Məhkəmə qərarları › İş №2(105)-2853/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2853/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2853/2021 12.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədov katibliyi, İddiaçının nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair Abşeron Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim E.T.Məmmədov) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə iddiaçının Cavabdeh4 mülkiyyətində olan Abşeron qəsəbəsi X6 küçəsində xüsusi mülkiyyətdə və üzərində yerləşən 2.3.8 kv.m ümumi, 133.4 kv.m yaşayış, sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evin üzərinə həbs qoyulmasına dair iddianın təmini tədbiri barədə ərizənin rədd edilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 11783,82 manat məbləğində pulun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti həmçinin iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 mülkiyyətində olan Abşeron qəsəbəsi X6 küçəsində xüsusi mülkiyyətdə və üzərində yerləşən 2.3.8 kv.m ümumi, 133.4 kv.m yaşayış, sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 və digər cavabdehin Banka olan borcunun həddindən artıq çox olmasını, borclunun borcunun qalan hissəsini Banka ödəməkdən yayınmasını, hazırki tələbin borc tələbi olmasını nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsində baxılıb yekun qərar qəbul edilənədək Cavabdeh4 mülkiyyətində Abşeron qəsəbəsi X6 küçəsində xüsusi mülkiyyətdə və üzərində yerləşən 2.3.8 kv.m ümumi, 133.4 kv.m yaşayış, sahədən ibarət 8 otaqlı 7 nömrəli fərdi yaşayış evin üzərinə həbs qoyulmalıdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi R.F.Ramazanov şikayəti onunla əsaslandırmışdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarlı ilə verilən əsas borcla yanaşı kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləgi dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olar. Lakin məhkəmə bunu nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(012)-3913/2021 saylı qərardadının ləğv olunması və ərizənin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi R.F.Ramazanov şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh1 və qeyriləri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən qətnamənin icrasını gələcəkdə təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə məhkəmənin qəbul etdiyi qərardad müvvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddianın təmini tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət etməklə yanaşı öz tələbin təmin olunmasına əsas verən halların mövcudlugunu da göstərmək vəzifəsi daşımış, lakin ərizədə işin halları formal qaydada göstərilmiş, başqa sözlə ərizə əsaslandırılmamışdır. Ona görə də, məhkəmə kollegiyası iddiaçının cavabdehlərin borcun çox oldugu üçün ərizənin təmin edilməsi barədə əsas ola bilməz. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçının nümayəndəsi X2 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 08 iyun 2021-ci il tarixli 2(012)-3913/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar