Məhkəmə qərarları › İş №2(105)-2985/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2985/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2985/2021 10.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)- 173/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)- 173/2021 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh 2500 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi təmin edilməmiuşdir. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)- 173/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2008-ci ilin fevral ayından etibarən "xxxx" MMC-nin direktoru (böyük hüquq məsləhətçisi) vəzifəsində işləmişdir. Cavabdeh uşaqlıq illərindən bəri Lənkəran rayonundan tanımışdır. Bundan sonra cavabdeh Elşən adlı şəxslə ilə ailə həyatı qurduqdan sonra iddiaçının Elşənlə münasibətləri yaranmışdır. 2014-cü ilin sonlarında cavabdeh iddiaçı ilə əlaqə saxlayaraq X5 və bir qrup qadının ona hədə-qorxu gələrək, onlardan aldığı pulu tələb etdiklərini və bu işdə ona kömək etməsini xahiş etmişdir. Həmin zaman cavabdehə müqavilə bağlanmasını və notariat qaydasında etibarnamə alınmasını bildirmişdir. 2014-cü il dekabr ayının 18-də cavabdeh və onun həyat yoldaşı Elşən "xxxx" MMC-nin hüquq məsləhətçiləri olan iddiaçı və Əlihüseyn Kazımovun adına etibarnamə götürmüşdür. 15 dekabr 2014-cü il tarixdə cavabdeh təhqiqat və istintaq orqanlarında hüquqlarının müdafiəsi ilə bağlı 66 saylı müqaviləni rəsmiləşdirməklə 117554 saylı kassa mədaxil orderi almaqla onun hesabına 500 manat pul daxil etmişdir. Həmin işin nəticəsi olaraq, Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildi. Həmin iş üzrə müsbət nəticə əldə etmədiyini görən qarşı tərəf yəni Arzu Səmədova cavabdehə və onun ailə üzvlərinə qarşı Nəsimi Rayon Məhkəməsinə mənzildən çıxarılma tələbinə dair iddia ilə müraciət etmişdir. O, prosesə qoşulanadək Arzu Səmədova təzyiq göstərməklə cavabdehi və ailə üzvlərini rəsmi əsaslarla yaşadığı mənzili öz mülkiyyətinə keçirmişdir. Arzu Səmədovanın iddiası ilə bağlı yenidən cavabdeh ilə 16.01.2015-ci il tarixdə 01 saylı müqavilə bağlamaqla və 700 AZN ödəniş edilib, buna dair 117559 saylı kassa mədaxil orderi tərtib edilməklə Nəsimi Rayon Məhkəməsinə Arzu Səmədovaya qarşı alqı-satqı müqavilənin ləğv edilməsi və hüquqi xidmətlə bağlı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişlər. Həmin işlə bağlı məhkəmə tərəfindən zərərinə qətnamə qəbul edilmiş və bu dəfə cavabdehlə 08.06.2015-ci il tarixdə 38 saylı müqavilə və 133945 saylı mədaxil orderi ilə 500 manat ödənilməklə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsində hüquqlarının müdafiəsi ilə müqavilə bağlanmışdır. Bir neçə iclas sorası cavabdeh həmin iş üzrə işə digər hüquqşünası cəlb etmiş və bu işin sonrakı gedişi ilə o məşğul olmağa başlamışdır. 2017-ci ilin noyabr ayının sonunda cavabdeh ona zəng edərək, həmin iş üzrə ona hüquqi xidmət göstərməsini, əvvəlki nümayəndəsi tərəfindən aldadıldığını qeyd edərək, Ali Məhkəməyə kollegiya üzvü olan vəkil təyin etməsini və onun vəkillə birlikdə işə çıxaraq ona köməklik göstərməsini xahiş etmişdir. Pulunun olmadığını və ona kömək etməyini xahiş etmişdir. O, cavabdehə kollegiya üzvü olan vəkil təyin etmiş, kassasiya şikayətinə qarşı etiraz tərtib edərək məhkəməyə təqdim etmiş və həmin işlə bağlı nəticə etibarilə 12.12.2017-ci il tarixdə 82 saylı müqavilə rəsmləşdirməklə 016620 saylı kassa mədaxil orderi ilə şəxsi vəsaiti hesabına 50 AZN ödəməklə vəkil ilə birlikdə onu Ali Məhkəmədə təmsil etmişdir. Arzu Səmədovanın iddiasının rədd edilməsinə, onların verdiyi qarşılıqlı iddianın təmin edilməsinə, Nəsimi rayonu ərazisində yerləşən mənzilinin ona qaytarılmasına və qarşılıqlı iddia üçün onun hesabına ödədiyi 700 manat pulu və 30 manat dövlət rüsumunun ona qaytarılması barədə yekun qərar qəbul etməklə işi qazanmışlar. Arzu Səmədova eyni zamanda 2015-ci ildə cavabdeh və onun həyat yoldaşına qarşı 67.000 manat pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin işlə bağlı da ona müraciət edən cavabdehlə 24 iyun 2915-ci il tarixdə 40 saylı müqavilə rəsmiləşdirib, 500 manat ödəniş etməklə və buna dair 133947 saylı kassa mədaxil qəbzi tərtib edilərək Nəsimi Rayon Məhkəməsində işə çıxmış və təmsilçiliyi ilə aparılan həmin iş üzrə də 03.09.2015-ci il tarixli rədd edilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsinə nail olmuşdur. Sonradan verilmiş apellyasiya şikayəti əsasında cavabdeh həmin iş üzrə başqa hüquqşünas işə cəlb etmiş və işi uduzmuşdur. Həmin işlə bağlı cavabdehin həyat yoldaşı Elşən icra məmurunun təqdimatı ilə inzibati qaydada həbs olunmuşdur. Cavabdehlə ayrı-ayrı vaxtlarda 15 yanvar 2016-cı il tarixdən başlayaraq 30 aprel 2016-cı il tarixədək qısa müddət ərzində kiməsə olan borcunu qaytarmaqdan ötrü həmin adamların onun incitdiyini qeyd etməklə cavabdeh ümumilikdə 2500 manat məbləğində pul almış və 2018-ci ilin sonunadək həmin pulu iddiaçıya qaytarmağı vəd etmişdir. Bu barədə bank vasitəsi ilə edilən ödənişlər və cavabdehin verdiyi qəbzlər mövcuddur. Cavabdeh ondan xəbərsiz olaraq onun həyat yoldaşını da aldadaraq ondan təxminən 6000 manat borc pul almış və həmin pulu da qaytaracağını vəd etsə də qaytarmamışdır. Onun həyat yoldaşı İlahə Ağayeva bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, cavabdeh həmin pulla bağlı verdiyi qəbzdəki-xəttin və imzanın ona məxsus olmadığını bildirdiyindən ekspertiza təyin olunmuş, ekspertiza nəticəsində imzanın ona aid olduğu müəyyən edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 09 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 9.1, 9.2, 9.3, 14.1, 88, 217.1 və 217.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçı E.M. Ağayevin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 iyun 2019-cu il tarixli qərarın surəti ilə müəyən olur ki, araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, 2008-ci ilin fevral ayından etibarən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Cavabdeh və sonuncunun hətayt yoldaşı olan X1 uşaqlıq illərindən tanıyır. 2014-cü ildə Aidə ona zəng edərək X5 və digərlərinin ona qarşı hədə-qorxu gələrək pul tələb etmələrini və bu səbəbdən də ona köməklik göstərməsini xahiş etmişdir. O, rəsmi qaydada Aidə ilə müqavilə bağlamasını və notariat qaydada etibarnamə aldıqdan sonra onu müdafiə edə biləcəyini bildirmişdir. 15.12.2014-cü ildə Aidənin hüquqlarını müdafiə etməsi üçün 66 saylı müqavilə rəsmiləşdirmişlər və 117554 saylı kassa mədaxil orderi almaqla şirkətin hesabına 500 manat pul daxil edilmişdir. Həmin işlə bağlı Nəsimi RPİ-nin 19-cu Polis şöbəsində araşdırma aparılmış və araşdırma zamanı iştirak edərək Aidənin hüquqlarını müdafiə etmişdir. Bundan sonra araşdırmanın davam etdirilməsi üçün material Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərilmiş və eləcə də həmin araşdırma zamanı da müdafiəçi qismində iştirak etmişdir. İstintaq şöbəsində müstəntiq Cavid Hüseynov tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasəmn cinayət işinin'başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Aidə Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 16 yanvar 2015-ci il tarixdə 01 saylı müqavilə bağlamaqla 700 manat ona ödəniş edilməklə 117559 saylı kassa mədaxil orderi tərtib edilmiş, məhkəməyə Aidə, Elşən və o qarşılıqlı iddia ərizəsi müraciət etmişlər. Onların zərərinə məhkəmə hökm çıxarmışdır. 08.06.2015-ci il tarixdə 38 saylı müqavilə və 133945 saylı mədaxil kassa orderi ilə 500 manat ödəniş edildikdən sonra o. Bakı Apellyasiya məhkəməsinə şikayət tərtib edib bir neçə məhkəmə iclasında iştirak etmişdir. Sonradan Aidə məhkəmə prosesinə başqa vəkil cəlb etmiş, 2017-ci il tarixdə yenidən ona müraciət edərək əvvəlki vəkil tərəfindən aldanıldığını, ona köməklik göstərməsini xahiş etmişdir. 12.12.2017-ci ildə 82 saylı müqavilə və 016620 saylı mədaxil kassa orderi 50 manat ödəniş edildikdən sonra Ali Məhkəməyə müraciət edərək prosesi qazanmışdır. Həmçinin bildirmişdir ki, 2015-ci ildə Aidə və onun ərinə qarşı Arzu Səmədova 67.000 manat pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, bu prosesdə iştirakı üçün 24.06.2017-ci il tarixdə 40 saylı müqavilə və 133947 saylı mədaxil kassa orderi 500 manat pul ödənilmişdir. Həmin işlə bağlı 03.09.2017-ci il tarixli iddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsinə nail olmuşdur. İddiaçı izahatında onuda bildirmişdir ki, əksinə Elşən Hüseynovun həyat yoldaşı Cavabdeh ilə digər ş.əxslərə olan borcları ilə bağlı mütəmadi olaraq mübahisə etdikləri üçün Aidə İddiaçı 15.01.2016-cı il tarixdə 201 manat bank vasitəsilə, 26 yanvar 2016-cı il tarixdə 301 manat bank vasitəsilə 30.01.2016-0 il tarixdə şəxsən özünə 500 manat, 16 fevral 2016-cı il tarixdə 300 manat şəxsən özünə, 25.02.2016-cı il tarixdə bank vasitəsilə 500 manat 06 aprel 2016-cı il tarixdə şəxsən özünə 400 manat və 30.04.2016-cı il tarixdə şəxsən özünə 300 manat verməklə ümümilikdə Cavabdeh 2500 manat borc verdiyini, eləcə də bunula bağlı sonuncunun yazılı qəbzlərinin olmasını, habelə 2018-ci ilin aprel ayında qaytaracağını vəd verməsinə baxmayaraq qaytarmadığını bildirmişdir. Bundan başqa Elçin Babayevin həyat yoldaşı İlahə Ağayevadan da 6000 manat borc etməsini və qaytarmadığı üçün bu barədə Nəsimi rayon məhkəməsində mülkü qaydada məhkəmə davam etdirildiyini Elşən Hüseynovun da bu səbəbdən göstərilən bütün bu halları qabaqlamaqdan ötrü qərəzli olaraq polisə şikayət etdiyini bildirmişdir. "xxxx" ASC-nin Lənkəran filialının köçürülmənin göndərilməsi barədə bildirişin surətindən görünür ki, X3 15 yanvar 2016-cı il tarixdə Cavabdeh 200 manat pül köçürülməsi etmişdir. "xxxx" ASC-nin Lənkəran filialının köçürülmənin göndərilməsi barədə bildirişin surətindən görünür ki, X3 26 yanvar 2016-cı il tarixdə Cavabdeh 301 manat pül köçürülməsi etmişdir. "xxxx" ASC-nin 26 yanvar 2016-cı il tarixli qəbzin surətindən görünür ki, X3 301 manat pulu bankda qəbzə imza etməklə qəbul etmişdir. 30 yanvar 2016-cı il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh həmin tarixdə İddiaçı 500 manat pul almışdır. 16 fevral 2016-cı il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh həmin tarixdə İddiaçı 300 manat pul almışdır. 06 aprel 2016-cı il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh həmin tarixdə İddiaçı 400 manat pul almışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, İddiaçı Cavabdehin ümumilikdə ona 2500 manat borcu olduğunu iddia edir. Cavabdeh isə iddianı qəbul etmir, iş materialları arasında cavabdehin iddiaçıya borclu olduğunu təsdiq edən mötəbər sübutlar mövcud deyildir. İşin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh və onun əri iddiaçını hüquq müdafiəçisi kimi tanımışlar, məhkəmə mübahisəsi ilə bağlı onlara hüquqi yardım etmiş, aralarınada narazılıq yaranmış, cavabdeh tərəf iddiaçıya ödəmiş olduqları pulları geri tələb edəndən sonra iddiaçı həmin puldan hissə hissə olmaqla, cəmi 2500 manat cavabdehə geri qaytarmış və bu barədə iddiaçının ayrı-ayrı vaxtlarda tərtib etdiyi və işin materiallarında olan qəbzə şəxsən cavabdehə imza etdirməklə, ümumi borcundan cəmi 2500 manatını qaytarmışdır.Bu pul iddiaçının onlara verəcəyi puldandır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı bağlanır. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı 2500 manat məbləğində pulun tutulması barədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. İddiaçı iddia tələbinin əsaslarını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(012)- 173/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar