Məhkəmə qərarları › İş №2(105)-298/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-298/2021

26.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-298/2021 26.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4602/2019 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4602/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 545,60 manat və 3,80 manat dövlət rüsumu olmaqla, cəmi 549,40 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)- 899/2020 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-4602/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-4287/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-899/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4314,20 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə 4344,20 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixli, T/17816 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı X9 Departamenti tərəfindən **********04180 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1202AQ**********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci bəndinin (bu müqavilənin və “X5”nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X5n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 545,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 216 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 70,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 345,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 2141,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, cəmi 4314,20 manat İddiaçınə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 4314,20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 4314,20 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən cavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X5nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən istehlakçılar tərəfindən X5nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X5”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Belə ki, Cavabdeh məxsus fərdi yaşayış evində istifadə edilmiş 4314,20 manat əvvəlki borcu 3E proqramına keçirilmişdir. 3E proqramı üzrə istehlakçının mənzilində smartkart tipli qaz sayğacı quraşdırıldıqdan sonra xüsusi kart vasitəsi ilə istehlakçı öncədən ödənişlər aparır və təbii qazdan fasiləsiz istifadə edir. Əgər smartkart sayğacdan əvvələ quraşdırılmış mexaniki qaz sayğacından istifadə nəticəsində debitor borc qalırsa, həmin borc məbləği xüsusi karta keçirilir və hər dəfə karta pul məbləği yüklənərkən 30% debitor borca (borc qurtaranadək) 70% təbii qazdan istifadə üçün yüklənir. Lakin, Cavabdeh təbii qazdan qanunsuz istifadə edərək qaz xəttinə qanunsuz qoşulma yolu ilə özünün qaz təminatını həyata keçirmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 545,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 216 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 70,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 345,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 2141,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, cəmi 4314,20 manat İddiaçı İB-nə ziyan vurmuşdur. Cavabdeh “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə görürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hazırda Cavabdeh təbii qazdan istifadə və qaydaları pozduğuna görə 4452,20 manat debitor borcu qalmışdır. Cavabdeh məhkəmə iclaslarında qaz xəttinə qeyri-qanuni qoşulmasını etiraf etmişdir. Lakin məhkəmə cavabdehin təbii qazdan qanunsuz istifadə etməsi nəticəsində iddiaçıya 545,60 manat manat dəyərində ziyanın dəyməsi barədə əsassız nəticəyə gəlmiş, bununla da prosessual qaydaları pozulmuşdur. Təbii qazdan qanunsuz istifadəni sübut edən aktlar və müxtəlif rakusdan çəkilmiş foşəkillər mövcuddur. Qeyd olunan fotoşəkillərdə rezin boru vasitəsilə qanunsuz qoşulma açıq-aşkar görünür. Məhkəmə iş materiallarında olan bu sübutları araşdırmalı olduğu halda, bunları etməmiş, hesablanmış borcun dövlət əmlakı hesabına ödənilməsi barədə qərar qəbul etmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin iddianın rədd edilən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi bu hissədə qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin olunmamış hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, T/17816 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, Cavabdeh (abonent kodu **********04180) borcu 2647,20 manat təşkil edir. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacı sökərək təbii qazdan qeyriqanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 2728 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan rezin boru vatitəsilə qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1080 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan rezin boru vatitəsilə qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 972 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan rezin boru vatitəsilə qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 351 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1728 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 576 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 576 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 576 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2018-ci il tarixli hesabatından görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 648 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1098 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1332 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1332 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1332 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cuil tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, hazırda İddiaçı Bakı X9 X3 və Satışı şöbəsinin mühəndisi vəzifəsində işləyir. Əvvəllər o, İddiaçı İBnin Bakı X9 Departamentinin Abşeron rayonunun Qobu, Xırdalan, Hökməli ərazisi üzrə qrup rəhbəri işləyiridi. Həmin ərazilərdə qaz sayğaclarının qutusu üzərinə boya ilə nömrə yazılır və bazada otuzdurulur. Abşeron rayonunun Hökməli kəndində yaşayan Cavabdeh sayğacı 1194 nömrəsi ilə nömrələnmişdir. 2019-cu ilin ortalarında əraziyə baxış zamanı Cavabdeh sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş və bu barədə “Təbii X5nın pozulması haqqında” akt tərtib edilmişdir. Həmin vaxt şəkillər də çəkilib akta əlavə edilmişdir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılmağa qaytararkən, apellyasiya məhkəməsinin iş üzrə maddi və prosessual normalarını düzgün tətbiq etməməsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təstiq edilmiş “X5”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qanunvericiliyin tələblərinə görə cavabdeh qanunsuz qoşulma nəticəsində paylayıcı İddiaçınə dəymiş ziyana görə məsuliyyət daşıyır. Sayğacdan kənar xəttə qanunsuz qoşulma özözlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir, yəni qanunsuz qoşulma nəticəsində məişət abonenti pozuntu aşkar edilən günədək istehlak etdiyi təbii qaza görə ödəməli olduğu məbləğdən daha az məbləğ ödəmişdir. Qeyd edilən halda isə təbii X5nın tələblərinə görə, yalnız bunun istehlakçının təqsiri olmadan baş verdiyi müəyyən edildikdə, həmin pozuntu baş verənə qədər və ya pozuntu aşkar edildikdən sonrakı dövrə uyğun sərfiyyat hesablanmaqla ödəniş aparılmalıdır. Lakin qeyd edilən pozuntunun, yəni qanunsuz xətlə təbii qazdan istifadə edilməsinin məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən, məişət abonenti istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı tərəfindən məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın dəyəri hesablanaraq müvafiq aktlarda qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmamış hissəsində gəldiyi nəticə işin hallarına uyğun gəlməmiş, bu isə iş üzrə iddianın təmin olunmamış hissəsində düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh izahatında təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etdiyini etiraf etmişdir. Cavabdeh sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi iş üzrə dindirilmiş şahid ifadəsi, eləcə də iş materiallarında olan fotoşəkillərlə də təsdiq olunur. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə etdiyi aşkar edilmiş və İddiaçı xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinə əsasən itirilmiş qazın həcmi 1332 m3 müəyyən edilmişdir. İddiaçı iddia tələbində həmin akt üzrə dəymiş ziyan kimi Cavabdeh 2141,40 manat tələb etmişdir. Halbuki xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın həcmi 1332 m3 müəyyən edilmişdir və bu halda dəymiş ziyan 133,20 (1332 m3 x 10 qəpik) manat təşkil edir. Digər tərəfdən, qeyd edilən aktdan əvvəl tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* nömrəli və sonra tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktlar əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamələrdə itirilmiş qazın həcmi 1332 m3 müəyyən edilmiş və hər iki halda dəymiş ziyan 133,20 manat təşkil etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” akt üzrə dəymiş ziyan kimi 133,20 manat tutulmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı Cavabdeh “Təbii X5nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat tələb edir. Lakin iş materiallarında belə bir akt və həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamə yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin akt üzrə dəymiş ziyanın ödənilməsinə dair olan hissədə rədd edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı dəymiş zərərə görə Cavabdeh İddiaçı xeyrinə xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 216 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 70,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 345,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, cəmi 1728 manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia bu hissədə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(012)-4207/2019 saylı qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia bu hissədə qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə dəymiş zərərin əvəzi olaraq 1728 manat (bir min yeddi yüz iyirmi səkkiz) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar