Məhkəmə qərarları › İş №2(105)-2992/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2992/2021

10.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2992/2021 10.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X10, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh iştirakı ilə Şuşa Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(077)-33/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şuşa Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(077)-33/2021 saylı qətnaməsi ilə hakim (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılqılı iddialar təmin edilməmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verib, Şuşa Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(077)-33/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən lizinq müqaviləsi əsasında alınmış “Daewoo Gentra” markalı, ** AX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin satışından əldə olunmuş pulun ½ hissəsinin Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 12 aprel 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından 30.11.2013-cü il tarixdə Muhəmmədömər və 10.10.2015-ci il tarixdə Xədicə adlı iki nəfər uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05.01.2018-ci il tarixli, 2(004)-385/2018 saylı qətnaməsi ilə aralarındakı nikahın pozulması, birgə nikahdan olan uşaqların ananın himayəsində saxlanılması və uşaqların saxlanması üçün aliment tutulması qət edilmişdir. Birgə nikahda olduqları dövrdə "xxxx" ASC-dən lizinq müqaviləsi əsasında Cavabdeh adına “Daewoo Gentra” markalı, ** AX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil almışlar. Cavabdeh məcburi köçkün olduğu üçün ilkin olaraq avtomobili adına rəsmişləşdirmək mümkün olmadığından onun qardaşı X1 adına rəsmiləşdirmiş, sonradan avtomobil yenidən Cavabdeh adına rəsmiləşdirilmişdir. Qeyd edilən avtomobilin alınması üçün tələb olunan ödənişləri birlikdə ödəmişlər. Nikahları pozulduqdan sonra ona məlum olmuşdur ki, Cavabdeh avtomobili satmışdır. Cavabdeh pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı anası Nabat Şahverdiyevanın adına Binə qəsəbəsi, Sovxoz adlanan ərazidə 4 sot torpağın alınması üçün ödədiyi 1660 manat pulun, kommunal xərclərə görə ödədiyi 1770,50 manat pulun yarısının, yəni 885,25 manat pulun və alimentdən əlavə olaraq ödədiyi 1585 manat pul olmaqla, cəmi 4130,25 manat pulun İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikah dövründə əldə edilmiş “Daewoo Gentra” markalı, ** AX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil cavabdehin qardaşının adına alınmış, lakin avtomobili almaq üçün pul vəsaitini anası X15 vermişdir. Həmçinin aylıq 361 manat məbləğində lizinq ödənişini də anası ödəmişdir. Həmin avtomobili cavabdehlə birgə nikah dövründə olduğu zaman satmış və cavabdeh bundan məlumatlıdır. Bundan əlavə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə əmək haqqının 1/3 hissəsindən aliment tutularaq cavabdehə ödənilsə də, bundan əlavə uşaqların digər əlavə ehtiyaclarını da, özü ödəyir. Uşaqlara çəkdiyi xərclərin siyahısınıda məhkəməyə təqdim etmişdir. Hazırda qarşılıqlı cavabdehin uşaqları ilə birlikdə yaşadığı mənzilin kommunal xərclərini də, o ödəyir. 05 yanvar 2018-ci il tarixdən hazırkı vaxtadək ümumilikdə 1770,50 manat məbləğində kommunal borc ödəmişdir. Həmçinin qarşılıqlı cavabehin anası Nabat Şahverdiyevanın adına Binə qəsəbəsi, Sovxoz ərazisində yerləşən 4 sot torpağın alınması üçün 1660 manat məbləğində pul vəsaiti də, onun tərəfindən ödənilmişdir. Ona görə də, qarşılıqlı cavabdeh İddiaçı həmin məbləğlərin alınaraq ona ödənilməsi zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şuşa Rayon Məhkəməsi 27 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına ilk iddia ərizəsinin rədd edilməsi hissəsinə düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə kolegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şuşa Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(077)-33/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verib, ilk iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız mübahisələndirilən hissədə araşdırılır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib və apellyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia ərizəsi hissəsində araşdırılır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli, 2(004)-385/2020 saylı qətnaməsi ilə Cavabdeh və X7 arasında 12 aprel 2011ci il tarixdə Şuşa rayon Qeydiyyat şöbəsində 45 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 30.11.2013-cü il təvəllüdlü X2 və 10.10.2015-ci il təvəllüdlü X8 anası X3 yanında qalması, birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında və hər ay hər bir uşaq üçün 21 manat olmaqla, cəmi 42 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi, 10.10.2015-ci il təvəllüdlü X8 3 yaşına çatanadək saxlanılması üçün ilkin iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə Cavabdeh hər ay 60 manat məbləğində pul vəsaiti tutularaq X5 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.07.2019-cu il tarixli AZ-İ № 326728 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh ilə X7 arasında olan nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 10.03.2018-ci il tarixdə 119 nömrə ilə qeyd edilmişdir.Nikah pozulduqdan sonra ərə Abbasov,arvada Şahverdiyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 30.07.2020-ci il tarixli, 1514 saylı məktubundan görünür ki,Cavabdeh,X7 və X13 verilmiş 21 nömrəli mənzil ünvan 1 ünvanında yerləşir. "xxxx" ASC ilə X4 arasında bağlanmış 12.12.2014-cü il tarixli, AL-2523 saylı daxili lizinq müqaviləsindən görünür ki,bu müqavilənin şərtlərinə uyğun olaraq Lizinq verən Lizinq Alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı öz mülkiyyətində əldə edilməsini və muzdla Lizinq Alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. X4 və Cavabdeh arasında bağlanmış 13.11.2017-ci il tarixli, AL-2523 (1) saylı öhdəliklərin ötürülməsi haqqında müqavilədən görünür ki,Öhdəlikləri ötürən X4 12.12.2014-cü il tarixli, AL-2523 saylı daxili lizinq müqaviləsi üzrə "xxxx" ASC qarşısında götürdüyü bütün öhdəlikləri Öhdəliyi qəbul edən Cavabdeh ötürmüşdür. Cavabdeh və X18 arasında bağlanmış 20.11.2017-ci il tarixli AL-2523 (2) saylı öhdəliklərin ötürülməsi haqqında müqavilədən görünür ki,Öhdəlikləri ötürən Cavabdeh 12.12.2014-cü il tarixli AL-2523 saylı daxili lizinq müqaviləsi üzrə "xxxx" ASC qarşısında götürdüyü bütün öhdəlikləri Öhdəliyi qəbul edən X16 ötürmüşdür. 20.11.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh istifadəsində olan və "xxxx" ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı,** AX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X16 təhvil verilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin 23.07.2020-ci il tarixli 63740-1220 saylı məktubu ilə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Ənnağı Məmmədliyə cavab olaraq bildirilmişdir ki,DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh adına 12 aprel 2011-ci il tarixdən hazıradək nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı və Cavabdeh 12 aprel 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar,birgə nikahlarından 30.11.2013-cü il tarixdə Abbaszadə Muhəmmədömər və 10.10.2015-ci il tarixdə Abbaszadə Xədicə doğulmuşdur.Ailə münasibətləri pozulduğundan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-385/2018 saylı 05.01.2018-ci il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulması,birgə nikahdan olan uşaqların anasının himayəsində saxlanılması və uşaqların saxlanması üçün aliment tutulması qət edilmişdir.Birgə nikahda olduqları dövrdə Cavabdeh əvvəlcə ilkin iddiaçının qardaşının adına,sonra isə öz adına rəsmiləşdirməklə “Daewoo Gentra” markalı,** AX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili lizinq müqaviləsi əsasında almış və 13.11.2017-ci il tarixdə öhdəliklərini başqa şəxsə ötürməklə qeyd edilən avtomobili satmışdır. Qeyd edilən avtomobilin satışından xəbərsiz olduğunu bildirsə də,bu fakt məhkəmədə öz təsdiqini tapmamışdır.Eyni zamanda məhkəməyə təqdim edilmiş 20.11.2017ci il tarixli AL-2523(2) saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki,Cavabdeh “Daewoo Gentra” markalı,** AX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzrə öhdəliklərini birgə nikah dövründə digər şəxsə ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə əsasən ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32.1 və 32.2.2-ci maddələrinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. İlk iddia ərizəsini təmin etməkdən imtina etdikdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflərin birgə nikahı dövründə Cavabdeh adına lizinq müqaviləsi əsasında qısa bir müddətdə qeydiyyata alınmış “Daewoo Gentra” markalı, ** AX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia etdiyi kimi tərəflərin birgə vəsaitləri hesabına əldə edilmiş əmlak deyildir. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. İlk iddia üzrə İddiaçı iddia tələbinin əsaslarını sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirmədən və apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(077)-33/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar