Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-297/2021 26.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı «xxxx» KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-8773/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-8773/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1509,74 ABŞ dolları əsas borc, 18,52 ABŞ dolları faiz borcu, 11,25 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1539,51 ABŞ dolları (manat məzənnəsilə) borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq, iddiaçı “xxxx” KB ASC-yə verilməsi qət edilmişdir (hakim R.Qoşqarlı). Qətnamədən narazı qalan Cavabdeh ondan apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1509,74 ABŞ dolları əsas borc, 18,52 ABŞ dolları faiz borcu, 112,54 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1640,80 ABŞ dolları (manat məzənnəsilə) borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq, iddiaçı “xxxx” KB ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Ödəniş qrafiki üzrə dövri olaraq “xxxx” KB ASC-yə ödənilməli olan kredit və faizlərin həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Nəticədə cavabdehin banka göstərilən məbləğdə borcu yaranmışdır. Ona görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla bank arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış faiz ödəməsində 360 gündən çox gecikdirilmişdir. Buna görə də bu problemli kredit statusu kimi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə (8.6-cı bənd) düşür. Buna görə də tələb edilən kredit borcu yenidən restrukturizasiya olunmalı və bank tərəfindən onunla yeni 5 illik kredit müqaviləsi bağlanmalıdır. Qaldırılmış hazırkı iddia tələbi isə bank tərəfindən geri götürülməlidir. Digər tərəfdən bankın verdiyi xx xxxxx 2019-cu il tarixli arayışından da görünür ki, onun heç bir borcu yoxdur. Lakin birinci instansiya məhkəməsi bu halları araşdırmamışdır. Buna görə də qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Apellyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan xx.xx.2015-ci il tarixli, ******* saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə illik 26 % ödəmək şərtilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Yenə iş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə “xxxx” KB ASC-yə 1509,74 ABŞ dolları məbləğində əsas, 18,52 ABŞ dolları məbləğində faiz borcu və 112,54 ABŞ dolları cərimə olmaqla, cəmi 1640,80 ABŞ dolları məbləğində borcu vardır. Yenə də iş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə borc barədə xəbərdar olunmuşdur. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/5370 saylı rəyindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə “xxxx” KB ASC-yə xx.xx.2017-ci il tarixə 2342,80 ABŞ dolları məbləğində əsas, 5,35 ABŞ dolları məbləğində faiz borcu, xx.xx.2019-cu il tarixə 925,37 ABŞ dolları məbləğində əsas, 27,28 ABŞ dolları məbləğində faiz borcu vardır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-8773/2019 saylı qətnaməsi əsas borcun tutulması hissəsində ekspert rəyinə uyğun dəyişdirilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh “xxxx” KB Açıq Səhmdar Cəmiyyətindən 24 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 3000 ABŞ dolları məbləğində kredit götürmüş, lakin xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdən görünür ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1509,74 ABŞ dolları əsas borc, 18,52 ABŞ dolları faiz borcu, 112,54 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1640,80 ABŞ dolları (manat məzənnəsilə) borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq, iddiaçı “xxxx” KB ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə şikayətində qeyd etmişdir ki, onun borcu problemli kredit borcu kimi AR Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə (8.6-cı bənd) düşmüşdür və banka hazırda borcu yoxdur. Yaranmış borcun daha dəqiq hesablanması üçün məhkəmə kollegiyası iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/5370 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2015ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə “xxxx” KB ASC-yə xx.xx.2017-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 2342,80 ABŞ dolları məbləğində əsas, 5,35 ABŞ dolları məbləğində faiz borcu, xx.xx.2019-cu il tarixə (iddiaçı tərəfin istinad etdiyi maliyyə arayışının verildiyi tarixə) 925,37 ABŞ dolları məbləğində əsas, 27,28 ABŞ dolları məbləğində faiz borcu vardır. Məhkəmə kollegiyası qeyd edilən ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Bununla belə, tələb edilən faiz məbləği ekspert rəyindəki faiz borcundan az olduğu üçün məhkəmə kollegiyası MPM-nin 218.3-cü maddəsinin tələbinə istinad edərək hesab edir ki, əsas borc məbləği rəydəki məbləğə uyğunlaşdırılmalı, faiz borcu isə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, AR MM-in 467-ci maddəsinə əsasən, iddiaçının tələb etdiyi 112,54 ABŞ dolları məbləğində dəbbə pulunun 11,25 ABŞ dolları məbləğinə qədər azaldılmasında birinci instansiya məhkəməsi haqlıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “xxxx” KB ASC iddianın əsaslarını qismən sübut edə bilmiş, Cavabdeh isə iddianın rədd edilməsi barədə dəlillərini sübut edə bilməmişdir. Onun kredit borcunun problemli kredit borcu kimi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə (8.6-cı bənd) düşməsi və bu səbəbdən də banka heç bir borcunun olmaması barədə Cavabdeh dəlili əsassızdır, çünki cavabdeh bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə, o, məhkəmə baxışı zamanı kompensasiya kimi ona 2100 manat ödənildiyini bildirmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi, habelə iddianın rədd olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibtalıq ekspertizası xərcinin dəyəri olan 50 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)- 8773/2019 saylı qətnaməsi əsas borcun tutulması hissəsində dəyişririlsin. Cavabdeh 925,37 ABŞ dolları əsas borc Azərbaycan manatına məzənnəsi ilə tutularaq iddiaçı “xxxx” KB ASC-yə verilsin. Qətnamə, Cavabdeh 18,52 ABŞ dolları faiz borcu, 11,25 ABŞ dolları cərimə borcunun (manat məzənnəsilə) və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq, iddiaçı “xxxx” KB ASC-yə verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibtalıq ekspertizası xərcinin dəyəri olan 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına (Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE********************) ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-297/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-297/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver