Məhkəmə qərarları › İş №2(105)-3020/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3020/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3020/2021 26.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair Şamaxı Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(074)-929/2021 saylı mülki iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsinə dair mülki işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2919/2021 saylı 23 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki iş ayrıca icraata ayrılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2919/2021 saylı 06 iyul 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şamaxı Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası ərazi aidiyyətinin müəyyən edilməsi ilə əlaqədar məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər (Mülki Prosessual Məcəllənin 35.1. 36.2. maddəsi). Prosessual normanın məzmununa görə hər bir kəs qanunla qorunan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı şəxs digər şəxs tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edirsə, onda iddia tələbi tələbin yönəldiyi şəxsin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilməlidir. Lakin iddia tələbi eyni vaxtda müxtəlif ünvanlarda yaşayan və ya yerləşən bir neçə cavabdehə qarşı yönəldikdə bu halda iddiaçı cavabdehlərdən birinin yaşayış yeri və ya hüquqi ünvanı üzrə iddia tələbini irəli sürə bilər. İddaçının seçiminə görə aidiyyət onunla xarakterizə olunur ki, iddiaçıya müəyyən hallarda imkan verilir ki, o, öz istəyinə görə təkcə cavabdehin olduğu yerin məhkəməsinə deyil, qanunla müəyyən olunmuş digər məhkəmələrdə iddia qaldırsın. Qanuna uyğun olaraq, əgər iş eyni səviyyədən olan bir neçə məhkəməyə aiddirsə, işə baxmaq və həll etmək üçün məhkəməni seçmək hüququ iddiaçıya məxsusdur. İşdən görünür ki, iddia tələbi bir neçə cavabdehə yönəlmiş və ilkin olaraq iddia cavabehlərdən birinin rəsmi yaşayış yeri üzrə Nərimanov rayon məhkəməsinə verilmiş və həmin məhkəmə tərəfindən iddia ərizəsi icraata qəbul edilmiş, lakin sonradan mülki iş ayrıca icraata ayrılmaqla daha sonra baxılması üçün Şamaxı rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun 06.10.2012-ci il tarixli qərarı). Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir (Mülki Prosessual Məcəllənin 31.1., 31.2. maddələri). Qanunun mənasına görə ərazi aidiyyətinin ümumi qaydaları ondan ibarətdir ki, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Lakin hazırki işdə iddia tələbinin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunmur. Bu baxımdan məhkəmə kollegiyası iddia tələbinin aidiyyət qaydalarına riayət etməklə icraatına qəbul etmiş Nərimanov rayon məhkəməsinin, sonradan həmin işin Şamaxı rayon məhkəməsinə göndərilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Bununla yanaşı həmçinin qeyd olunmalıdır ki, məhkəmə mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi qənaətə gələrkən, qəbul etdiyi qərardadda məhkəmə aidiyyətini tənzimləyən Mülki Prosessual Məcəllənin 32.2., 32.5., 32.6-cı maddələrinə istinad etmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir (Mülki Prosessual Məcəllənin 45.4. maddəsi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 45.4., 263, 264, 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar