Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2950/2020 13.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-24/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-24/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. (hakim E.Abdullayev) Qətnamədən İddiaçı ASC apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-24/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını, 145 manat ekspertiza xərcinin cavabdehdən tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 796,03 manat əsas borcun, 326,64 manat faiz borcunun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "İddiaçı" ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə kredit kartı üzrə 1200 manat kredit verilmişdir. Cavabdeh ödənişlərin aparılması üçün istifadə edilmiş müvafiq məbləğləri istifadə zamanı seçilmiş ödəniş növünə uyğun olaraq 1, 6 və ya 12 ay ərzində kredit xəttindən istifadə edilmə tarixindən sonrakı növbəti təqvim ayının ilk 10 günü müddətində bərabər hissələr olmaqla ödəməli olduğu krediti banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı ASCapelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız hesab edir. Belə ki, həmin iş üzrə xx.xx.2018ci il tarixli qərardadla məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş üzrə icraat dayandırıldığı müddətdə “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı əsasında Cavabdeh bankla yeni müqavilə bağlamış, mübahisə edilən kredit borcunu isə tam olaraq ödəmişdir. xx.xx.2020-ci il tarixdə iş üzrə icraat təzələnmişdir. Borclu ilə Bank arasında mübahisə edilən xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə borcunun tam ödənilməsinə istinad edərək məhkəmə bankın iddiasını təmin etməmiş və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin tam olaraq İddiaçı ASC-dən tutulmasını qət etmişdir. Cavabdeh tam ödəniş etməklə kredit borcunu etiraf etmişdir. Bu isə o deməkdir ki, bank tərəfindən tələb edilən borc məbləği əsaslı olmuşdur. Həmçinin, Cavabdeh ekspertizanın cavabını gözləmədən borcu qəbul edərək tam ödəməsi onun əvvəllər bocunu vaxt qazanmaq məqsədi ilə inkar etməsini sübut edir və ekspertiza xərcinin cavabdehdən tutulması üçün əsasdır. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-24/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunmalı, 145 manat ekspertiza xərcinin cavabdehdən tutulması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətini müdafiəs edərək onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrar gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL0297823/13 saylı kredit kartı üzrə bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh 1200 manat kredit verilmişdir. İşdə olan xx xxxx 2013-cü il tarixli balansdankənar məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 1 ədəd BalCard kartı götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 796,03 manat məbləğində əsas borcu və 326,64 manat məbləğində faiz borcu vardır. Yenə işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24.01,2020-ci il tarixli, 18473 nömrəli ekspert rəyindən görünür ki, cavabdehin xx.xx.2013-cü il tarixli müqavilə üzrə iddiaçıya ödənilməli borcu müəyyən edilmir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-24/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ekspertiza xərcinin iddiaçıdan tutulması hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilərək, həmin xərc cavabdehdən tutulmalıdır. Kredit müqaviləsi üzrə borcun tutulması barədə iddianın rədd edilməsi hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən hazırkı mərhələdə bu hissədə qətnamə MPM-nin 372.6-cı maddəsinə əsasən apelyasiya baxışının predmeti hesab edilmir. İş materiallarından görünür ki, İddiaçı ASC ərizə ilə xx xxxxxxx 2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 796,03 manat əsas borcun, 326,64 manat faiz borcunun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmiş, həmin məbləğdə borcun tutulması barədə əmr çıxarılmış, sonradan bu əmr cavabdehin ərizəsinə əsasən ləğv edilmiş və ümumi icraatda mübahisə araşdırılmış, cavabdeh tərəfindən borc mübahisələndirildiyi üçün məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Yaranmış borc “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyü üçün Cavabdeh bankla yeni müqavilə bağlamış, mübahisə edilən kredit borcunu isə tam olaraq ödəmişdir. Məhz bu səbəbdən də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24.01,2020-ci il tarixli, 18473 nömrəli ekspert rəyi ilə cavabdehin xx.xx.2013-cü il tarixli müqavilə üzrə iddiaçıya ödənilməli borcu müəyyən edilməmişdir. Hazırda tərəflər arasında əsas mübahisə keçirilmiş ekspertiza xərcinin kimin tərəfindən ödənilməsi barədədir. AR MPM-nin 115.0 və 115.0.1-ci maddələrinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 118-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Ödənilməli olan məbləğlərin miqdarı və verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yenə həmin Məcəllənin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunduğu kimi, hazırkı iş üzrə iddia əsaslı olsa da, yaranmış kredit borcu “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür və məhkəmə iddianı bu əsasla rədd etmişdir. Buna görə də, məhkəmənin ekspertiza xərcinin iddiaçıdan tutulması barədə gəldiyi nəticə işin hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası hesab edir ki, məlum Fərman qəbul edilməsəydi, mübahisə başqa cür həll edilər, iddia tam və ya qismən təmin edilə bilərdi. Buna görə də, iddianın rədd edilməsinə formal baxımdan əsaslanaraq ekspertiza xərcinin iddiaçıdan tutulmalı olması barədə məhkəmnin gəldiyi nəticə qanunsuzdur. Azərbaycan Respublikası MPM-nin 119.5 və 119.6-cı maddələrinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Birinci instansiya məhkəməsi işüzrə bu hala düzgün qiymət verməmiş, tutulmalı olan ekspertiza xərcini iddianın rədd olunmasına aidiyyəti olmayan şəxsdən tutmuşdur ki, bu da mülki prosessual qanunvericiliyin mahiyyətinə ziddir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə həmin hissədə ləğv olunmalıi, ekspertiza xərci cavabdehdəntutulmalıdır. AR MPM-nin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-24/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ekspertiza xərcinin iddiaçıdan tutulması hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilərək, həmin xərc cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasəniddia ərizəsi və apelyasiya şikayətinin verilməsi üçün İddiaçı ASC tərəfindən ödənilmiş cəmi 35,40 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ASC–yə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ASC-nin apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-24/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ekspertiza xərcinin iddiaçıdan tutulması hissəsində ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 145 manat vəsait Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE********************) hesabına köçürülsün. İddia ərizəsi və apelyasiya şikayətinin verilməsi üçün İddiaçı ASC tərəfindən ödənilmiş cəmi 35,40 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ASC–yə qaytarılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2950/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2950/2020
13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver