Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3052/2020 16.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi ilə, İddiaçı İstehsalat Birliyinin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə (hakim F.M.Yaqubov) Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(027)-591/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(027)-591/2018 saylı qətnaməsi ilə İddiaçı-nin Cavabdeh Binyəməddin oğluna qarşı debitor borcun ödənilməsi tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 1188 manat məbləğində pulun alınaraq, abonentin **********07490 nömrəli hesabına, 20 manat məbləğində dövlət rüsumunun alınaraq, İddiaçı-nin hesabına ödənilməsi, əlavə olaraq cavabdehdən 10 manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(027)-591/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardad ona rəsmi qaydada verilməmiş, geri qaytarılmanın əsası kimi isə guya onun həmin qətnaməni aldığı vaxtdan bir ay ərzində apellyasiya şikayətinin verilməsini ötürməyi qeyd edilmişdir. Həmin qərardad ona rəsmi qaydada verilməmişdir. Qərardad qanunsuz və əsassızdır. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(027)-591/2018 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(027)- 591/2018 il tarixli qətnaməsi xx xxxx 2018-ci il tarixli reyestr əsasında poçt vasitəsilə cavabdehə göndərilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi iş üzrə cavabdehin apellyasiya şikayətini qaytararaq, onun tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində şikayətin verilməməsinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məjəllənin 133.2-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(027)-591/2018 saylı qətnaməsindən şikayət müddətini ötürməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2018-ci il tarixli 2(027)-591/2018 saylı qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(027)- 591/2018 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin müddəti ötürülməmiş hesab edilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-3052/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3052/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver