Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-296/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-61/2020 saylı, 13 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-61/2020 saylı, 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 18.02.2019-cu il tarixə yaranmış əsas borc üzrə 29693 (iyirmi doqquz min altı yüz doxsan üç) ABŞ dolları 22 (iyirmi iki) sent məbləğində qalıq, ona hesablanmış 25814 (iyirmi beş min səkkiz yüz on dörd) ABŞ dolları 77 (yetmiş yeddi) sent məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 300 (üç yüz) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 55807 (əlli beş min səkkiz yüz yeddi) ABŞ dolları 99 (doxsan doqquz) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus Sumqayıt şəhəri, X2 qəsəbəsi, Mikayıl Müşviq küçəsi, ev 12, mənzil 6-ya yönəldilməsi, Sumqayıt şəhəri, X2 qəsəbəsi, Mikayıl Müşviq küçəsi, ev 12, mənzil 6-nın ilkin satış qiymətinin 60000 (altmış min) manat müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması, onun satışından əldə edilən pul vəsaiti hesabına 55807 (əlli beş min səkkiz yüz yeddi) ABŞ dolları 99 (doxsan doqquz) sent məbləğində borc (ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinı ödənilməsi, borc ödənildikdən sonra artıq qalan vəsaitin isə Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim Rəşad Qoşqarlı) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-61/2020 saylı, 13 fevral 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin qaldırdığı iddia tələbini qismən, yəni Cavabdeh 18.02.2019-cu il tarixə yaranmış əsas borc üzrə 29693 (iyirmi doqquz min altı yüz doxsan üç) ABŞ dolları 22 (iyirmi iki) sent məbləğində qalıq borcun İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə qaytarılması, ona hesablanmış 25814 (iyirmi beş min səkkiz yüz on dörd) ABŞ dolları 77 (yetmiş yeddi) sent məbləğində faiz borcun və ödənişlərin gecikdirilməsinə görə hesablanmış 300 (üç yüz) ABŞ dolları məbləğində dəbbə pulunun qaytarılması hissəsinin ləğv edilməsi və əsas borc üzrə 29693 (iyirmi doqquz min altı yüz doxsan üç) ABŞ dolları 22 (iyirmi iki) sent məbləğində qalıq borcun 1,5 faiz dərəcəsi ilə hesablanaraq ödənilməsinə dair iş üzrə yeni qətnamə çıxarılmasını xahış etmişdir. İŞİN HALLARİ: İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə tərəflər arasında bağlanmış Kredit Müqaviləsinə əsasən 18.02.2019-cu il tarixə yaranmış 29693,22 (iyirmi doqquz min altı yüz doxsan üç dollar iyirmi iki sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 25814,77 (iyirmi beş min səkkiz yüz on dörd dollar yetrniş yeddi sent) ABŞ dolları məbləğındə faiz borc, ödənişlərin gecıkdirilməsinə görə hesablanmış 30730 (otuz min yeddi yüz otuz) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 86237,99 (səksən altı min iki yüz otuz yeddi dollar doxsan doqquz sent) ABŞ dolları borcun və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 29693,22 (iyirmi doqquz min altı yüz doxsan üç dollar iyirmi iki sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 25814,77 (iyirmi beş min səkkiz yüz on dörd dollar yetmiş yeddi sent) ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 30730 (otuz min yeddi yüz otuz) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 86237,99 (səksən altı min iki yüz otuz yeddi dollar doxsan doqquz sent) ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra Cavabdeh ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması dair qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh Mustaf oğlunun nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmədə cavabdeh qismində iştirak edərkən verdiyi izahatında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, həqiqətən bankla onun arasında 23 sentyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 18 (on səkkiz) ay müddətinə 35000 (otuz beş min) ABŞ dolları kredit verilmişdir. Hazırda tələb olunan məbləğlə razı deyil. Belə ki, ölkədə baş verən devalivasiyaya qədər cavabdeh hər ay ödənişləri vaxtı-vaxtında edirdi. Lakin, baş verən devalivasiya nəticəsində iddiaçı təşkilat borc məbləğini şişirtmişdir. Cavabdeh dəfələrlə kredit təşkilatına kredit borcunu götürdüyü günə olan məzənnəyə uyğun ödəmək istədiyini bildirsə də bank bununla razılaşmamışdır. Hazırda iddia tələbini faiz və cərimə borcu istisna olmaqla qəbul edir. Məhkəmədən qətnamə çıxarılarkən göstərilənləri nəzərə alınması cavabdeh tərəfindən xahiş olunsa da, məhkəmə yalnız iddia tələbinin dəbbə pulu olan hissəsini 300 ABŞ dollar miqdarına qədər endirməklə kifayətlənmişdir. Halbuki, məlum olduğu kimi manatın devailvasiyası nəticəsində bütövlükdə dünya iqtisadiyyatına, ölkə iqtisadiyyatına, o cümlədən orta və kiçik biznesə ağır iqtisadi zərər vurulmuşdur. Bir çox biznes sahələri iflasa uğramışdır. O cümlədən cavabdehin qurduğu kiçik biznes də iflasa uğramışdır. Bu səbəbdən o kreditorla danşıqlar apararaq ona müəyyən güzəştlərin edilməsini, cərimə və s. əlavə ödənişlərin azadılmasını, yeni şərtlərlə əlavə müqavilələrin bağlanmasını, ödəniş cədvəlinin tərtib edilməsini xahiş etmişdir. Lakin iddiaçı onun bu təkliflərini qəbul etməmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-61/2020 saylı, 13 fevral 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin qaldırdığı iddia tələbini qismən, yəni Cavabdeh 18.02.2019-cu il tarixə yaranmış əsas borc üzrə 29693 (iyirmi doqquz min altı yüz doxsan üç) ABŞ dolları 22 (iyirmi iki) sent məbləğində qalıq borcun İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə qaytarılması, ona hesablanmış 25814 (iyirmi beş min səkkiz yüz on dörd) ABŞ dolları 77 (yetmiş yeddi) sent məbləğində faiz borcu və ödənişlərin gecikdirilməsinə görə hesablanmış 300 (üç yüz) ABŞ dolları məbləğində dəbbə pulunun qaytarılması hissəsinin ləğv edilməsi və əsas borc üzrə 29693 (iyirmi doqquz min altı yüz doxsan üç) ABŞ dolları 22 (iyirmi iki) sent məbləğində qalıq borcun 1,5 faiz dərəcəsi ilə hesablanaraq ödənilməsinə dair iş üzrə yeni qətnamə çıxarılmasını xahış edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə İddiaçı BOKT ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayətində və izahatında birinci instansiya məhkəməsinin qətnaməsini qismən, qətnamə ilə tutulan borc məbləği hissəsində mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən hissələrdə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı təşkilatın apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-61/2020 saylı, 13 fevral 2020-ci il tarixli qətnaməsi Cavabdeh 18.02.2019-cu il tarixə yaranmış 25814 (iyirmi beş min səkkiz yüz on dörd) ABŞ dolları 77 (yetmiş yeddi) sent məbləğində faiz borcun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh faiz borcu üzrə 9689 (doqquz min altı yüz səksən doqquz) ABŞ dolları 64 (altmış dörd) sent məbləğində pul tutulmalı, eləcə də qətnamə Cavabdeh məxsus Sumqayıt şəhəri, X2 qəsəbəsi, Mikayıl Müşviq küçəsi, ev 12, mənzil 6-nın ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli, Cavabdeh məxsus Sumqayıt şəhəri, X2 qəsəbəsi, Mikayıl Müşviq küçəsi, ev 12, mənzil 6-nın hazırki vəziyyətdə likvid dəyəri 30000 manat müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan N-2015/00206-01 saylı, 23.09.2015-cı il tarixli “İstehlak krediti müqaviləsi”nin surətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi olmaqla 18 (on səkkiz) ay müddətinə 35.000 (otuz beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti (“Kreditor-İpotekasaxlayan”) ilə Cavabdeh (“Borcalan-İpotekaqoyan”) arasında 23.09.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən “Borcalan” ünvan 2 ünvanında yerləşən 42,5 kv.m ümumi sahədən, 30,2 kv. yaşayış sahəsindən, 12,3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 6 saylı mənzil “Alıcı- İpotekaqoyan”ın mülkiyyətinə verir. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər arasında mənzilin satış qiymətinin 53.000 manat olması müəyyən olunur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, N-0751492 saylı “Çıxarış” ın surətindən görünür ki, Cavabdeh adına qeydə alınmış Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Mikayıl Müşviq küçəsi, ev 12, mənzil 6 İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətində 23.09.2015ci ildən 18 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin 18.02.2019-cu il tarixli “Borc haqqında Arayış”dan görünür ki, Cavabdeh 23.09.2015-ci il tarixli 2015/00206-01 saylı İstehlak Kredit Müqaviləsi üzrə 18.02.2019-cu il tarixinə əsas borc üzrə 29693,22 (iyirmi doqquz min altı yüz doxsan üç dollar iyirmi iki sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 25814,77 (iyirmi beş min səkkiz yüz on dörd dollar yetrniş yeddi sent) ABŞ dolları məbləğındə faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 30730 (otuz min yeddi yüz otuz) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 86237,99 (səksən altı min iki yüz otuz yeddi dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində borc təşkil edir. İş materiallarında olan 24.05.2019-cu il tarixli “xxxx” MMC-nin “mənzilin qiymətləndirilməsi barədə hesabat”dan görünür ki, Sumqayıt şəhəri, X2 qəsəbəsi, Mikayıl Müşviq küçəsi, ev 12, mənzil 6-nın bazar dəyəri 60000 (altmış min) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18.09.2019-cu il tarixli, N-16459 saylı ekspert rəyindən görünür ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış 23.09.2015-ci il tarixli, 2015/00206- 01 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT-yə 10.04.2019-cu il tarixə ödənilməli olan əsas kredit borcu-31821,51 ABŞ dolları, faiz borcu 25830,44 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28.12.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış 23.09.2015-ci il tarixli 2015/00206-01 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT-yə 10.04.2019-cu il tarixə ödənilməli olan əsas kredit borcu- 31821,51 ABŞ dolları, faiz borcu 25830,44 ABŞ dolları, ümumilikdə 51651,94 ABŞ dolları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də qeyd edilən iş materiallarına istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir/ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Cavabdeh X1 ilə iddiaçı arasında bağlanmış 01.05.2014-cü il tarixli, 656YHFK saylı kredit müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası qətnamənin tutulan borc məbləği hissəsinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək cavabdehdən borcun tutulması qənaətinə gəlməkdə haqlı olsa da, ekspert rəyinə istinad edərək cavabdehdən tutulan borcun məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, cavabdehin 10.04.2019-cu il tarixinə olan borcunun müəyyən edilməsi barədə ekspert qarşısında suallar qoymuş, ekspert qeyd edlən tarixə olan borc məbləğini aydınlaşdırmışdır. Qətnamə ilə tutulan borc məbləği mübahisələndirildiyindən məhkəmə kollegiyası kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixinə, yəni 23 mart 2017-ci il tarixinə olan borc məbləğinin aydınlaşdırılması üçün 23.02.2021-ci il tarixli, 2(105)296/2021 saylı qərardadla məhkəmə mühasibatlıq ekspertizasə təyin etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13.04.2021-ci il tarixli, 9/1702 saylı ekspert rəyinə əsasən 23.09.2015-ci il tarixli 2015/00206-01 saylı İstehlak Kredit Müqaviləsi üzrə Cavabdeh 23.03.2017-ci il tarixinə olan borcu əsas borc üzrə 31821,51 ABŞ dolları, faiz borcu üzrə 9689,64 ABŞ dolları təşkil edir. Bu səbəbdən də qətnamə ilə tutulan faiz borcu dəyişdirilərək 9689,64 ABŞ Göründüyü kimi, ekspert rəyinə görə kredit müqaviləsi üzrə cavabdeh Elxan Süleymanovun əsas borcu 31821, 51 ABŞ dolları, faiz borcu üzrə 9689,64 ABŞ dolları təşkil edir ki, müvafiq olaraq qeyd edilən faiz borcu iddia ərizəsində olan məbləğindən azdır. Bu səbəbdən də qətnamə ilə tutulan faiz borcu dəyişdirilərək 9689,64 ABŞ dolları müəyyən edilməli, əsas borca dair hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ekspert rəyi ilə əsas borc üzrə 31821,51 ABŞ müəyyən edilsə də iddia ərizəsində tələb olunan əsas borc 29693,22 ABŞ dolları olduğundan bu səbəbdən də əsas borc hissəsi üzrə qətnamə iddia tələbindən kənara çıxılmamaqla dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bankın cavabdehlərdən əsas borca görə cərimə borcu tələb etməkdə də haqlı olmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan başqa dəbbə pulunun ödənilməsini tərəflər müqavilə ilə müəyyən ediblər. İş materiallarından görünür ki, iddiaçı təşkilat 30730 ABŞ dolları cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi də düzgün olaraq tələb edilən cərimə məbləğinin yüksək olması qənaətinə gələrək cərimə borcunu 300 ABŞ dolları məbləğində müəyyən etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin əsas və cərimə borcunun çox hesablanması barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdən tutulan əsas və cərimə borcu məbləği hissəsində dəyişdirilməsi üçün əsaslar mövcud deyildir və birinci instansiya məhkəməsinin qeyd edilən hissələrdə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirilməsə də, ipoteka predmetinin likvid dəyəri də müəyyən edilməlidir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətini 60000 manat manat müəyyən etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilsə də, onun likvid dəyəri müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2(105)2732/2020 saylı qərardadı ilə ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin 25.01.2021-ci il tarixli, A-04/429 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, X2 qəsəbəsi, Mikayıl Müşviq küçəsi, ev 12, mənzil 6-nın hazırki vəziyyətdə likvid dəyəri dəyəri 30000 manat təşkil edir. Buna görə də məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsini qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli və ipoteka predmeti olan əmlakın likvid dəyəri ekspert rəyinə uyğun 30000 manat müəyyən edilməlidir. İş üzrə aparılmış məhkəmə əştəəşünaslıq (qiymətləndirmə) ekspertizalarının dəyəri olaraq 350 (üz yüz əlli) manat pulun 175 (yüz yetmiş beş) manatı İddiaçı BOKT ASC-dən, 175 (yüz yetmiş beş) manatı Cavabdeh oğlundan tutularaq “xxxx” MMC, “xxxx” ASC, Cari hesab: AZ53PAHA********************, VÖEN: ********** saylı hesaba, iş üzrə aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manatın 75 (yetmiş beş) manatı iddiaçı İddiaçı BOKT ASC-dən, 75 (yetmiş beş) manatı Cavabdeh alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-61/2020 saylı, 13 fevral 2020-ci il tarixli qətnaməsi Cavabdeh 18.02.2019-cu il tarixə yaranmış 25814 (iyirmi beş min səkkiz yüz on dörd) ABŞ dolları 77 (yetmiş yeddi) sent məbləğində faiz borcun tutulması hissəsində dəyişdirilməli, Cavabdeh faiz borcu üzrə 9689 (doqquz min altı yüz səksən doqquz) ABŞ dolları 64 (altmış dörd) sent məbləğində pul tutulmalı, eləcə də qətnamə Cavabdeh məxsus Sumqayıt şəhəri, X2 qəsəbəsi, Mikayıl Müşviq küçəsi, ev 12, mənzil 6-nın ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli, Cavabdeh məxsus Sumqayıt şəhəri, X2 qəsəbəsi, Mikayıl Müşviq küçəsi, ev 12, mənzil 6-nın hazırki vəziyyətdə likvid dəyəri 30000 manat müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayəti qismən təmin olunsun. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-61/2020 saylı, 13 fevral 2020-ci il tarixli qətnaməsi Cavabdeh 18.02.2019-cu il tarixə yaranmış 25814 (iyirmi beş min səkkiz yüz on dörd) ABŞ dolları 77 (yetmiş yeddi) sent məbləğində faiz borcun tutulması və ipoteka predmeti olan Cavabdeh məxsus Sumqayıt şəhəri, X2 qəsəbəsi, Mikayıl Müşviq küçəsi, ev 12, mənzil 6-nın ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh faiz borcu üzrə 9689 (doqquz min altı yüz səksən doqquz) ABŞ dolları 64 (altmış dörd) sent məbləğində pul tutulsun. Cavabdeh məxsus Sumqayıt şəhəri, X2 qəsəbəsi, Mikayıl Müşviq küçəsi, ev 12, mənzil 6-nın hazırki vəziyyətdə likvid dəyəri 30000 manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə əştəəşünaslıq (qiymətləndirmə) ekspertizalarının dəyəri olaraq 350 (üz yüz əlli) manat pulun 175 (yüz yetmiş beş) manatı İddiaçı BOKT ASC-dən, 175 (yüz yetmiş beş) manatı Cavabdeh oğlundan tutularaq “xxxx” MMC, “xxxx” ASC, Cari hesab: AZ53PAHA********************, VÖEN: ********** saylı hesaba, iş üzrə aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manatın 75 (yetmiş beş) manatı iddiaçı İddiaçı BOKT ASC-dən, 75 (yetmiş beş) manatı Cavabdeh alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-296/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-296/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver