Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-31/2021 16.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Elman Məmməd oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi vəkil X7, cavabdeh X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC-yə və X6 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(060)-103/2016 saylı qətnaməsindən İddiaçı ASC və cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Nəriman Abıyev) İddiaçı ASC-nin cavabdehlər “AER” firmasına və X6 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdeh “AER” firmasından xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 1.997.221 ABŞ dolları 05 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın X6 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyriyaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), “AER” firmasına məxsus olan “Tetra-laval” şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına və X4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, “xxxx” Mənzil Tikinti Kooperativində 145,25 kv.metr mənzilə olan pay hüququna yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) ilkin satış qiymətinin 3.000.000 manat müəyyən edilməsi, qeyd olunan əmlakların açıq hərracdan istisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, əmlakların satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 1.997.221 ABŞ dolları 05 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı ASC-yə ödənilməsi, qalan vəsaitin isə X6 və X4 qaytarılması qət edilmişdir. Qətnamədən tərəflər apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə (hakimlər T.Məmmədov-sədrlik edən və məruzəçi, A.Abbasov və Ş.Abbasov, iş № 2(105)-1379/17) İddiaçı ASC ilə cavabdehlər “xxxx” QSC, X8, Şərifov Rövşən Ramazan oğlu və X10 arasında bağlanmış barışıq sazişi təsdiq olunmaqla Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxxx 2017-ci il tarixli, 2(105)-1379/17 saylı qərardadının ləğv edilməsi və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı ASC-nin cavabdehlər “AER” firmasına və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “AER” firmasından İddiaçı ASC-nin xeyrinə xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 825.386,85 ABŞ dolları əsas, 177.358,14 ABŞ dolları faiz borcu və 167.935,95 ABŞ dolları cərimə olmaqla, cəmi 1.170.680,94 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, həmçinin xx xxx 2015-ci il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 343,91 ABŞ dolları məbləğində gündəlik faizin və 343,91 ABŞ dolları cərimə borcunun hesablanaraq tutulması, tutmanın X6 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və borcun qeyri-yaşayış sahəsinin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X6 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra X5 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyriyaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, “AER” fimasından cəmiyyətin xeyrinə xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 785.386,85 ABŞ dolları əsas, 188.276,76 ABŞ dolları faiz borcu və 186.507,38 ABŞ dolları cərimə olmaqla, cəmi 1.160.170,99 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, həmçinin xx xxx 2015ci il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 327,24 ABŞ dolları məbləğində gündəlik faizin və 327,24 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsi, tutmanın X6 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və borcun qeyri-yaşayış sahəsinin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X6 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra X5 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsinə əlavə ilə yenidən məhkəməyə müraciət edərək iddia tələbinin həcmini artıraraq “xxxx” QSC-dən İddiaçı ASC-nin xeyrinə xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.446.725,06 ABŞ dolları əsas, 818.760,28 ABŞ dolları faiz, 109.512.28 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 2.374.997,62 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, həmçinin xx xxxxxxx 2015-ci il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 602,8 ABŞ dolları məbləğində gündəlik faizin və 602,80 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsi, tutmanın X6 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və borcun qeyri-yaşayış sahəsinin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X6 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra X5 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsinə əlavə ilə yenidən məhkəməyə müraciət edərək iddia tələbinin həcmini artıraraq “xxxx” QSC-dən İddiaçı ASC-nin xeyrinə xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.446.725,06 ABŞ dolları əsas, 818.760,28 ABŞ dolları faiz, 109.512.28 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 2.374.997,62 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, həmçinin xx xxxxxxx 2015-ci il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 602,8 ABŞ dolları məbləğində gündəlik faizin və 602,80 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsi, tutmanın X6 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), “xxxx” QSC-yə məxsus olan Tetra-laval şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına və X4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, “xxxx” Mənzil Tikinti Kooperativində 145,25 kv.metr mənzilə olan pay hüququna yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun əmlakların satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X6 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra X5 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsinə əlavə ilə yenidən məhkəməyə müraciət edərək iddia tələbinin həcmini azaldaraq “xxxx” QSC-dən İddiaçı ASC-nin xeyrinə xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 275.390,51 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 2.271.611,56 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, həmçinin xx xxxxxx 2016-cı il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 602,8 ABŞ dolları məbləğində gündəlik faizin və 602,80 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsi, tutmanın X6 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), “xxxx” QSC-yə məxsus olan Tetra-laval şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına və X4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, “xxxx” Mənzil Tikinti Kooperativində 145,25 kv.metr mənzilə olan pay hüququna yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun əmlakların satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X6 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra X5 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən “AER” firması İddiaçı ASC-dən illik 15 %-lə 60 ay müddətinə 1.190.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən, X5 mülkiyyətindəki 21 nömrəli qeyri-yaşayış sahəsi (25 saylı təsərrüfat mağazası) 2012-ci il 25 may tarixli ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2012-ci il 25 may tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.05-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. 2015-ci il mayın 18-dək “AER” firmasının 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə banka 825.386,85 ABŞ dolları əsas borc, 177.358,14 ABŞ dolları faiz borcu və 167.935,95 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 1.170.680,94 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq “AER” firması borcu ödəməkdən yayınır. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh “AER” firması, əsl cavabdeh “xxxx” QSC ilə əvəz edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ASC Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, cavabdehdən cərimə borcunun 1000 ABŞ dolları məbləğində tutulması, X6 məxsus, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) ilkin satış qiymətinin 3.000.000 manat müəyyən edilməsi, iddianın əmlakların satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X6 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra X5 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi hissəsinin rədd edilməsi hissəsində ləğv edilərək, iş üzrə əmlakların hazırki real dəyərinin müəyyən edilməsi məqsədi ilə müvafiq məhkəmə ekspertizası təyin edilməsi, rəyə əsasən əmlakların ilkin satış qiymətinin müəyyən edilməklə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cərimə pulunun həcmini əhəmiyyətli azaldarkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almamışdır. Dəbbə pulunun 1000 ABŞ dolları məbləğində müəyyən edilməsi iddiaçı tərəfindən tələb olunan cərimə məbləği ilə müqayisədə tənasübsüz surətdə azdır. Bundan başqa ipoteka qoyulmuş əmlakların hazırki bazar dəyəri hərracda satılması üçün qətnamə ilə müəyyənləşdirilmiş ilkin hərrac qiymətindən dəfələrlə aşağıdır və qətnamə ilə müəyyən edilmiş qiymət həmin əmlakların real dəyərini əks etdirmir. Məhkəmə iddianın əmlakların satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X6 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra X5 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi hissəsinin rədd edilməsi hissəsində də səhv nəticəyə gəlmişdir və nəticədə qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehlər birgə apellyasiya şikayətlərində Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsinə baxmayaraq iddiaçı tərəfindən “xxxx” QSC-yə nə qədər kredit verildiyi sübut edilməmişdir. Bu hal iddiaçının üç dəfə iddia tələbini dəyişdirməsi və hər dəfə ayrı-ayrı məbləğlər tələb etməsi ilə də təsdiq olunur. İddiaçıya xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə müvafiq sənədləri, yəni cari hesabdan çıxarış, məxaric orderləri, cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə ödəniş qəbzləri, elanlar, ödəniş tapşırıqları və digər sənədləri obyektiv və hərtərəfli ekspertiza aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə təqdim olunması təklif olunsa da, iddiaçı həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə obyektiv rəy verilə bilinməmişdir. Bundan başqa məhkəmə iş üzrə cavabdeh qismində cəlb olunmamış X8 barəsində tələbə baxmış və iddia tələbinin bir hissəsi onun şəxsi əmlakı hesabına ödənilmişdir. Bu hal isə Azərbaycan Respublikası MPM-nin 387, 387.1, 387.2.2 və 387.4cü maddələrinin pozulması deməkdir. Məhkəmə işə cəlb olunmamış şəxsin hüquqlarının pozulması ilə nəticələnən və onun hüquq və vəzifələrinə dair məsələni həll etmişdir. Bundan başqa kreditin verilməsi ilə bağlı işin faktiki halları araşdırılmamışdır və iş üçün əhəmiyyəti olan hallar tam sübuta yetirilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh X8 izahat verərək apelyasiya şikayətini müdafiə etdiyini, onun təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehlər “xxxx” MMC-nin nümayəndəsi vəkil X13 izahat verərək apelyasiya şikayətini müdafiə etdiyini, onun təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ekspert X12 izahatında göstərdi ki, məhkəmə qərardadına əsasən hazırkı mülki iş üzrə rəy vermiş və həmin rəyi müdafiə edərək bildirdi ki, rəyin təsviri hissəsində ətraflı şəkildə açıqlama vermişdir. Məhkəmə kollegiyasının iclasına dəvət edilərək dindirilən ekspert Şahin Nağıyev izahatında göstərdi ki, qeyri-yaşayış sahəsi ilə bağlı likvid dəyər göstərilsə də, lakin qərardadda haqqında sual qoyulmayan halların müəyyən edilməsi və bu barədə mülahizələrinin öz rəyinə daxil etmək vəzifəsinin öhdəsinə buraxılmasına baxmayaraq hazırda sual doğuran əmlaklarla bağlı əsaslandırılmış rəyini də məhkəməyə təqdim etmişdir. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməməli, cavabdehlərin apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən ləğv edilməli və iddia tələbinin təmin edilmiş hissəsində iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxx 2012-ci il tarixli kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh “AER” firmasına vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda “AER” firmasının banka olan 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 275.390,51 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 2.271.611,56 ABŞ dolları borcu ödənilməmiş qalmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, aralarında bağlanmış xx xxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC “AER” firmasına illik faiz dərəcəsi 15 % olmaqla 60 ay müddətinə 2.380.000 (iki milyon üç yüz səksən min) ABŞ dollarından artıq olmayan məbləği borc vermək barədə razılaşmışlar. İş materiallarında olan İddiaçı ASC ilə “AER” firması və X10 arasında bağlanmış SİP1-237/22-USD saylı, xx xxx 2012-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC ilə “AER” firması arasında bağlanmış xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə X6 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsi (25 saylı təsərrüfat malları mağazası) ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) ipoteka ilə yüklü edilməsi xx xxxx 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 4209 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ASC ilə “AER” firması və X8 arasında bağlanmış SG2- 237/22-USD saylı, xx xxx 2012-ci il tarixli sonrakı girov müqaviləsindən görünür ki, İddiaçı ASC ilə “AER” firması arasında bağlanmış xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə X4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, “xxxx” MTK-da 145,25 kv.metr mənzilə olan pay hüququ girov qoyulmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə “AER” firması və X8 arasında bağlanmış SG1- 237/22-USD saylı, xx xxx 2012-ci il tarixli sonrakı girov müqaviləsindən görünür ki, İddiaçı ASC ilə “AER” firması arasında bağlanmış xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə “AER” firmasına məxsus Tetra-laval şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığı girov qoyulmuşdur. İş materiallarında olan İddiaçı ASC-nin xx xxx 2015-ci il tarixli maliyyə arayışından görünür ki, “AER” firmasına xx xxxx 2012-ci i tarixdə 60 ay müddətinə illik 15 % ödənilmək şərti ilə verilmiş 1.190.000 ABŞ dolları məbləğində kredit üzrə “AER” firmasının əsas kredit borcu 825.386,85 ABŞ dolları, faiz borcu 177.358,14 ABŞ dolları və cərimə məbləği 167.935,95 ABŞ dolları olmaqla, cəmi borcu 1.170.680,94 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin xx xxxxxx 2015-ci il tarixli maliyyə arayışından görünür ki, “AER” firmasına xx xxxx 2012-ci i tarixdə 60 ay müddətinə illik 15 % ödənilmək şərti ilə verilmiş 1.190.000 ABŞ dolları məbləğində kredit üzrə “AER” firmasının əsas kredit borcu 785.386,85 ABŞ dolları, faiz borcu 188.276,76 ABŞ dolları və cərimə məbləği 186.507,38 ABŞ dolları olmaqla, cəmi borcu 1.160.170,99 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin xx xxxxxxx 2015-ci il tarixli maliyyə arayışından görünür ki, “AER” firmasına xx xxxx 2012-ci i tarixdə 60 ay müddətinə illik 15 % ödənilmək şərti ilə verilmiş 2.380.000 ABŞ dolları məbləğində kredit üzrə “AER” firmasının əsas kredit borcu 1.446.725,06 ABŞ dolları, faiz borcu 818.760,28 ABŞ dolları və cərimə məbləği 109.512,28 ABŞ dolları olmaqla, cəmi borcu 2.374.997,62 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin xx xxxxxx 2016-cı il tarixli maliyyə arayışından görünür ki, “AER” firmasına xx xxxx 2012-ci i tarixdə 60 ay müddətinə illik 15 % ödənilmək şərti ilə verilmiş 2.380.000 ABŞ dolları məbləğində kredit üzrə “AER” firmasının əsas kredit borcu 1.562.036,28 ABŞ dolları, faiz borcu 434.184,77 ABŞ dolları və cərimə məbləği 275.390,51 ABŞ dolları olmaqla, cəmi borcu 2.271.611,56 ABŞ dolları təşkil edir. İşdə olan Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qərardadından görünür ki, həmin qərardadla iddiaçı tərəfindən cavabdehdən tələb olunan borc məbləğinin cavabdehlər tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla iş materiallarında olan xx xxx 2012-ci il tarixli İddiaçı ASC ilə “AER” firması arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun hesablanmasının müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx xxxxxx 2015-ci il tarixli, 22270 saylı məktubla 2(060)-9079/2015 nömrəli mülki iş ekspert Rövşən Cəlilovun ekspertiza aparmaqdan imtina etməsi haqqında xx.xx.2015-ci il tarixli məlumatına əsasən icrasız geri qaytarılmışdır. İş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspert qarşısında “İddiaçı tərəfindən cavabdehlərdən tutulması tələb olunan 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 275.390,51 ABŞ dolları borc cavabdehlər tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla iş materiallarında olan xx xxx 2012-ci il tarixli İddiaçı ASC ilə “AER” firması arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun hesablanmışdırmı?” sualı qoyulmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx xxxx 2016-cı il tarixli, 6088 nömrəli rəydə məhkəmənin ekspert qarşısında qoyduğu sualla bağlı qeyd olunmuşdur ki, təqdim edilmiş kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsinə dair ödəniş qəbzləri və hesabdan silinməsi barədə ödəniş tapşırıqları, cari hesabdan çıxarış (cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə), cərimə və faizlərin hesablanması barədə hesabdan çıxarışlar iş materiallarında mövcud olmadığına görə “AER” firmasının İddiaçı ASC-yə xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə banka olan əsas, faiz və cərimə borcunu müəyyən etmək mümkün olmadı. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizalarının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2019-cu il tarixli 7111 nömrəli rəydə məhkəmə kollegiyasının ekspert qarşısında qoyduğu suallarla bağlı qeyd olunmuşdur ki, xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 2.06-cı bəndində olan ödəniş cədvəlinə əsasən “xxxx” QSC xx xxxxxx 2016-cı il tarixədək banka 8 dəfəyə 1.904.000,00 ABŞ dolları məbləğində əsas borc ödəməlidir. Həmin ödəniş cədvəlində faiz borcu üzrə ödəniş göstərilməmişdir. Yəni müqavilə dövründə faiz ödənişi sərbəstdir. İkinci sual üzrə rəydə göstərilmişdir ki, təqdim edilmiş çıxarış məlumatlarına əsasən bank tərəfindən “AER” firmasının hesabına köçürülmüş 1.190.000,00 ABŞ dolları məxaric orderi və məxaric çeki təqdim edilmədiyindən çıxarışa əsasən həmin məbləğin digər hesablara silinməsi barədə icazə sənədləri verilmədiyindən bank tərəfindən xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə “AER” firmasına kreditin verilməsi müəyyən olunmadı. Rəydə üçüncü sual üzrə gəlinən nəticə belə olmuşdur ki, “AER” firması ilə İddiaçı ASC arasında xx xxx 2012-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ayrılmış 1.190.000,00 ABŞ dolları kreditin və və beynəlxalq maliyyət institutlarından firmanın hesabına köçürülmüş 1.190.000,00 ABŞ dollarının “AER” firmasının hesabı üzərində əməliyyatlara dair razılığı (ərizə, ödəniş tapşırığı, sərəncam) təqdim edilmədiyindən kim tərəfindən bank müştərisinin hesabı üzrə əməliyyatların aparılmasına qərar verməsini müəyyən etmək mümkün olmadı. Lakin hesabdan çıxarışa əsasən bank tərəfindən ayrılmış pulun digər ssuda, faiz hesablarına köçürülməsinə dair müxabirləşmə aparılmışdır. Həmin hesabların kimə məxsus olmasını və sənədləri tam olmadığından kim tərəfindən məxaric edilməsini müəyyən etmək mümkün olmadı. İşdə olan Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən xx.xx.2014cü il tarixli, SA/037 saylı lisenziyaya əsasən fəaliyyət göstərən “xxxx” MMC tərəfindən tərtib edilmiş “xxxx” QSC-nin təqdim olunmuş sənədlər əsasında İddiaçı ASC-dən aldığı kreditlər üzrə borclarının yoxlamasının nəticələri barədə” xx xxxxxx 2018-ci il tarixli “Audit hesabatı”nda qeyd olunmuşdur ki, aparılmış audit yoxlamasının nəticəsinə görə İddiaçı ASC-nin “xxxx” QSC-yə qarşı iddia ərizəsində və Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(060)-103/2016 saylı qətnaməsində göstərilən 1.997.221,05 ABŞ dolları məbləğində borc 56.784,28 ABŞ dolları və 1.948.942,17 AZN məbləğində azaldılmalıdır. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında xx xxxxxx 2018-ci il tarixli “Auditor hesabatı”nda göstərilənlər iş materiallarında olan sənədlərə əsasən düzgün hesablanmışdırmı?; xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC tərəfindən “xxxx” MMC-nin hesabına köçürülmüş vəsaitlər hansı kredit müqavilələri üzrə yaranmış borclara silinmişdir? Həmin kredit müqavilələri üzrə “xxxx” MMC-yə nə qədər kredit verilmişdir və vəsaitlərin silinmə tarixinə olan borc qalıqları nə qədərdir?; xx xxxxxx 2018-ci il tarixli “Auditor hesabatı”nda göstərilən 39365752-1867-USD-22 saylı kredit hesabı üzrə xx xxxxx 2011-ci il tarixində 63.300,00 ABŞ dolları, xx xxx 2011-ci il tarixində 76.450,00 ABŞ dolları və xx xxx 2011-ci il tarixində 141.000,00 ABŞ dolları məbləğləri “xxxx” MMC-yə verilmişdirmi?” sualları qoyulmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il, 26239 nömrəli rəydə məhkəmə kollegiyasının ekspert qarşısında qoyduğu suallara cavab olaraq qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hazırki tədqiqatla mövcud “Auditor hesabatı”nda müəyyən edilmiş Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-103/2016 saylı qətnaməsində göstərilən 1997221,05 ABŞ dolları məbləğində borc məbləğindən 56784,28 ABŞ dolları və 1948942,17 manat azaldılmalı məbləğlərin ABŞ dolları valyutasında olan hissəsi qismən təsdiq edilir. Həmin qismən təsdiq edilmənin səbəbi “Auditor hesabatı”nda və hazırki rəyin 3-cü sualında göstərilənlər xx xxxxx 2011-ci il tarixində 63300 ABŞ dolları, xx xxx 2011-ci il tarixində 76.450,00 ABŞ dolları və xx xxx 2011-ci il tarixində 141.000,00 ABŞ dolları olmaqla ümumilikdə 280.750,00 ABŞ dolları məbləğində pul vəsaitinin nəğd şəkildə “xxxx” MMC tərəfindən götürülməsinin müəyyən olunmamasıdır. Belə ki, təqdim olunmuş iş materiallarında kassa hesabından pul vəsaitinin məxaric edilməsi ilə bağlı kassa məxaric orderləri və məxaric çekləri öz əksini tapmamışdır. Göstərilən səbəblərdən də xx xxxxxx 2018-ci il tarixli “Auditor hesabatı”nda azaldılması müəyyən edilmiş 56.784,28 ABŞ dolları deyil, həmin 56.784,28 ABŞ dolları da nəzərə alınmaqla ümumilikdə 491.067,61 ABŞ dolları (“Auditor hesabatı”nda müəyyən edilmiş 56.784,28 ABŞ dolları + məxaric sənədləri olmayan 280.750,00 ABŞ dolları + həmin məbləğ üzrə ödənilmiş 153.533,33 ABŞ dolları) məbləğində müəyyən olunur. Beləliklə, İddiaçı ASC-nin “xxxx” QSC-yə qarşı iddia ərizəsində və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-103/2016 saylı qətnaməsində göstərilən 1997221,05 ABŞ dolları məbləğində borc məbləğindən 56784,28 ABŞ dolları və 1948942,17 manat azaldılmalıdır. İkinci sual üzrə: xx.xx.2011-ci il tarixli 115/22-USD saylı kredit müqaviləsi üzrə. İş materiallarından göründüyü kimi, “AER” firması tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2011-ci il tarixli 115/22-USD saylı kredit razılaşması şərtləri əsas götürülməklə yuxarıda göstərilən 03 tranşla 280.750,00 ABŞ dollarının verilməsi nəzərə alındıqda “AER” firmasının xx.xx.2012ci il tarixə (silinmə tarixinə) banka olan borcu 154.898,40 ABŞ dolları məbləğində müəyyən olunur, xx.xx.2012-ci il tarixə: əsas borc üzrə 141.960,70 ABŞ dolları, faiz borcu üzrə 12.937,70 ABŞ dolları. 41490631USD1817-22 saylı və 41490787USD2414-22 hesablar üzrə. Hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən MMC-nin hesabına köçürülmüş 26.803,89 ABŞ dolları məbləğində pul vəsaiti MMC-nin hesabından digər hesablara köçürülməklə “AER” firmasına həmin məbləğ verilməmişdir. 39625571USD1817-22 hesab üzrə. Hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən MMC-nin hesabına köçürülmüş 500.000,00 ABŞ dolları məbləğində pul vəsaiti MMC-nin hesabından digər hesablara köçürülməklə “AER” firmasına həmin məbləğ verilməmişdir. 41490800USD1817-22 saylı və 41490866USD2414-22 saylı hesablar üzrə. Hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən MMC-nin hesabına köçürülmüş 55.098,68 ABŞ dolları məbləğində pul vəsaiti MMC-nin hesabından digər hesablara köçürülməklə “AER” firmasına həmin məbləğ verilməmişdir. 42100551USD1817-22 saylı və 42100900USD2414-22 saylı hesablar üzrə Hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən MMC-nin hesabına köçürülmüş 133.124,74 ABŞ dolları məbləğində pul vəsaiti MMC-nin hesabından digər hesablara köçürülməklə “AER” firmasına həmin məbləğ verilməmişdir. Göstərilənlərdən başqa təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən xx xxx 2012-ci il tarixdən sonra “AER” firmasının hesabı üzrə 317.068,62 ABŞ dolları məbləğində kredit ödənişi olmuşdur. Üçüncü sual üzrə: Beləliklə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank tərəfindən 39365752-1867-USD-22 saylı kredit hesabı üzrə xx xxxxx 2011-ci il tarixində 63300 ABŞ dolları, xx xxx 2011-ci il tarixində 76.450,00 ABŞ dolları və xx xxx 2011-ci il tarixində 141.000,00 ABŞ dolları olmaqla ümumilikdə 280.750,00 ABŞ dolları məbləğində pul vəsaiti “xxxx” MMC- nin hesabına köçürülmüşdür. Lakin kassa hesabından pul vəsaitinin məxaric edilməsi ilə bağlı kassa məxaric orderləri və məxaric çekləri təqdim edilmədiyinə görə hazırki tədqiqatla həmin məbləğlərin nəğd şəkildə “xxxx” MMC tərəfindən götürülməsi müəyyən edilmir. İş üzrə “B+Ş Audit” Konsaltiq MMC tərəfindən tərtib edilmiş rəyə əsasən X6 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin orta bazar qiyməti 4.900.000,00 AZN, likvid dəyəri 4.400.000,00 AZN – 4.500.000,00 AZN müəyyən edilmişdir. İş üzrə “B+Ş Audit” Konsaltiq MMC tərəfindən tərtib edilmiş rəyə əsasən X1 məxsus Bakı şəhəri, Xətai rayonu, X22 küçəsi 118, M9, m5 nömrəli mənzilin orta bazar qiyməti 250.000,00 AZN, likvid dəyəri 225.000,00 AZN – 230.000,00 AZN müəyyən edilmişdir. İş üzrə “B+Ş Audit” Konsaltiq MMC tərəfindən tərtib edilmiş rəyə əsasən “xxxx” MMC-yə məxsus “Straytlayn-600 G” və “Dino-C” markalı dondurma istehsalı tam istehsalat xətinin avadanlıqlarının likvid dəyəri 650.000,00 AZN – 700.000,00 AZN müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan sənədlərə, tərəflərin izahatlarına və keçirilmiş ekspertizaların nəticələrinə əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə öhdəlik, müqavilə hüququ, kredit və bank hesabı müqavilələrini tənzimləyən normalar və bankların fəaliyyətini tənzimləyən normativ və normativ xarakterli aktlar tətbiq edilməlidir. Belə ki, İddiaçı ASC, hazırda X19 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “Bank”) iddia edir ki, cavabdeh “xxxx” MMC ilə bağlanmış xx xxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” MMC İddiaçıASC-dən illik 15%-lə 60 ay müddətinə 2.380.000 (iki milyon üç yüz səksən min) ABŞ dolları məbləğində kredit götürmüşdür və son iddia ərizəsinə əlavəyə əsasən “xxxx” MMC-nin xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 275.390,51 ABŞ dolları cərimə olmaqla Banka ümumilikdə 2.271.511,56 ABŞ dolları məbləğində borcu vardır. Cavabdeh “xxxx” MMC iddiaçı ilə xx xxx 2012-ci il tarixli kredit müqaviləsi bağlandığını, lakin müqavilədə verilməsi nəzərdə tutulmuş kredit məbləğinin ona verilmədiyini bildirir. Məhkəmə kollegiyası tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranmasının müəyyən edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Mülki Məcəllənin 739.1; 739.2-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından İddiaçı ASC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, İddiaçıASC xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq “xxxx” MMC-yə 2.380.000 (iki milyon üç yüz səksən min) ABŞ dollarından artıq olmayan məbləğdə vəsaiti verməli olduğu halda öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda ödənişləri həyata keçirməmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsində borc müqaviləsinə verilmiş leqal anlayışa əsasən borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməlidir. Yalnız bundan sonra borc alanın borc verən qarşısında aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmaq öhdəliyi yaranır. Lakin İddiaçı ASC tərəfindən ayrılmış kreditin nağd şəkildə cavabdeh “xxxx” MMC tərəfindən götürülməsini təsdiq edən sübutlar, sonuncunun hesabından pul vəsaitinin məxaric edilməsi ilə bağlı kassa məxaric orderləri və məxaric çekləri məhkəməyə təqdim edilməmişdir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən, banklar idarəetməni və cari fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun, digər normativ hüquqi aktların, habelə bu Qanunun, maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın normativ xarakterli aktlarının, bankın nizamnaməsinin tələblərinə, onlara verilmiş bank lisenziyasında və ya icazədə göstərilən bütün məhdudiyyətlərə müvafiq surətdə etibarlı və prudensial qaydada həyata keçirməlidirlər. Azərbaycan Respublikası Milli X16 xx xxxxx 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 7.2-ci və 7.3-cü bəndlərində göstərilir ki, nağd pulun məxarici «pul çekləri»nə və kassa məxaric orderinə əsasən həyata keçirilir. Məxaric kassasından verilən nağd pul həmin əməliyyat gününün mühasibat balansında əks olunur. Digər tərəfdən ekspertizaya təqdim edilməsi məqsədi ilə məhkəmə sorğusuna əsasən Bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış sənədlərindən görünür ki, “xxxx” MMC-nin iddiaçı Bankdakı hesabına bank tərəfindən xx xxxx 2012-ci il tarixdə 1.190.000,00 ABŞ dolları, xx xxxx 2012-ci il tarixdə 1.190.000,00 ABŞ dolları olmaqla ümumilikdə 2.380.000,00 ABŞ dolları pul köçürülmüşdür və həmin pul vəsaiti Bank tərəfindən digər 5 ədəd ayrı-ayrı hesablar üzrə silinmişdir. Lakin xx xxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən ayrılmış kredit məbləğinin digər hesablara köçürülməsinə və ya digər hesablar üzrə silinməsinə dair həmin hesabların sahibi olan “xxxx” MMC-nin ödəniş tapşırıqları, razılıq ərizələri Bank tərəfindən məhkəməyə təqdim edilmədiyinə görə, Bankın birtərəfli qaydada xx xxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” MMCyə ayrılmış və onun bank hesabına köçürülmüş kredit məbləğini digər hesablar üzrə silinməsini həyata keçirməsini məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə uyğun hesab etmir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 36.5-cı maddəsinə əsasən, bank müştərinin öz pul vəsaitindən istifadə istiqamətlərini müəyyənləşdirə və nəzarətdə saxlaya bilməz, müştərinin öz pul vəsaiti barəsində özü istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan məhdudiyyətlər qoya bilməz. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz (Mülki Məcəllənin 954.1., 954.3-cü maddələri). Həmin Məcəllənin 957.1-ci maddəsinə əsasən, hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir (Mülki Məcəllənin 964.1., 964.2-ci maddələri). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Bank cavabdeh “xxxx” MMC-nin sərəncamı olmadan onun hesabından pul vəsaitini qanunsuz silməklə yanaşı, xx xxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən ayrılmış kredit məbləğinin digər hesablara köçürülməsinə və ya digər hesablar üzrə silinməsinə dair “xxxx” MMC-nin ödəniş tapşırıqları olmadığına görə nağdsız hesablaşmalar və pul köçürmələri haqqında qanunvericilik normalarının da tələblərini pozmuşdur. Hesablaşma hesabı üzrə əməliyyatlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53-cü fəslinin müddəaları, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununu və Azərbaycan Respublikası Mərkəzi X14 xx xxxxxxxx 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat"-ı əsasında aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 972.1-ci maddəsinə əsasən, nağdsız hesablaşmalar aparılarkən ödəniş tapşırıqları ilə, akkreditiv üzrə hesablaşmalara, inkasso üzrə, çeklərlə, ödəniş kartları ilə, elektron şəklində hesablaşmalara, habelə qanunla, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulmuş digər formalarda hesablaşmalara yol verilir. Ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla nəzərdə tutulmuş və ya qanuna uyğun təyin edilmiş müddətdə köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın və ya bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə daha qısa müddət müəyyənləşdirilməsin. Ödəniş tapşırıqları ilə hesablaşmaların həyata keçirilməsi qaydası qanunla, habelə ona uyğun müəyyənləşdirilmiş bank qaydaları və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə tənzimlənir (Mülki Məcəllənin 973.1., 973.3-cü maddələri). “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 38.1-ci maddəsinə əsasən, banklar hesablaşmaları və pul köçürmələrini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın həmin Məcəlləyə müvafiq olaraq qəbul etdiyi normativ xarakterli aktlara, bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər. Azərbaycan Respublikası Mərkəzi X14 xx xxxxxxxx 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat" 1.1-ci bəndində göstərilir ki, bu Təlimat “Azərbaycan Respublikasının Milli Bankı haqqında”, “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsasən hazırlanmış və Azərbaycan Respublikası ərazisində nağdsız hesablaşmaların aparılması, o cümlədən istifadə edilən ödəniş sənədlərinin forma və məzmununun, tərtibi və dövriyyə qaydalarmı, habelə pul köçürmələrinin həyata keçirilməsi şərtlərini müəyyən edir. Həmin “Təlimat”ın 1.9-cu bəndi ilə müəyyən edilir ki, hesabdan pul vəsaitinin silinməsi müştərinin sərəncamı və yaxud məhkəmənin qərarı ilə, habelə qanımla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda müştərinin sərəncamı olmadan həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, xx xxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” MMC-nin iddiaçı Bankdakı hesabına köçürülmüş vəsaitin Bank tərəfindən “xxxx” MMC-nin əvvəlki kreditləri üzrə borclarının ödənilməsi məqsədi ilə digər hesablar üzrə silinməsini həyata keçirməsi qanuni olmamaqla yanaşı, belə silinmənin əsaslılığını, yəni əvvəlki kreditlər üzrə borcların hansı miqdarda olmasını, həmin kreditlərin götürülməsinə dair məxaric orderlərinin və ya çeklərinin olub-olmamasını, həmin kreditlər üzrə ödəniş tapşırıqlarının olub-olmamasını sübutetmə vəzifəsi iddiaçı Bankın üzərinə düşür. İddiaçı Bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarından görünür ki, xx xxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” MMC-yə ayrılmış və onun bank hesabına köçürülmüş pul vəsaiti Bank tərəfindən digər 5 ədəd ayrı-ayrı hesablar üzrə silinmişdir. Lakin Bank tərəfindən həmin hesablar üzrə borcun yaranmasını və borcun silindiyi tarixdə mövcud olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bank tərəfindən təqdim edilmiş sənədlər hesabdan çıxarış məlumatlarıdır ki, həmin sənədlər özündə ancaq həmin hesablarda aparılmış əməliyyatları əks etdirir. Həmin hesablar üzrə borcun olduğunu təsdiq edən sübutlar isə kredit müqavilələri, həmin müqavilələrə əsasən verilmiş kreditin məxaric edilməsini və ya digər formada xərclənməsini əks etdirən sənədlərdir. İş materiallarında Bank tərəfindən iddia edilən “xxxx” MMC-nin borclu olduğu əvvəlki kreditləri ilə bağlı yalnız xx.xx.2011-ci il tarixli 115/22-USD saylı kredit müqaviləsi mövcuddur. Digər hesablar üzrə müqavilələr, kredit məbləğlərinin məxaric edilməsi ilə bağlı kassa məxaric orderləri, məxaric çekləri və kredit məbləğlərinin digər hesablara köçürülməsinə dair “xxxx” MMC-nin ödəniş tapşırıqları, razılıq ərizələri iddiaçı Bank tərəfindən məhkəməyə təqdim olunmamışdır. Buna görə də xx xxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” MMC-nin iddiaçı Bankdakı hesabına köçürülmüş vəsaitin Bank tərəfindən “xxxx” MMC-nin əvvəlki kreditləri üzrə borclarının ödənilməsi məqsədi ilə digər hesablar üzrə silinməsinin qanuniliyi və əsaslılığı şübhə doğurur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan xüsusatları sübut etmək vəzifəsi iddiaçı Bankın üzərinə düşür. Belə ki, yuxarıda sadalanan sənədlərin saxlanılması mövcud qanunvericlikdə bankların vəzifəsi kimi müəyyən edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2-ci maddəsinə əsasən, banklar məcmu kapitalmı və likvid ehtiyatlarını daimi olaraq müəyyən olunmuş səviyyədə saxlamalı, öz öhdəliklərini yerinə yetirmək və zərərə yol verməmək üçün aktivlərin qiymətdən düşməsinə qarşı zəruri tədbirlər görməli, mühasibat uçotu sənədlərini və digər zəruri sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib etməli, bankın fəaliyyətinə nəzarət mexanizmlərini formalaşdırmalı və tətbiq etməli, zərərin əmələ gəlməsi riskini maksimal şəkildə azaltmaq məqsədi ilə aktivlərin diversifikasiyasını (bölüşdürülməsini) təmin etməlidirlər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən, banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan informasiyanı, habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx xxxx 2013-cü il tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın 1.-ci bəndində göstərilir ki, bu Təlimat “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmış və bank sistemində arxiv işinin aparılması qaydalarını, habelə sənədlərin arxivdə saxlanması müddətlərini müəyyən edir. Həmin “Təlimat”ın 8.7-ci bəndinə əsasən, müştərinin eyniləşdirmə sənədlərinin saxlanma müddəti müştəri ilə hüquq münasibətlərinə xitam verildiyi gündən, müştəri tərəfindən həyata keçirilmiş pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin isə əməliyyat başa çatdığı gündən hesablanır. “Təlimat”a 1 nömrəli Əlavənin 55-ci maddəsində kredit dosyesinə aid sənədlərin (kredit və təminat müqavilələrinin, kreditin ödənilməsi barədə bank sənədləri və kredit dosyesinə aid digər sənədlərin saxlanma müddəti kredit ödənildikdən və ya balansdan silindikdən sonra 5 il təşkil edir. Həmin “Təlimat”ın 7.1-ci və 7.3-cü bəndlərinə görə, saxlanma müddəti başa çatmış sənədlər məhv edilmək üçün ayrılır, müvafiq akt tərtib olunur, bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanır, bankın rəhbəri tərəfindən təsdiq olunur və sənədlərin məhv edilməsinə icazə almaq üçün dövlət arxiv xidməti təşkilatına təqdim olunur. Dövlət arxiv xidməti təşkilatının icazəsi olmadan arxiv sənədləri məhv edilə bilməz. Akt dövlət arxiv xidməti təşkilatı tərəfindən təsdiq edildikdən sonra aktda göstərilən sənəd və işlər məhv edilir. Sənədlər təkrar xammal tədarükü məntəqələrinə verilir, yaxud bankın özü tərəfindən məhv edilir. Sənədlərin təkrar xammal tədarükü məntəqələrinə təhvil verilməsi təhvil-təslim sənədi ilə, məhv edildikdə isə aktla rəsmiləşdirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Yuxarıda sadalananlardan göründüyü kimi kredit müqaviləsi üzrə nəzərdə tutulmuş kreditin cavabdeh tərəfindən alınmasını və ya həmin kreditin cavabdehin sərəncamı ilə digər hesablar üzrə silinməsinin əsaslılığını sübut etmək vəzifəsi iddiaçı bankın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.” Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Yuxarıda göstərilənlərlə yanaşı tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 115/22-USD saylı kredit müqaviləsi üzrə 280.750,00 ABŞ dolları məbləğində pulun nəğd şəkildə məxaric edilməsi üçün “xxxx” MMC-nin kassa hesabına köçürüldüyünü nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, həmin vəsait üzərində “xxxx” MMC-nin real sərəncam vermə imkanı yaranmışdır. Müəyyən olunmuşdur ki, “xxxx” MMC tərəfindən həmin məbləğdən 153.533,ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 138.789,30 ABŞ dolları əsas borca, 14.744,03 ABŞ dolları isə faiz borcuna silinmişdir. Beləliklə “xxxx” MMC-nin hal-hazırda iddiaçıya 154.898,40 ABŞ dolları məbləğində ödəniməmiş kredit borcunun olduğu təsdiqini tapır. Lakin LPO İddiaçı ASC tərəfindən həmin kredit müqaviləsi üzrə borcunun cavabdehdən tutulması barədə tələb irəli sürülməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tərəflər arasında bağlanmış həm xx.xx.2011-ci il tarixli 115/22-USD saylı kredit müqaviləsi üzrə, həm də digər əvvəlki kredit müqavilələri üzrə yaranmış borcları mötəbər sübutlar əsasında mülki iddia qaydasında müstəqil şəkildə ayrı iddia tələbi ilə tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 217.1. maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosesual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməməli, cavabdehlərin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı ASC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 20+145+150=315 (üç yüz on beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycna Respublikası MPM-nin 384.0.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlərin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi qismən iddianın təmin edilmiş hissəsində cavabdeh “AER” firmasından xx xxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 1.997.221 ABŞ dolları 05 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın X6 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyriyaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), “AER” firmasına məxsus olan “Tetra-laval” şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına və X4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, “xxxx” Mənzil Tikinti Kooperativində 145,25 kv.metr mənzilə olan pay hüququna yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) ilkin satış qiymətinin 3.000.000 manat müəyyən edilməsi, qeyd olunan əmlakların açıq hərracdan istisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, əmlakların satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 1.997.221 ABŞ dolları 05 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı ASC-yə ödənilməsi və 30 manat dövlət rüsumun tutulması hissəsində ləğv edilsin və həmin hissələrdə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissələrdə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı ASC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 315 (üç yüz on beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Elman Əhmədov Zaur Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-31/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-31/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver