Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2923/2021 23.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Ağayev Rəşadət Əhməd oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(027)- 641/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(027)-641/2020 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia tələbi qismən təmin edilərək 14.01.2015-ci il tarixli **********67915 №-li Kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 05.03.2019-cu il tarixədək 7191 (yeddi min yüz doxsan bir) manat 45 qəpik məbləğində hesablanmış faiz borcu və gecikdirilmiş məbləğə hesablanmış 35 (otuz beş) manat məbləğində penya, cəmi 7226 (yeddi min iki yüz iyirmi altı) manat 45 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması”na dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank iddia tələbini onunla əsaslandırmışdır ki, Bank və Cavabdeh arasında bağlanmış 14.01.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə Quba rayonu, Alekseyevka kəndində yerləşən 1 mərtəbəli 98.2 kv.metr ümumi, 65.2 kv.metr yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi sahəsi 0,05 ha olan torpaq sahəsinin alınması məqsədilə 120 (yüz iyirmi) ay müddətinə, illik 12 (on iki) faiz ödənilməsi şərtilə, 28000 (iyirmi səkkiz min) manat məbləğində kredit verilmişdir. Bank qarşısında müvafiq kredit öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh kredit vəsaiti hesabına əldə etdiyi fərdi yaşayış evini 14.01.2015-ci il tarixli **********67915/ip nömrəli alqı-satqı və ipoteka müqaviləsi üzrə Banka ipotekaya qoymuşdur. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə İddiaçıkı kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Quba Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 01 fevral 2017-ci il tarixli, 2(027)-270/2017 saylı qətnaməsi ilə Cavabdeh 26743,40 manat məbləğində əsas borc, 3245,57 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 115,24 manat məbləğində cərimə faizləri, cəmi 30104,21 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manatın İddiaçı xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 32000 manat olmaqla hərrac yolu ilə satılması qət edilmişdir. Sonradan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli, 2(105)-1360/2018 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin olunaraq ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilərək 40000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh yuxarıda göstərilən borc məbləğini 05.03.2019-cu il tarixdə tam şəkildə ödəməsinə baxmayaraq cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 05.03.2019-cu il tarixədək hesablanmış 7191,45 manat məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, əsas borcun tam şəkildə qaytarıldığı - 05.03.2019-cu il tarixə bu məbləğ 1235,70 manat təşkil edir. Ona görə də, 14.01.2015-ci il tarixli, **********67915 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 05.03.2019-cu il tarixədək 7191,45 manat məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği və əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 05.03.2019-cu il tarixədək gecikdirilmiş məbləğə illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanmış 1235,70 manat məbləğində penya, cəmi 8427,15 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Cavabdeh Quba Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(027)-641/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(105)-238/2021 saylı qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən-məruzəçi, G.F.Tağızadə və L.M.Məmmədova,) Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək, Quba Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(027)-641/2020 saylı qətnaməsi – “14.01.2015-ci il tarixli, **********67915 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 05.03.2019-cu il tarixədək 7191 (yeddi min yüz doxsan bir) manat 45 qəpik məbləğində hesablanmış faiz borcu İddiaçı xeyrinə tutulsun” hissəsində dəyişdirilib, faiz borc 6941 (altı min doqquz yüz qırx bir) manat 64 (altmış dörd) qəpik məbləğində müəyyən edilməklə, qətnamə - 14.01.2015-ci il tarixli, **********67915 nömrəli kredit müqaviləsi üzrə gecikdirilmiş məbləğə hesablanmış 35 (otuz beş) manat məbləğində penya və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanmış, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pulun 05 (beş) manat 02 (iki) qəpik manat hissəsi İddiaçından və 139 (yüz otuz doqquz) manat 98 (doxsan səkkiz) qəpik hissəsi isə Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi, mümkün olmadıqda isə işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(102)-3749/21 saylı qərarı ilə (hakimlər V.T.Həsənov sədrlik edən - məruzəçi, Ə.A.Əhmədov və İ.Ə.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilməklə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(105)-238/2021 saylı qətnaməsi ləğv olunaraq işin baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 02 iyun 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının hazırki tələbi borc məbləğinin tam şəkildə qaytarıldığı 05.03.2019-cu il tarixədək hesablanmış faizlərin və dəbbə pulu ilə bağlıdır ki, bu dövrdə qətnamə qanuni qüvvəyə minmiş və o, borcu tam olaraq ödəmişdir. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci madəsində nəzərdə tutulan mülkihüquqi məsuliyyət tədbirinə məruz qala bilməzdi. Ona görə də apelyasiya şikayətinin təmin edilərək Quba Rayon Məhkəməsi 02.06.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətini müdafiə edərək əlavə olaraq qeyd etdi ki, Quba Rayon Məhkəməsinin 01.02.2017-ci il tarixli qətnaməsinə əsasən 14.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 26743,40 manat əsas, 3245,57 manat faiz borcu və 115,24 manat cərimə faizi olmaqla 30104,21 manat borcun tutulması, tələbin ipoteka əmlaka yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılaraq Quba Rayon Məhkəməsinin qətnaməsi qismən əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirilmişdir. Cavabdeh tərəfindən 05.03.2019-cu il tarixə kimi iddiaçı təşkilata 34204,96 manat pul ödənilmişdir. Kreditin götürüldüyü gündən ipoteka predmeti olan daşınmaz əmlakın satıldığı 05.03.2019-cu il tarixə kimi iddiaçı tərəfindən, ödənilən vəsaitlərin 1256,60 manat əsas, 2823,50 manat faiz borcundan və 520,65 manat isə cərimə borcundan silinmişdir. 05.03.2019-cu il tarixdə isə ipoteka predmeti olan əmlak iddiaçı tərəfindən satılmış və 2969,57 manat bir dəfəyə banka ödənilmişdir. Bundan əvvəlki məhkəmələr 10.10.2018-ci il tarixə iddiaçının banka 26743,40 manat əsas kredit borcuna görə 3245,57 manat faiz borcunun və 115,24 manat cərimə borcunun olmasını təsdiq etmişlər. Həmçinin kredit müqaviləsinin müddəti başa çatmadan müqavilə üzrə əsas məbləğin tam şəkildə cavabdehdən tutulması qət edilmişdir. İddiaçı təkrar məhkəməyə müraciət edərək 14.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 05.03.2019-cu il tarixə kimi əsas borca görə hesablanmış, lakin ödənilməmiş faiz və cərimə borcunun tutulmasını tələb edir. Ali Məhkəmənin qərarında qeyd edildiyi kimi iş üzrə apellyasiya instansiyası məhkəməsi faiz borcunun tutulmalı olan məbləğinin müəyyən edilməsi ilə bağlı ekspert qarşısında sual qoyarkən bundan əvvəl qəbul olunmuş qanuni qüvvədə olan və artıq icrası başa çatmış qətnamə ilə müəyyən olunmuş müddət üçün tutulmuş faiz məbləğinin təkrar hesablanmamasını qeyd etmişdir. Halbuki həmin müddət üçün faiz borcu artıq məhkəmələr tərəfindən müəyyən olunmuş və cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Yəni, qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən müddətlər üçün hesablanan faizlər təkrar hesablanmışdır. Hazırkı apelyasiya baxışı zamanı ekspertiza təyin edilsə də, yenə də ekspertin verdiyi rəylə razı deyilik, hesab edirik ki, borc tamamilə ödənildiyindən heç bir faiz borcu ödəməli deyilik, ona görə də qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş edirik. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək əlavə olaraq qeyd etdi ki, keçən məhkəmə iclaslarında iştirak etmiş Bankın nümayəndələrinin izahatlarını təsdiq edərək onu da qeyd etmək istəyir ki, Ali Məhkəmənin qərarında vurğulanan göstərişə əsasən ekspertiza təyin edilmiş və ekspert qarşısında 2016-cı ilin noyabr ayından 2019-cu ilin mart ayına qədər olan dövr üçün faiz borcunun müəyyənləşdirilməsi sualı qoyulmuş və ekspert də verdiyi rəyində də həmin borcun təsdiq edilərək müvafiq rəy məhkəməyə göndərilmiş, ona görə də hesab edirik ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, bu baxımdan apelyasiya şikayətinin təmin edilməməsi və Quba Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş edirlər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, Ali Məhkəmənin qərarında qeyd edilən hüquqi mövqe nəzərə alınaraq təyin edilmiş ekspertiza üzrə alınmış ekspert rəyi işdə olan sübutlarla əlaqəli şəkildə tədqiq edildikdən sonra, gəlinmiş nəticələrə görə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməyərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan faiz borcuna dair ekspert rəyindəki məbləğ əsas götürülməklə faiz borcuna dair hissəsi dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, keçirilmiş ekspertiza xərcləri tərəflərdən ödənilmiş tələblərin məbləğinə mütənasib qaydada tutulmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməs qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsasən qanuni və əsaslı olmaqla, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməklə qəbul edilmiş, lakin faiz borcunun hesablanması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ekspert tərəfindən müəyyən edilmiş hədd çərçivəsində, yəni 7191,45 manatdan 6941,64 manata endirilməklə dəyişdirilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi ASC İddiaçık və Cavabdeh arasında 17 yanvar 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə Cavabdeh ASC İddiaçıkdan 12 faiz ödənilməsi şərti ilə 120 ay müddətinə 28000 manat məbləğində kredit almış, lakin müqavilə öhdəliklərini yerinə yetirməmiş, bank ödənilmədən almış borcun məcburi qaydada tutulması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aktı əsasında kredit borcu üzrə öhdəlik icra olunmuş, bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 14.01.2015ci il tarixli, **********67915 №-li kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 05.03.2019-cu il tarixədək 7191,45 manat məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği və əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 05.03.2019-cu il tarixədək gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə hesablanmış 1235,70 manat məbləğində penya məbləğinin bankın xeyrinə tutulmasını tələb edir. Əvvəlki apelyasiya icratı zamanı keçirilmiş ekspertiza əsasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2020-ci il tarixli, 9/4018 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə İddiaçı və Cavabdeh arsında bağlanmış 14 yanvar 2015-ci il tarixli, **********67915 saylı kredit müqaviləsi üzrə Cavabdeh 05 mart 2019-cu il tarixə banka olan faiz borcunun 6941,64 manat məbləğində olduğu müəyyən olunmuşdur. Əvvəlki apelyasiya icratı zamanı apelyasiya şikayətinə baxılması ilə əlaqədar qəbul edilmiş məhkəmə qətnaməsində ekspertin rəyinə istinad edilməklə Quba Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi cavabdehdən tutulmalı olan faiz borcunun məbləği hissəsində dəyişdirilməklə ekspertin müəyyən etdiyi 6941,64 manatın tutulması barədə məhkəmə aktı qəbul edilmiş, lakin cavabdeh apelyasiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməklə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərkən kassasiya məhkəməsi vurğulamışdır ki, apellyasiya instansiyası məhkəməsi faiz borcunun tutulmalı olan məbləğinin müəyyən edilməsi ilə bağlı ekspert qarşısında sual qoyarkən bundan əvvəl qəbul olunmuş qanuni qüvvədə olan və artıq icrası başa çatmış qətnamə nəzərə alınmaqla hazırkı baxılan iş üzrə faizlərin hesablanması yalnız birinci iş üzrə faizin hesablanmasının son tarixindən müvafiq olaraq həmin qətnamənin icrası anınadək hesablanmalı olduğu halda, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından faizin hesablanmasının başlanğıc tarixinin hansı tarixdən olmasını müəyyən etmək mümkün deyildir. Ali Məhkəmənin qərarında qeyd edilən hüquqi movqeni nəzərə alaraq yeni apelyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, hazırkı iddia üzrə İddiaçı tələb etdiyi faiz borcu, Bank ilə Cavabdeh arasında bağlanmış 14.01.2015-ci il tarixli, **********67915 №-li Kredit müqaviləsi üzrə əvvəlki iddia tələbində faiz borcları 28.11.2016-cı il tarixədək hesablanmış, hazırkı iddia tələbi üzrə isə tələb olunan faizlərin başlanğıc tarixi 28.11.2016-cı il, son tarixi isə 05.03.2019-cu il olduğundan ekspert qarşısında qoyulan sual da, məhz “İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14.01.2015-ci il tarixli, **********67915 №-li Kredit müqaviləsi üzrə əvvəlki iddia tələbi üzrə hesablanmış faizlər nəzərə alınmaqla hazırki iddia üzrə 28.11.2016-cı il tarixdən 05 mart 2019-cu il tarixə qədər olan müddət üçün faiz borcunun nə qədər təşkil etməsi”nin müəyyən edilməsi olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2021-ci il tarixli, 9/7137 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh tərəfindən Banka ümumilikdə 28.11.2016-cı ildən 05.03.2019-cu il tarixədək 30.190,57 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 26.474,67 manatı əsas borca, 3.715,90 manatı isə faiz borcuna silinmişdir. Cavabdeh kredit müqaviləsinin şərtləri üzrə 05.03.2019-cu il tarixə banka olan kredit borcu və kreditə hesablanmış faiz borcu rəyin təhqiqat hissəsində göstərilən hesablama məlumatlarına əsasən, əsas borc üzrə - 0,00 manat, faiz borcu üzrə - 6941,64 manat kimi müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı baxılan iş üzrə faizlərin hesablanması birinci iş üzrə faizin hesablanmasının son tarixindən müvafiq olaraq həmin qətnamənin icrası anınadək hesablanmalı olan müddət əsas götürülməklə müvafiq ekspertiza keçirildiyindən iş üzrə alınmış ekspert rəyi sübut növü kimi qəbul edilməli və Cavabdeh İddiaçına olan faiz borcu 6941,64 manat məbləğində müəyyən edilməlidir. Həmçinin işdən görünür ki, kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə gecikdirilmiş məbləğə 1235,70 manat cərimə borcu tələb edilmiş olsa da, kredit müqaviləsi üzrə dəbbə borcunun 35 manata endirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında olan mövqeyindən görünür ki, eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə hüquqi dəyərləndirmə apararaq tərəflərin izahatlarını işdə olan sübutları əlaqəli şəkildə tədqiq edərək, Ali Məhkəmənin qərarında qeyd edilən hüquqi mövqeni nəzərə alaraq yuxarıda istinad edilən maddi hüquq nörmalarının tələblərinə əsaslanaraq hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin rədd edilməsinə əsas ola bilməz, lakin məhkəmə tərəfindən keçirilmiş ekspertiza ilə bağlı əldə edilmiş ekspert rəyində göstərilənlərə əsasən Quba Rayon Məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək 7191,45 manatdan 6941,64 manata endirilməli, həmçinin hər iki apellyasiya baxışı zamanı keçirilmiş ekspertizalar üçün hesablanmış ekspertiza xərci olan 145 və 100 manat olmaqla, cəmi 245 manat pul məbləği, tərəflərdən 220 manat 50 qəpiyi cavabdehdən, 24 manat 50 qəpiyi isə iddiaçı Bankdan tutularaq SAP(XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE ******************** hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(027)-641/2020 saylı qətnaməsi – “14.01.2015-ci il tarixli, **********67915 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 05.03.2019-cu il tarixədək 7191 (yeddi min yüz doxsan bir) manat 45 qəpik məbləğində hesablanmış faiz borcu İddiaçı xeyrinə tutulsun” hissəsində dəyişdirilərək faiz borc 6941 (altı min doqquz yüz qırx bir) manat 64 (altmış dörd) qəpik məbləğində müəyyən edilsin. Qətnamə - “14.01.2015-ci il tarixli, **********67915 nömrəli kredit müqaviləsi üzrə gecikdirilmiş məbləğə hesablanmış 35 (otuz beş) manat məbləğində penya və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməsin” hissələrində dəyişdirilmədən saxlansın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 245 (iki yüz qırx beş) manat pulun 24 (iyirmi dörd) manat 50 (əlli) qəpik hissəsi İddiaçından və 220 (iki yüz iyiymi) manat 50 (əlli) qəpik hissəsi isə Cavabdeh alınıb SAP(XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE ******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2923/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2923/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver