Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-308/2021 16.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı "kredit borcunun tutulması" tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-191/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Siyəzən Rayon Məhkəməsinin 2(059)-191/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 3207,56 (üç min iki yüz yeddi manat 56 qəpik) manat pulun, habelə ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun, eləcə də bank xidmət haqqının 88%-i, yəni 26,75 (iyirmi altı manat 75 qəpik) manatın tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov). Qətnamədən iddiaçı "xxxx" ASC tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edib, iddianın tam təmin edilməsi xahiş edilmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı "xxxx" ASC cavabdeh X3 qarşı "kredit borcunun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 3609,66 manat əsas, 32,63 manat faiz olmaqla, cəmi 3642,29 manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı "xxxx" ASC-nin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı qismən təmin etmiş, gəldiyi nətcəni də əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Belə olduğu halda vərəsəlik hüququ üzrə miras qəbul etmiş şəxs onun miras aktivlərini qəbul etdiyi kimi miras passivlərini də qəbul etməyə borcludur. Buna münasibətdə hesab edirlər ki, məhkəmə vərəsəlik hüququnu qəbul etmiş şəxsə qarşı iddianı tam həcmdə qəbul etməlidir. Odur ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(059)191/2020 saylı qətnaməsinin qismən ləğv edib, iddia tələbinin tam təmin edilməsini xahişetmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(059)191/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, "xxxx" ASC-nin "Şabran" filialı ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci tarixdə bağlanmış BPM**********67 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay ərzində qaytarmaq şərti ilə illik 26% faizlə istehlak məqsədilə 5000 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 0174 nömrəli maliyyə sənədindən görünür ki, mərhum Cavabdeh həmin tarixə Banka 3609,66 manat əsas, 32,63 manat faiz olmaqla, cəmi 3642,29 manat borcu vardır. İşdə olan keçmiş Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən xx xxxxxx 1989-cu il tarixdə verilmiş İV-ЖГ seriyalı, 455865 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 xx xxxxxx 1989-cu il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalsa da, arvada "Rəşidova" soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 995081 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxx 2019-cu il tarixdə Siyəzən şəhərində ölmüş və bu barədə xx xxxxx 2019-cu il tarixli, 57 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan mərhum Cavabdeh ilə X2 birgə nikahından doğulmuş (doğum haqqında şəhadətnamələrin surətləri iş materiallarına əlavə edilmişdir) X8 və X7 tərəfindən notariat qaydada təsdiq edilmiş xx xxx 2019-cu il tarixli ərizələrin surətindən görünür ki, onlar mərhum ataları Cavabdeh miras qalmış əmlakdan onlara çatası vərəsəlik payını anaları Natəvan Rəşidovanın xeyrinə imtina etmişlər və ərizələrində vərəsəlik payı ilə bağlı gələcəkdə heç bir iddialarının olmayacağını bildirmişlər. İşdə olan Şabran rayon notariat ofisi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixdə reyestrdə 2V-551 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxx 2019-cu il tarixdə ölmüş Cavabdeh qanun üzrə vərəsəsidir və o, mərhum Cavabdeh Siyəzən rayon Mərkəzi Poliklinikası tərəfindən verilmiş SN 00006 seriyalı, 382053 nömrəli "əmək qabiliyyətinin olmaması vərəqəsi"nə əsasən Azərbaycan Respublikası DSMF tərəfindən verilməli olan 636,49 manat, eləcə də “Azneft” İB-nin Siyəzənneft NQÇİ-i tərəfindən verilməli olan 2571,07 manat vəsaitdən (miras əmlakdan) pay almalıdır. İşdə olan xəbərdarlıqdan görünür ki, yaranmış borcla əlaqədar “xxxx” ASC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmiş, həmçinin bank əməliyyatına görə 0,40 manat xərc çəkmişdir. Birinci instansiya məhkəməsi mərhum Cavabdeh "xxxx" ASC ilə bağlamış olduğu xx xxxxxx 2018-ci il tarixli, kredit müqaviləsi üzrə 3609,66 manat əsas, 32,63 manat faiz olmaqla, cəmi 3642,29 manat borcu qalmasını, onun qanuni vərəsəsi X2 mərhumun bank qarşısında ölənədək malik olduğu vəzifələrin (miras passivi) icraçısına çevrilməsini, bununla belə, Natəvan Rəşidova tərəfindən qəbul edilən miras əmlakı (miras aktivi) 3207,56 manat təşkil etməsini, bu zaman ödənilməli borcun yalnız həmin məbləğ həcmində məhdudlaşmalı olmasını, bu məbləğ həcmində məsuliyyət daşıması, həmçinin bu pulun əsas məbləğin ödənilməsinə yönəldilməli olmasını müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borcun tutulması qənaətinə gəlməkdə haqlı olsa da, yekunda səhv nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC-nin "Şabran" filialı ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci tarixdə bağlanmış BPM**********67 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay ərzində qaytarmaq şərti ilə illik 26% faizlə istehlak məqsədilə 5000 manat məbləğində kredit verilmiş, iddiaçı bank üzərinə düşən phdəlikləriu yerinə yetirsə də, borcalan öhdəliklərini yerinə yetirməmiş, nəticədə Cavabdeh Banka 3609,66 manat əsas, 32,63 manat faiz olmaqla, cəmi 3642,29 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, iddiaçı təşkilat cavabdeh Cavabdeh yaranmış borcu tələb etməkdə haqlıdır. Məhkəmə kolllgiyası qeyd edir ki, hazırda işdən müəyyən edilir ki, Cavabdeh xx xxxxx 2019-cu il tarixdə vəfat etmiş, onun qanun üzrə vərəsəsi X4r. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, mərhum İslam Xankişiyevdən DSMF tərəfindən verilməli olan 636,49 manat, eləcə də Azneft İB-nin Siyəzənneft NQÇİ-i tərəfindən verilməli olan 2571,07 manat vəsait miras qalmışdır. Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Birinci instansiya məhkəməsi borcalan mərhum Cavabdeh cəmi 2571,07 manat məbləğində pulun miras qaldığını, bu sbəbdən mərhumun vərəsəsinin ona qalan miras həcmində bank qarşısında cavabdeh olmasını müəyyən edərək iddianı qismən təmin etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan pozuntuları qətnamənin ləğvi üçün əsas hesab edir. Çünki Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli iddia tələbinə iddia həddində hüquqi qiymət verilməklə, yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normasından göründüyü kimi, vərəsə miras qoyanın öldüyü məqamədək malik olduğu həm aktiv, həm də passiv əmlaka vərəqəsidir. Hazırki işdən görünür ki, iddiaçı bank cavabdehdən 3609,66 manat əsas, 32,63 manat faiz olmaqla, cəmi 3642,29 manat borcu tələb edir. Belə olan halda, kredit müqaviləsi üzrə borcalan mərhum Cavabdeh vərəsəsi olan şəxs onun bank qarşısında olan borcuna da cavabdehdir. Yəni, mərhum Cavabdeh kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsas kredit borcu üzrə 3609,66 manat və faiz borcu üzrə 32,63 manat hissəsində əsaslıdır. Çünki iddiaçı ilə mərhum Cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsi üzrə Cavabdeh banka 3609,66 manat əsas, 32,63 manat faiz olmaqla, cəmi 3642,29 manat borcu olması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq edilir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh vəfat etdiyindən, onun hüquqi varisi X6 müəyyən edildiyindən Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə əsasən bankın tələbi üzrə cavabdeh Natəvan Rəşidovadır və belə olan halda, tələb olunan borc ondan tutulmalıdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı bank iddia ərizəsi verilərkən 30,40 manat məbləğində pul da cavabdeh X1 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli,Siyəzən Rayon Məhkəməsinin 2(059)-191/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borca görə 3609,66 manat, faiz borcuna görə 32,63 manat, dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2.2,392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayəti təmin olunsun. Siyəzən Rayon Məhkəməsinin 2(059)-191/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh X1 əsas borca görə 3609,66 manat, faiz borcuna görə 32,63 manat, cəmi 3642,99 manat və dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-308/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-308/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver