Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2807/2020 29.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-2603/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-2603/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elçin Kazımov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, xx xxxxxx 2009-cu il təvəllüdlü X3 və xx xxxxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxx 2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 2(012)-7299/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş xx xxxxxx 2009-cu il tarixdə anadan olmuş X3 və xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 136,6 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq Cavabdeh hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-7299/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx xxxxxx 2009-cu il tarixdə anadan olmuş X3 və xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 136,6 manat, cəmi 273 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi, alimentin tutulmasının əvvəlinin xx xxxxxxxx 2017-ci il tarixdən hesablanması qət edilmişdir. Aralarında olan ailə münasibətləri dözülməz həddə çatdığı üçün 2018-ci ildə məcbur olub nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdi. Abşeron Rayon Məhkəməsinin 2(012)- 4528/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikah ləğv edilmiş, qızları-Zəhra və Zeynəbin onun yanında qalmaları müəyyən edilmişdir. Nikahları məhkəmə qaydasında ləğv edildikdən sonra Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixli, 85 nömrəli nikahın pozulması haqqında şəhadətnamədə verilmişdir. Hazırki vaxtda 272 manata iki uşağın təlabatını ödəmək çox çətindir.“Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Ona görə də cavabdehdən hər ay bir uşaq üçün 170 manat məbləğində aliment tutulmalıdır. Cavabdeh 136,60 manatdan əlavə bir manatda olsa doğma övladları üçün pul ödəmir. O da çətinliklə 136,60 manatla övladlarının tələbatını ödəyir, maddi cəhətdən sıxıntılar çəkir. Cavabdehin kifayət qədər qazancı vardır, İşləyir və gəlir əldə edir. Cavabdehin maddi durumunun xeyli yaxşı olmasına baxmayaraq öz doğma övladlarının maddi təminatını ödəməkdən boyun qaçırır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Qətnamə ilə ondan hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutulmasının qət edilməsi qanunsuzdur. Belə ki, məhkəmə prosesində alimentin ödənilməsi ilə bağlı öz razılığını bildirsə də, lakin iddiaçının tələb etdiyi aliment məbləği ilə razılaşmayaraq, həmin məbləğin çox olduğunu bildirmişdi. Məhkəmə tərəfindən iddiaçının alimentin miqdarının artırılması tələbini heç bir araşdırma olmadan təmin etməsi qanunsuzdur. Məhkəmə prosesində bir neçə dəfə rəsmi iş yeri barədə məlumat vermiş, hətta məhkəməyə 002/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli arayış təqdim etmişdir. Həmin arayışda onun “xxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru vəzifəsində çalışdığı və aylıq 250 manat əmək haqqı aldığı qeyd edilmişdir. Göründüyü kimi, onun daimi iş yeri vardır və belə olan halda 2 uşağa görə 33% aliment tutulmalıdır. Qanunun tələbinə görə sabit pul məbləğində aliment o halda tutulmalıdır ki, gəlirlər qeyri-müntəzəm, dəyişkən olsun. Göründüyü kimi, məhkəmə bu məsələyə səthi yanaşmış və heç bir araşdırma aparmadan iddiaçının tələbini təmin etmişdir. Maddi vəziyyətinin aşağı olması və rəsmi məvacibinin az olması ilə əlaqədar olaraq tərəfindən iki uşağa görə hər ay 170 manat sabit pul məbləğində alimentin ödənilməsi maddi durumunu daha da ağır vəziyyətə salacaqdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-7299/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən hər ay hər bir uşaq üçün 136,60 manat olmaqla, cəmi 273 manat sabit pul məbləğində aliment ödəyir. Bundan sonra da qətnaməyə əsasən əlavə olaraq 67 manat ödəyərsə, özü pulsuz dolanmalıdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, “xxxxxxxxxxxxxxxxx” MMC-də direktor vəzifəsində işləyir, aylıq əmək haqqı 250 manatdır. İddiaçıməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X6 xx xxxxxx 2009cu il tarixdə, X5 isə xx xxxxxx 2011-ci il tarixdə anadan olmuşlar, ataları EmilƏliyev, anaları İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4528/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki,İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşağın himayəyə verilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş,Cavabdeh ilə İddiaçı arasında xx xxx 2009-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 236 saylı qeydlə Abşeron rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından xx xxxxxx 2009-cu il tarixdə anadan olmuş X3 və xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X2 anaları İddiaçı yanında saxlanılmaları qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikahın pozulması Abşeron rayon qeydiyyat şöbəsində xx xxxx 2019-cu il tarixdə 85 sayla qeyd edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-7299/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2009-cu il tarixdə anadan olmuş X3 və xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 136,60 manat olmaqla, cəmi 273 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməlidir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən etibarən “xxxxxxxxxxxxxxxxx” MMC-də işləyir, hazırda “xxxxxxxxxxxxxxxxx” MMC-də direktor vəzifəsini tutur, aylıq gəliri ştad cədvəlinə uyğun olaraq 250 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçı alimentin miqdarının artırılması barədə iddia tələbi irəli sürməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-7299/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə xx xxxxxx 2009-cu il tarixdə anadan olmuş X3 və xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 136,60 manat olmaqla, cəmi 273 manat sabit pul məbləğində aliment tutulmuşdur. “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2017-ci ildə yaşayış minimumu uşaqlar üçün 136,60 manat məbləğində müəyyən edilmişdir. Bu qanun qəbul olunan vaxtdan keçən 3 il müddət ərzində uşaqların yaşayış minimumu üçün müəyyən edilmiş məbləğ artmış, bu isə iddiaçının uşaqların saxlanmasına, tələbatının ödənilməsinə daha çox vəsait sərf etməsinə, başqa sözlə, onun maddi vəziyyətinin dəyişilməsinə səbəb olmuşdur. Həmçinin “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki,xx xxxxxx 2009-cu il tarixdə anadan olmuş X6 və xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X5 iddiaçının himayəsindədirlər, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin onun üzərinə düşür. Digər tərəfdən, Abşeron Rayon Məhkəməsinin 2(012)-7299/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə alimentin miqdarının müəyyən edildiyi 2017-ci ildən sonra istehlak mallarının qiymətində bahalaşma olduğundan, uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 136,60 manat məbləğində aliment istehlak bazarında mövcud olan hazırki real qiymətlərlə uzlaşmır və uşaqların minimal tələbatlarının ödənilməsi üçün kifayət deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Cavabdehin məhkəmə iclasında verdiyi izahatından görünür ki, “xxxxxxxxxxxxxxxxx” MMC-də direktor vəzifəsində işləyir. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment ödəmək iqtidarındadır. Digər tərəfdən, qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Cavabdeh apellyasiya şikayətində onun daimi iş yeri olduğu, belə olan halda 2 uşağa görə 33% aliment tutulmasını göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı hazırki tələbi alimentin miqdarının artırılması barədədir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-2603/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2807/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2807/2020
29.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver