Məhkəmə qərarları › İş №2(105)-3111/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3111/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3111/2021 08.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyev Əliağa Vahid oğlunun katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2, İlk iddia üzrə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh2-yə və Cavabdeh1 qarşı borcun, ona hesablanmış faizlərin qaytarılması və tələbin borclunun əmlakına yönəldilməsi barədə ilk iddiasına, Cavabdeh2-nin və Cavabdeh1 İddiaçı qarşı müqavinin etibarsız sayılması barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26.07.2021-ci il tarixli, 2(060)-5525/2021 saylı qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Cavabdeh1 və Cavabdeh2-nin direktoru Cavabdeh1 məhkəməyə vəsatətlə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mübahisə üzrə yekun məhkəmə aktı (qərar və ya qərardad) qanuni qüvvəyə minənədək hazırki iş üzrə icraatın Azərbaycan Respublikası MPM-nin 254.1 və 254.1.4-cü maddələrinə əsasən dayandırılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26.07.2021-ci il tarixli, 2(060)-5525/2021 saylı qərardadı ilə vəsatət təmin olunmamışdır. (hakim R.Qoşqarlı) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2(060)-5525/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Qeyd edilən kateqoriyadan olan qərardadlardan şikayət verilməsi qanunla nəzərdə tutulmadığından, məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. "xxxx" MMC şikayətini bununla əsaslandırmışdır ki, qərardad qanunsuzdur. İcraatın dayandırılmasına səbəb olacaq qətnamə qanuni qüvvəsini almamışdır və hazırda onlar tərəfindən mübahisələndirilir. Belə olan halda, məhkəmənin 2(060)-4010/2021 saylı iş üzrə artıq 18.06.2021-ci il tarixdə nəticə verilməsi səbəbindən vəsatəti rədd etməsi qanunsuzdur. Göstərilənlərə əsasən qərardad ləğv edilməli, iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 və ilk iddia üzrə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. İlk iddia üzrə İddiaçı, həmçinin ilk iddia üzrə Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X7 Bankı” MMC məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normalarını əsas götürərək məhkəmə kollegiyası işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apelyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. İş materiallarından göründüyü kimi, iş üzrə icraatın dayandırılmasından imtina edilməsi barədə məhkəmə qərardadı işin sonrakı hərəkətinə mane olmur. Bundan başqa, bu tip qərardadlardan şikayət vermək hüququ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Belə ki, MPM-in 258.2-ci maddəsinə əsasən yalnız iş üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. "xxxx" MMC bu qərardaddan narazıdırsa, bu barədə etirazını gələcəkdə mübahisə üzrə çıxarılacaq qətnamədən apelyasiya şikayəti verəcəyi təqdirdə oraya daxil edə bilər. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə Sumqayıt Şəhər Məhkəməsinin 26.07.2021-ci il tarixli, 2(060)-5525/2021 saylı qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC oğlu tərəfindən verilmiş şikayətə, qanuni əsas olmadığından apelyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, şikayət qeyri-mümkün hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh2-yə və Cavabdeh1 qarşı borcun, ona hesablanmış faizlərin qaytarılması və tələbin borclunun əmlakına yönəldilməsi barədə ilk iddiasına, Cavabdeh2-nin və Cavabdeh1 İddiaçı qarşı müqavinin etibarsız sayılması barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26.07.2021-ci il tarixli, 2(060)-5525/2021 saylı qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar