Məhkəmə qərarları › İş №2(105)-281/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-281/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-281/2021 27.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı1 İKB ASC-nin («xxxx» ASC) nümayəndəsi X1 iştirakı ilə, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli tarixli, 2(028)-03/2019 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli tarixli, 2(028)-03/2019 saylı qətnaməsi ilə (hakim V.Y.Ruvinov) İddiaçı1 İKB ASC-nin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilib, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 həmin müqavilə üzrə əsas borca görə 40.202,13 ABŞ dolları, faiz borcuna görə 17.278,57 ABŞ dolları, hesablanmış cəriməyə görə 100 ABŞ dolları olmaqla, cəmi 57.580,70 ABŞ dolları, həmçinin xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 40.399,23 ABŞ dolları, faiz borcuna görə 19.623,5 ABŞ dolları, hesablanmış cəriməyə görə 100 ABŞ dolları, cəmi 60.022,73 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 9 saylı ünvanda yerləşən ümumi sahəsi 211,5 kv.metr olan qeyri-yaşayış binasına (1 saylı yeməkxananın çörək sexinə) yönəldilməsi, həmin binanın ilkin satış qiymətinin 211.000 manat olmaqla, açıq hərracda satılması, əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 iddiaçı təşkilata olan kredit borcunun ödənilməsi, satışdan əldə edilən vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh1 sözügedən qeyri-yaşayış binasına (1 saylı yeməkxananın çörək sexinə) olan istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin qeyri-yaşayış binasının boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv olunaraq iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)- 128/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilib, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilərək, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 09 saylı ünvanda yerləşən, ümumi sahəsi 211,5 kv.metr olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 316.500 manat müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı “xxxx” ASC və Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-3239/2020 saylı qərarı ilə iddiaçı “xxxx” ASC-nin kasasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)- 128/2020 saylı qətnaməsi qismən- Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 09 saylı ünvanda yerləşən, ümumi sahəsi 211,5 kv.metr olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 316.500 manat müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasına qaytarılmış, qalan hissədə qətnamə iddiaçı “xxxx” ASC və Cavabdeh1 kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı1 İKB ASC («xxxx» ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 40.202,13 ABŞ dolları, faiz borcuna görə 17.278,57 ABŞ dolları, hesablanmış cəriməyə görə 1.431,26 ABŞ dolları, cəmi 58.911,96 ABŞ dolları, həmçinin xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 40.399,23 ABŞ dolları, faiz borcuna görə 19.623,5 ABŞ dolları, hesablanmış cəriməyə görə 1.058,2 ABŞ dolları, cəmi 61.080,93 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 9 saylı ünvanda yerləşən ümumi sahəsi 211,5 kv.metr olan qeyri-yaşayış binasına (1 saylı yeməkxananın çörək sexinə) yönəldilməsi, həmin binanın ilkin satış qiymətinin 211.000 manat olmaqla açıq hərracda satılması, əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 iddiaçı təşkilata olan kredit borcunun ödənilməsi, satışdan əldə edilən vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh1 sözügedən qeyri-yaşayış binasına (1 saylı yeməkxananın çörək sexinə) olan istifadə hüququnun itirilmiş hesab edilməsi və qeyri-yaşayış binasının boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh1 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, bank kredit borcunun hesablanmasını düzgün aparmamış, borc həddən artıq şişirdilmiş, ipoteka predmetinin ilkin satış qiyməti real bazar qiymətinə uyğun hesablanmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilmiş hissədə ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı «xxxx» ASC-nin nümayəndəsi R.M.Abdullayev apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdeh F.Cavabdeh1 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi qismən - Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 09 saylı ünvanda yerləşən, ümumi sahəsi 211,5 kv.metr olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 316.500 manat müəyyən edilməsi hissəsində ləğv edilib, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız mübahisələndirilən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 6-G1-1-0-208-15 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh1 illik 26 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 44620 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2015-ci il tarixli, 6-G1-1-0-213-15 saylı, kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh1 illik 26 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 44620 ABŞ dolları məbləğində kredit verilməsi nəzrədə tutulmuşdur. xx.xx.2017-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 iddiaçıya olan borcu xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 40202,13 ABŞ dolları, faiz borcu üzrə 17278,57 ABŞ dolları, cərimə borcu üzrə 1431,26 ABŞ dolları, cəmi 58911,96 ABŞ dolları və xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 40399,23 ABŞ dolları, faiz borcu üzrə 19623,5 ABŞ dolları, cərimə borcu üzrə 1058,2 ABŞ dolları, cəmi 61080,93 ABŞ dolları hesablanmışdır. 6-Gl-1-0-208-15 saylı, xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, cavabdehin qeyd edilən kredit müavilələrindən irəli gələn öhdəliklərinin təminatı kimi ona məxsus Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 9 ünvanında yerləşən, 211,5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası (1 saylı yeməkxananın çörək sexi) ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli kassa məxaric orderlərindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh1 44620 ABŞ dolları və 44620 ABŞ dolları məbləğində pul verilmişdir. Xəbərdarlıq məktublarından görünür ki, cavabdeh kredit borcu barədə və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xəbərdar olunmuşdur. İddiaçı1 İKB ASC tərəfindən ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması barədə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 9 ünvanında yerləşən, 211,5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 594 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 9 ünvanında yerləşən, 21 1,5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası (1 saylı yeməkxananın çörək sexi) kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədilə İddiaçı1 İKB ASC-nın xeyrinə xx.xx.2015-ci il tarixdə 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. «xxxx» MMC-nin 17-06/AL/04-18 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 9 ünvanında yerləşən qeyri-yaşayış binasının müqayisəli satış metodundan istifadə etməklə aparılmış hesablamaların nəticəsinə uyğun olaraq xx xxxxxx 2019-cü il tarixə bazar dəyəri 185000 (bir yüz səksən beş min manat) həcmində müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli,10966 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 iddiaçıya olan borcu xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 40202,13 ABŞ dolları, faiz borcu üzrə 17278,57 ABŞ dolları və xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 40399,23 ABŞ dolları, faiz borcu üzrə 19623,50 ABŞ dolları müəyyən edilmişdir. “xxxx” MMC-nin M170/19 saylı, xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 9 ünvanında yerləşən, 211,5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının xx.xx.2019-cu il tarixə olan bazar dəyəri 316500 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli, PL/G-60 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 9 ünvanında yerləşən, 211,5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının xx xxxxxx 2020-ci il tarixə olan bazar dəyəri 240.000 manat və likvid dəyəri 225.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3, 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunun məzmunundan göründüyü kimi ipoteka predmetinin qiymətləndirilməsi mübahisəyə məhkəmədə baxılan vaxta münasibətdə müəyyən edilməlidir. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsində «ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında» ifadəsi mübahisəyə baxılan anda razılaşmanın olmasını nəzərdə tutur. Məhkəmə ipoteka qoyanla ipoteka saxlayanın ilkin satış qiyməti barədə razılığının olub-olmamasını araşdırır, əgər belə bir qiymətləndirici vasitəsi ilə ilkin satış qiymətini müəyyən edir. Bu hal ona görə nəzərdə tutulmuşdur ki, ipoteka müqaviləsinin bağlanmasında keçən müddət ərzində ipoteka predmetinin qiymətində dəyişikliklər baş verə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinin məzmunundan göründüyü kimi razılaşma məhkəmədə işə baxılan zaman olmalıdır. İpoteka müqaviləsi bağlanan zaman müqavilədə göstərilən qiymət 39.3.3-cü maddədə göstərilən razılaşma əsasında müəyyən edilmiş qiyməti əhatə etmir. Tərəflərin razılığına əsasən bağlanmış bütün ipoteka müqavilələrində ipotekanın qiyməti göstərilir. Lakin, həmin qiymət ipotekaya tutma yönəldilən zaman müəyyən edilməli olan qiyməti əvəz etmir. Əgər belə olmuş olardısa Qanunun 39.3.3-cü maddəsinin qəbuluna zərurət olmazdı, qanunverici qətnamədə ipoteka müqaviləsində göstərilmiş qiymətin ilkin satış qiyməti kimi göstərilməsini nəzərdə tutardı. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası apelyasiya instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib, iş yenidən baxılması üçün geri qaytararkən qərarında göstərmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində 211.000 manat, “xxxx” MMC-nin qiymətləndirici rəyində 185.000 manat, “xxxx” MMC-nin qiymətləndirici rəyində 316.500 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi sözügedən ipoteka predmetinin ilkin satış qiymətinə dair işdə biri-birindən kəskin şəkildə fərqlənən üç müxtəlif qiymətləndirici rəyləri vardır. Sözügedən ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı ipoteka qoyan Cavabdeh1la ipoteka saxlayan iddiaçı bank arasında hər hansı razılaşma yoxdur və onlar arasında faktiki olaraq ipoteka predmetinin ilkin satış qiymətinə dair mübahisə vardır. Ona görə də tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ipoteka predmeti olan əmlakın orta bazar qiyməti və satış (likvid) qiyməti müəyyən edilmişdir. “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli, PL/G-60 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 9 ünvanında yerləşən, 211,5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının xx xxxxxx 2020-ci il tarixə olan bazar dəyəri 240.000 manat və likvid dəyəri 225.000 manat müəyyən edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası MPM-nin 102.2-ci maddəsinə görə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, son alınmış rəy tərəflər arasında yaranmış mübahisə üzrə yekun nəticəyə gəlmək üçün yetərlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini heç bir sübutla əsaslandırma bilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya şikayəti əsasında ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi - «Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 9 saylı ünvanda yerləşən ümumi sahəsi 211,5 kv.metr olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 211.000 manat müəyyən edilsin» hissəsində dəyişdirilib, Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 9 ünvanında yerləşən, 211,5 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binasının xx xxxxxx 2020-ci il tarixə olan likvid dəyəri 225.000 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 verdiyi apelyasiya şikayəti qismən təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli tarixli, 2(028)-03/2019 saylı qətnaməsi - «Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 9 saylı ünvanda yerləşən ümumi sahəsi 211,5 kv.metr olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 211.000 manat müəyyən edilsin» hissəsində dəyişdirsin. Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 9 ünvanında yerləşən, 211,5 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının xx xxxxxx 2020-ci il tarixə olan likvid dəyəri 225.000 manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar