Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2827/2020 30.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-291/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-291/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsiiləiddia tələbi qismən təmin edilmiş, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 130 manat sabit pul məbləğində alimentin tutulub xx xxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd edılmişdir.(hakim V.Ruvinov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərəkQubadlı Rayon Məhkəməsinin 2(028)-291/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsininləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 76 manat alimentin miqdarının artırılaraq, hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2000-ci ildə nikaha daxil olmuş və həmin nikahdan onların 2 uşağı olmuşdur. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə cavabdehdən birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 76 manat olmaqla, cəmi 152 manat miqdarında aliment tutulmuşdur. Uşaqlardan böyüyü olan xx xxx 2002-ci il təvəllüdlü Rəhmanın bu il 18 yaşı tamam olmuşdur. Lakin xx xxxxxx 2007-ci il təvəllüdlü Ləmanın tələbatları artmışdır və hazırda o, Ləmanı saxlamaqda çətinlik çəkir, çünki işləmir və əlavə qazanc yeri yoxdur. Buna görə də aliment artırılmalı, aylıq tutulamlı aliment 170 manat müəyyən olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, ikinci dəfə ailə qurmuşdur və həmin nikahdan da bir övladı vardır. Əvvəlki nikahından olan uşaqları ilə hər zaman maraqlanmış, onlara qayğı göstərmişdir. Uşaqlardan böyüyü olan xx xxx 2002-ci il təvəllüdlü Rəhmanı həqiqi hərbi xidmətə yola salmışdır. İddiaçı isə Türkiyə vətəndaşı ilə yenidən nikaha girmişdir və bu nikahdan 1 uşağı olmuşdur. 2011-ci ildən uşaqlara o, deyil, anası baxmış, bu illər ərzində o, vaxtında alimentini ödəmişdir. Qət olunan aliment məbləğini ödəməsi isə qeyri-mümkündür. Buna görə də qətnamə ləğv edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək əlavə etdi ki, ata kimi borcunu daim yerinə yetirmişdir. Hazırda işləmir və maddi vəziyyəti pisdir. Bu halların nəzərə alınmasını, şikayətinin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək əlavə etdi ki, hazırda anasının himayəsində yaşayır və əri ona maddi köməklik göstərir, uşaq geyimlərinin satışı ilə məşğul olurlar. Uşağın saxlanmasında isə çətinlik çəkdiyindən hazırkı iddianı qaldırmalı olmuşdur. Əvvəlki alimentlə, yəni 76 manatla o, uşağın bu xərclərini ödəyə bilmir. Ona görə də qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZ-İ seriyalı, 978028 saylı doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci ildə Ləman adlı uşaq doğulmuşdur. İşdə olan AZ-İ seriyalı, 231114 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx xxxxxxxx 2011-ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin gün 45 nömrəli qeyd edilmişdir. Yenə işdə olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-165/2011saylı, xx xxxx 2011-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx xxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay 76 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Yenə də işdə olan AZ-İ 799690 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra arvada “Ağayeva” soyadı verilmişdir. İşə əlavə olunmuş AZ-İİİ seriyalı, 483435 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 birgə nikahından xx.xx.2015-ci ildə Aypara adlı uşaq doğulmuşdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətiqismən təmin edilməli,Qubadlı Rayon Məhkəməsinin 2(028)-291/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilməli, alimentin miqdarı hər ay 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər xx xxxxxx 2000-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu nikahdan onlarınxx xxx 2002-ci il təvəllüdlü Rəhman və xx xxxxxx 2007-ci il təvəllüdlü Ləman adlı uşaqları doğulmuşdur. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə cavabdehdən birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 76 manat olmaqla, cəmi 152 manat miqdarında aliment tutulmuşdur. Uşaqlardan böyüyü olan xx xxx 2002-ci il təvəllüdlü Rəhmanın bu il 18 yaşı tamam olmuşdur. Tərəflər yenidən ailə qurmuşdur. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Qubadlı rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 76 manat alimentin miqdarının artırılaraq, hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir.Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birininailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hazırki halda işin tədqiq olunan faktiki hallarından məlum olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişiklikliyin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh tərəf isə sabit əmək haqqının olmamasını, ikinci ailəsinin, uşağının olmasını əsas gətirsə də əvvəlki nikahdan olan uşaqlara qayğı göstərdiyini bildirmişdir. İş materiallarından görünür ki, tərəflər məcburi köçkündülər. Məhkəmə kollegiyasında müəyyən olundu ki, iddiaçı yenidən nikaha girmişdir və əri ona maddi yardım edir. Bu hallara məcmu halda qiymət verən məhkəmə kollegiyası, tərəflərin maddi vəziyyətini və azyaşlının həyati tələbatlarını nəzərə alaraq hesab edir ki, alimentin miqdarının hər ay 100 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş alimentin məbləğinin artırılması nəticəsinə gəlsə də, balanslaşdırılmış nəticəyə gəlməmiş, tərəflərin maddi imkanlarına uyğun ədalətli qətnamə qəbul etməmişdir. Sadalanan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində hər ay müəyyən edilmiş 130 manat sabit pul məbləğində alimentin məbləği dəyişdirilərək 100 manat məbləğində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, qərarının 8.12-ci bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Plenum qərarına istinadən məhkəmə kollegiyası nəzərə alır ki, hazırki iş üzrə azyaşlı Ləmanın saxlanılması üçün artırılmış alimentin məbləği, tərəflər arasında mövcud qətnamə qanuni qüvvəsini aldıqdan sonra artırılmış məbləğlə Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini qismən sübut edə bilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-291/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilsin. Cavabdeh xx xxxxxx 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 76 manat alimentin miqdarı artırılaraq, hər ay 100 manat müəyyən edilsin və ondan həmin məbləğdə aliment tutularaq İddiaçı verilsin. Yeni məbləğdə aliment tutulmasının əvvəli qətnamə qnuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2827/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2827/2020
30.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver