Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2934/2020 27.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, iddiaçı xxxxxxx ASC-nin cavabdehlər X1, Zamin1 və Zamin2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması,tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-192/2020 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı xxxxxxx ASC və iddiaçı X2 tərəfindən verilmiş apelyasiya şikayətlərinin mümkünlüyü məsələsinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-192/2020 saylı qətnaməsi ilə (hakim R.T.Həsənov) iddiaçı “xxxxxxx” ASC-nin cavabdehlər X2, Zamin1 və Zamin2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilib, cavabdehlər Cavabdeh və Zamin1 müştərək qaydada İddiaçı-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 217.237,59 (iki yüz on yeddi min iki yüz otuz yeddi manat, əlli doqquz qəpik) manat əsas, 289,65 (iki yüz səksən doqquz manat, altımış beş qəpik) manat faiz və 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 217.627,24 (iki yüz on yeddi min altı yüz iyirmi yeddi manat, iyirmi dörd qəpik) manat məbləğində pulun tutulması, tutmanın Zamin2 mülkiyyətində olan 29.000 (iyirmi doqquz min) manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,6807 ha torpaq sahəsinə, 44.000 (qırx dörd min) manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,527 ha torpaq sahəsinə, 35.000 (otuz beş min) manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,0216 ha torpaq sahəsinə və 31.000 (otuz bir min) manat dəyərində qiymətləndirilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1,7689 ha torpaq sahəsinə yönəldilməsi, əmlakların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetləri hərracda satıldıqdan bir ay sonra Zamin2 həmin əmlaklardan çıxarılması, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh və Zamin1 30 (otuz) manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya verilərək iş üzrə ekspertiza xərcini təşkil edən 145 (yüz qırx beş) manat məbləğində pulun Cavabdeh və Zamin1 müştərək qaydada tutularaq Dövlət xəzinədarlığı Agentliyinin (Kodu: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı “xxxxxxx” ASC-nin nümayəndəsi Z.İ.Əliyev apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-192/2020 saylı qətnaməsinin cavabdehlərdən əsas və faiz borcunun tutulması hissədə ləğv edilib, həmin hissədə iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-192/2020 saylı qətnaməsinin əsas borcun tutulması hissədə ləğv edilib, həmin hissədə iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(105)1864/2020 saylı qərardadı ilə Cavabdeh apelyasiya şikayətinin imzalanmaması, eləcə də məhkəmə qətnaməsinin tərəflərə rəsmi qaydada təqdim edilməsinə dair məlumatın mövcud olmaması, bununla da apelyasiya şikayətlərinin mümkünlüyünün birinci instansiya tərəfindən yoxlanılmaması əsası ilə qətnamədən verilmiş apelyasiya şikayətlərinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılması üçün Quba Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərini iş materialları ilə birgə araşdıraraq və şikayətlərin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apelyasiya qaydasında baxılması qeyri-mümkündür. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iş üzrə tərəflərin verdikləri apelyasiya şikayətlərinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılması üçün Quba Rayon Məhkəməsinə qaytarmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(105)1864/2020 saylı qərardadında göstərilənlərə əməl etməmiş və mülki iş materiallarını yenidən apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(105)1864/2020 saylı qərardadında göstərilmişdir ki, Cavabdeh apelyasiya şikayəti cavabdehin özü tərəfindən imzalanmamışdır. Qeyd edilən halın aradan qaldırılması üçün cavabdeh tərəfindən imzalanmış apelyasiya şikayəti yenidən iş materiallarına əlavə edilməli olsa da, birinci instansiya məhkəməsi bunu etməmiş, mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli apelyasiya şikayətini cavabdehə imzalatmışdır. Bundan əlavə apelyasiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə qətnaməsinin iş üzrə tərəflərə rəsmi qaydada təqdim edilməsi barədə məlumat mövcud olmadığından bu halın yenidən araşdırılmaqla apelyasiya şikayətlərinin mümkünlük məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 362-ci maddəsinə əsasən apelyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 363.1.1 və 363.1.3-cü maddələrinə əsasən apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa və apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsa apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apelyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göründüyü kimi Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(105)1864/2020 saylı qərardadı ilə apelyasiya şikayətlərinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmış, lakin birinci instansiya məhkəməsi verilmiş apelyasiya şikayətlərinin mümkünlük məsələsinin yoxlanılmasına dair hər hansı qərar qəbul etmədən mülki iş materiallarını yenidən apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri apelyasiya icraatına qəbul edilməməli, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(105)1864/2020 saylı qərardadında göstərilənlərə əsasən apelyasiya şikayətlərinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılması üçün Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263,264, 268, 366 və 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-192/2020 saylı qətnaməsindən iddiaçı “xxxxxxx” ASC-nin nümayəndəsi Z.İ.Əliyev və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2934/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2934/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver