Məhkəmə qərarları › İş №2(105)-31/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-31/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-31/2020 28.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı hüquqi varisi X3 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “özəlləşmənin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(059)-811/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(059)-811/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri Yeni Yaşma bağları ərazisində yerləşən ona məxsus olan 600 kv. metr torpaq sahəsindən ibarət 89 saylı bağ torpaq sahəsinə dair özəlləşmənin etibarsız hesab edilməsi barədə iddiasının rədd edilmısi qət olunmuşdur (hakim E.T.Məmmədov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(059)-811/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı hüquqi varisi X3 nümayəndəsi və vəkili X4 ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, hazırki iddia tələbi ilə hazırki gündə inzibati məhkəməyə müraciət etməli olduqlarından hazırki iddiadan imtina edirlər. İddiadan imtinanın nəticələri onlara məlumdur. Bu səbəbdən təmsil etdiyi şəxs iddiadan və apelyasiya şikayətindən imtina edir. Məhkəmə kollegiyası verilmiş ərizəni nəzərə alaraq, hesab edir ki, iddiaçının hüquqi varisinin iddiadan imtina etmə barədə ərizəsi təmin edilməli, iddiadan imtina qəbul edilməklə Sumqayıt Şəhər Məhkəməsinin 2(059)-811/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçının hüquqi varisi iddia tələbindən imtina etdiyi və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(059)- 811/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 263-264, 267- 268, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı hüquqi varisi X3 nümayəndəsi və vəkili X2 iddiadan imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(059)-811/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “özəlləşmənin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi alındığı vaxtdan hesablanmaqla, 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar