Məhkəmə qərarları › İş №2(105)-3053/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3053/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3053/2020 16.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında, Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-42/2015 saylı qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-42/2015 saylı qərardadı ilə (sədrlik edən, hakim Adil Vəliyev) İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi “X1 Company” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı əsas borcun və hesablanmış faizlərin tutulması tələbinə dair mülki iş üzrə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(029)-42/2015 saylı qərardadının ləğv edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi “X1 Company” məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2010cu il tarixli, 618 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh cəmiyyətin xeyrinə əsas borc üzrə 1805,96 ABŞ dolları, faiz borcu üzrə 1768,7 ABŞ dolları, dəbbə pulu 1733,72 ABŞ dolları, cəmi 5308,38 ABŞ dolları məbləğində borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(029)-42/2015 saylı qərardadı ilə İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi “X1 Company” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı əsas borcun və hesablanmış faizlərin tutulmasına dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edərəkiş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərardadının ləğv edilərək mülki işin icraatının təzələnib işə mahiyyəti üzrə baxılması barədə müvafiq qərardadın qəbul olunmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-42/2015 saylı qərardadı ilə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(029)-42/2015 saylı qərardadının ləğv edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən qərardadlar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə icraatın təzələnməsinə dair yeni qərardad qəbul edilməlidir. Belə ki, məhkəmənin istinad etdiyi halların əksinə olaraq İddiaçı açıq səhmdar cəmiyyətinin Hüquq departamentinin direktor müavini tərəfindən mülki iş üzrə iddia tələbinin müdafiə edilməsi və xx xxxxxx 2014-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsi və işdə olan sübutlar əsasında müvafiq qərar qəbul edilməsi barədə məhkəməyə xx.xx.2014-cü il tarixli, K-041471 nömrəli teleqramma ilə məlumat verilmişdir. O da nəzərə alınmalıdır ki, mülki iş üzrə xx xxxxxx 2015-ci il tarixə saat 11:30a təyin edilmiş məhkəmə iclası barədə bildiriş də iddiaçıya vaxtında təqdim edilməmişdir. Belə ki, həmin bildiriş məhkəmə iclasının keçirilməsindən üç gün sonra, yəni xx xxxxxx 2015-ci il tarixində iddiaçıya çatdırılmışdır. Bu hal mülki iş üzrə növbəti məhkəmə iclasının xx xxxxxx 2015-ci il tarixə saat 11:30-a təyin edilməsi barədə bildirişə əlavə edilmiş Qusar Rayon Məhkəməsinin poçt zərfinə AZ1100 nömrəli poçt şöbəsinin xx xxxxxx 2015-ci il tarixdə vurduğu möhürlə də tam təsdiq olunur. Belə olan halda məhkəmənin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin məhkəmə iclasına gəlməmələri və işə onların iştirakı olmadan baxılmasını da xahiş etməmələri barədə dəlillərinin heç bir hüquqi əsası yoxdur, həmin dəlillər həqiqətə uyğun deyildir və bu hal işin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsi üçün əsas hesab edilə bilməz. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və mülki iş üzrə icraatın təzələnib yeni baxışa təyin edilməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 şikayətdə göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, mülki işin materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi xx xxxxxx 2015-ci il tarixli, 2(029)-42/2015 saylı qərardadın ləğv edilib iş üzrə icraatın təzələnməsi barədə iddiaçının ərizəsini təmin etməyərkən tərəflərin məhkəmə iclasına gəlməmələrinə, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmələrinə və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmələrinə, ərizənin baxılmamış saxlanılması barədə qərardadın qəbul edilməsindən 5 ildən artıq müddət keçdikdən sonra iddiaçının hazırki ərizə ilə məhkəməyə müraciət etməsinə, iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardadın ləğv edilməsinə əsas olmadığı üçün ərizənin təmin edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi “X1 Company” məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2010-cu il tarixli, 618 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh cəmiyyətin xeyrinə əsas borc üzrə 1805,96 ABŞ dolları, faiz borcu üzrə 1768,7 ABŞ dolları, dəbbə pulu 1733,72 ABŞ dolları, cəmi 5308,38 ABŞ dolları məbləğində borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(029)-42/2015 saylı qərardadı ilə İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi “X1 Company” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı əsas borcun və hesablanmış faizlərin tutulmasına dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərardadının ləğv edilərək mülki işin icraatının təzələnib işə mahiyyəti üzrə baxılması barədə müvafiq qərardadın qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 19-cu fəslində ərizənin baxılmamış saxlanılmasının əsasları, qaydası və nəticələri nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, xx xxxxxx 2015-ci il tarixli, 2(029)-42/2015 saylı qərardadla iddia ərizəsini baxılmamış saxlayarkən məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə istinad etmişdir. Həmin maddəyə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011ci il tarixli 3 saylı qərarının 9.2-ci bəndinə görə qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iş üzrə icraatın təzələnməsi barədə ərizəsini Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə görə məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İş materiallarından görünür ki, hazırki mülki işin məhkəmə baxışı iclası xx xxxxxx 2014-cü il tarixə saat 11:30-a təyin edilmiş, bu barədə tərəflərə bildiriş göndərilmiş, lakin tərəflər məhkəmə iclasına gəlmədiklərindən mülki işin məhkəmə baxışı iclası xx xxxxxx 2015-ci il tarixə saat 11:30-a təxirə salınmışdır. Həmin tarixdə də tərəflər məhkəmə iclasına gəlməmişlər və bu səbəbdən də, mülki işin məhkəmə baxışı iclası xx xxxxxx 2015-ci il tarixə saat 11:30-a təxirə salınmışdır. Buna baxmayaraq, tərəflər həmin məhkəmə iclasına da gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə hər hansı teleqramın göndərilməsi isə iş materiallarından görünmür. Bundan başqa, mülki işin məhkəmə baxışı iclası xx xxxxxx 2014-cü il tarixdən sonra iki dəfə təxirə salınmış, lakin iddiaçı tərəf heç bir məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, ərizənin baxılmamış saxlanılması barədə qərardadın qəbul edilməsindən 5 ildən artıq müddət keçdikdən sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəblərdən baş verməsi barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilərək məhkəmə iclasında nəzərdən keçirilmiş kredir qovluğunda olan sənədlərdən görünür ki, Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(029)-42/2015 saylı qərardadı xx xxxx 2015-ci il tarixdə iddiaçı təşkilata daxil olaraq rəsmi qeydiyyatdan keçirilmiş və mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə qərardada münasibət bildirilməmiş, 5 ildən artıq müddət keçdikdən sonra ərizə ilə məhkəməyə müraciət edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayəti təmin edilməsin. İş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-42/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar