Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2976/2020 18.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-317/2020 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi F.A.Əliyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-317/2020 saylı qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz borcun və cərimənin qaytarılması tələbinə dair iddiası qismən təmin edilib, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100 LN.1604.**********1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 13441,12 (on üç min dörd yüz qırx bir dollar on iki sent) ABŞ dolları əsas kredit borcu, 2695 (iki min altı yüz doxsan beş) ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 200 (iki yüz) ABŞ dolları cərimə olmaqla, ümumilikdə 16336,12 (on altı min üç yüz otuz altı dollar on iki sent) ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödərilməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq İddiaçı ASC-dən 42 (qırx iki) manat, Cavabdeh 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunün nümayəndəsi F.A.Əliyev apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-317/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə sıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli, 100.LN.1604.211215.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 15 faizlə, 12 ay müddətinə 19600 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Ona görə də, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 100.LN.1604.2112215.00001 saylı kredit müqaviləsi üzrə 19600 ABŞ dolları əsas kredit borcu, 2703.14 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu və kredit müqaviləsinə əsasən 1219.13 ABŞ dolları cərimə olmaqla, cəmi 23522.27 ABŞ dolları (milli manat ekvivalentində) məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi F.A.Əliyev apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə sıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi L.E.Namazova apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 100.LN.1604.211215.00001 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə bir tərəfdən müştəri xidməti departamentinin direktoru S.B.Əliyev şəxsində, gələcəkdə «kreditor» adlandırılacaq İddiaçı ASC və digər tərəfdən gələcəkdə «borcalan» adlandırılacaq Cavabdeh arasında bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, kreditor borcalana istehlak məqsədilə illik 15 (on beş) faiz olmaqla, 19600 (on doqquz min altı yüz) ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə öz növbəsində müqavilənin 1 saylı əlavəsində göstərilmiş cədvələ uyğun ödənişlər etməyi öhdəsinə götürmüşdür. 1 saylı əlavədən (ödəniş cədvəlindən) görünür ki, borcalan tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək hər ay 1781.82 ABŞ dolları, sonuncu ay üzrə 1781.80 ABŞ dolları olmaqla, ümumilikdə 19600.00 ABŞ dolları ödəniş edilməlidir. xx.xx.2018-ci il tarixli, 05/266 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 100.LN.1604.211215.00001 saylı kredit müqaviləsinə əsasən, xx.xx.2016-cı il üçün əsas borcu 19600 ABŞ dolları, faiz borcu 2703.14 ABS dolları, hesablanmış artırılmış faiz borcu 1219.13 ABŞ dolları olmaqla, ümumi borcu 23522.27 ABŞ dolları təşkil edir. xx.xx.2018-ci il tarixli pretenziya məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə, müvafiq hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırılacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. xx.xx.2019-cu il tarixli, 05/334 saylı maliyyə arayışından isə görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 100.LN.1604.211215.00001 saylı kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il üçün əsas borcu 18535.65 ABŞ dolları, faiz borcu 3523 ABŞ dolları, hesablanmış artırılmış faiz borcu 2377.85 ABŞ dolları olmaqla, ümumi borc – 24436.50 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazrliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 31719 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarışlardan və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN.1604.211215.00001 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunur: - kredit müqaviləsi bitən müddətdə, yəni 12.2016-cı il tarixə əsas borc üzrə 19600.00 ABŞ dolları, faiz borcu üzrə 2695.00 ABŞ dolları; kredit müddəti bitdikdən sonra fərmana əsasən ödənilmiş kompensasiya məbləği maliyyə arayışı müddətinə, yəni xx.xx.2019-cu il tarixə əsas borc üzrə 18535.65 ABŞ dolları, faiz borcu üzrə 5524.94 ABŞ dolları; - sual üzrə aparılmış hesablama xx.xx.2019-cu il tarixə əsas borc üzrə 18535.65 ABŞ dolları, faiz borcu üzrə 5548.11 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş məxaric üzrə kassa orderinin surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə 19404.00 (on doqquz min dörd yüz dörd dollar) ABŞ dolları pulu nağd qaydada bank hesabından götürmüşdür. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli, 100.LN.1604.211215.00001 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixdə bildiriş göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə bank qarşısında borcu yaranmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin əsas və faiz borcu iddiaçı bank tərəfindən düzgün hesablanmamışdır. Belə ki, iddiaçının banka təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən verilmiş ımpensasiya hesabına Cavabdeh kredit müqaviləsi üzrə 1064,35 ABŞ dolları əsas borcdan, 5094,53 ABŞ dolları isə faiz borcundan silinmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı bank Azərbaycan Respublikası Prezidentinin “Fiziki ssxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28,02.2019-cu il tarixli fərmanına əsasən ödənilmiş kompensasiyanı cavabdehin faiz borcuna yönəltməklə ranunvericiliyin tələblərini pozmuşdur. Belə ki, sözügedən Fərmanda qeyd edilmişdir ki:
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək jarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti esabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Göründüyü kimi, sözügedən Fərmanda həmin Fərmana əsasən ödənilən kompensasiyanın yalnız vətəndaşların əsas borcuna yönəldilməli olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Maliyyə X1 xx xxxx 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin hətn ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral'tarixli 551 nömrəli Fərmanının 3.1-ci və 7,3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğdə hesablanmış faiz və dəbb pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restruktirizasiyaı ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydanın 2.1.3-cü bəndində isə əsas kredit borcu dedikdə kredit müqaviləsi üzrə kredit təşkilatı tərəfindən borc verilmiş pul məbləğinin qalığının nəzərdə tutulduğu qeyd edilmişdir. Hazırki iş üzrə iddiaçı bank isə Fərmanın tələblərinə zidd olaraq cavabdehin adına banka daxil olmuş kompensasiyanı onun faiz borcuna yönəltmişdir. İddiaçı bank cavabdehə faiz borcu hesablayarkən də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycanİ Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarı). Mülki qanunvericilikdə kredit müqaviləsi üzrə faiz borcunun yalnız kredit müqaviləsinin qüvvədə olduğu vaxt hesablanması nəzərdə tutulduğu halda, iddiaçı bank kredit müqaviləsinin müddəti bitdikdən sonra da, cavabdehə suni surətdə faiz borcu hesablamış və Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlərİ haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən ödənilmiş kompensasiyanı həmin faiz borcuna yönəltmişdir. Belə ki, bu halları (cavabdehə daxil olmuş kompensasiyanın faiz borcuna yönəldilməsi) iddiaçı özünün iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində etiraf etmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 28,12.2019-cu il tarixli, 31719 saylı ekspert rəyindən də görünür ki, hesabdan çıxarışlar və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100.LN. 1604.211215.00001 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh kredit müqaviləsi bitən müddətə, yəni xx.xx.2016-cı il tarixə banka əsas borc üzrə 19600.00 ABŞ dolları, faiz borcu üzrə 2695.00 ABŞ dolları borcu olmuşdur. Lakin sözügedən məhkəmə-mühasibatlıq ekspertizasının rəyində ekspert digər məsələlərə, yəni kredit müqaviləsinin müddəti bitdikdən sonra faiz borcunun hesablanmasına, o cümlədən Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən ödənilmiş kompensasiyanın cavabdehin faiz borcuna yönəldilməsinə əhəmiyyət verməmiş, kredit müddəti bitdikdən sonra fərmana əsasən ödənilmiş kompensasiya məbləğinin xx.xx.2019-cu il tarixə əsas borc üzrə 18535.65 ABŞ dolları, faiz borcu üzrə 5524.94 ABŞ dolları təşkil etdiyi, xx.xx.2019-cu il tarixə isə əsas borcun 18535.65 ABŞ dolları, faiz borcunun isə 5548,11 ABŞ dolları olması barədə rəy vermişdir. BU səbəbdən məhkəmə həmin hissələrdə Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 31719 saylı ekspert rəyi ilə razılaşmamışdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən cavabdehin hesabına ödənilmiş kompensasiyanın faiz borcuna yönəldilmiş 5094,53 ABŞ dolları hissəsi də cavabdehin əsas borcundan çıxılmalıdır. Beləliklə xx.xx.2015-ci il tarixli, 100.LN.1604.211215.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh kreditor İddiaçı ASC-nin xeyrinə 13441,12 ABŞ dolları (18535,65-5094,53) əsas borc tutulmalıdır. Müqavilə üzrə faiz borcuna gəldikdə isə cavabdehdən yalnız xx.xx.2015-ci il tarixli, 100 LN.1604.211215.00001 saylı kredit müqaviləsinin qüvvədə olduğu 1 il üçün, yəni müqavilənin müddətinin bitdiyi tarixə yaranmış 2695,0 ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının 4-cü bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır. Lakin iddiaçı özünün iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində sözügedən Fərmana əsasən daxil olmuş kompensasiya hesabına Cavabdeh kredit müqaviləsi üzrə 1064,35 ABŞ dolları əsas borcdan, 5094,53 ABŞ dolları isə faiz borcundan (ümumilikdə 6000 ABŞ dollarından çox) silindiyini etiraf etdiyindən məhkəmə bu halın araşdırılmasına zərurət görmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 2377,85 ABŞ dolları məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 200 ABŞ dolları pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsi dövlət rüsumu ilə bağlı hesab etmişdir ki, iddia qismən (təxminən 65% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumunun 20 manatı cavabdehdən tutulmalı, 10 manatı isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırkı iş üzrə ekspertiza xərci 120 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən (təxminən 65% həcmində) təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza xərcinin 78 manatı cavabdehə, 42 manatı isə iddiaçıya aid edilməlidir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə tələb edilən ödənilmədən qalmış borca münasibətdə tələbi qismən təmin etməklə qanuni və əsasılı qətnamə qəbul etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi F.A.Əliyev apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmişdir və birinci instnsiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyıb, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi F.A.Əliyevin verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-317/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova