Məhkəmə qərarları › İş №2(105)-2821/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2821/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2821/2020 22.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, cavabdeh X1 iştirakı ilə açıq məhkəmə iclasında Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-143/2020 saylı qərardadından cavabdeh X1 şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-143/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Çingiz İsgəndərov) İddiaçı cavabdeh X2 qarşı qızıl zinət əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə cavabdeh X1 Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-143/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməsi qərara alınmış, cavabdeh X4 qərardaddan şikayət vermişdir. Məhkəmə iclasında işə baxılarkən cavabdeh X4 ərizə ilə müraciət edərək Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-143/2020 saylı qərardadından verdiyi şikayətindən imtina etdiyini bildirib, şikayətindən imtina barədə ərizəsinin təmin edilərək, şikayətindən imtinasının qəbul edilib ona münasibətdə apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh X1 ərizəsi təmin edilməli, onun şikayətindən imtinası qəbul edilməli və cavabdeh X2 münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyasına təqdim edilmiş cavabdeh X1 xx xxxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-143/2020 saylı qərardadından verdiyi şikayətindən imtina etdiyini bildirərək ona münasibətdə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, cavabdeh X1Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-143/2020 saylı qərardadından verdiyi şikayətindən imtina barədə ərizəsinin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, cavabdeh X1 şikayətindən imtinası qanuna zidd deyildir, hər hansı bir şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X1 şikayətindən imtina barədə ərizəsi təmin edilməli, onun şikayətindən imtinası qəbul edilməli və cavabdeh X2 münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 369-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh X1 Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-143/2020 saylı qərardadından verdiyi şikayətindən imtinası barədə ərizəsi təmin edilsin, onun şikayətindən imtinası qəbul edilsin və cavabdeh X2 münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar