Məhkəmə qərarları › İş №2(105)-2818/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2818/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2818/2020 22.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı aktlara əsasən hesablanmış cərimələrin silinməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-234/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh X1 RQİİ-nin Siyəzən Qaz Xidmət Sahəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx xxxxxx 2019-cu il tarixli, ******* saylı və 352935 saylı aktların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 X2 İdarəsinin əsl Cavabdeh İstehsalat Birliyi ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə yenidən məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş ******* saylı, eləcə də ******* saylı aktlara əsasən müvafiq olaraq hesablanmış 3185,5 manat və 3022 manat cərimə məbləğlərinin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə həll olunanadək Siyəzən rayonu, Beşdam kəndində yerləşən qeyriyaşayış sahəsinə təbii qazın verilməsinin cavabdeh tərəfindən bərpa edilməsi və bu müddət ərzində təbii qazın verilməsinin dayandırılmasının Cavabdeh İB-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 2(059)-234/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı Siyəzən rayonu, Beşdam kəndində yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi hazırki mübahisəyə baxılıb qərar qəbul edilənə və həmin qərar qanuni qüvvəsini alanadək Cavabdeh ASC tərəfindən bərpa edilməklə, bu müddət ərzində təbii qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi qərara alınmışdır. Qeyd olunan qərardadla razı olmayan Cavabdeh İstehsalat Birliyi şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Cavabdeh İstehsalat Birliyi şikayətini onunla əsaslandırmışdır ki, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi (abonent) arasında təbii qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci maddəsində bu müqavilənin 2.1.12-ci yarımbəndi və AR Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə Təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 6.1.4-cü bəndində istehlakçıya qazın verilməsinin dayandırılması halları müəyyən edilir. Həmin hallardan biri (2.2.5.4-cü maddə) paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra, bir ay müddətində tam ödənilmədikdə həyata keçirilir. Abonent İddiaçı istehlak etdiyi qaza görə ödənilməli hesab vaxtında verilməsinə baxmayaraq o, ümumilikdə 6207,50 manat borcunu ödəməmişdir. Göründüyü kimi, abonentin qaz təchizatının dayandırılması “Qazdan istifadə Qaydaları”na, “Qaz təchizatı haqqında Qanuna” tam uyğun surətdə yerinə yetirilmişdir. Göstərilənlərə əsasən qərardad ləğv edilməlidir. Siyəzən Rayon Məhkəməsinin 2(059)-234/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında bildirdi ki, şikayət hər hansı bir əsaslandırmaya malik deyildir. Çünki naməlum səbəbdən yararasız hala salınmış sayğac hazırda yenisi ilə əvəz edilmişdir. Buna görə də, gələcəkdə hər hansı hadisənin yaranması üçün əsas yoxdur. Bu məzmunlu şikayət formal olaraq verilmişdir. O, həyətində olan həmin quş damında quş saxlamaqla ailəsini dolandırır. Ora qazın verilməsinin dayandırılması onun ailəsini yeganə dolanışıq mənbəyindən məhrum edilməsi ilə nəticələnər. Buna görə də, şikayətin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraqCavabdeh İstehsalat Birliyinin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, şikayət təmin edilməməli, iddianın təmini tədbiri barədə Sumqayıt Şəhər Məhkəməsinin 2(059)-234/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, məhkəmə qərardadı ilə İddiaçı məxsus Siyəzən rayonu, Beşdam kəndində yerləşən qeyri-yaşayış sahəsinə işə mahiyyəti üzrə baxılıb qəbul edilmiş qətnamə qanuni qüvvəyə minənədək təbii qazın verilişi bərpa edilmişdir. Göründüyü kimi həmin sahəyə təbii qazın verilişinin Cavabdeh İB-nin əməkdaşları tərəfindən kəsilməsinin qadağan edilməsi iddianı təmin etmə tədbiri kimi seçilir və müvəqqəti xarakter daşıyır. Azərbaycan Respublikası MPM-nin 157-cimaddəsinəgörə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Hazırki halda cavabdeh tərəf iddia edir ki, iddiaçının xeyli borcu yığılıb qalmışdır. Buna görə də qazın verilməsi dayandırılmışdır. Onların hərəkəti qanunidir. Nəzərə alanda ki, hazırki halda iddianın predmetini təşkil edən təbii qaz ilə təhciz edilmə cavabdehin vəzifəsinə aid edildiyindən, iddianın əsaslılığı prezumpsiyasından çıxış edərək cavabdehə müəyyən hərəkətlərin edilməsinin qadağan edilməsi məqsədəmüvafiqdir. Məhkəmə bu qənaətə gələrkən həmçinin nəzərə alır ki, qış mövsümü dövründə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə qaz verilişinin dayandırılması dolanışıq mənbəyindən məhrum edilməklə vətəndaşın çıxılmaz vəziyyətə düşməsinə səbəb ola bilər. Cavabdehin qeyri-yaşayış sahəsinə qaz verilişinin bərpasının “Qazdan istifadə Qaydaları”na, “Qaz təchizatı haqqında Qanuna” zidd olması kimi dəlilləri absurd və əsassızdır. Belə olan halda cavabdehə müəyyən hərəkətlərin edilməsi qadağasının qoyulması zəruridir və bununla bağlı iddianın təmini tədbiri haqqında ərizənin təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə qeyd olunan prosessual normaların tələblərinə uyğundur. Məhkəmə kollegiyası cavabdehin şikayətində göstərdikləri dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 398.0 və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395- 396, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 2(059)-234/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar