Məhkəmə qərarları › İş №2(105)-290/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-290/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-290/2021 20.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 İddiaçı1 açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2(067)-2415/2015 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2(067)-2415/2015 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Fizuli Mirzəquliyev) İddiaçı1 açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi, kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh4 ilə İddiaçı1 açıq səhmdar cəmiyyəti arasında bağlanmış 03 dekabr 2013-cü il tarixli, 013CASA133370007 saylı kredit müqaviləsinin restrukturizasiyası haqqında razılaşmanın ləğv edilməsi, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və X4 müştərək qaydada 12400 ABŞ dolları məbləğində əsas kredit borcu, 869,39 ABŞ dolları məbləğində faiz borcu və 4,55 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış penyanın, cəmi 13270,94 ABŞ dollarının, həmçinin 30 manat dövlət rüsumunun alınaraq İddiaçı1 açıq səhmdar cəmiyyətinə verilməsi qət edilmiş, cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, 16 iyul 2015-ci il tarixdə İddiaçı1 açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh4 ilə İddiaçı1 açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı arasında bağlanmış 03 dekabr 2013-cü il tarixli, 013CASA133370007 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşmanın ləğv edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı1 açıq səhmdar cəmiyyətinin xeyrinə 12400,00 ABŞ dolları məbləğində əsas kredit borcu, 869,39 ABŞ dolları məbləğində faiz borcu və 134,55 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış penya, cəmi 13403,94 ABŞ dolları, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 03 dekabr 2013-cü il tarixli, 013CASA133370007 saylı kredit müqaviləsinə əsasən İddiaçı1 açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı tərəfindən Cavabdeh4 36 ay müddətinə illik 25% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 17460 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi İddiaçı1 açıq səhmdar cəmiyyəti ilə Cavabdeh3 arasında 03 dekabr 2013-cü il tarixli, 013FİZAM01125701 saylı, Cavabdeh2 ilə 03 dekabr 2013-cü il tarixli, 013FİZAM41193801 saylı, Cavabdeh1 ilə 03 dekabr 2013-cü il tarixli,013FİZAM04250001 saylı zaminlik müqavilələri bağlanmış, həmin şəxslər Cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüş və bu barədə öhdəlik imzalamışlar. Cavabdeh4 05.03.2015-ci il tarixli ərizəsinə əsasən bağlanmış 013CASA133370007 saylı, 03 dekabr 2013-cü il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşmaya əsasən əsas borcun qalığı, faiz məbləği və penya cəmləşdirilmiş və restrukturizasiya edilməsindən sonra kreditin məbləği 12400 ABŞ dolları müəyyən edilmiş və 25% kreditdən istifadəyə görə haqq ödəmək şərti 22 faizə dəyişdirilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 öz ərizələrinə əsasən Cavabdeh4 kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşması üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit və razılaşma müqaviləsinin şərtlərinə görə Cavabdeh4 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməyən Cavabdeh4 10.07.2015-ci il tarixə 12400 ABŞ dolları məbləğində əsas kredit borcu, 869,39 ABŞ dolları məbləğində faiz borcu və 134,55 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış penya, cəmi 13403,94 ABŞ dolları məbləğində borcu yaranmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamədən narazıdırlar. Qətnamə dəyişdirilməli, müvafiq mühasibatlıq ekspertizası təyin edilməli, qalıq borc və hesablanmış faiz borcu düzgün müəyyən edilməli, habelə faiz borcunun əsas borca adekvat olub-olmaması müəyyən edilməli, yalnız bundan sonra işə baxılaraq nəticə verilməlidir. İddia ərizəsində göstərilən və məhkəmə qətnaməsi ilə onlardan tutulmalı məbləğlərin mötəbərliyinə tam şübhə edirlər. Ona görə də məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zərurəti yaranmışdır. Cavabdehlər apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə uyğun yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 açıq səhmdar cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borclarına aid hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsini faktiki olaraq əsas və faiz borclarına aid hissələrdə mübahisələndirdiklərindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı1 açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə bağlanmış 013CASA133370007 saylı, 03 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh4 36 ay müddətinə illik 25% olmaqla, 17460 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı1 açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış 03 dekabr 2013-cü il tarixli, 013FİZAM04250001 saylı, Cavabdeh2 arasında bağlanmış 03 dekabr 2013-cü il tarixli, 013FİZAM41193801 saylı, Cavabdeh3 arasında bağlanmış 03 dekabr 2013-cü il tarixli, 013FİZAM01125701 saylı zaminlik müqavilələrinin surətlərindən görünür ki, İddiaçı1 açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh4 arasında bağlanmış 013CASA133370007 saylı, 03 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə borclu kreditor qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zaminlər həmin öhdəliyin tamamilə icra edilməsini öhdələrinə götürmüşlər. İş materiallarından görünür ki, 013CASA133370007 saylı, 03 dekabr 2013-cü il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair İddiaçı1 açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh4 arasında 11 mart 2015-ci il tarixli razılaşma bağlanmış, razılaşmaya əsasən kredit müqaviləsi üzrə əsas borcun qalığı, faiz məbləği və penya cəmlənmiş və restrukturizasiya edilməsindən sonra kreditin məbləği 12400 ABŞ dolları, ödənilmə müddəti 31 ay, kredit üçün illik 22 faiz ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 11 mart 2015-ci il tarixli ərizələrinin surətlərindən görünür ki, bankla Cavabdeh4 arasında imzalanmış 013CASA133370007 saylı, 03 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsinə dair 11 mart 2015-ci il tarixli razılaşmanın imzalanmasına razılıqlarını bildirmiş, dəyişikliklərlə tanışdırlar, dəyişikliklər nəzərə alınmaqla, qeyd olunan öhdəlik icra olunmadığı, yaxud lazımi qaydada icra olunmadığı təqdirdə, zaminlik müqavilələri ilə məsuliyyət daşıdıqlarını qəbul edirlər. İş materiallarında olan İddiaçı1 açıq səhmdar cəmiyyətinin kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışından görünür ki, Cavabdeh4 10.07 2015-ci il tarixə 12400 ABŞ dolları məbləğində əsas kredit borcu, 869,39 ABŞ dolları məbləğində faiz borcu və 134,55 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış penya, cəmi borcu 13403,94 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı1 açıq səhmdar cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 12 may 2015-ci il tarixli bildirişdən görünür ki, 013CASA133370007 saylı, 03 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka olan borcun 3 bank günü ərzində ödənilməsi təklif edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 05 aprel 2021-ci il tarixli, 9/6028 nömrəli rəyindən görünür ki, hesabdan çıxarış məlumatları, 03 dekabr 2013-cü il tarixdə bağlanmış 013CASA133370007 saylı kredit müqaviləsində və 11 mart 2015-ci il tarixli əlavə razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh4 İddiaçı1 açıq səhmdar cəmiyyətinə 10.07.2015-ci il tarixinə olan borcu 13269,39 ABŞ dolları, o cümlədən əsas borc üzrə 12400 ABŞ dolları, faiz borcu üzrə 869,39 ABŞ dolları məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı1 açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə bağlanmış 013CASA133370007 saylı, 03 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh4 36 ay müddətinə illik 25% olmaqla, 17460 ABŞ dolları məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin restrukturizasiyasına dair 11 mart 2015-ci il tarixli razılaşmaya əsasən kredit müqaviləsi üzrə əsas borcun qalığı, faiz məbləği və penya cəmlənmiş və restrukturizasiya edilməsindən sonra kreditin məbləği 12400 ABŞ dolları, ödənilmə müddəti 31 ay, kredit üçün illik 22 faiz ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı1 açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış 03 dekabr 2013-cü il tarixli, 013FİZAM04250001 saylı, Cavabdeh2 arasında bağlanmış 03 dekabr 2013-cü il tarixli, 013FİZAM41193801 saylı, Cavabdeh3 arasında bağlanmış 03 dekabr 2013-cü il tarixli, 013FİZAM01125701 saylı zaminlik müqavilələrinə əsasən İddiaçı1 açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh4 arasında bağlanmış 013CASA133370007 saylı, 03 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə borclu kreditor qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zaminlər həmin öhdəliyin tamamilə icra edilməsini öhdələrinə götürmüşlər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehlərin kredit və zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehlərin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxsin izahatı, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və X4 müştərək qaydada 12400 ABŞ dolları məbləğində əsas kredit borcu və 869,39 ABŞ dolları məbləğində faiz borcunun alınaraq İddiaçı1 açıq səhmdar cəmiyyətinə verilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdehlər apellyasiya şikayətində məhkəmənin qalıq borcun və hesablanmış faiz borcunun düzgün müəyyən edilmədiyini göstərmişlər. Cavabdehlərin apellyasiya şikayətində göstərdiyi bu dəlillər iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 05 aprel 2021-ci il tarixli, 9/6028 nömrəli rəyi ilə təkzib edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borclarına aid hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və X4 müştərək qaydada tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli, 2(067)-2415/2015 saylı qətnaməsi əsas və faiz borclarına aid hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və X4 müştərək qaydada tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar