Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-295/2021 23.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə,iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı kredit borcunun tutulması, tələbin ioteka predmetinə yönəldilməsi və açıq hərracda satılması, cavabdehlərin fərdi yaşayış evindən çıxarılmaları tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3546/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3546/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2011-ci il tarixli UM-36/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış: xx.xx.2014-cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsinə görə 44681,94 əsas borc, 5.419,17 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə borcu, cəmi 51101,11 (əlli bir min yüz bir dollar, on bir sent) ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq; xx.xx.2014-cü il tarixli 12mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4.999,88 manat, faiz borcuna görə 718,64 manat, cəmi 5718,52 (beş min yeddi yüz on səkkiz manat, əlli iki qəpik) manat; xx.xx.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsinə görə 13.301 ABŞ dolları əsas borc, 1891,11 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, cəmi 15692,11 (on beş min altı yüz doxsan iki dollar, on bir sent) ABŞ dolları borcun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanıb müştərək qaydada tutularaq “xxxx” KB ASC-nin xeyrinə verilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2011-ci il tarixli UM-36/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 02.2014-cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsinə görə 51101,11 (əlli bir mkin yüz bir dollar, on bir sent) ABŞ dolları, xx.xx.2014-cü il tarixli 12mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas 5718,52 (beş min yeddi yüz on səkkiz manat, əlli iki qəpik) manat; xx.xx.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsinə görə 15692,11 (on beş min altı yüz doxsan iki dollar, on bir sent) ABŞ dolları kredit borcu, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının əvəzinin ödənilməsi,ipoteka predmetinin ilkin satış qiymətinin 102830 (yüz iki min səkkiz yüz otuz) manat müəyyən edilməsi, “xxxx” KB ASC-nə ödənilməli olan kredit borcu, dövlət rüsumlarının əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması, iopoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin yaşayış sahəsindən çıxarılması,məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq dövlət nəfinə keçirilməsi, iş üzrə “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinin dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq, “xxxx” MMC-nin xeyrinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Sevinc Quliyeva) Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 apelyasiya şikayəti vermişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı “xxxx” KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və açıq hərracda satılması, cavabdehlərin fərdi yaşayış evindən çıxarılmaları tələbinə dair iddia ərizəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı “xxxx” KB ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2011-ci il tarixli UM-36/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış: xx.xx.2014-cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 45.272,95 ABŞ dolları, faiz borcu üzrə 5.419,17 ABŞ dolları, cərimə borcu üzrə 6.845,36 ABŞ dolları, cəmi 57.537,48 ABŞ dolları; xx.xx.2014-cü il tarixli 12mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4.999,88 AZN, faiz borcuna görə 718,64 AZN, cəmi 5.718,52 AZN; xx.xx.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 13.301,00 ABŞ dolları, faiz borcu üzrə 1.891,11 ABŞ dolları, cərimə borcu üzrə 2.731,82 ABŞ dolları, cəmi 17.923,93 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmetləri olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinin 4-cü küçəsində, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2014-cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsi üzrə 57.537,48 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 12mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsinə üzrə 5.718,52 AZN, xx.xx.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsi üzrə 17.923,93 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-уə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 60.000 (altnıış min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinin 4-cü küçəsində, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və о satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək göstərdik ki, bank krediti manatla deyil, ABŞ dolları ilə vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1 -ci maddəsinə əsasən də pul öhdəliyi manatla ifadə edilməlidir”. Qeyd edilənlərə baxmayaraq bank krediti manatla deyil, ABŞ dolları ilə vermişdir. Bunun hansı səbəbdən olduğunu, bankın krediti niyə ABŞ dolları ilə verməyini yalnız 2015-ci ilin 21 fevral tarixində manatın kəskin devalvasiyasından sonra anlamışlar. Məlum olduğu ki, 2015-ci ildə manat iki dəfə (21 fevral və 22 dekabr) və ikiqat devalvasiyaya məruz qaldı. Müqavilə bağlananda tərəflər mövcud şəraitin başqa cür dəyişməyəcəyini, manatın sabit qalacağını əsas götürmüşlər. Manatın devalvasiyası müqavilə üzrə şəraitin dəyişməsini doğuran elə səbəbdir ki, həmin səbəb əmələ gəldikdən sonra borclu həmin səbəbin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz. Müqavilənin olduğu kimi qüvvədə saxlanılması və icraya yönəldilməsi borclunun Müqaviləyə uyğun əmlak mənafeyinə nisbətinin əhəmiyyətli dərəcədə pozulması və ona əsassız zərər dəyməsi ilə nəticələnə bilər. Manatın uzun sürən zəifləmədən deyil, məhz ani qərar nəticəsində devalvasiyaya uğramasını əvvəldən borclunun bilməsi və yaxud ehtimal belə etməsi qeyrimümkündür.Ona görə də, hesab edir ki, milli valyutanın indiki qaydada, yəni birdən-birə, yüksək faizlə ucuzlaşması “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” kimi qiymətləndirilməli və müqavilə şərtlərinə yenidən baxılmalıdır. Bildirir ki, o, uzun müddət, myəni təqribən 8 il müddətinə iddiaçıdan kreditə pullar götürmüş, bu müddət ərzində borcun ödənilməsini gecikdirməmişdir. Lakin, şəraitin dəyişməsi ona da təsir etmiş və kredit üzrə borcu ödəyə bilməmişdir. Digər tərəfdən qətnamədən də görünür ki, xx.xx- 2011-ci il tarixli UM-36/11 saylı əsas kredit müqaviləsi, xx.xx-2014-cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsinə 5.419,17 ABŞ dolları faiz borcu və xx.xx-2014-cü il tarixli 12msp STB/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən faiz borcuna görə 718,64 manat, xx.xx-2014-cü il tarixli 99/14 saylı kredit müqaviləsinə görə 1891,11 ABŞ doİları faiz borcu, faiz borcu tutulması qət edilmişdir. Məhkəmə ümumiyyətlə faiz borcunun hesablanması qaydasını əsaslandırmamışdır Evin qiymətini də düzgün hesab etmir. 2020-ci ilin əvvəllərindən başlayaraq Azərbaycan Respublikasında koronavirus pandemiyası ilə bağlı vəziyyət daha da ağırlaşmışdır, pandemiyanın başlaması fors-major hadisədir, onların iradəsindən asılı olmayan haldır. Baş vermiş fors-major hadisə ilə bağlı ödəmə qabiliyyəti daha da pisləşmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-3546/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın qismən rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X3 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-3546/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3546/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiymətinin 102830 (yüz iki min səkkiz yüz otuz) manat müəyyən edilməsi hissəsində dəyişdirilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan“borcverən” “xxxx” KB ASC ilə “borcalan” Cavabdeh1 arasında bağlanmış UM-36/11 saylı, xx.xx.2011-ci il tarixli əsas kredit müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən “borcverən” “borcalan”a 35280 manat məbləğində 60 ay müddətinə xx.xx.2016-cı il tarixinədək bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kreditin məbləğinə hesbalanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə əlavə kredit müqavilələri ilə tənzimlənir. Mülki iş materiallarında olan UM-36/11 saylı, xx.xx.2011-ci il tarixli əsas kredit müqaviləsinə 1 saylı sazişdən görünür ki, tərəflər arasında bağlanılmış xx.xx.2011-ci il tarixli UM-36/11 saylı Əsas kredit müqaviləsinin 1.1-ci bəndində qeyd olunan əsas kredit limiti artırılaraq 1 000000 manat məbləğində müəyyən olunmuş, kredit müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixindən 60 ay uzadılaraq xx.xx.2019-cu il tarixə müəyyən olunmuşdur. Mülki iş materiallarında olan “borcverən” “xxxx” KB ASC ilə “borcalan” Cavabdeh1 arasında bağlanmış 19/14 saylı, xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsindən görünür ki, müqavilənin 1.2, 1.3 və 1.4-cü bəndlərinə əsasən “borcverən” “borcalan”a mənzilin təmiri məqsədilə 36 ay müddətinə, xx.xx.2017-ci il tarixədək illik 20 faiz ödəmək şərtilə 70000 ABŞ dolları məbləğində kredit vermişdir. Mülki iş materiallarında olan “xxxx” KB ASC ilə “müştəri” Cavabdeh1 arasında bağlanmış 12mspSTB/14 saylı, xx.xx.2014-cü il tarixli əlavə kredit xətti və bank hesabı müqaviləsindən görünür ki, müqavilənin 1-ci bəndinə əsasən “bank” “müştəri”yə istehlak məqsədilə 24 ay müddətinə, xx.xx.2016-cı il tarixədək illik 28 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit ayırır, ona bank hesabı açır və plastik kart təqdim edir, “müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “bank”a qaytarmağı öhdəsinə götürür. Mülki iş materiallarında olan “borcverən” “xxxx” KB ASC ilə “borcalan” Cavabdeh1 arasında bağlanmış 99/14 saylı, xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsindən görünür ki, müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən “bank” “borcalan”a mənzil təmiri məqsədilə 23 ay müddətinə xx.xx.2016-cı il tarixədək illik 23 faiz ödəmək şərtilə 18000 ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki iş materiallarında olan “kreditor” “xxxx” KB ASC, “zamin” Cavabdeh2 və “borclu” Cavabdeh1 arasında bağlanmış UM-36/11 saylı, xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin kreditor qarşısında borclunun xx.xx.2011-ci il tarixli UM- 36/11 saylı əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürür. Kreditor tərəfindən xx.xx.2011-ci il traixli UM-36/11 saylı əsas kredit müqaviləsi üzrə borcluya 35280 manat məbləğində 60 ay müddətinə xx.xx.2016-cı il tarixinədək əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesifik şərtlər əlavə kredit müqavilələri ilə tənzimlənir. Mülki iş materiallarında olan “ipoteka saxlayan” “xxxx” KB ASC ilə “ipoteka qoyan” X7 arasında bağlanmış 368İ/5 və 369Kİ/5 saylı, xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş “kredit müqaviləsi” üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngə, 28 saylı yaşayış sahəsi 62,5 kv.metr, köməkçi sahəsi 24,1 kv.metr 4 otaqdan ibarət yaşayış evini ipoteka qoymuşdur. Mülki iş materiallarında olan xx.xx.2005-ci il tarixli 3681/5 və 369Kİ/8 saylı ipoteka müqaviləsinə əlavə razılaşmadan görünür ki, razılaşmaya əsasən “ipoteka qoyan” mülkiyyət hüququ ilə ona məxsus olan və tərəflər arasında bağlanmış xx.xx.2005-ci il tarixli 368İ/5 və 369Kİ/5 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2005-ci il tarixli 368/5 və 369K/5 saylı kredit müqavilələrinin təminatı üçün “ipoteka saxlayan”a ipoteka qoyduğu Cavabdeh1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evini “ipoteka saxlayan” la və “borcalan” arasında bağlanmış xx.xx.2011-ci il tarixli UM-36/11 saylı əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələrindən irəli gələn borcalanın öhdəliyinin icrasını təmin etmək üçün “ipoteka saxlayan”a yenidən ipoteka qoyur. İş materiallarında olan 3681/5 və 369K1/5 saylı, xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsinə dəyişikliklər edilməsi haqqında 01 saylı, xx.xx.2014-cü il tarixli sazişin 1-ci bəndindən görünür ki, tərəflər arasında bağlanmış 3681/5 və 369K1/5 saylı, xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş kredit məbləği dəyişdirilərək ******* manat müəyyən edilir. Həmin sazişin 2-ci bəndindən görünür ki, ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş kreditin müddəti dəyişdirilərək xx.xx.2019-cu ilədək 60 ay müəyyən edilir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq y/m, 4-cü küçəsində 2-ci döngə, 28 saylı yaşayış sahəsi 62,5 kv.metr,köməkçi sahəsi 24,1 kv.metr 4 otaqdan ibarət yaşayış evi Cavabdeh1 adına Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 66 saylı sərəncamı əsasında qeydə alınmışdır. Mülki iş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 2 saylı forma arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X1 rayonu, Xırdalan şəhəri, 4-cü küçəsində 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evində qeydiyyatdadır. Mülki iş materiallarında olan “xxxx” KB ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2015-ci il tarixli, PKKİED/22278 saylı pretenziya məktubundan görünür ki,Cavabdeh1 kredit müqavilələrindən irəli gələn öhdəliklərinin icra etmədiyi barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Mülki iş materiallarında olan xx.xx.2016-cı il tarixli, PKKİED/2051 saylı ipoteka predmetinə məhkəmə qaydasında tutma yönəldilməsi barədə bildirişindən görünür ki, Cavabdeh1 iddiaçı tərəfindən“İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq tələbin təmin edilməsi məqsədilə mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinə tutmanın yönəldiləcəyi barədə xəbərdar edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə iddiaçı tərəfindən ünvanlanmış xx.xx.2016-cı il tarixli, PKKİED/2869 saylı məktubundan görünür ki, iddiaçı ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət etmişdir. Mülki iş materiallarında olan “xxxx” KB ASC tərəfindən verilmişxx.xx.2016-cı il tarixli, BANK/PİKMD/450562 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 19/14 saylı kredit müqaviləsi üzrə 45272,95 ABŞ dolları əsas borcu, 5419,17 ABŞ dolları faiz borcu və cərimə borcu üzrə 6845,36 ABŞ dolları olmaqla, cəmi 57537,48 ABŞ dolları borcu vardır. Mülki iş materiallarında olan “xxxx” KB ASC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, BANK/PİKMD/450564 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 12 mspSTB/14 saylı kredit müqaviləsi üzrə 4999,88 manat əsas borcu və 718,64 manat faiz borcu olmaqla, cəmi 5718,52 manat borcu vardır. Mülki iş materiallarında olan “xxxx” KB ASC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, BANK/PİKMD/450568 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 99/14 saylı kredit müqaviləsi üzrə 13301 ABŞ dolları əsas borcu, 1891,11 ABŞ dolları faiz borcu və cərimə borcu üzrə 2731,82 ABŞ dolları olmaqla, cəmi 17923,93 ABŞ dolları borcu vardır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 15001 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2014-cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli 19/14 saylı əlavə kredit üzrə xx.xx.2016-cı il tarixə banka olan borcu 50324,60 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 44681,94 ABŞ dolları, faiz borcu üzrə 5642,66 ABŞ dolları. xx.xx.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları xx.xx.2014-cü il tarixli 99/14 saylı əlavə kredit üzrə xx.xx.2016-cı il tarixə banka olan borcu 15428,01 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 13408,37 ABŞ dolları, faiz borcu üzrə 2019,63 ABŞ dolları. xx.xx.2014-сü il tarixli 12mspSTB/14 saylı kredit xətti müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş, hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli 12mspSTB/14 saylı kredit xətti üzrə xx.xx.2016-cı il tarixə banka olan borcu 5718,52 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 4999,88 manat, faiz borcu üzrə 718,64 manat. “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, UM-36/11 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 19/4 saylı əlavə kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli 12mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsi və xx.xx.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsi üzrə hesabladığı və iddia tələbi üzrə cavabdehlərdən tutulmasını tələb etdiyi əsas borc məbləğlərinə hesablanmış faiz və cərimə borclarının məbləği Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında” Qaydalara uyğun hesablanmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinadən iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 739.1, 739.2, 385.1, 442, 445.2, 448.1, 448.2,467-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndində istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borcun tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “xxxx” KB ASC ilə “borcalan” Cavabdeh1 arasında bağlanmış UM-36/11 saylı, xx.xx.2011-ci il tarixli əsas kredit müqaviləsinə əsasən “borcverən” “borcalan”a 35280 manat məbləğində 60 ay müddətinə xx.xx.2016-cı il tarixinədək bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit vermiş, UM-36/11 saylı, xx.xx.2011-ci il tarixli əsas kredit müqaviləsinə 1 saylı sazişə əsasən tərəflər arasında bağlanılmış xx.xx.2011-ci il tarixli UM-36/11 saylı Əsas kredit müqaviləsinin 1.1-ci bəndində qeyd olunan əsas kredit limiti artırılaraq 1 000000 manat məbləğində müəyyən olunmuş, kredit müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixindən 60 ay uzadılaraq xx.xx.2019-cu il tarixə müəyyən olunmuş, “borcverən” “xxxx” KB ASC ilə “borcalan” Cavabdeh1 arasında bağlanmış 19/14 saylı, xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən “borcverən” “borcalan”a mənzilin təmiri məqsədilə 36 ay müddətinə, xx.xx.2017-ci il tarixədək illik 20 faiz ödəmək şərtilə 70000 ABŞ dolları məbləğində kredit vermiş, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 12mspSTB/14 saylı, xx.xx.2014-cü il tarixli əlavə kredit xətti və bank hesabı müqaviləsinə əsasən “müştəri”yə istehlak məqsədilə 24 ay müddətinə, xx.xx.2016-cı il tarixədək illik 28 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit ayırmış, “xxxx” KB ASC ilə “borcalan” Cavabdeh1 arasında bağlanmış 99/14 saylı, xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən “borcalan”a mənzil təmiri məqsədilə 23 ay müddətinə xx.xx.2016-cı il tarixədək illik 23 faiz ödəmək şərtilə 18000 ABŞ dolları məbləğində kredit verilmişdir. Göründüyü kimi, iddiaçı təşkilat üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, banka olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, iddiaçı təşkilat Cavabdeh1 yaranmış borcu tələb etməkdə haqlıdır. Eləcə də Cavabdeh1 banka olan borcu iş materiallarına əlavə edilmiş eksperti rəyi ilə də müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 15001 saylı ekspert rəyinə əsasən xx.xx.2014-cü il tarixli 19/14 saylı əlavə kredit üzrə xx.xx.2016-cı il tarixə banka olan borcu 50324,60 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 44681,94 ABŞ dolları, faiz borcu üzrə 5642,66 ABŞ dolları. xx.xx.2014-cü il tarixli 99/14 saylı əlavə kredit üzrə xx.xx.2016-cı il tarixə banka olan borcu 15428,01 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 13408,37 ABŞ dolları, faiz borcu üzrə 2019,63 ABŞ dolları. xx.xx.2014-cü il tarixli 12mspSTB/14 saylı kredit xətti üzrə xx.xx.2016-cı il tarixə banka olan borcu 5718,52 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 4999,88 manat, faiz borcu üzrə 718,64 manat. “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, UM-36/11 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 19/4 saylı əlavə kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli 12mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsi və xx.xx.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsi üzrə hesabladığı və iddia tələbi üzrə cavabdehlərdən tutulmasını tələb etdiyi əsas borc məbləğlərinə hesablanmış faiz və cərimə borclarının məbləği Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında” Qaydalara uyğun hesablanmışdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X10 oğlunun öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı bank cavabdehlərdən xx.xx.2014-cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsinə əsasən cərimə borcu üzrə 6.845,36 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsinə görə cərimə borcu üzrə 2.731,82 ABŞ dolları pul tələb etmiş, birinci instansiya məhkəməsi əsas borca hesablanmış cərimə pulunun yüksək olması qənaətinə gələrək cərimə borcu hissəsində də iddianı qismən təmin edərək cərimə məbləğini xx.xx.2014-cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsi üzrə 1000 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsinə görə cərimə borcu üzrə 500 ABŞ dolları müəyyən etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən bu mövqeyi ilə də razıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Borc məbləği cavabdehlər tərəfindən mübahisələndirilsə də , məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsində ekspertiza təyin edilərək müqavilələr üzrə cavabdehin borcu müəyyən edilmişdir. Eyni zamanda cavabdehlərin borc məbləği və ekspert rəyi ilə razı olmamaları əsaslandırılmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi borca dair hissədə iddianı yuxarıda göstərilən formada təmin etməkdə haqlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi borcun borcalanla yanaşı zamindən də tutulması hissəsində nəticədə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan “kreditor” “xxxx” KB ASC, “zamin” Cavabdeh2 və “borclu” Cavabdeh1 arasında bağlanmış UM-36/11 saylı, xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin kreditor qarşısında borclunun xx.xx.2011-ci il tarixli UM- 36/11 saylı əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələrinə üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə öz əmlakı ilə kreditor qarşısında tam həcmdə məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1, 472.2 və 472.3-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilən maddi hüquq normasının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 iddiaçı “xxxx” KB ASC qarşısında, digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetlərinə yənəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi,onun satışından əldə olunmuş pul vəsaiti hesabına banka olan borcun əvəzinin ödənilməsi, “xxxx” KB ASC-nə ödənilməli olan kredit borcu, dövlət rüsumlarının əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin yaşayış sahəsindən çıxarılması hissəsində nəticədə haqlı olmuşdur. Mülki iş materiallarında olan “ipoteka saxlayan” “xxxx” KB ASC ilə “ipoteka qoyan” X7 arasında bağlanmış 368İ/5 və 369Kİ/5 saylı, xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan müqavilənin 1.2-ci maddəsində nəzərdə tutulmuş “kredit müqaviləsi” üzrə borc alanın öhdəliklərinin təminatı olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngə, 28 saylı yaşayış sahəsi 62,5 kv.metr, köməkçi sahəsi 24,1 kv.metr 4 otaqdan ibarət yaşayış evini ipoteka qoymuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1 -ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1 -ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən hissələrdə əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinə dair gəldiyi nəticədə haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 71 saylı, xx xxx 2017-ci il tarixli mütəxəssis rəyinə əsasən 102830 manat müəyyən etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxx 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Məhkəmə kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)2723/2020 saylı qərardadı ilə ipoteka predmeti olan əmlakların likvid dəyərinin müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, A-04/417 saylı qiymətləndirmə hesabatından görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinin likvid dəyəri 90000 manat müəyyən edilir. Buna görə də məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq belə nəticəyə gəlir ki, qətnamə ipoteka predmetlərinin ilkin satış qiymətləri hissəsində dəyişdirilməli və ipoteka predmeti olan əmlakların dəyəri ekspert rəyinə uyğun olaraq 90000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3546/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 102830 (yüz iki min səkkiz yüz otuz) manat müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinin likvid dəyəri 90000 manat müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, .84.0.3, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3546/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 102830 (yüz iki min səkkiz yüz otuz) manat müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinin likvid dəyəri 90000 (doxsan min) manat məyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-295/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-295/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver