Məhkəmə qərarları › İş №2(105)-2873/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2873/2021

27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2873/2021 27.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X7, İddiaçı, cavabdehlər X15 və X2 iştirakı ilə Şabran Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(031)-76/2021 saylı qətnaməsindən cavabdehlər O.C.Taibov və B.C.Taibova tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şabran Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(031)-76/2021 sayl qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) İddiaçı cavabdehlər X16, X11, X15, X4 və X12 qarşı maddi ziyan tələbinə dair iddia qismən təmin edilib, cavabdehlər X16, X11, X15, X4 və X8 vurduqları zərərə görə 2455 manat pulun alınıb İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər O.C.Taibov və B.C.Taibova birgə qaydada apellyasiya şikayəti verib, Şabran Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(031)-76/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X16, X11, X15, X4 və X8 Şabran rayonu, Pirəmsən kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsində əkilən ağacların dəyəri olaraq 34030 (otuz dörd min otuz) manat pulun və torpaq üçün əvvəlki pulla ödədiyi 600000 (altı yüz min) manat məbləğində pulun (manatın hazırki məzənnəsi ilə hesablanmaqla) alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dəvəçi rayonu, Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 08 №-li qərarı ilə X11, X16, X14 və X13 ümumi birgə mülkiyyətinə Şabran rayonu, Pirəmsən kəndi ərzisində 0.25 ha torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN 202A saylı, kod 30404038 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuşdur. 2000-ci ildə X11 qeyd olunan 0.25 ha torpaq sahəsini digər mülkiyyətçilərlə birlikdə və həyat yoldaşı X2 razılığı ilə ona satmışdır. O, həmin vaxt X9 və onun həyat yoldaşı X3 torpağın dəyəri olaraq 600000 (altı yüz min) AZM pul ödəmişdir. O, əqdi icra etsə də, yəni torpağın pulunu ödəsə də onlar əqdin notariat qaydasında təsdiqlənməsi üçün notariat kontoruna getməmişlər və əqd rəsmiləşdirilməmişdir. Bu barədə sübutlarından biri budur ki, JN 202A saylı, kod 30404038 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsli cavabdehlər tərəfindən ona təqdim edilmişdir. X11 və ailə üzvləri həmin şəhadətnaməni ona verməsəydilər və o, həmin şəhadətnaməni onlardan qeyri qanuni yolla əldə etsəydi cavabdehlər bu 20 il ərzində onu məhkəməyə verərdilər. Növbəti sübutu budur ki, o, torpaq sahəsini aldığı andan həmin torpaq sahəsində meyvə bağı salmışdır. Artıq 20 ildir ki, həmin meyvə bağı mövcuddur. X11 və onun ailə üzvlərindən hər hansı biri bu 20 il ərzində ona qarşı hər hansı bir tələb irəli sürməmişlər. Hansı ki, həmin bağ hamının gözü qarşısında tərəfindən salınmışdır. Bu 20 il ərzində cavabdehlər onun 0.25 ha torpaq sahəsini mülkiyyətçi hüquqları ilə istifadə etdiyini və orada bağ saldığını görmürdülərmi? Bu günki gündə də cavabdehlər əqdin notariat qaydasında təsdiqlənməsi üçün notariat ofisinə getmirlər, üstəlik cavabdehlər ona satdıqları torpağın onunla mübahisəsini aparmağa başlamışlar. Cavabdeh tərəf sonradan həmin şəhadətnamənin guya itirildiyini bəhanə gətirərək adlarına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə etmişlər. Bundan əlavə X1 Rayon Məhkəməsində ona qarşı “zəbt torpaq sahəsindən çıxarma” tələbinə dair iddia qaldıraraq onun 0.25 ha torpaq sahəsindən çıxarılmağı barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə də onun iddiasını təmin etmişdir. O, 2000-ci ildə mübahisəli torpaq sahəsində 1 ədədi 7 manatdan 16 ədəd gilas ağacı şitili, 1 ədədi 2 manatdan 100 ədəd fındıq ağacı şitili, 1 ədədi 4 manatdan 6 ədəd armud ağacı şitili, 1 ədədi 5 manatdan 3 ədəd heyva ağacı şitili, 5 manata 1 ədəd xartut ağacı şitili, 1 ədədi 2 manatdan 26 ədəd əncil ağacı şitili, 1 ədədi 4 manatdan 10 ədəd nar ağacı şitili, 1 ədədi 4 manatdan 3 ədəd vişnə ağacı şitili, 1 ədədi 5 manatdan 2 ədəd meşmeşi ağacı şitili, 6 manata 1 ədəd zoğal ağacı şitili, 5 manata 1 ədəd alça ağacı şitili, 1 ədədi 6 manatdan 5 ədəd alma ağacı şitili, 1 ədədi 6 manatdan 10 ədəd şaftalı ağacı şitili əkmişdir. Həmin ağaclara xərc çəkərək lazımi diqqət göstərərək onlara qulluq göstərmişdir. Hal-hazırda həmin bağda 16 ədəd gilas ağacı vardır ki, bəhərlə birlikdə bir ədədinin qiyməti 150 manat, 16 ədəd gilas ağacının bəhərlə birlikdə bu günki dəyəri 2400 manat təşkil etməkdədir 100 ədəd fındıq ağacı vardır ki, bəhərlə birlikdə bir ədədinin qiyməti 200 manat, 100 ədəd fındıq ağacının bəhərlə birlikdə bu günki dəyəri 20000 manat, 6 ədəd armud ağacı vardır ki, bəhərlə birlikdə bir ədədinin qiyməti 80 manat, 6 ədəd armud ağacının bəhərlə birlikdə bu günki dəyəri 480 manat, 3 ədəd heyva ağacı vardır ki, bəhərlə birlikdə bir ədədinin qiyməti 50 manat, 3 ədəd heyva ağacının bəhərlə birlikdə bu günki dəyəri 150 manat, 1 ədəd xartut ağacı vardır ki, bəhərlə birlikdə bu günki dəyəri 20 manat, 26 ədəd əncil ağacı vardır ki, bəhərlə birlikdə bir ədədinin qiyməti 30 manat, 26 ədəd əncil ağacının bəhərlə birlikdə bu günki dəyəri 780 manat, 10 ədəd nar ağacı vardır ki, bəhərlə birlikdə bir ədədinin qiyməti 50 manat, 10 ədəd nar ağacının bəhərlə birlikdə bu günki dəyəri 500 manat, 3 ədəd vişnə ağacı vardır ki, bəhərlə birlikdə bir ədədinin qiyməti 200 manat, 3 ədəd vişnə ağacının bəhərlə birlikdə bu günki dəyəri 600 manat, 2 ədəd meşmeşi ağacı vardır ki, bəhərlə birlikdə bir ədədinin qiyməti 400 manat təşkil edir. 2 ədəd meşmeşi ağacının bəhərlə birlikdə bu günki dəyəri 800 manat, 1 ədəd zoğal ağacı vardır ki, bəhərlə birlikdə bu günki dəyəri 200 manat, 1 ədəd alça ağacı vardır ki, bəhərlə birlikdə bu günki dəyəri 100 manat, 5 ədəd alma ağacı vardır ki, bəhərlə birlikdə bir ədədinin qiyməti 400 manat, 5 ədəd alma ağacının bəhərlə birlikdə bu günki dəyəri 2000 manat, 10 ədəd şaftalı ağacı vardır ki, bəhərlə birlikdə bir ədədinin qiyməti 600 manat, 10 ədəd şaftalı ağacının bəhərlə birlikdə bu günki dəyəri 6000 manat təşkil etməkdədir. Göründüyü kimi 0.25 ha torpaq sahəsində salınan bağdakı ağaclarının bəhərlə birlikdə bu günki cəmi dəyəri 34030 manat təşkil edir. Artıq bağdakı məhsulu cavabdehlər mənimsəmişlər. Məhkəmə qətnaməsinə əsasən həmin torpaq sahəsindən çıxarıldığından həmin bağa gedə bilmir. Cavabdehlər üzərlərinə düşən öhdəliyi yerinə yetirmədiklərindən onların qanuna zidd əməlləri nəticəsində əlavə çəkdiyi xərcləri, həmçinin həmin meyvə ağaclarının hər il verəcəyi bəhəri (əldən çıxmış faydanı) nəzərə alınmasa belə, ona ağacların dəyəri olaraq 34030 manat və torpaq üçün əvvəlki pulla ödədiyi 600000 AZM məbləğində maddi zərər dəymişdir. 600000 manat pulun (manatın) hazırki məzənnəsi üzrə yenidən hesablanaraq (manatın denominasiyası, itirdiyi dəyər və s. nəzərə alınmaqla) ona ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdehlər O.C.Taibov və B.C.Taibova birgə qaydada verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Şabran Rayon Məhkəməsi 16 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onların ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi 2000-ci ildə 15 il müddətinə müvəqqəti olaraq istifadə edilməsi üçün qonşuluqda yaşayan İddiaçı verilmişdir. Həmin müddət ərzində İddiaçı torpaq sahəsində ağaclar əkmiş və barını yığıb satmaqla qazanc əldə etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər E.O.Taibov və B.C.Taibova apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər X16, X11 və X12 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd olunan cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəmənin qətnaməsinin iddia ərizəsinin təmin olunmuş hissəsindən cavabdehlər O.C.Taibov və B.C.Taibova tərəfindən birgə qaydada apellyasiya şikayəti verilmiş və digər cavabdehlər tərəfindən isə məhkəmənin qətnaməsi mübahisələndirilməmişdir. Ona görə də, birinci instansiya məhkəmənin qətnaməsi yalnız cavabdehlər O.C.Taibov və B.C.Taibovaya münasibətdə mübahisələndirilən hissədə araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak dən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-202A KOD 30404038 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 08 saylı qərarına ilə X11, X16, X14 və X13 ümumi birgə mülkiyyətinə Şabran rayonu, Pirəmsən kəndi ərzisində 0.25 ha torpaq sahəsi verilmişdir. Şabran Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(031)738/2020 saylı qətnaməsi ilə cavabdeh İddiaçı iddiaçıX11 və ailə üzvlərinin mülkiyyətində olan Şabran rayonu, Pirəmsən kəndi ərzisində yerləşən 0,25 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X6 və Çayçılıq Elmi- Tədqiqat İnstututu tərəfindən verilmiş 12 aprel 2021-ci il tarixli, 71 saylı rəydən görünür ki, Şabran rayonu, Pirəmsən kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsində əkilən (2004cü ildə) 18 ədəd gilas, 94 ədəd fındıq (10 ədədi cavan) 9 ədədi alma 23 ədəd əncir 4 ədəd gavalı 10 ədəd nar 1 ədəd qaysı 5 ədəd armud (cavan) 1 ədəd heyva, 1 ədəd xar tut məhsuldar və qeyri məhsuldar mövcud olmuşdur. Pirəmsən kəndində mövcud olan 0.25 ha torpaq sahəsində müxtəlif meyvə ağaclarının məhsuldarlığını müəyyənləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət Tsasistika Komitəsinin 2003, 2013 və 2016-cı illərə aid statistik məlumatlarından istifadə etməklə ayrı-ayrı bitki növləri üzrə hektardan orta məhsuldarlıq müəyyənləşdirilmiiş və bunun əsasında əkilən il nəzərə alınıb, (2004) bir ağacdan orta məhsuldarlıq müəyyən edilmişdir. ( 0.25 bağ sahəsində müxtəlif əkin sxemində 169 ədəd ağac vardır) Beləliklə qeyd olunan müxtəlif meyvə ağaclarının məhsuldarlığı aşağıdakı kimi təyin olunmuşdur : 18 ədəd gilas ağacı- hər ağacdan 3 kq, 97 ədəd fındıq ağacı-hər ağacdan 3 kq, 9 ədəd alma ağacı- hər ağacdan 10 kq, 23 ədəd əncil ağacı- hər ağacdan 5 kq, 4 ədəd gavalı ağacı- hər ağacdan 20 kq, 10 ədəd nar ağacı- hər ağacdan 10 kq, 1 ədəd ərik ağacı- hər ağacdan 15 kq, 5 ədəd armud ağacı- hər ağacdan 3 kq, 1 ədəd heyva ağacı- hər ağacdan 5 kq, 1 ədəd xar tut ağacı- hər ağacdan 40 kq. İstifadəyə verilmiş 0.25 ha torpaq sahəsində olan ağaclardan təxmini olaraq bir il ərzində aşağıdakı şəkildə məhsul əldə olunmuşdur: Gilas 18 ədəd x 3 kq=54 kq, fındıq 97 ədəd x 3 kq=29 kq, alma 9 ədəd x 10 kq = 90 kq, əncil 23 ədəd x 2 kq = 46 kq, gavalı 4 ədəd x 12 kq = 48 kq, nar 10 ədəd x 7 kq = 70 kq, ərik 1 ədəd x 20 kq = 70 kq, armud 5 ədəd x 3 kq =15 kq, heyva 1 ədəd x 10 kq = 10 kq, xar tut 1 ədəd x 40 kq = 40 kq. Kütləvi məhsul yığımı devrində istehsal edilmiş meyvə məhsullarının orta satış qiyməti meyvə cinslərindən və ildən aslı olaraq: gilas 1 kq 2 manat olmaqla 54 kq x 2 manat = 108 manat, alma 1 kq – 0.50 manat olmaqla 90 kq x 0.50 = 45 manat, əncir 1 kq – 1.50 manat olmaqla 46 kq x 1 manat = 46 manat, gavalı 1 kq – 0.30 manat olmaqla 48 kq x 0.30 manat = 14.40 manat, nar 1 kq – 1 manat olmaqla 70 kq x 1.0 manat=70 manat, ərik 1 kq – 1.50 manat olmaqla 20 kq x 1.50 manat = 30 manat, armud 1 kq -0.80 manat olmaqla 15 kq x 0.80 manat = 12 manaat, heyva 1 kq – 1.0 manat 10 kq x 1 .0 manat = 10 manat, xar tut 1 kq – 2.0 manat olmaqla 40 kq x 2 manat = 80 manat, cəmi – 854 manat. Beləliklə hər bir meyvə ağacının bəhərlə birlikdə dəyəri: gilas - 18 ədəd bəhərlə birlikdə- 648 manat, fındıq – 97 ədəd bəhərlə birlikdə 1214 manat, alma – 9 ədəd bəhərlə birlikdə – 90 manat, əncir – 23 ədəd bəhərlə birlikdə – 115 manat, gaval – 4 ədəd bəhərlə birirlikdə – 26.50 manat, nar – 10 ədəd bəhərlə birlikdə – 120 manat, ərik – 1 ədəd bəhərlə birlikdə - 50 manat, armud – 5 ədəd bəhərlə birlikdə - 42 manat, heyva - 1 ədəd bəhərlə birlikdə – 30 manat, xar tut – 1 ədəd bəhərlə birlikdə – 120 manat, cəmi 2455 manat. Qeyd olunanları əsas götürməklə belə bir nəticəyə gəlmək olur ki, istifadə üçün götürülmüş torpaq sahəsində olan (0.25 ha) 169 ədəd müxtəlif meyvə cinslərinə aid meyvə ağaclarından orta bazar qiymətləri ilə il ərzində ***-**** manat arasında maliyyə vəsaiti əldə etmək olar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddia ərizəsinin qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, İddiaçı cavabdeh tərəfin razılığı əsasında 2000-ci il tarixdən cavabdehlərə məxsus torpaq sahəsindən istifadə etmiş, həmin torpaq sahəsində çoxlu sayda meyvə ağacları əkib-becərmiş, torpağı münbitləşdirmiş, sonradan cavabdehlər məhkəmə qətnaməsinə əsasən torpağı ondan geri qaytarmış və onu becərdiyi, məhsul gətirmiş ağacların məhsulunu yığmaqdan məhrum etmişlər. Bununla da, İddiaçı cavabdehlərin təqsiri ucbatından əmlakından məhrum olmaqla zərərə düşmüş, bu zərərin məbləği Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X6 və Çayçılıq Elmi-Tədqiqat İnstututu tərəfindən verilmiş 12 aprel 2021-ci il tarixli 71 saylı rəy ilə ümumilikdə 2455 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edildiyindən iddia tələbi həmin həcmdə təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdehlər O.C.Taibov və B.C.Taibova birgə qaydada verdiyi apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər O.C.Taibov və B.C.Taibova birgə qaydada verdiyi apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(031)-76/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar