişə əsasən Cavabdeh1 xx xxxxx 2014-cü il tarixdə illik 19 faizlə 84 ay müddətinə ümumilikdə verilmiş 55.000 ABŞ dollarına dair AZBA-009803-001/01, AZBA-009803-001/02 və AZBA-009803-001/03 saylı razılaşmalara dəyişiklik edilərək kreditlərin ödənilməmiş 51.512,71 ABŞ dollları təşkil edən hissəsinin qaytarılması müddəti illik 18 faizlə hesablanmaqla 36 ay uzadılmış, ümumilikdə 120 ay müəyyən edilmişdir. Göründüyü kimi, həmin razılaşmalar və razılaşmalara xx xxxx 2015-ci il tarixli sazişlə edilmiş dəyişikliklər zaminlərin vəziyyətini heç də ağırlaşmamış, kreditin məbləği, müddəti və faiz dərəcəsi xx xxxxx 2014-cü il tarixli, AZBA-009803 saylı kredit müqaviləsində müəyyən edilən şərtlər daxilində olmuşdur. Cavabdehlərin apellyasiya şikayətində əsas və faiz borcuna aid hissədə göstərdikləri dəlillər iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə tam təkzib olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində qeyd etdikləri digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, 50.111,92 ABŞ dolları əsas borc, 19.251,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 69.363,53 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 və X11 müştərək qaydada tutularaq “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə verilməsi və “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlərə qaytarılması və ya satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsinin Cavabdeh1, X4, X11 və Cavabdeh4 tutularaq “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə verilməsi və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri “S-X6 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən 800 manat müəyyən olunması ağlabatan deyildir, bu görə də məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 400 manat müəyyən olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat Cavabdeh1 tutularaq tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, məhkəmə tikinti-texniki ekspertizalarının dəyəri olan 400 manat tutularaq “S-X6 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin hesablaşma hesabı AZ 06AİİB********************, VÖEN:**********, “Kapital bank ASC Sumqayıt filialı, bank kodu 200253, müxbir hesabı AZ37NABZ0135001**********1944, bank VÖEN:**********, SWİFT AİİBAZ2X hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-291/2018 saylı qətnaməsi qismən, 50.111,92 ABŞ dolları əsas borc, 19.251,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 69.363,53 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 və X11 müştərək qaydada tutularaq “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə verilməsi və “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlərə qaytarılması və ya satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsinin Cavabdeh1, X5, X11 və Cavabdeh4 tutularaq “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə verilməsi vəipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə ləğv edilsin, həmin hissələrdə yeni qətnamə qəbul edilsin. xx xxxxx 2014-cü il tarixli, AZBA-009893 saylı kredit müqaviləsi üzrə yaranmış 50.111,92 ABŞ dolları əsas borc, 19.251,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 69.363,53 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 120 manat rüsumun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1, X11 və Cavabdeh4 müştərək qaydada tutularaq “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə verilsin. “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh4 qaytarılsın. Satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsi Cavabdeh1, X11 və Cavabdeh4 müştərək qaydada tutularaq “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə verilsin. Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 127,5 kv.m, yaşayış sahəsi 74,3 kv.m və yardımçı sahəsi 53,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 218000 (iki yüz on səkkiz min) manat müəyyən edilsin. Qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmişməhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh1 tutularaq tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, məhkəmə tikinti-texniki ekspertizalarının dəyəri olan 400 (dörd yüz) manat tutularaq “S-X6 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin hesablaşma hesabı AZ 06AİİB********************, VÖEN:**********, “Kapital bank ASC Sumqayıt filialı, bank kodu 200253, müxbir hesabı AZ37NABZ0135001**********1944, bank VÖEN:**********, SWİFT AİİBAZ2X hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(105)-28/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-28/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver