Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2906/2020 11.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizin tutulması tələbinə dair mülki iş üzrə Qubadlı rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(028)-156/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qubadlı rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Ruvinov) iddianın təmin edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13355,76 manat əsas borc, 1080,35 faiz borcu olmaqla, cəmi 14436,11 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13355,76 manat əsas borc, 1080,35 faiz borcu olmaqla, cəmi 14436,11 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə illik 23,5 % olmaqla 13900 manat məbləğində kredit vermişdir. Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. xx.xx.2020-ci il tarixinə cavabdehin banka 13355,76 manat əsas borc, 1080,35 manat faiz borcu olmaqla, cəmi 14436,11 manat borcu var. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Qubadlı rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, əsas və fai borcları yenidən hesablanmaqla yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Onun iştirakı olmadan işin tam, hərtərəfli, obyektiv araşdırılması aparılmadan onun hüquqlarına toxunan qətnamə qəbul etmişdir. İddiaçının iddia etdiyi məbləğ həddindən artıq şişirdilmişdir, faiz borcu ilə razı deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi baxılmamış saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, İddiaçı” ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizin tutulmasına görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). İşdən görünür ki, iddia ərizəsi hüquq departamentinin böyük hüquqşünası Samir Abbasov tərəfindən imzalanmışdır. Səlahiyyətli nümayəndəyə təqdim edilən sənəd İdarə Heyətinin sədri tərəfindən imzalanmalıdır. Lakin iş materiallarında olan etibarnamənin surətindən görünür ki, səlahiyyətli nümayəndəyə verilən etibarnamə İdarə Heyətinin sədri tərəfindən deyil, İdarə Heyətinin sədri vəzifəsini icra edən şəxs tərəfindən imzalanmışdır. Belə olan halda iş materiallarında İdarə Heyətinin sədri vəzifəsinin icra edən şəxsin səlahiyyətini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməli idi. Lakin iş materiallarında onun səlahiyyətlərini təsdiq edən sənəd aşkar edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından baxılmamış saxlanılmalı olduğu halda, iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.4. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respulbikası Mülki Prosessual Məcəlləsinin 260.4. maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 259.0.10, 306.4, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşıiddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC-yə izah edilsin ki, yenidən ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2906/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2906/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver