Məhkəmə qərarları › İş №2(105)-3010/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3010/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3010/2021 28.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(060)-4812/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında 32 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən bağlanmış 18.09.2019-cu il tarixli, 3M-818 saylı kredit müqaviləsinə əsasən 51000 manat məbləğində pulun, Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən 2,125 manat gecikdirilmiş faiz, 31 manat dövlət rüsumunun, əldən çıxmış fayda kimi 2000 manat məbləğində maddi zərərin və vəkil orderi üçün ödədiyi 300 manat pulun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllə, 18A/39 saylı evin 8 saylı mənzilinin üzərinə həbs qoyularaq həmin mənzilin özgəninkiləşdirilməsinin cavabdehlərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4812/2021 saylı, 13.07.2021-ci il tarixli qərardadı ilə iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə məhkəmədə baxılıb qurtaranadək Sumqayıt şəhəri, 5-ci məhəllə, 18A/39 saylı evin 8 saylı mənzilinin üzərinə həbs qoyulmuş və həmin mənzilin özgəninkiləşdirilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilmişdir. Hazırda həmin qərardaddan narazı qalan Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(060)-4812/2021 saylı qərardadının ləğv edilməsini və İddiaçı iddianın təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4812/2021 saylı, 03.08.2021-ci il tarixli qərardadı iləşikayət təmin edilməmiş, şikayətin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən mənzil onun yeganə yaşayış vasitəsidir. Hazırki qərardad Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 saylı qərarına zidd olduğundan qərardad ləğv edilməli və İddiaçı iddianın təmin etmə tədbiri barədə ərizəsi təmin edilməməsi barədə yeni qərardad qəbul edilməlidir. Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 №-li qərarında qeyd olunur ki, tələb borclunun yeganə yaşayış vasitəsinə yönəldilə bilməz. Hazırki Sumqayıt şəhəri 5-ci məhəllə 18A/19 saylı, 8-ci mənzil onun yeganə yaşayış sahəsi olduğuna görə 2(060)4812/2021 saylı mülki iş üzrə İddiaçı gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə iddiaçı tərəfindən verilmiş iddianın təmin etmə tədbiri təmin edilə bilməz. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, İddiaçı tərəfindən verilmiş iddianın təmin tədbiri barədə ərizə təmin edilməməlidir. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə hesab etmişdir ki, iddia tələbinin kredit müqaviləsi üzrə borc tələbi olduğundan, qətnamənin gələcəkdə icrasını təmin etmək üçün iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə, yəni mübahisəli mənzilin üzərinə həbs qoyulmasına zərurət vardır. Belə ki, borc məbləği kifayət qədər böyük məbləğdə olduğundan (51000 manat) cavabdehin mülkiyyətində olan mənzilin üzərinə həbs qoyulması qətnamənin gələcəkdə icrasını təmin edə bilər. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticədə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak uzərinə həbs qoya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 32 saylı notariat ofisində bağlanmış 18.09.2019-cu il tarixli, 3M-818 saylı kredit müqaviləsinə əsasən 51000 manat məbləğində pulun, Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən 2,125 manat gecikdirilmiş faiz, 31 manat dövlət rüsumunun, əldən çıxmış fayda kimi 2000 manat məbləğində maddi zərərin və vəkil orderi üçün ödədiyi 300 manat pulun tutulması barədədir. Göründüyü kimi, hazırki iddia tələbi cavabdehdən kredit müqaviləsi ilə alınmış pulun, pulun gecikdirilməsinə görə ziyanla bağlı 55456 (51000+2125+2000+31+300) manat pulun tutulması tələbidir və üzərinə həbs qoyulması xahiş edilən mənzilin mübahisəyə heç bir aidiyyatı yoxdur. Qeyd edilən mənzil tərəflər arasında bağlanmış müqavilənin predmeti deyildir. Qeyd edilən müqavilədə həmin mənzilə dair hər hansı bir müddəa müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddianın təminetmə tədbirinin tətbiq edilməsində məqsədi işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaqdan ibarətdir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Hazırki iddia tələbi cavabdehlərdən pulun tutulması barədədir, iddianın təmin tədbiri barədə ərizədə isə iddia predmetinə aid olmayan daşınmaz əmlak üzərinə həbs qoyulması barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, iddianın predmeti pul tələbidir, həmin tələblə əlaqədar olmayan əmlak üzərinə iddianın təmin tədbiri kimi həbs qoyulması yolverilməzdir. İddianın predmeti ilə əlaqəli olmayan əmlak üzərinə həbs qoyulması qətnamənin gələcəkdə icrasına təminat yaradan tədbir kimi qəbul edilə bilməz. Çünki hazırki iş üzrə pul alınması barədə iddia tələbi təmin ediləcəyi halda, cavabdehdən üzərinə həbs qoyulan mənzil deyil, pul vəsaiti alınacaqdır. Buna görə də pul vəsaitinin alınması ilə bağlı belə tədbir cavabdeh qətnaməni könüllü şəkildə icra etməyəcəyi halda, yalnız “İcra haqqında” Qanuna uyğun olaraq məhkəmə qətnaməsinin icrası qaydasında, icra məmurunun təqdimatı ilə görülə bilər. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğun deyildir və bu səbəbdən də ləğv edilməli, iddianın təmin tədbiri barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.3, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2(060)-4812/2021 saylı qərardadı ləğv edilsin. Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllə, 18A/39 saylı evin 8 saylı mənzilinin üzərinə həbs qoyularaq həmin mənzilin özgəninkiləşdirilməsinin cavabdehlərə qadağan edilməsi barədə İddiaçı ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar