Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2910/2021 28.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(028)-161/2021 saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Qubadlı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(028)-161/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində pulun tutulub İddiaçı ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim Vladimir Ruvinov). Qətnamədən narazı qalan iddiaçı Əlizadə Aliyə Rəhman qızı apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(028)-161/2021 saylı qətnaməsinin dəyişdirilərək iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4100 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, o, özünə məxsus «Niva» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşını satmaq istəmişdir. Bunun üçün maşını Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 123 Avtosalon kimi tanınan salonda işləyən Cavabdeh təhvil vermişdir. Cavabdeh maşının fotoşəkillərini turbo.az saytında yerləşdirmiş və qiymətini 4400 manat kimi qeyd etmişdir. Bir müddət sonra maşını 4100 manata satmış, lakin pulu ona verməmişdir. Pulu cavabdehdən tələb edəndə müxtəlıf bəhanələr gətirərək pulu verməkdən yayınmışdır. Bu səbəbə görə o, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nə şikayət etmişdir. Bölmədə araşdırma aparılmış və cavabdeh öz izahatında maşını ondan satmaq üçün götürdüyünü və maşını satdığını etiraf etmişdir. Lakin maşını 4100 manata deyil, 1800 manata satdığını bildirmişdir, halbuki ona məxsus maşının qiyməti 1800 manat deyıl. Cavabdeh özünü müdafiə etmək və pulun mənimsəmək üçün belə izahat vermişdir. O, maşının 1800 manata satılması ilə bağlı cavabdehə razılıq verməmişdir. Məhkəmənin gəldiyi nəticə ilə qəti razılaşmır. Belə ki, ona məxsus avtomaşının qiyməti 4000-4500 manat təşkil edirdi. Cavabdeh isə həmin maşını 4100 manata satmışdır. Həmçinin cavabdehlə maşının satılmasını 4100 manat razılaşmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Qubadlı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(028)-161/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh Əli oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(028)-161/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-də “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 15 yanvar 2021-ci il tarixli qərar qəbul edilmiş və ona izah olunmuşdur ki, mülki xarakterli olduğundan o, məhkəməyə müraciət etməlidir. Bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan və Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 15.01.2021ci il tarixli qərarında göstərilir ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, 2020-ci ildə sosial şəbəkə vasitəsi ilə İddiaçı ilə tanış olmuşdur. İddiaçı ilə söhbət zamanı sonuncu valideynlərindən xəbərsiz “Niva” markalı avtomaşın aldığı və ona müvəqqəti idarə etmək üçün verəcəyini bildirmişdir. İddiaçı maşını ona vermiş, lakin etibarnamə verməmişdir. Həmin avtomaşını bir neçə ay idarə etmiş, sonra maşını 1800 manata satmaq təklif etmişdir. İddiaçı etiraz etməmiş və bundan sonra onlar Sumqayıt şəhəri, 13cü mikrorayonda yerləşən notariat ofisinə getmişlər . Orada Aliyə avtomobili satdığı adını unutduğu şəxsə etibarnamə vermiş, pulu isə o almış, sonuncuya həmin pula ehtiyacı olduğunu, sonra hissə-hissə verəcəyini söz vermişdir.Bundan sonra Aliyə ondan pulunu qaytarılmasını tələb etməyə başlamış və bu səbəbə görə münasibətləri pisləşmişdir. Aliyə ondan pulunu tələb etməyə başlayandan sonra o, konkret məbləğini bilməsə də, müəyyən qədər sonuncunun pul kartına pul göndərmiş və eyni zamanda bazarlıq etmişdir. Aliyəyə məxsus maşını 4100 manata yox, 1800 manata satmışdır.Bunu Aliyə də bilmişdir. O, hesab edir ki, Aliyə avtomaşını 4100 manata aldığı üçün məhz bu məbləği göstərmişdir.Bundan başqa Aliyəyə məxsus satdığı maşının puluna başqa maşın alıb alver edib qazanc əldə etmək təklifini etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin ifadəsinə istinad edərək iddianı qismən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası MM-in 386, 650, 324, 337-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası MM-in 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-in 650-ci maddəsin əəsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası MM-in 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqdir. Etibarnamə birtərəfli əqdir. Qanunvericilikdə etibarnamə verilməsi müqabilində digər tərəfin hər hansı öhdəliyi öz üzərinə götürülməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdəəqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası MM-in 337.4-cü maddəsinəəsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinəəsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məhkəmə kopllegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşamayaraq qeyd edir ki, məhkəmə iş materiallarında olan «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 15.01.2021-ci il tarixli qərarına əsasən Cavabdeh izahatında qeyd etdiyi avtomobili 1800 manata satmasına dair ifadəsinə istinad etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı özünə məxsus avtomobili satması üçün Cavabdeh vermiş, avtomobili 4100 manata satılması barədə razılaşmışdır. Birinci instansiya məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(028)161/2021 saylı məhkəmə iclas protokolundan görünür ki, Cavabdeh izahatında iddiaçının ondan tələb etdiyi məvləğdə borcunun olmamasını, iddiaçıya 1800 manat borcunun olmasını, həmin borcundan hiss-hissə bir neçə dəfə ödəniş etməsini bildirmiş, həmçinin ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, iddiaçıya nə qədər borcunun qalmasını dəqiq bilmədiyini, Turbo.az saytında avtomobili 4400 manata satışa qoymasını, Aliyənin ona neçəyə satmasından asılı olmayaraq 4100 manat pul verərsən deməsini, eləcə də 1800 manatı verməməsinin səbəbi kimi, ona 4000 manatı birdəfəlik qaytaracağını göstərmişdir. Göründüyü kimi, cavabdeh avtomobili 1800 manata satmasını bildirsə də, ona verilən suallara cavabde avtomobili 4400 manat satması barədə elan verməsini, Aliyənin ona avtomobili neçəyə satmasından asılı olmayaraq 4100 manatın ona verməsini bildirməsini, həmçinin 1800 manatı iddiaçıya qaytarmamasının səbəbi kimi, 4000 manatı birdəfəyə qaytaramasını düşünməsi bildirməklə, avtomobili 1800 manat satması barədə dəlilini təkzib etmişdir. Birinci instansiya məhkəməsi isə verilmiş suallara cavabedh tərəfindən verilən cavablara əhəmiyyət vermədən onun ilk ifadəsinə istinad edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir ki, məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, cavabdeh ona verilənsuallara verdiyi cavabda avtomobili 4000-4400 manat arasında satmasını dolayısı yolla etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobilin satılması işin təkzib edilməz halıdır. İddiaçıya ziyan dəymiş və həmin ziyanı tələb etmək də iddiaçının qanunla qorunan hüququdur. Cavabdehin idiaçıya məxsus avtomobili 4100 manata satılması ilə bağlı razılaşdıqları, avtomobili 4000- 4400 manat arasında satması da onun özünün izahatı ilə təsdiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı sayır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh 4100 (dörd min yüz) manat məbləğində pul tutulub İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(028)-161/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 4100 (dörd min yüz) manat məbləğində pul tutulub İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2910/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2910/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver