Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-305/2021 13.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(012)-790/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(012)-790/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 108.526 manat məbləğində pulun və 87.976 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə Cavabdeh alınıb, İddiaçı verilməsi, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir (hakim H.Y.Əhmədov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbiqnin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 108.526 manat və 87.976 ABŞ dolları pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmənin vaxtı barədə məlumatı olmamışdır. Daha sonra bildirir ki, əgər o, cəmi 24.000 manat qaytarmışdırsa 18 iyul 2013-cü il tarixdə Bakı şəhərində 28 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-0M77 nömrə ilə qeyd edilmiş Kredit Müqaviləsindən görünür ki, borc verən borc alana 52.848 manat pulu 18 ay müddətinə qaytarmaq şərti ilə vermiş, borc alan 52.848 manat pulu on səkkiz ay müddətinə 18.01.2015-ci il tarixədək qaytarmaq şərti ilə borc almışdı və 25 oktyabr 2013cü il tarixdə Bakı şəhərində 28 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-01-276 nömrə ilə qeyd edilmiş Kredit Müqaviləsindən görünür ki, borc verən borc alana 20.000 manat pulu 1 həftə müddətinə qaytarmaq şərti ilə vermiş, borc alan 20.000 manat pulu bir həftə müddətinə 01.11.2013-ci il tarixədək qaytarmaq şərti ilə borc almışdır. Əgər bir həhtə ərzində iyirmi min manatı və əvvəlki borclarını qaytarmamışdırsa, niyə 01 noyabr 2013-cü il tarixdə bağlanaraq öz imzaları ilə təsdiqlənmiş 39-13 nömrə ilə təsdiq edilmiş Kredit Müqaviləsindən görünür ki, borc verən borc alana 87.976ABŞ dolları məbləğində pulu 34 ay müddətinə qaytarmaq şərti ilə vermiş, borc alan 87.976 ABŞ dolları məbləğində pulu 04 dekabr 2013-cü il tarixdən 04.09.2016-cı il tarixədək hər ay 2587 ABŞ dolları ödəmə ilə qaytarmaq şərti ilə borc verilmişdir. Əgər 87.976 ABŞ dolları borc verilirsə 1 noyabr 2013-cü ildə necə borc verə bilərdi bu qədər borcluydusa 87.976 ABŞ dolları məbləğində pulu 01 noyabr 2013-cü il tarixdən necə borc verirdi. 08 yanvar 2014-ci il tarixdə 01-14 nömrə ilə təsdiq edilmiş Kredit Müqaviləsindən görünür ki, borc verən borc alana, yəni ona 51.678 manat məbləğində borc verirdisə həmin vaxt iddiaçının iddia ərizəsinə əsaslansaq 78 min manat borcu var idi. Öhdəliyini yerinə yetirmirdi sə 78 min manat , 87.976 ABŞ dolları borcu var idisə və həmin öhdəliyi yerinə yetirmirdisə , guya səksən doqquz min ABŞ dolları verdikdən sonra ona əlli bir min borc verirdi. 05 may 2015-cü il tarixdə bağlanaraq 19-15 nömrə ilə təsdiq edilmiş Kredit Müqaviləsindən görünür ki, borc verən borc alan 8000 manat məbləğində pul barədə 05 iyun 2015-cü il tarixdən 15 fevral ,2016-cı il tarixədək hər ay 957 manat ödəmə ilə qaytarmaq şərti ilə borc almışdır, borc verən borc alana -ona 51.678 manat məbləğində borc verirdisə həmin vaxt ona iddiçının iddia ərizəsinə əsaslanılarsa 78 min manat borcu var idi -24 mini həmin vaxtdan çıxılsa əlli dörd min manat edir, əlavə 87.976 ABŞ dolları .Öhdəliyini yerinə yetirmirdisə və həmin müqavilələr var idisə 78 min manat , 87.976 ABŞ dolları borcu var idi və həmin öhdəliyi yerinə yetirmirdisə yenə ona borc verilirdi. Məhkəmə AR MPM-nin 9.3 -cü maddəsinin tələblərini də pozmuşdur. Məhkəmə öz qərarını tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, tərəflərin izahatlarıyla, sənədlərlə əsaslandırmalıdır. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə bir tərəf kimi onun prosesdə iştirakını təmin etməmiş, prosesual hüquqlarından məhrum edilmişdir. AR MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə bir tərəf kimi onun prosesdə iştirakını təmin etməmiş, prosesual hüquqlarından məhrum edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Abşeron Rayon Məhkəməsinin iş № 2(012)-790/2020 saylı, 17.06.2020-ci il tarixli qətnaməsini ləğv edib iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 18 iyul 2013-cü il tarixdə bağlanaraq Bakı şəhəri 28 saylı notariat kontorunun notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-01-177 nömrə ilə qeyd edilmiş Kredit müqaviləsindən görünür ki, borc verən borc alana 52.848 manat məbləğində pulu 18 ay müddətinə qaytarmaq şərti ilə borc vermiş, borc alan 52.848 manat məbləğində pulu 18 ay müddətinə, 18 yanvar 2015-ci il tarixədək qaytarmaq şərti ilə borc almışdır. İş materiallarında olan İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 25 oktyabr 2013-cü il tarixdə bağlanaraq Bakı şəhəri 28 saylı notariat kontorunun notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M/01-276 nömrə ilə qeyd edilmiş kredit müqaviləsindən görünür ki, borc verən borc alana 20.000 manat məbləğində pulu 1 həftə müddətinə qaytarmaq şərti ilə borc vermiş, borc alan 20.000 manat məbləğində pulu 1 həftə müddətinə, 01 noyabr 2013-cü il tarixədək qaytarmaq şərti ilə borc almışdır. İş materiallarında olan İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 01 noyabr 2013-cü il tarixdə bağlanaraq öz imzaları ilə təsdiqlənmiş 39-13 nömrəli kredit müqaviləsindən görünür ki, borc verən borc alana 87.976 ABŞ dolları məbləğində pulu 34 ay müddətinə qaytarmaq şərti ilə borc vermiş, borc alan 87.976 ABŞ dolları məbləğində pulu 04 dekabr 2013-cü il tarixdən 04 sentyabr 2016-cı il tarixədək hər ay 2587 ABŞ dolları ödəməklə qaytarmaq şərti ilə borc almışdır. İş materiallarında olan İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 08 yanvar 2014-cü il tarixdə bağlanaraq öz imzaları ilə təsdiqlənmiş 01-14 nömrəli kredit müqaviləsindən görünür ki, borc verən borc alana 51.678 manat məbləğində pulu 18 ay müddətinə qaytarmaq şərti ilə borc vermiş, borc alan 51678 manat məbləğində pulu 08 fevral 2014-cü il tarixdən 08 iyul 2015-ci il tarixədək hər ay 2871 manat ödəməklə qaytarmaq şərti ilə borc almışdır. İş materiallarında olan İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 05 may 2015-ci il tarixdə bağlanaraq öz imzaları ilə təsdiqlənmiş 1915 nömrəli kredit müqaviləsindən görünür ki, borc verən borc alana 8000 manat məbləğində pulu 11 ay müddətinə qaytarmaq şərti ilə borc vermiş, borc alan 8000 manat məbləğində pulu 05 iyun 2015-ci il tarixdən 15 fevral 2016-cı il tarixədək hər ay 957 manat ödəməklə qaytarmaq şərti ilə borc almışdır. Müəyyən edilmişdir ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 18 iyul 2013-cü il tarixdə bağlanaraq Bakı şəhəri 28 saylı notariat kontorunun notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-01-177 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinə əsasən borc verən borc alana 52.848 manat məbləğində pulu 18 ay müddətinə qaytarmaq şərti ilə borc vermiş, borc alan 52.848 manat məbləğində pulu 18 ay müddətinə, 18 yanvar 2015-ci il tarixədək qaytarmaq şərti ilə borc almışdır. Sonra İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 25 oktyabr 2013-cü il tarixdə bağlanaraq Bakı şəhəri 28 saylı notariat kontorunun notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M/01-276 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinə əsasən borc verən borc alana 20.000 manat məbləğində pulu 1 həftə müddətinə qaytarmaq şərti ilə borc vermiş, borc alan 20.000 manat məbləğində pulu 1 həftə müddətinə, 01 noyabr 2013-cü il tarixədək qaytarmaq şərti ilə borc almışdır. Daha sonra İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 01 noyabr 2013-cü il tarixdə bağlanaraq öz imzaları ilə təsdiqlənmiş 39-13 nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana 87.976 ABŞ dolları məbləğində pulu 34 ay müddətinə qaytarmaq şərti ilə borc vermiş, borc alan 87.976 ABŞ dolları məbləğində pulu 04 dekabr 2013-cü il tarixdən 04 sentyabr 2016-cı il tarixədək hər ay 2587 ABŞ dolları ödəməklə qaytarmaq şərti ilə borc almışdır. Bundan başqa İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 08 yanvar 2014-cü il tarixdə bağlanaraq öz imzaları ilə təsdiqlənmiş 01-14 nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana 51.678 manat məbləğində pulu 18 ay müddətinə qaytarmaq şərti ilə borc vermiş, borc alan 51678 manat məbləğində pulu 08 fevral 2014-cü il tarixdən 08 iyul 2015-ci il tarixədək hər ay 2871 manat ödəməklə qaytarmaq şərti ilə borc almışdır. Növbəti dəfə İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 05 may 2015-ci il tarixdə bağlanaraq öz imzaları ilə təsdiqlənmiş 19-15 nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana 8000 manat məbləğində pulu 11 ay müddətinə qaytarmaq şərti ilə borc vermiş, borc alan 8000 manat məbləğində pulu 05 iyun 2015-ci il tarixdən 15 fevral 2016-cı il tarixədək hər ay 957 manat ödəməklə qaytarmaq şərti ilə borc almışdır. Borc alan həmin müqavilələr əsasında müəyyən edilmiş müvafiq müddətlərdə borcunu borc verənə qaytarmağı öhdəsinə götürsə də öhdəliklərinə tam əməl etməmiş, ümumilikdə 132.526 manat və 87.976 ABŞ dolları borcundan cəmi 24.000 manat hissəni qaytarmış, iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək müqavilələr üzrə qalan 108.526 manat və 87.976 ABŞ dolları borcunu isə ödəməmişdir. Müəyyən edilmişdir ki, 18 iyul 2013-cü il, 25 oktyabr 2013-cü il, 01 noyabr 2013-cü il, 08 yanvar 2014-cü il və 05 may 2015-ci il tarixli kredit müqavilələri əsasında iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında olan 18 iyul 2013-cü il və 25 oktyabr 2013-cü il tarixli kredit (borc) müqavilələri (əqdlər) yazılı (notarial) qaydada, digər 01 noyabr 2013-cü il, 08 yanvar 2014-cü il və 05 may 2015-ci il tarixli kredit (borc) müqavilələri (əqdlər) isə yazılı (tərəflərin öz imzaları ilə təsdiqlənmiş) qaydada bağlanmış, həmin müqavilələr (əqdlər) müqavilə tərəfləri sayılan İddiaçı və Cavabdeh özləri tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə mülki qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Borc müqaviləsi həm şifahi, həm də yazılı bağlanıla bilər. Borc müqaviləsində borc verən borc vermək üzrə öhdəliyini yerinə yetirdikdən sonra onun üzərində yalnız hüquqlar qalır ki, bu da verilmiş borcun qaytarılmasını tələb etməkdən ibarətdir. Borc alan isə borc predmetini aldıqdan sonra onu qaytarmaq vəzifəsini daşıyır. Qeyd edilənlərə əsasən müəyyən olunmuşdur ki, 18 iyul 2013-cü il, 25 oktyabr 2013-cü il, 01 noyabr 2013-cü il, 08 yanvar 2014-cü il və 05 may 2015-ci il tarixli kredit müqavilələri əsasında Cavabdeh İddiaçı ümumilikdə 132.526 manat və 87.976 ABŞ dolları məbləğində borc pul almış, tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydasında, eləcə də özləri tərəfindən imzalarla təsdiq edilmiş kredit müqavilələri mövcud olmuşdur. Cavabdeh həmin borcundan cəmi 24.000 manat hissəni iddiaçıya qaytarmış, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyərək və borcu qaytarmalı olmasına dair vəzifəsinə əməl etməyərək, qalan 108.526 manat və 87.976 ABŞ dolları borcunu isə qaytarmamış, bununla iddiaçının tələb hüququ yaranmışdır, bu zaman iddia müddəti ötürülməmişdir. Bundan başqa cavabdehin qanunla müəyyən edilmiş qaydada və müddətdə həmin kredit müqavilələrini mübahisələndirməsinə dair sübut mövcud deyil, kredit müqavilələri qüvvədədir. Ona görə də məhkəmə hesab etmişdir ki, təqdim və tədqiq edilmiş sübutlar əsasında iddianın əsaslı hesab olunaraq təmin edilməsinə kifayət qədər əsaslar vardır. Bundan başqa məhkəmə iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləğinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulması qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(012)-790/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-305/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-305/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver