Məhkəmə qərarları › İş №2(105)-2919/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2919/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2919/2021 06.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məhyəddin qızı Məmmədova və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(027)-1652/2021 saylı qərardadından Cavabdeh verdiyi şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(027)-1652/2021 saylı qərardadı ilə (hakim V.M.Seyidov) İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki işə mahiyyəti üzrə baxılana kimi İddiaçı və Quba rayonu, Söhüb bələdiyyəsi arasında bağlanmış 17 may 2021-ci il tarixli, 05 №-li müqaviləyə əsasən İddiaçı icarəyə götürdüyü 180 ha torpaq sahəsindən istifadə etmək Cavabdeh qadağan olunmuş və qərardadın dərhal icra olunması qərara alınmışdır. Cavabdeh şikayət verərək Quba Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(027)-1652/2021 saylı qərardadının ləğv edilib, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(027)-1652/2021 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onunla, Quba rayonu, Söhüb bələdiyyəsi arasında bağlanmış 17 may 2021-ci ıl tarixli 05 №-li müqaviləyə əsasən icarəyə götürdüyü 180 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin Cavabdeh qanunsuz istifadəsindən geri alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı iddianın təmin olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onunla, Quba rayonu, Söhüb bələdiyyəsi arasında bağlanmış 17 may 2021-ci ıl tarixli 05 №-li müqaviləyə əsasən icarəyə götürdüyü 180 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin Cavabdeh qanunsuz istifadəsindən geri alınaraq ona qaytarılması barədə məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək, iddianın təmini tədbiri kimi icarə müqaviləsinə əsasən istifadəsində olan torpaq sahəsindən Cavabdeh istifadə etməsinin qadağan olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi 14 iyul 2021-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 157, 158.1, 158.1.1, 158.3-cü maddələrinin tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, iddianın təmini tədbiri barədə ərizə qanunsuz və əsassız olduğundan təmin edilə bilməz və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianı təmin tədbiri barədə ərizəni təmin edərkən Azərbaycan Respublikası MPM-nin 157 və 158-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, iş üzrə qəbul olunacaq qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki işə mahiyyəti üzrə baxılana kimi İddiaçı və Quba rayonu, Söhüb bələdiyyəsi arasında bağlanmış 17 may 2021-ci il tarixli, 05 №-li müqaviləyə əsasən İddiaçı icarəyə götürdüyü 180 ha torpaq sahəsindən istifadə etmək Cavabdeh qadağan olunmalıdır. Birinci instansiya məhkəməsi həmin həticəyə gələrkən prosessual qanunvericiliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı iddianın təmin olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onunla, Quba rayonu, Söhüb bələdiyyəsi arasında bağlanmış 17 may 2021-ci ıl tarixli 05 №-li müqaviləyə əsasən icarəyə götürdüyü 180 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin Cavabdeh qanunsuz istifadəsindən geri alınaraq ona qaytarılması barədə məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək, iddianın təmini tədbiri kimi icarə müqaviləsinə əsasən istifadəsində olan torpaq sahəsindən Cavabdeh istifadə etməsinin qadağan olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Lakin məhkəmə iddianı təmin tədbiri barədə ərizəni təmin edərkən “məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək iddianın təmini tədbiri kimi icarə müqaviləsinə əsasən istifadəsində olan torpaq sahəsindən Cavabdeh istifadə etməsinin qadağan olunması barədə” deyil, “mülki işə mahiyyəti üzrə baxılana kimi İddiaçı və Quba rayonu, Söhüb bələdiyyəsi arasında bağlanmış 17 may 2021-ci il tarixli, 05 №-li müqaviləyə əsasən İddiaçı icarəyə götürdüyü 180 ha torpaq sahəsindən istifadə etmək Cavabdeh qadağan olunsun” barədə qərardad qəbul etmişdir. Nəticədə məhkəmə mübahisə predmeti olmayan bir tələbi təmin etmişdir. Həmçinin iş materialları ilə müyyən olur ki, İddiaçı və Quba rayonu, Söhüb bələdiyyəsi arasında bağlanmış 17 may 2021-ci il tarixli, 05 №-li müqaviləyə əsasən İddiaçı icarəyə götürdüyü 180 ha torpaq sahəsi mövsümü dövr üçün istifadəyə verilmiş, lakin mövsümü dövr hansı ayları əhatə etməsi konkret göstərilməmiş və neçə il müddətinə bağlanması barədə heç bir qeyd yoxdur. Bundan əlavə həmin müqavilə kserosurət olmaqla, əsli və ya notarial qaydada təsdiq olunmuş surəti iş materialına əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İdianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi Azərbaycan Respublikası MPM-nın 158.1.2-ci maddəsində iddianı təmin etmə tədbiri kimi nəzərdə tutulmuşdur. İddianın təmin edilməsində əsas məqsəd məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz olacağı hallarla bağlıdır. Məhkəmə iddiaçının iddia tələblərinin icrasını gələcəkdə təmin etmək məqsədi ilə cavabdehə müəyyən hərəkətləri etməyi qadağan etmək hüququna malikdir. Bu halda qanunvericilik təmin olunması ehtimal olunan tələblərin məhkəmə tərəfindən təmin olunacağı təqdirdə maneə olmadan cavabdeh tərəfindən ödənilməsi (həyata keçirməsini) təmin etmək məqsədini güdür, lakin bu zaman məhkəmə cavabdeh tərəfindən iddia tələblərinin gələcəkdə icrasına maneə törədilə biləcəyi hərəkətlərin dairəsini dəqiq müəyyən etməli, həmin hərəkətlərin cavabdeh tərəfindən edilməsinə abstrakt baxımdan deyil, onların real olaraq törədilməsi baxımından yanaşmalıdır. İddianın təmini tədbiri prosessual bərabərlik baxımından mübahisə predmetinə münasibətdə hər iki tərəfin, həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun olmalıdır. İddianı təmin etmə tədbirləri məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş vasitəsi olduğuna görə, bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutun məhkəməyə təqdim olunması həmin tədbirləri tətbiq etmək üçün kifayətdir. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə iddianı təmin etmə tədbirlərinin görülməsi haqqında qərardadında bu tədbirlərin görülməsi barədə ərizəyə baxılmasının nəticəsi üzrə hansı qərara gəlməsindən asılı olmayaraq bütün hallarda həmin ərizədə göstərilən dəlillərin əsaslı olub-olmamasına qiymət verməlidir. İddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxsin irəli sürdüyü dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsasslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq olunarkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. İddianı təmin etmə tədbiri barədə qərardad qəbul edən məhkəmə iddiaçının iddia tələblərinin nə qədər əsaslı olduğunu, habelə həmin tələblərin təmin edilməsi haqqında gələcəkdə qəbul ediləcək qətnamənin icrasına maneələr yarada bilən cavabdehin hansısa qanunazidd hərəkətlər edəcəyi haqqında şübhələrin əsaslı olub-olmadığını müəyyən etməlidir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin reallaşdırılmasına yönələn əməli tədbirdir. Azərbaycan Respublikası MPM-nin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apelyasiya instansiyası məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(027)-1652/2021 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 28 iyul 2021-ci il tarixli, 2(027)- 1652/2021 saylı qərardadı ləğv edilib, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin geri qaytarılması tələbi üzrə mübahisəyə baxılıb, məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək icarə müqaviləsinə əsasən istifadəsində olan torpaq sahəsindən Cavabdeh istifadə etməsinin qadağan olunmasına dair iddianı təmini tədbiri barədə ərizəyə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh verdiyi şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(027)-1652/2021 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 28 iyul 2021-ci il tarixli, 2(027)-1652/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin geri qaytarılması tələbi üzrə mübahisəyə baxılıb, məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək icarə müqaviləsinə əsasən istifadəsində olan torpaq sahəsindən Cavabdeh istifadə etməsinin qadağan olunmasına dair iddianı təmini tədbiri barədə ərizəyə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar