Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3051/2021 02.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(074)-380/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(074)-380/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Natiq İsmayılov) İddiaçı Cavabdeh2 qarşı otağın açarının təhvil verilməsi və orada olan əşyaların qaytarılması tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Cavabdeh1 qızına qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə ünvan 1 ünvanında yerləşən yaşayış evini 4 x 9 m ölçüdə otağın açarının ona təhvil verilməsi, ona və iki uşağına məxsus otağın içərisindəki əşyalarının ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 28 oktyabr 2003-cü ildə X4 ilə rəsmi nikaha daxil olaraq ünvan 2 ünvanında yerləşən evə gəlin köçmüş, rəsmi nikahlarından 17 avqust 2004-cü il təvəllüdlü Lamiyə və 29 noyabr 2007-ci il təvəllüdlü Elnur adlı övladları dünyaya gəlmişdir. 2008-ci ilin axırına kimi o, həmin evdə Namiq Qazipurla birlikdə yaşamış, 2008-ci ilin son ayında Namiq Qazipur onu iki azyaşlı uşağı ilə birlikdə yaşadığı ünvan 3 ünvanlarda kirayədə yaşamış, maddi imkanları çatmadığı üçün valideynlərinin evində qalmalı olmuşdur. Daha sonra məhkəmə qətnaməsi ilə Namiq Qazipurun uşaqlarının atası olması müəyyən olunmuş və hər ay hər uşağa 75 manat məbləğində aliment müəyyən olunmuşdur. 25 yanvar 2011-ci ildə Şamaxı Rayon Məhkəməsinin 2(074)-21/2011 saylı qətnaməsi ilə o, iki azyaşlı uşağı ilə birlikdə ünvan 1 ünvanındakı Nəcibə Qazipura məxsus 4 x 9 m ölçüdə olan bir otağa köçürülmüşdür. Bir müddət həmin ünvandakı otaqda uşaqları ilə yaşamış və əşyalarını da həmin otağa yığmışdır. Maddi imkansızlıqdan o, otağı açarlayaraq Bakı şəhərinə anasının yanında yaşamağa başlamışdır. Lakin 2020-ci ilin noyabr ayında uşaqları ilə birlikdə Şamaxıda yaşadığı evə gedən zaman onlara ayrılmış otağın qapısının baldızı Cavabdeh1 tərəfindən sındırılaraq yeni açarla əvəz olunduğunu müəyyən etmişdir. Bu səbəbdən Cavabdeh1 onları otağa yaxınlaşmağa qoymamış, ona və uşaqlarına məxsus olan əşyaların hansı vəziyyətdə olduğuna baxmağına belə imkan verməmişdir. Bu barədə Şamaxı rayon Polis şöbəsinə şikayət etmiş, mülki məsələ olduğu üçün ona aidiyyatı üzrə məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz olunmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır. Belə ki, Şamaxı Rayon Məhkəməsinin 25 yanvar 2011-ci il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvandakı 4 x 9 metr ölçüsündə olan bir otağa köçürülməsi təmin olunmasına baxmayaraq cavabdeh qapının açarlarını dəyişərək onun hüquqlarını kobud surətdə pozmuşdur. Dəyişdirilmiş açarların cavabdehdən təhvil alınması barədə məhkəmədə iddia qaldırsa da, əsassız olaraq iddiası təmin olunmamışdır. Hətta əşyalarının aqibəti barədə onun heç bir məlumatı yoxdur. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 25 yanvar 2011-ci il tarixli, 2(074)-21/2011 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X3 və X2 qarşı evə məcburu köçürülmə tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, İddiaçı iki azyaşlı uşaqları ilə birlikdə ünvan 4 ünvanında olan Nəcibə Qazipura məxsus 4 x 9 m ölçüdə olan bir otağa köçürülməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsi, ev 6A, yeni qaydalarla Şamaxı rayonu, Şamaxı şəhəri, Mirzə Məmmədhəsən küçəsi, 45 saylı fərdi yaşayış evinin 8/12 hissəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında 08.10.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konsitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan İşdən görünür ki, İddiaçı ünvan 5 ünvanında yerləşən evin 4 x 9 metr ölçüdə olan bir otağına köçürülməsinə dair qanuni qüvvəyə minmiş qətnamə vardır və həmin qətnamə icra edilmişdir. Digər tərəfdən, iş materiallarından görünür ki, hazırda mübahisəli evin mülkiyyətçisi dəyişmiş və həmin evin 8/12 hissəsi Cavabdeh2 mülkiyyətindədir. Başqa şəxsin mülkiyyətində olan evin açarının iddiaçıya təhvil verilməsini məhkəmə kollegiyası qanunun tələblərinə uyğun hesab etmir. Həmçinin iddiaçıya məxsus hər hansı əmlakın cavabdehin mülkiyyətində olan evdə qalmasına dair iş materiallarında heç bir sübut yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(074)-380/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(105)-3051/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3051/2021
02.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver