Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2857/2020 11.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3755/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3755/2020 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası qismən təmin edilib, xx xxxxxx 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş və sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(060)-2622/2019 saylı qətnaməsi ilə artırılmış alimentin miqdarı artırılaraq hər ay 120 (yüz iyirmi) manat məbləğində müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmiş, Cavabdeh 15 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3755/2020 saylı qətnaməsinin dəyişdirilərək birgə nigahdan olan xx.xx.2006-cı il təvəllüdlü X3 yetiknlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə xx.xx.2004-cü ildə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Qeyri-rəsmi nikahdan xx.xx.2006-cı il təvəllüdlü X5 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2(060)-2087/2007 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X3 atasının cavabdeh olması və xx.xx.2007-ci il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçının etdiyi müraciət əsasında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2(060)- 3169/2007 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 30 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Etdiyi müraciət əsasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2013-cü tarixli, 2(060)-1957/2013 saylı qətnaməsi ilə aliment məbləği artıralaraq xx.xx.2013-cü ildən başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat pulun cavabdehdən tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(060)2622/2019 saylı qətnaməsi ilə alimentin məbləği 110 manat məbləğində müəyyən edilmişdir. Övladı hal-hazırda məktəbə gedir. Onun tələbatı gündən-günə artır. Övladının məktəb ləvazimatlarını və yeyib-içmək xərclərini ödəyə bilmir Cavabdeh uşağına və ona heç bir maddi köməklik göstərmir, qazancını özünə sərf edir. Ona görə qeyri-rəsmi nikahdan anadan olmuş xx xxxxxx 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2013-cü tarixli, 2(060)-1957/2013 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 50 manat, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(060)2622/2019 saylı qətnaməsi ilə 110 manat pul məbləğində alimentin artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnamə qəbul edərkən Mülki Prosessual Məcəllənin 8, 9, 14.1, 88, 217.1- 217.3-cü maddələrinin və Ailə Məcəlləsinin 58, 59, 60, 61, 63-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, müəyyən olunmuş aliment miqdarı bu günkü iqtisadi münasibətlərlə uyğun gəlmir. Ödənilən alimentin məbləği uşağın saxlanılması üçün bəs etmir. Oğlu məktəbli olduğu üçün onun ehtiyaclarını və tələblərini ödəməkdə çətinlik səkir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilib xx xxxxxx 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, İddiaçı apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan atalığın müəyyən edilməsi və doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Cavabdeh xx xxxxxx 2006-cı ildə anadan olmuş X2 atası hesab edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(060)- 2622/2019 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1957/2013 saylı, xx xxx 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 110 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən cavabdeh xx xxxxxx 2007-ci il tarixdə X6 ilə nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X7 anadan olmuşlar. Azərbaycan Respublikası Konstıtusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbryə etmək valideyinlərin borcudur. Konstıtusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunan 120 manat məbləğində aliment miqdarı istehlak bazarında mövcud olan real qiymətlərlə uzlaşmır və uşağın minimal tələbatlarının ödənilməsi üçün kifayət deyildir və «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları ilə uyğun deyildir. Qanunvericiliyin göstərilən müddəalarına əsasən yetkinlik yaşına çatmayan uşağın mənafeyi, normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edib, alimentin miqdarının artırılaraq 120 manat sabit pul məbləğində müəyyən edərkən yetkinlik yaşına çatmayan xx xxxxxx 2006-cı il təvəllüdlü İbrahimin mənafeyini, onun normal qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması hallarını nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı alimentin miqdarının 140 manat məbləğində müəyyən edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apelyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(060)-2622/2019 saylı qətnaməsi ilə artırılmış alimentin miqdarı artırılaraq hər ay 120 manat məbləğində müəyyən edilsin hissəsində dəyişdirilməli və sabit pul məbləğində alimentin miqdarı 140 (yüz qırx) manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, qərarının 8.12-ci bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Plenum qərarına istinadən məhkəmə kollegiyası nəzərə alır ki, hazırki iş üzrə xx xxxxxx 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün müəyyən edilmiş alimentin məbləği, tərəflər arasında mövcud qətnamə qanuni qüvvəsini aldıqdan sonra artırılmış məbləğlə Cavabdeh tutularaq iddiaçı X1 verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb xx xxxxxx 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş 110 manat sabit pul məbləğində alimentin artırılaraq hər ay 170 (yüz yetmiş) manat məbləğdə müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda müəyyən edilmiş aliment məbləği ilə artırılması tələb olunan aliment məbləği arasında fərq 60 manat təşkil edir. Həmin məbləğin bir il ərzində məcmusu isə (60 X 12 ay) 720 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3755/2020 saylı qətnaməsi – «Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(060)-2622/2019 saylı qətnaməsi ilə artırılmış alimentin miqdarı artırılaraq hər ay 120 manat məbləğində müəyyən edilsin» hissəsində dəyişdirilsin və sabit pul məbləğində alimentin miqdarı 140 (yüz qırx) manat müəyyən edilsin. Qətnamə «Cavabdeh 15 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin” hissəsində dəyişdirilmədən saxlanılsın. Bu qətnamə ilə müəyyən edilmiş alimentin məbləği qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamə qətidir, qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2857/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2857/2020
11.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver