Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2822/2021 21.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1392/2021 saylı 21 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmişapelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1392/2021 saylı 21 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 21 fevral 2017-ci il tarixli kredit müqaviləsi üzrə 14700 manat məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin Cavabdeh 21 fevral 2017-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 2625 manat dəyərində illik 5 % pulunun İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində rədd edilməsi qət edilmişdir (hakim E.T.Məmmədov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 21 fevral 2017-ci il tarixli kredit müqaviləsi üzrə 18000 manat məbləğində əsas borcun və gecikdirilmiş vaxt üçün 2625 manat dəyərində illik 5 % pulunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmsışdır ki, məhkəmə qətnaməsini əsassız və ədalətsiz hesab hesab edir. Belə ki, qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. İşin faktiki hallarından görünür ki, iddiaçı ilə onun arasında əslində heç bir borc münasibəti olmamış, onun sadəcə olaraq iş yerində müəyyən çatışmazlıqları və zərərləri baş vermiş və iddiaçı bunu əsassız olaraq borc müqaviləsi kimi rəsmiləşdirmişdir. Yəni həmin kredit müqaviləsi əslində bağlandığı andan etibarsız olmuşdur. Məhkəmə isə bu hala ciddi fikir verməmiş və hüquqi qiymətini verməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında təsbit edilən hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. İşin hallarından da görünür ki, oqnların arasındakı əqd əslində uydurma əqd olmuşdur. Odur ki, qeyd edilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-1392/2021 saylı 21 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə iddiaçı İddiaçı MMC-nin nümayəndəsinə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli qətnamə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhər 9 saylı notariat ofisində bağlanmış 21 fevral 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı MMC ilə borcalan Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh 31.12.2017-ci il tarixinədək qaytarmaq şərtilə 18.000 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş kassa mədaxil orderi qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 23 yanvar 2017-ci il tarixində 300 manat, 28 fevral 2017-ci il tarixində 1000 manat, 16 mart 2017-ci il tarixində 300 manat, 25 aprel 2017-ci il tarixində 500 manat, 18 oktyabr 2017-ci il tarixində 300 manat, 17 noyabr 2017-ci il tarixində 300 manat, 23 dekabr 2017-ci il tarixində 300 manat, 02 iyul 2018-ci il tarixində 300 manat olmaqla, ümumilikdə 3300 manat məbləğində ödəniş edilmişdir. Müəyyən edilmişdir ki, tərəflər arasındakı mübahisə kredit deyil, əmək münasibətlərindən yaranmışdır. Cavabdeh iddiaçı şirkət İddiaçı MMC-də əmək müqaviləsinə əsasən ekspeditor olaraq çalışmış və cavabdehin vəzifəsi şirkət tərəfindən verilən məhsulları mağazalara paylayaraq satışdan əldə etdiyi pulu şirkətə ödəmək olmuşdur. İddiaçı təşkilatın rəhbəri cavabdehə satılmayan məhsullara görə məsuliyyət daşıdığını və vurulan zərəri ödəməyini tələb etmişdir. Cavabdeh 18.000 manatı ödəməyi öhdəliyinə götürmüşdür. Bundan başqa iş materiallarından göründüyü kimi tərəflər arasında Bakı şəhər 9 saylı notariat ofisində 21 fevral 2017-ci il tarixli kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən Cavabdeh 31.12.2017-ci il tarixinədək qaytarmaq şərtilə 18.000 manat məbləğində pulu İddiaçı MMC-nə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş kassa mədaxil orderi qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 23 yanvar 2017-ci il tarixində 300 manat, 28 fevral 2017-ci il tarixində 1000 manat, 16 mart 2017-ci il tarixində 300 manat, 25 aprel 2017-ci il tarixində 500 manat, 18 oktyabr 2017-ci il tarixində 300 manat, 17 noyabr 2017ci il tarixində 300 manat, 23 dekabr 2017-ci il tarixində 300 manat, 02 iyul 2018-ci il tarixində 300 manat olmaqla, ümumilikdə 3300 manat məbləğində ödəniş edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh tərəfindən öhdəlik üzrə ödənişlər nəzərə alınmalı, tələb olunan 18.000 manat borc məbləğindən ödənilmiş ümumilikdə 3.300 manat çıxılmaqla 21 fevral 2017-ci il tarixli kredit müqaviləsi üzrə 14.700 manat məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. İş materiallarından görünür ki, 21 fevral 2017-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh (borcalan) Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, məhkəmə iddia tələbinin əsas borca görə gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla hesablanmış 2625 manat pulun cavabdehdən tutulması hissəsi ilə razılaşmır. Belə ki, kredit müqaviləsi bağlanmasına baxmayaraq işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında öhdəlik əmək münasibətlərindən yaranmışdır. Borc məbləğinin vaxtında qaytarılmamasının səbəbi cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi ilə bağlı məhkəmədə sübutlar müəyyən edilmədiyi və cavabdeh tərəfindən ümumi borc məbləği üzrə müəyyən ödənişlər aparılmasını nəzərə alaraq məhkəmə iddia tələbinin bu hissəsinin rədd edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsi əslində bağlandığı andan etibarsız olmuşdur. Məhkəmə isə bu hala hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası apellyantın bu dəlilini əsassız hesab edir. Belə ki, həmin müqavilə tərəflərin iradə ifadəsi ilə bağlanmışdır. Bundan başqa cavabdehin «etibarsız» hesab etdiyi kredit müqaviləsi hal-hazırda qüvvədədir və mübahisələndirməmişdir. Odur ki, cavabdehin dəlilləri məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Bundan əlavə cavabdeh qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etsə də dəlillərini əsaslandıra bilməmiş bua dair hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1392/2021 saylı 21 may 2021-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2822/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2822/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver