Məhkəmə qərarları › İş №2(105)-2809/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2809/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2809/2020 29.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2,Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-452/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-452/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)- 452/2020 saylı qərardadından şikayəti daxil olduğundan mülki işin Sumqayıt Şəhər Məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 mülki işin baxışdan çıxarılıb Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmasına etiraz etmədi. İddiaçı açıq səhmdar cəmiyyəti və Cavabdehməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 362-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-452/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti üzrə mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olsa da, Sumqayıt Şəhər Məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-452/2020 saylı qərardadından şikayəti daxil olduğundan mülki işin Sumqayıt Şəhər Məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddələrin tələblərini əsas tutub hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-452/2020 saylı qərardadından şikayətinə baxılması üçün mülki iş baxışdan çıxarılaraq Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş baxışdan çıxarılsın və Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar