Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-287/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, e-2(034)-334/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Zəngilan Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, e-2(034)-334/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 1260 manat məbləğində zərər, qazdan sayğac vasitəsi ilə istifadə edilməsinə görə 378,60 manat məbləğində borc olmaqla, cəmi 1638.60 manat məbləğində maddi ziyan və 36.39 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi qət edilmişdir. (hakim G.İmanova) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, e-2(034)-334/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1260 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 378,60 manat pulun və 36,39 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1674,99 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində, 10-272 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00310 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı **********142 qazsayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 756 manat; - xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, cəmi 1260 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Belə ki, abonentin saldosundakı məlumata əsasən cavabdehin ödənilməmiş 2020-ci ilin aprel-dekabr ayları üzrə 227,80 manat sərfiyyat borcu və 7,80 manat (limitdən artıq istifadə etməsi səbəbi yaranmış sərfiyyat borc), 2021-ci ilin yanvar-iyun ayları üzrə - 157,50 manat sərfiyyat borcu qalmışdır. (227,80+7,80+157,50=393,10 manat) 2020-ci ilin yanvar ayından 2022-ci ilin fevral ayına qədər cavabdeh cəmi 14,50 manat ödəniş etmişdir. Yuxarda qeyd olunanlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 378,60 manat borcu (debitor borc) da qalmışdır (393,10-14,50=378,60). Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 1638,60 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən müəyyən edilmişdir. Həmin Qaydalara əsasən, istehlakçılar tərəfindən X1nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. İddia tələbində cavabdehdən tələb edilən zərərin hesablanma meyarı və qaydaları anlaşılan deyildir. AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 Nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydadarı”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaların»ın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, İddiaçı İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. «Qaz təchizatı haqqında» AR Qanununun 21-cimaddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi tərəflər arasında bağlanılmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Bu səbəbdən maddi ziyanın hesablanması da qanunla müəyyən edilmiş qaydalara əsasən həyata keçirilməlidir. Cavabdeh təşkilat alğı-satqı müqaviləsinin tərəfi kimi istehlakçıya öz mülahizəsinə əsasən maddi ziyan hesablaya bilməz. Eyni zamanda «Qaz istifadə Qaydalarına əsasən qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı müqaviləsinin 2.2.5-ci bəndində göstərilmişdir ki, qaz paylayıcısının istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ var. Göründüyü kimi qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilədə də qaz paylayıcısının istehlakçı barəsində hər hansı cərimə və istehlakçının təqsirli hərəkətlərinə görə abunə hesabına əlavə borcun yazılması hüququ nəzərdə tutulmamışdır. Həmin müqavilədə qaz paylayıcısının istehlakçının hərəkətlərinə görə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ müəyyən edilmişdir. Bu isə qaz paylayıcısına istehlakçının abunə hesabına əlavə borcun yazılması hüquququn olması anlamına gəlmir. İddiaçı tərəfindən ödənilməsi tələb olunan və iddiaçının hesabladığı 1260 manat məbləğində maddi ziyan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ciil tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən müəyyən edilmişdir ki, həmin Qaydalar müvafiq qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınmadığı üçün maddi ziyanın hesablanmasında əsas kimi tutula bilməz. Göründüyü kimi məhkəmə bu cür əhəmiyyətli halları araşdırmamış, yalnız iddiaçının tələbinə uyğun formada qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, əlavə etdi ki, qətmamə ilə müəyyən edilən maddi zərəri qəbul etmir. Ona hesablanan borcun yaranma meyarı, hesablanma üsulu aydın deyildir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş üzrə digər İddiaçınə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında İddiaçı ilə abonent Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci tarixli, 10-272 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»sindən görünür ki, bu müqavilə əsasında İddiaçı İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Yenə iş materiallarında olan Təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli və xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktlardan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük dayanacağında yerləşən mənzildə abonet qeydiyyatsız qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar edilmişdir. Yenə mülki işdə olan dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli, xx.xx.2020ci il tarixli və xx.xx.2020-ci il tarixli tələbnamələrdən görünür ki, abonentə məxsus qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti (xx.xx.2020-ci il tarixli tələbnamədə 90 gün, digərlərində 30 gün) QSQnin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti (xx.xx.2020-ci il tarixli tələbnamədə 90 gün, digərlərində 30 gün), radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və aktlardakı tarixlərə uyğun olaraq, 7560 m3 2520 m3 və 2520 m3 qaz sərfiyyatı hesablanmışdır. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli aktlardan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük dayanacağında yerləşən mənzildə abonetin qeydiyyatsız qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar edildiyindən birliyin əməkdaşları tərəfindən faktı təstiq edən aktlar tərtib olunmuş, abonent aktları imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh İddiaçı İB-nə 1638.60 manat məbləğində borcu yaranmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-2657/2022 nömrəli qətnaməsi cavabdehdən 1260 manat maddi zərərin tutulması hissəsində dəyişdirilməli, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış zərər məbləği olaraq 420 manat pul tutularaq İddiaçı hesabına ödənilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci tarixli, 10-272 nömrəli qazın alqı-satqısı müqaviləsinə əsasən abonentin fərdi yaşayış evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00310 nömrəli abonent kodu verilmiş, qaz xəttinin üzərində isə G-4 markalı **********142 qaz sayğacı quraşdırılmışdır. İddiaçı əməkdaşları tərəfindən abonentə məxsus fərdi yaşayış evinə baxış keçirilərkən həmin ünvanda təbii qazdan qeyri-qanuni qeydiyyatsız istifadə edilməsi halları aşkar edilmiş və Təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli və xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktlar tərtib edilərək bu aktlar əsasında təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərər olaraq cəmi 1260 manat borc hesablanmışdır. Bundan sonra iddiaçı yuxarıda qeyd olunan tələblə məhkəməyə müraciət etmiş, məhkəmə iddianı tam təmin etmiş, narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddianın bötüvlükdə rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, cavabdeh iddia tələbini, ona müvafiq qaydada qətnaməni yalnız zərər hissəsində mübahisələndirir. Bunun davamı kimi kollegiya qeyd edir ki, cavabdehə məxsus abonent saldosundan görünür ki, onun sayğac göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə 378.60 manat ödənilməmiş debitor borcu vardır ki, bu borc sayğac əsasında istifadə edilmiş təbii qaz sərfiyyatının göstəricidir ki, onun yaranma mənbəyi mübahisələndirilmir və istifadə edilmiş qaz sərfiyyatının dəyəri kimi cavabdehdən borcun tutulması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanunidir. İddia tələbinin maddi zərər hissəsi ilə bağlı apellyasiya kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli tələbnamələrdən görünür ki, iddiaçı həmin tələbnamələrdə qaz qurğularından 24 saat istifadə edilməsi meyarı ilə hesablama aparmış və məhkəmə də bu formada hesablamanı qəbul etmiş, ona uyğun qətnamə qəbul etmişdir ki, məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmaz. Kollegiya bu qaydada hesabatla razılaşmır və qeyd edir ki, cavabdeh təşkilat sözügedən tələbnamədə qaz işlədicilərinin orta günlük iş rejiminin hansı əsasdan 24 saat müddətlə aparıldığını əsaslandıra bilməmişdir. Abonentin gün ərzində qaz qurğularından orta hesabla 6-8 saat istifadə etməsi qəbul olunarsa, “İddiaçı xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq Cavabdeh Birliyə yuxarıda qeyd olunan aktlar əsasında cəmi 420 manat ziyan vurması məlum olur ki, məhz həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin abonentin gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi halını qəbul etməyərək həmin rejimi gün ərzində orta hesabla 8 saat müəyyən edilməklə, hesablamanın məhz bu formada aparılmasını məqsədəmüvafiq hesab edərək, qətnamənin Cavabdeh 1260 manat məbləğində zərərin tutulması hissəsində dəyişdirilməsi qənaətinə gəlir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar"ın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə görə isə qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-2657/2022 nömrəli qətnaməsi cavabdehdən 1260 manat maddi zərərin tutulması hissəsində dəyişdirilməli, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış zərər məbləği olaraq 420 manat pul tutularaq İddiaçı hesabına ödənilməli, qazdan sayğac vasitəsi ilə istifadə edilməsinə görə 378,60 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinin tələblərinə əsasən apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 18.20 manat məbləğində dövlət rüsumunun 6 manatı İddiaçındən tutularaq, Cavabdeh ödənilməli, qalan 12.20 manatı Cavabdeh özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)- 2657/2022 nömrəli qətnaməsi Cavabdeh 1260 manat maddi zərərin tutulması hissəsində dəyişdirilsin. Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 420 manat pul tutularaq İddiaçı hesabına ödənisin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 18.20 manat məbləğində dövlət rüsumunun 6 manatı İddiaçındən tutularaq Cavabdeh ödənilsin, qalan 12.20 manatı Cavabdeh özünə aid edilsin. Qətnamədə dərhal qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-287/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-287/2023
31.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver