Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-310/2021 12.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, İddiaçı, Cavabdeh iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1009/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1009/2020 saylı qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1009/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ona X1 nümayəndəsi kimi “xxxx” ASC-nin Xaçmaz filialı ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli, 114 saylı kredit müqaviləsinə əsasən həmin kredit təşkilatından illik 7 faiz olmaqla, 60 ay müddətinə 200.000 (iki yüz min) manat məbləğində kredit ayrılmışdır. Həmin kreditin zamini kimi Cavabdeh ona öz evini girov qoymağı təklif etmiş, müqabilində ondan aldığı kredit vəsaitindən müəyyən hissəsini istəmişdir və cavabdehə etibar etdiyi üçün razılaşmışdır. O, cavabdehin evini girov qoyub 200.000 (iki yüz min) manat məbləğində kredit götürmüş və aldığı vəsaitdən 28.000 (iyirmi səkkiz min) manat cavabdehə vermişdir. Aralarındakı razılaşmaya əsasən, cavabdeh aldığı məbləği illik faizi ilə birlikdə ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin tarixdən sonra kredit ödənişləri cədvələ uyğun olaraq hər ay özü icra etmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək aldığı puldan ödəniş etməmiş və cavabdehin hal-hazırda ona 42.000 (qırx iki min) manat məbləğində borcu vardır. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq pulu ödəməkdən yayınır və onun tərəfindən kredit bocuna görə icra edilmiş məbləği ödəməkdən imtina edir. Ona görə də, Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat məbləğində əsas borc, 14.000 (on dörd min) bank faizi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəfindən qeyd olunann borc onun tərəfindən icra olunmuş və hal-hazırda onun iddiaçıya heç bir borcu yoxdur, əksinə iddiaçının ona borcu vardır. Bu hallar barədə birinci instansiya məhkəməsinin araşdırması barədə məhkəməyə məlumat versə də, məhkəmə onun dediklərinə heç bir əhəmiyyət verməmişdir. Bunun əksinə olaraq iddiaçının tələbini əsası kimi istinad etdiyi hallar barədə sübutu və ya şahidi olmadığı halda tələbini əsassız olaraq təmin etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 739-cu maddələrinə istinad edərək hesab etmişdir ki, İddiaçı bankdan kredit götürmüş, borcun təminatı olaraq Cavabdeh məxsus evi girov qoymuşdur. İddiaçı kredit götürdüyü vəsaitin müəyyən hissəsini faizi ilə birlikdə qaytarmaq şərti ilə cavabdehə vermiş, sonuncu üzərinə düşən öhdəliyi icra etməmiş, cavabdehin iddiaçıya 28.000 (iyirmi səkkiz min) manat əsas borcu olması iş materialları ilə təsdiq edilsə də, 14.000 (on dörd min) manat faiz borcu ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş və iddia həmin hissədə təmin olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iddiaçı Y.B.Sarıyev hazırki tələblə məhkəməyə müraciət etdikdə hər hansı bir borc müqaviləsinə və ya mötəbər sübuta əsaslanmamış, yalnız xx xxxxxxx 2016-cı il tarixli kserosurətdən ibarət olan yazılı sənədə istinad etmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 114 saylı kredit müqaviləsinin ksorosurətindən görünür ki, “xxxx” ASC-nin Xaçmaz fillialı ilə X1 nümayəndəsi kimi İddiaçı arasında bağlanmış müqaviləyə əsasən illik 7% olmaqla, 60 ay müddətinə 200.000 (iki yüz min) manat məbləğində kredit ayrılmışdır. Kreditin təminatı olaraq Cavabdeh məxsus Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 98 nömrəli fərdi yaşayış evi girov qoyulmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2016-cı il tarixli əlyazma “öhdəlik” vərəqəsinin kserosurətindən görünür ki, Cavabdeh illik faizi ilə birlikdə 38.900 (otuz səkkiz min doqquz yüz) manat pulu 2016-cı ilin oktyabr ayından başlayaraq ayda 500 (beş yüz) manat, iyun-iyul aylarında isə 6.000 (altı min) manat ödəyəcəyini öhdəsinə götürmüşdür, həmin “öhdəlik” vərəqində Cavabdeh borclu kimi başa şəxsin İddiaçı xeyrinə müəyyən hərəkətlər etməsi, pul ödəməsi faktı öz əksini tapmamış və həmin hal təkzib olunur. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(067)-149/2019 saylı hökmü ilə müəyyən edilir ki, İddiaçı xx xxxx 2011-ci il tarixli ƏN-İ №259617 saylı, M-7411 reyestrli etibarnamə əsasında X1 adından “xxxx” ACS-nin “Xaçmaz” filialının müdiri X2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli “114 KT” nömrəli kredit müqaviləsi əsasında həmin dövrdə fəaliyyət göstərmiş Azərbaycan Respublikası Kənd Təssərüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyin vəsaiti hesabına 5 il müddətinə, illik 7 % olmaqla güzəştli şərtlərlə 200.000 (iki yüz min) manat məqsədli dövlət kreditinin ayrılmasına nail olmuş, xx xxxxxx 2013-cü il tarixdə 200.000 (iki yüz min) manat pul vəsaitinin X1 həmin bankda olan **********0000010AZM nömrəli hesabına köçürülmüş, 200.000 (iki yüz min) manat məbləğində məqsədli dövlət krediti vəsaitinin sonuncu tərəfindən verilmiş xx xxxx 2011-ci il tarixli ƏN-İ №259617 saylı, M-7411 reyestrli etibarnamə əsasında xx xxxxx 2013-cü il tarixli 01 nömrəli xəzinə məxaric orderi ilə “xxxx” ACSninXaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, 9a ünvanında yerləşən filialından nağd qaydada şəxsən götürməklə, həmin kredit vəsaiti X1 adından heyvandarlığın inkişafı təyinatı üzrə ayrıldığı halda, məqsədli dövlət krediti kimi ayrılmış 200.000 (iki yüz min) manat pul vəsaitini Xaçmaz rayonu Armudpadar kəndində soyuducu anbar kompleksinin tikintisi və avadanlıqların alınması üçün X3 ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2012-ci il, xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixli müqavilələrdən irəli gələn kredit öhdəliklərinin icrasına qanunsuz olaraq yönəltməklə külli miqdar təşkil edən 200.000 (iki yüz min) manat məqsədli dövlət kreditini təyinatı üzrə istifadə etməyərək həmin dövrdə fəaliyyət göstərmiş Aqrar Kredit və İnkişaf Agentliyinə külli miqdarda ziyan vurmuş və vəzifəli şəxs kimi “xxxx” ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqında dindirilən təqsirləndirilən şəxs İddiaçı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, dostluq münasibətlərində olduğu Cavabdeh Söhrab oğlunun mülkiyyətində olan Quba rayonu, Zərdabi qəsəbəsində 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 63.1 kv.m yaşayış, 219.0 kv.m köməkçi sahədən ibarət 98 nömrəli fərdi yaşayış evinin girov qoyulmasını təmin etmişdir. İpoteka ilə bankın xeyirnə yüklü edilmiş öz mülkiyyətində olan ünvan 2 dalan 2 ünvanında yerləşən 0.04 ha torpaq sahəsindəki 2 mərtəbəli, 3 otaqlı, 54.20 kv.m yaşayış, 164.40 kv.m köməkçi sahədən ibartət fərdi yaşayış evi bankın razılığı ilə 45.000 manata satılaraq əldə edilmiş vəsait həmin kredit müqaviləsi üzrə əsas borc və faizlərin ödənilməsinə sərf edilmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, mülki iddianı zərərə aid hissədə qəbul edir. Həmçinin məhkəmə istintaqında şahid qismində dindirilmiş Cavabdeh Söhrab oğlu ifadə verərək göstərmişdir ki, qardaşı Şahin Ələkbərovun tələbə yoldaşı olmuş, 1987-ci ildən tanıdığı İddiaçı bankdan alacağı kredit müqabilində ona məxsus olan evi girov qoymasını xahiş etdiyi üçün o, Quba rayonu, Zərdabi qəsəbəsində 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 63.1 kv.m yaşayış, 219.0 kv.m köməkçi sahədən ibarət 98 nömrəli fərdi yaşayış evinin Ağasi Abdullayevin adına rəsmiləşdirilmiş 200.000 manat kredit müqabilində “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Həmin kredit Ağasi Abdullayev üçün ayrılsa da, faktiki olaraq pulu İddiaçı almışdır. İddiaçı Xaçmazda meyvə-tərəvəz alqı-satqısı və soyuducu anbarın işlədilməsi ilə məşğul olduğunu, hazırda xeyli miqdarda alacağı və borcu yarandığı üçün işləyə bilmədiyini, kreditin ödənilib-ödənilməməsi barədə dəqiq məlumatının olmadığını qeyd etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-cı il tarixli, 2(006)-4030/2018 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabadehlər Cavabdeh Söhrab oğlu, X6 və X4 qarşı kredit borcunun tutulması və tutulmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin tədqiq edilən halları ilə müəyyən olur ki, öhdəlik hüquq münasibətlərini özündə əks etdirən hər hansı bir rəsmi sənəd və ya müqavilə mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Hazırki iş üzrə İddiaçı Cavabdeh tərəfindən ona 28.000 manat məbləğində borcun olması barədə məhkəməyə heç bir qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş sübut təqdim etməmiş və qeyd olunan hal iş materialları ilə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasının və Qanunlarının yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən ağaışdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçının öhdəlik hüquq münasibətləri əsasında cavabdehdən pul tələb etməsi öz təsdiqini tapmamış və bunun əsası kimi hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiasını qismən təmin edib, Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyildir və toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası MPM-nin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Tərəflər arasında yaranmış mübahisə ilə yanaşı məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən hesab edir ki, məhkəmə məsrəfləri tərəflərə aid edildiyindən və iş üzrə iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1009/2020 saylı qətnaməsi qismən – iddianın təmin edilmiş hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı 28.000 (iyirmi səkkiz min) manat pul tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-310/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-310/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver