Məhkəmə qərarları › İş №2(105)-2910/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2910/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2910/2020 30.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrədddin oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 firmasına qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)-01/2020 saylı qərardadından cavabdeh X2 tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ləğv prosessində olan İddiaçı ASC X2, Cavabdeh2 və Cavabdeh3 firmasına qarşı kredit müqaviləsi üzrə cəmi 129712,53 manat məbləğində borcun qaytarılması, tutmanın ipoteka predmeti olan Cavabdeh3 Ticarət Mərkəzində yerləşən 104 kv.metrlik 118/120 saylı ticarət obyektinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh X2 məhkəmə iclasında vəsatət təqdim edərək, iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-01/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh X1 təkrar ekspertiza təyin edilməsi barədə ərizəsi təmin edilməmişdir. (hakim V.Ruvinov) Qərardaddan narazı qalan cavabdeh X2 ondan şikayət vermişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)-01/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Qeyd edilən kateqoriyadan olan qərardadlardan şikayət verilməsi qanunla nəzərdə tutulmadığından, məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. X2 şikayətini bununla əsaslandırmışdır ki, qərardad qanunsuzdur. Bank tərəfindən onun üçün yüksək məbləğdə fazi hesablanmışdır. Digər tərəfdən onun banka ödədiyi 40000 manat vəsaitin hamısı bank tərəfindən faizlərə hesablanmışdır. Bu isə əsassızdır və yaranmış borcu yalnız ekspert müəyyən edə bilər. Göstərilənlərə əsasən qərardad ləğv edilməli, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh X2 şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İş üzrə iddiaçı, həmçinin digər cavabdehlər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normalarını əsas götürərək məhkəmə kollegiyası işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apelyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. İş materiallarından göründüyü kimi, ekspertizanın keçirilməsindən imtina edilməsi barədə məhkəmə qərardadı işin sonrakı hərəkətinə mane olmur. Bundan baçqa, bu tip qərardadlardan şikayət vermək hüququ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Cavabdeh1 bu qərardaddan narazıdırsa, bu barədə etirazını gələcəkdə mübahisə üzrə çıxarılacaq qətnamədən apelyasiya şikayəti verəcəyi təqdirdə oraya daxil edə bilər. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)-01/2020 saylı qərardadından cavabdeh X2 tərəfindən verilmiş şikayətə, qanuni əsas olmadığından işə apelyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, şikayət qeyri-mümkün hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 firmasına qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)-01/2020 saylı qərardadından cavabdeh X2 tərəfindən verilmiş şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar