Məhkəmə qərarları › İş №2(105)-3096/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3096/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3096/2021 21.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Zəngilan Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(034)-391/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(034)-391/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Gülsarə İmanova) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 13.06.2020-ci il tarixli, ********* saylı müqavilə üzrə 1377 manat əsas, 413 manat cərimə, cəmi 1790 manat, 16.06.2020-ci il tarixli, ********* saylı müqavilə üzrə 33 manat əsas, 9 manat cərimə, cəmi 42 manat olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1832 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək 13.06.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 03.05.2021-ci il tarixinə yaranmış 1377 manat əsas, 413 manat cərimə, cəmi 1790 manat, 16.06.2020-ci il tarixli, ********* saylı müqaviləsi üzrə 03.05.2021-ci il tarixinə yaranmış 33 manat əsas, 9 manat cərimə, cəmi 42 manat, ümumilikdə hər iki müqavilə üzrə 1832 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh cəmiyyətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13.06.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “AUX” markalı kondinsionerə görə 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 82 manat olmaqla, cəmi 1459 manat, 16.06.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Hi-Fi redmi” markalı qulaqcığa və “Power bank Mi” markalı şarj aparatına görə 3 ay müddətində ödəniş cədvəli üzrə hər ay 34 manat olmaqla, cəmi 100 manat, ümumilikdə hər iki müqavilə üzrə 1559 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq 13.06.2020-ci il tarixli, ********* saylı müqavilə üzrə 13.07.2020-ci il tarixində 82 manat, 16.06.2020-ci il tarixli, ********* saylı müqavilə üzrə 18.09.2020-ci il tarixində 48 manat ödədikdən sonra heç bir ödəniş etməmiş və hər iki müqavilə üzrə 1410 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən bojun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da 02.03.2021-ci il tarixdən 03.05.2021-ci il tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik 1 faizlə hesablanmış cərimə məbləği hər iki müqavilə üzrə cəmi 422 manat təşkil edir. Beləliklə, cavabdeh 03.05.2021ci il tarixə İddiaçınə 13.06.2020-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 1377 manat əsas, 413 manat cərimə, cəmi 1790 manat, 16.06.2020-ci il tarixli, ********* saylı müqaviləyə əsasən 33 manat əsas, 9 manat cərimə, cəmi 42 manat, hər iki müqavilə üzrə olan borcu 1410 manat əsas, 422 manat cərimə, cəmi 1832 manat təşkil etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Belə ki, İddiaçı ilə onun arasında bağlanmış 13.06.2020-ci il tarixli, ********* saylı müqaviləyə əsasən o, 18 ay müddətinə "AUX” markalı kondinsioneri hər ay 82 manat ödəməklə, cəmi 1459 manata, həmçinin 16.06.2020-ci il tarixli, ********* saylı müqavilə üzrə "Hi-Fi redmi” markal qulaqcıq və “Power bank Mi” markalı şarj aparatını hər ay 34 manat ödəməklə, cəmi 100 manata almış, ümumlikdə hər iki müqavilə üzrə 1559 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı mübahisənin həllinə qeyri-obyektiv yanaşılmış, işin bütün faktiki halları aydınlaşdırılmamış, bunun da nəticəsində səhv qətnamə qəbul edilmişdir. Məhkəmə əsas borcuna hesablanmış faizlərin çox hesablandığını nəzərə almamış, cəriməni düzgün hesablamamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmiş, bununla da onun hüquqlarını pozmuşdur. Məhkəmənin ondan ümumilikdə 422 manat məbləğində cərimə borcunun tutulması barədə gəldiyi nəticə səhvdir və həmin cərimə silinməlidir. O, borcunu hissə-hissə ödəməyə hazırdır, lakin məhkəmə ona borcun ödənilməsi üçün real şərait yaratmamışdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsinə 13 iyun 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə cərimə borcuna aid hissədə dəyişiklik edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsini cərimə borcuna aid hissədə mübahisələndirdiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissəldə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13.06.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh müqavilənin 1 saylı əlavəsində göstərilmiş məhsulu, əmlakı müəyyən müddətə nisyə sataraq verməyi, Cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməyi və borcunu ödəməyi öhdəsinə götürmüşlər. İş materiallarında olan 13 iyun 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı əlavədən və ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh hər ay 82 manat, sonuncu ay 65 manat ödəməklə 18 ay müddətinə qiyməti 1459 manat olan “AUX” markalı kondinsioner satmış, Cavabdeh kondinsioneri təhvil almışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 iyun 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh müqavilənin 1 saylı əlavəsində göstərilmiş məhsulu, əmlakı müəyyən müddətə nisyə sataraq verməyi, Cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul etməyi və borcunu ödəməyi öhdəsinə götürmüşlər. İş materiallarında olan 16 iyun 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə 1 saylı əlavədən və ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh hər ay 34 manat, sonuncu ay 32,9 manat ödəməklə 3 ay müddətinə qiyməti 100,9 manat olan “Power bank Mi” markalı şarj aparatı və “Hi-Fi redmi” markalı qulaqcıq satmış, Cavabdeh həmin malları təhvil almışdır. İş materiallarında olan 03 may 2021 tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13 iyun 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə əsas borcu 1377 manat, cərimə məbləği 413 manat təşkil edir. İş materiallarında olan 03 may 2021 tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16 iyun 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə əsas borcu 33 manat, cərimə məbləği 9 manat təşkil edir. İş materiallarında olan İddiaçı xəbərdarlığından görünür ki, Cavabdeh 13 və 16 iyun 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə borcunu ödəməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh dəyərini hissəhissə ödəmək şərti ilə İddiaçı məhdud məsuliyyətli cəmiyyətindən qiyməti 1459 manat olan “AUX” markalı kondinsioner və qiyməti 100,9 manat olan “Power bank Mi” markalı şarj aparatı və “Hi-Fi redmi” markalı qulaqcıq almışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdən görünür ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmişdir. Azərbaycan Respublikasının MM-nin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqavilələrinə 1 saylı əlavələrə əsasən gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə öhdəliyini müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini üzərinə götürmüşdür. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın 13 iyun 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 413 manat cərimə tələb etməsi və birinci instansiya məhkəməsinin cavabdehdən 413 manat cərimə tutması tənasübsüz surətdə yüksəkdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinə 13 iyun 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə cərimə borcuna aid hissədə dəyişiklik edilərək cavabdehdən 50 manat cərimənin tutulmasını məhkəmə kollegiyası ədalətli hesab edir və bunu həm iddiaçı təşkilatın əmlak, həm də bütün əsaslı mənafelərinə, həmçinin cavabdehin maddi və əmlak vəziyyətinə uyğun hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə 13 iyun 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə cərimə borcuna aid hissədə dəyişiklik edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zəngilan Rayon Məhkəməsinin 12.07.2021-ci il tarixli, 2(034)-391/2021 saylı qətnaməsinə 13 iyun 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə cərimə borcuna aid hissədə dəyişiklik edilsin. Cavabdeh İddiaçı xeyrinə 13 iyun 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 50 (əlli) manat cərimə borcu tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar