Məhkəmə qərarları › İş №2(105)-2822/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2822/2020

21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2822/2020 21.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı nümayəndəsi X2 iştirakı ilə Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-542/2020 saylı qərardadından cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi N.V.Əhmədovun verdiyi şikayət üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-542/2020 saylı qərardadı ilə (hakim Ç.Ə.İsgəndərov) İddiaçı cavabdehlər «xxxxxxxx» ASC-nin X5 Təchizatı və X3 Elektrik Şəbəkəsi və «xxxxxxxx» ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsinin iddianın cavabdehin olduğu yerə görə verilməsi barədə vəsatəti təmin edilməmişdir. Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi N.V.Əhmədov şikayət verib, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-542/2020 saylı qərardadın ləğv edilib, mülki işin ərazi aidiyyatı üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(031)-542/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər «xxxxxxxx» ASC-nin X5 Təchizatı və X3 Elektrik Şəbəkəsi və «xxxxxxxx» ASC-dən inəyinin tələf olması ilə əlaqədar ona dəymiş 1500 (min beş yüz) manat məbləğində maddi ziyanın və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilib, məhkəmə baxışına təyin edilmişdir. Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi N.V.Əhmədov məhkəmə aidiyyatının dəyişdirilməsi barədə ərizə ilə müraicət edib, cavabdeh «xxxxxxxx» ASC-nin hüquqi ünvanının Nəsimi rayonunda olması səbəbindən mülki işin aidiyyat üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göstərilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi N.V.Əhmədov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 32.2, 35.1, 35.2, 44.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh «xxxxxxxx» ASC-nin hüquqi ünvanı ünvan 1 olmaqla, iddia tələbi cavabdehin hüquqi ünvanının olduğu yer üzrə baxılmalıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında İddiaçı nümayəndəsi X4 şikayətə etiraz edib, birinci instansiya məhkəməsinin qərardadının dəyşdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh «xxxxxxxx» ASC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən olur ki, cavabdeh «xxxxxxxx» ASC-nin hüquqi ünvanı ünvan 1dür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla bşqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. "Yaşayış yeri və olduğu yer haqqında" Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud AR qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası MPM-nin 44.1-ci maddəsinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyətı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh «xxxxxxxx» ASC-nin hüquqi ünvanı ünvan 1 olduğundan hazırki iddia tələbinə cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır. Ona görə də, şikayət əsaslı olduğu üçün təmin edilib, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-542/2020 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli, 2(031)-542/2020 saylı qərardadı ləğv edilərək mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi N.V.Əhmədovun verdiyi şikayət təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-542/2020 saylı qərardadı və və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli, 2(031)-542/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər «xxxxxxxx» ASC-nin X5 Təchizatı və X3 Elektrik Şəbəkəsi və «xxxxxxxx» ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş baxılmaq üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar